Əsas məzmuna keç
Sayfa 433/461 İlkİlk ... 333383423431432433434435443 ... SonSon
4610 sonuçtan 4.321 ile 4.330 arası

Azərbaycan Xəbərləri

1. #4321
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Neftçi" klubunun sabiq baş məşqçisi ruhi-əsəb xəstəxanasına yerləşdirilib

[b]"Neftçi" klubunun sabiq baş məşqçisi ruhi-əsəb xəstəxanasına yerləşdirilib[b]

Bakı. Mehman Süleymanov - APA-SPORT. "Neftçi" klubunun sabiq baş məşqçisi Vlastimil Petrjelanın səhhətində problem yaranıb. "APA-SPORT"un məlumatına görə, iki aydır ruhi-əsəb xəstəxanasında müalicə alan 55 yaşlı çexiyalı mütəxəssisə yalnız keçmiş həyat yoldaşı Suzana Kratoxvilovanın baş çəkməsinə icazə verilir. Yeri gəlmişkən, mətbuatda Petrjelanın özünə qəsd etməsi haqda informasiyalar yer alıb. Ancaq Suzana keçmiş ərinin intihar etmək fikrində olmasını təkzib edib: "Bu, ağ yalandır. Bunu oxuyandan sonra Vlastimilin həyata qayıtmaq üçün gücü artacaq". Petrjelanın futbola qayıtmasının çox istədiyini deyən xanım onun buna nail olacağına yüz faiz əmindir: "Mən demirəm ki, futbol keçmiş ərim üçün çox vacibdir. Sadəcə, o nəyə qadir olduğunu sübut etməyi çox istəyir. Petrjela hər şeyə əvvəldən başlayacaq".

2. #4322
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Məclisin deputatı Fransada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

[b]Milli Məclisin deputatı Fransada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək[b]

Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin deputatı Gövhər Baxşəliyeva "Davamlı inkişaf üçün təhsil" mövzusunda BMT-nin təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün Fransanın Bordo şəhərinə səfərə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, beynəlxalq konfransda BMT-nin "Davamlı inkişaf üçün təhsil" proqramı çərçivəsində Avropa Birliyinə üzv dövlətlərin əldə etdikləri nailiyyətlərə və bu sahədə kütləvi informasiya vasitələrinin roluna nəzər salınacaq, proqramın regional koordinasiyasına və həyata keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən fransızdilli ölkələrdə "Davamlı inkişaf üçün təhsil" proqramının icrası ətrafında müzakirələr aparılacaq. Səfər noyabrın 1-də başa çatacaq.

3. #4323
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min dollar müsbət saldo yaranıb

[b]Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min dollar müsbət saldo yaranıb[b]

Bakı. Rəşad Süleymanov -APA. Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycandan 38 970 836,8 min dollar dəyərində mal ixrac, 5 230 670 min dollar dəyərində mal isə idxal edilib. Ölkəyə həmçinin 26 158,4 min dollar dəyərində 3 764,8 ton əmtəə dövlət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız yardım daxil olub. Ötən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyatlarının həcmi 8,2 dəfə, idxal isə 33,79% artıb.Müvəqqəti ixrac rejimində Azərbaycandan 276 612,5 min dollar dəyərində mal ixrac edilib, 369 179,1 min dollar dəyərində mal isə idxal olunub.İxracın 92,90%-ni xam neft, 4,11%-ni neft məhsulları, idxalın isə 30,74%-ni maşınlar, elektrik avadanlıqları və onların ehtiyat hissələri, 18,09%-ni nəqliyyat vasitələri və onların hissələri, 11,66%-ni isə ərzaq məhsulları təşkil edib.Azərbaycanın mal ixrac etdiyi ölkələr sırasında birinci üç yeri İtaliya (40,01%), ABŞ (12,53%), İsrail (7,62%), mal idxal etdiyi ölkələr sırasında isə Rusiya (18,33%), Türkiyə (11,27%) və Ukrayna (8,25%) tutub.Bu ilin yanvar-sentyabr aylarında xarici ticarətlə 10 057 hüquqi və fiziki şəxs məşğul olub. İxracda dövlət sektorunun payı 36,15%, özəl sektor 63,59%, fiziki şəxslər 0,25% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,80%, 71,14% və 5,06% təşkil edib.

4. #4324
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda Rusiya vətəndaşından silah-sursat götürülüb

[b]Azərbaycanda Rusiya vətəndaşından silah-sursat götürülüb[b]

Bakı-APA. Bu gün Azərbaycanda Rusiya vətəndaşından silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samur qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı İslam Tahirovun idarə etdiyi "Mazda" markalı avtomaşın nəzarət qaydasında Qusar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. İ. Tahirovdan 1 ədəd "Mauzer" tipli tapança və 5 ədəd rezin güllə götürülüb.

5. #4325
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizədlər MSK-ya maliyyə hesabatı təqdim edəcək

[b]Prezidentliyə namizədlər MSK-ya maliyyə hesabatı təqdim edəcək[b]

Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində iştirak edən namizədlər seçkilərin nəticələri rəsmi dərc edildikdən sonra 10 gün müddətində Mərkəzi Seçki Komissiyasına (MSK) yekun maliyyə hesabatı təqdim etməlidirlər. MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyevanın APA-ya verdiyi məlumata görə, qanunun tələbinə uyğun olaraq seçkilərin nəticələri artıq elan olunub və namizədlər müəyyən olunmuş müddətdə yekun maliyyə hesabatını təqdim etməyə borcludurlar. Hesabatda namizədin seçki fonduna nə qədər vəsaitin daxil olduğu, bu vəsaitin hansı məqsədlərlə xərcləndiyi göstərilməlidir. Seçkilərdə 3 faizdən artıq səs qazanmış namizədlər Seçki Məcəlləsinin 73.3-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən götürülmüş vəsaitin xərclənməmiş hissəsini səsvermə günündən sonrakı 30 gün müddətində geri qaytarmalıdırlar. Üç faizdən az səs toplamış namizədlər isə Seçki Məcəlləsinin 94.3.3 və 197-ci maddələrinə uyğun olaraq dövlət büdcəsindən alınan vəsaiti seçkilərin nəticələri dərc edildikdən sonra 10 gün müddətinə geri qaytarmalıdırlar. Namizəd öhdəlik götürəcəyi halda həmin vəsaiti 12 ay müddətində hissə-hissə geri qaytara bilər.

6. #4326
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib

[b]Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib[b]

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TDQDK) və Ədliyyə Nazirliyi (ƏN) notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib. APA-nın məlumatına görə, notarius olmaq üçün sənəd verən 304 namizəddən imtahanda 253 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərin 37 faizi ölkənin regionlarını təmsil edib. Onların 39 faizi 30 yaşadək, 55 faizi 30-50 yaşadək olan şəxslərdir. İmtahanda və müsahibələrdə iştirak edənlər arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışan, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olanlarla yanaşı ilk dəfə əmək fəaliyyətinə məhz notarius kimi fəaliyyətə başlamaq arzusunda olanlar da var. Namizədlərin 16 faizə qədəri xüsusi notarius kimi fəaliyyət göstərmək arzusunda olan, 122 nəfəri isə bundan əvvəl keçirilmiş müsabiqədə müvəffəqiyyət qazana bilməyən şəxslərdir. Test imtahanında namizədlərə 100 sual təqdim olunub. İmtahanda mümkün 90 mümkün baldan 55 və daha artıq bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar. Qeyd edək ki, imtahanın nəticələri bu gün TQDK-nın rəsmi internet yerləşdiriləcək.

7. #4327
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın ən iri bankı 2009-cu ildə ipoteka kreditləşməsini bərpa edəcək

[b]Azərbaycanın ən iri bankı 2009-cu ildə ipoteka kreditləşməsini bərpa edəcək[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Gələn ildən etibarən Azərbaycan Beynəlxalq Bankı (ABB) ipoteka kreditləşməsini bərpa edə bilər. «APA-ECONOMICS»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. C.Hacıyevin sözlərinə görə, hazırda ABB-də bu məsələyə dair daxili işlər aparılır və artıq Bankın daxilində ipoteka qrupu yaradılıb ki, ipoteka kreditləşməsinin şərtlərini müəyyən edir: «Bu ilin sonunadək yaradılan qrup ABB tərəfindən veriləcək ipoteka kreditləşməsinin faiz dərəcəsini müəyyənləşdirəcək. Gələn il üçün isə ABB-nin ipoteka kredit portfeli təxminən 10 mln. manat təşkil edəcək».Digər kreditlərə gəldikdə isə, C.Hacıyev qeyd edib ki, hazırda ABB 17-18%-lə, kreditin müddətindən asılı olaraq hətda 16% dərəcəsi ilə də kredit vəsaiti ayırır.Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat təşkil edib.

8. #4328
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib

[b]Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib[b]

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib.

Səbayel Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsinin müstəntiqi Anar Hüseynovun APA-ya veridyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Turan Cabbar oğlu İmaməliyev 11 şəxsin külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinir.O, ötən ilin noyabrında, həmin şəxslərdən Rusiyada işə düzəltmək adı ilə külli miqdarda pul alıb və Qazaxıstana qaçıb. Səbayel rayon Məhkəməsi T. İmaməliyevin barəsində çıxardığı həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, təqsirləndirilən şəxs sonradan Rusiyaya qaçaraq orada gizlənib. T. İmaməliyev ötən gün İnterpolun xətti ilə Moskvada saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.

9. #4329
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib

[b]Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib[b]

Bakı-APA. Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu gün Moskvada vəfat edib.

APA-nın məlumatına görə, tanınmış sənətkar yaşadığı Rusiya Federasiyasının Moskva şəhərində həyatla vidalaşıb. M. Maqomayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.

10. #4330
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müslüm Maqomayevin yaxınları: "Təcili yardım çağırdıq, həkim gələndə artıq həyatda yox idi"

[b]Müslüm Maqomayevin yaxınları: "Təcili yardım çağırdıq, həkim gələndə artıq həyatda yox idi"[b]

Bakı. Tamara Qriqoriyeva -APA. Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu gün Moskvada vəfat edib.

Müğənninin Moskvadakı evindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında dünya şöhrətli müğənninin səhhəti pisləşib: "Biz təcili yardım çağırdıq. Həkimlər gələndə artıq o, həyatda yox idi. Biz şok içindəyik". Mərhumun ailəsindən onu da bildiriblər ki, M. Maqomayevin səhhəti son zamanlar tez-tez pisləşib. Bir neçə dəfə yaxınları onu xəstəxanaya yerləşdirmək istəsələr də, o, evində qalmaq istəyib.Ailəsindən M. Maqomayevinin dəfninin nə zaman keçiriləcəyi barədə hələ dəqiqləşdirmə aparılmadığını da deyiblər. Qeyd edək ki, M. Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.