[b]Azərbaycanın xalq artisti Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib[b]
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, muğam ifaçısı Arif Babayevin 70 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Arif Babayev Azərbaycan muğamını dünyaya tanıtdırıb. Nazir qeyd edib ki, A. Babayev Azərbaycanda professor olan ilk muğam ifaçısıdır. Daha sonra xanəndələr Səkinə İsmayılova, Fehruz Səxavət, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səbuhi İbayev, Aygün Bayramova və digərləri çıxış ediblər. Akademik Opera və Balet Teatrın foyesində isə yubilyarın həyat və yaradıcılığını əks etdirən foto-şəkillər nümayiş olunub.
4610 sonuçtan 381 ile 390 arası

03-12-2008, 09:01 PM #381Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslər mükafatlandırılıblar
[b]Azərbaycanın Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslər mükafatlandırılıblar[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən şəhərinin 60 illiyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Gülnarə Ağamalıyevaya "Azərbaycan Respublikasının əməkdar müəllimi", Şövkət Mehdiyevaya "Azərbaycan Respublikasının əməkdar həkimi", Cəmil Allahverdiyev və Afət Şamilovaya isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" adı verilib.Prezidentin digər sərəncamı ilə Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan Nüsrət Vəliyev "Dövlət qulluğunda fərqlənməyə görə", 8 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib.

03-12-2008, 09:06 PM #382Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xalq artisti Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

03-13-2008, 11:31 AM #383Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 12-də saat 20.05-dən 20.35-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, martın 13-də saat 02.00-dan 02.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

03-13-2008, 11:51 AM #384Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Puebla ştatının universitet tələbələri üçün mühazirə oxuyub
[b]Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Puebla ştatının universitet tələbələri üçün mühazirə oxuyub[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili İlqar Muxtarov "Universidad Popular Autonoma del Estado de Puebla" adlanan yerli ştat universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbələri üçün "Azərbaycan və regional təhlükəsizlik" mövzusunda mühazirə oxuyub.
Meksikadakı diplomatik missiyadan APA-nın ABŞ bürosuna verilən məlumata görə, İlqar Muxtarov çıxışında Azərbaycanın Qafqazın təhlükəsizlik sistemində oynadığı roldan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi tövhədən və əsgərlərimizin İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakından danışıb. İlqar Muxtarov Kosovonun müstəqillik elan etməsinə Azərbaycan tərəfinin tutduğu prinsipial mövqe barədə də məlumat verib. Mühazirənin sonunda "Lider" televiziyasının istehsalı olan "Məhv edilmiş şəhər" filmi nümayiş olunub. Daha sonra müvəqqəti işlər vəkili tələbələrin çoxlu sayda suallarını da cavablandırıb.

03-13-2008, 12:06 PM #385Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Meksika xarici işlər nazirinin müavini martın sonunda Azərbaycana gələcək
[b]Meksika xarici işlər nazirinin müavini martın sonunda Azərbaycana gələcək[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. Martın 28-də Meksikanın xarici işlər nazirinin müavini, xanım Lurdres Aranda Bezauri Azərbaycana səfər edəcək.
Bu barədə APA-nın ABŞ bürosuna Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili İlqar Muxtarov məlumat verib. Xanım Lurdres Aranda Bezaurinin səfər proqramına Azərbaycanın nazirlik və dövlət qurumları ilə müzakirələr aparmaq daxildir. Səfər çərçivəsində iki ölkə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələrin aparılması da nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyi bu ilin yanvar ayından fəaliyyətə başlayıb.

03-13-2008, 01:36 PM #386Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kondoliza Rays: "Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunub-olunmayacağını bilmirəm"
[b]Kondoliza Rays: "Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunub-olunmayacağını bilmirəm"[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ-ın dövlət katibi Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həllinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən yaydığı məlumata görə, Konqresdə keçirilən dinləmələrdə Qafqaz regionunda yenidən müharibənin başlaya biləcəyi barədə iddialar səsləndikdən sonra Kondoliza Rays bu fikirlər münasibət bildirib: "Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həll olunub-olunmayacağını bilmirəm. Biz bir neçə dəfə buna yaxın olmuşuq. Buna görə də hazırda problemin həlli üzərində çalışmaları davam etdiririk. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün problemin həlli ilə bağlı hər iki tərəfdən qaynaqlanan problemlər var və biz tərəflərin bu işə məsuliyyətlə yanaşdığına əmin olmaq istəyirik". Kondoloza Rays qeyd edib ki, ABŞ münaqişənin həlli prosesində tərəflərə kömək etməyə çalışır.

03-13-2008, 01:41 PM #387Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin Şırnak rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib
[b]Türkiyənin Şırnak rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin cənub-şərqindəki Şırnak rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində 11 PKK terrorçusu öldürülüb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin istifadəsində olan "Heron" pilotsuz casus təyyarəsi Şırnakın Bestlər-Dərələr adlanın dağlıq zonasında bir qrup terrorçunun olduğunu müəyyən etdikdən sonra ərazi mühasirəyə alınıb. Dərin vadilər, çuxurlar və mağaralardan ibarət çətin relyefə malik əraziyə vertolyotlarla xüsusi təyinatlılar endirilib. Gedən döyüşlərdə 15 nəfərlik terrorçu qrupun 11 üzvü öldürülüb. Təhlükəsizlik qüvvələri itki verməyib. Əməliyyatlar davam edir.

03-13-2008, 01:46 PM #388Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqda araşdırma aparan ekspedisiya fəaliyyətini martın sonunda bərpa edəcək
[b]Azərbaycanın Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqda araşdırma aparan ekspedisiya fəaliyyətini martın sonunda bərpa edəcək[b]
Bakı. Laura Cəbrayıllı-APA. "Qubada aşkar edilən kütləvi məzarlıqda sürüşmənin olması ilə bağlı yayılan məlumatlar əsassızdır. Ərazidən axan qrunt sularının təsiri ilə tədqiqat sahəsində nəmişlik yaranmışdı. Qışda donan bu sahə havaların istiləşməsindən sonra açılıb, ona görə də quyuların kənarından içəri bir az torpaq tökülüb. Yerli icra hakimiyyətinə xəbər verdik, onlar da yoxladılar. Ərazidə ciddi heç bir hadisə baş verməyib". Bu açıqlamanı APA-ya Qubadakı kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev verib. Məsələ ilə əlaqədar sabah hadisə yerinə gedəcəyini bildirən ekspedisiya rəhbərinin sözlərinə görə, qısamüddətli fasilədən sonra ərazidə yenidən arxeoloji qazıntılar başlayacaq: "Havaların soyuması ilə əlaqədar ekspedisiyanın fəaliyyətinə fasilə verilmişdi. Tədqiqatlara aprel ayında başlamağa qərar versək də, havalar erkən istiləşdiyinə görə, martın 24-dən ekspedisiya öz fəaliyyətinə davam edəcək". Qeyd edək ki, 1918-ci ildə ermənilər tərəfindən törədilən soyqırımı nəticəsində yaranan kütləvi məzarlıqda bu günə kimi 161 insan kəlləsi aşkar edilib.

03-13-2008, 01:51 PM #389Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün xüsusi studiya yaradılacaq
[b]Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün xüsusi studiya yaradılacaq[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün studiya yaradılacaq. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Maqbet Bünyatov bildirib ki, studiyada gənc aktyorlar üçün xüsusi dərslər təşkil olunacaq: "Səhnə gözəl görkəmi sevir və bizə də həm gözəl, həm də istedadlı gənclər lazımdır. Gənclərin arasından istedadlıları seçmək üçün isə studiya yaradacağıq. Bu studiyada teatrımızın qocaman sənətkarları 6 ay müddətində həmin gənclərə kurs keçəcək və sonda həmin gənclərdən ən istedadlıları teatrda işə götürüləcək".

03-13-2008, 01:56 PM #390Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən silahlı basqınla əlaqədar məlumat yayıb
[b]Azərbaycan Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən silahlı basqınla əlaqədar məlumat yayıb[b]
Bakı. Gülşən Hacıyeva-APA. Daxili İşlər Nazirliyi Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqınla əlaqədar məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 11-də saat 15.00 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi yaxınlığındakı "Baba" yeməkxanasında kənd sakinləri Ənvər Həsənov, Elxan Əsgərov, Avşar kənd sakinləri Xalid Məmmədov, Umudvar Hüseynov və onun qardaşı Etibar Hüseynov sərxoş halda ictimai qaydanı pozublar. Buna görə yeməkxananın sahibləri Şahmurad və Edilxan Əzizov qardaşları həmin şəxslər yeməkxanadan çıxarıblar. Hadisədən qəzəblənən Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov və E. Hüseynov saat 20.00 radələrində yeməkxanaya gedərək kafeni avtomat silahdan atəşə tutublar. Nəticədə yeməkxanada olan Ağdam rayon sakini Ehtiram Hüseynov ayağından güllə yarası alıb. Əzizov qardaşlarını yeməkxanada tapmayan basqınçılar onların atası Şahmurad Əzizovun evinə gedərək oranı da avtomat silahdan atəşə tutublar. Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov, E. Hüseynov faktla əlaqədar hadisə yerinə gedən əməliyyat qrupuna tabe olmayıblar, polis əməkdaşlarına xəsarət yetirərək "VAZ-2106" və "VAZ-21011" markalı avtomaşınlarda hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi başlanıb, Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri