Əsas məzmuna keç
Sayfa 28/461 İlkİlk ... 1826272829303878128 ... SonSon
4610 sonuçtan 271 ile 280 arası

Azərbaycan Xəbərləri

1. #271
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakının audiovizual satış məntəqələrindən 10 minə yaxın saxta DVD və CD satışdan çıxarılıb

[b]Bakının audiovizual satış məntəqələrindən 10 minə yaxın saxta DVD və CD satışdan çıxarılıb[b]

Bakı. Nicat Mustafayev - APA. İqtisadi İnkişaf Nazirliyi yanında antiinhisar və istehlak bazarına nəzarət üzrə dövlət xidmətləri Bakı şəhərində audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan topdan və pərakəndə satış məntəqələrində birgə monitorinq keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, monitorinq aparılan təsərrüfat subyektlərində üzərində istehsalçı müəssisənin (studiyanın) adı, ünvanı və digər zəruri məlumatlar göstərilməyən müxtəlif formatlarda DVD və CD-lərin satıldığı müəyyən olunub. Bundan başqa, bu satış məntəqələrində yerli müğənnilərin ifalarından ibarət CD-lər və xarici kinofilmlərdən ibarət toplu şəkildə hazırlanan DVD-lər aşkarlanıb. Qeyd olunan məhsullar satış üçün zəruri sənədlər olmadan, kinofilmlər isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində müvafiq qeydiyyata alınmadan satışa çıxarılıb. Saxta, pirat, mənşəyi bəlli olmayan 10 minə yaxın DVD və CD müvafiq rəsmiləşmə aparıldıqdan sonra müsadirə edilib. Audiovizual sənaye məhsullarının qanunsuz satışını həyata keçirən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək.Qeyd edək ki, audiovizual sənaye məhsullarının satış bazarında monitorinqlər davam etdirilir.

2. #272
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Erməni işğalçılarının qətlə yetirdiyi azərbaycanlı dinc sakinin meyitini atəş altındakı ərazidən götürmək mümkün olub

[b]Erməni işğalçılarının qətlə yetirdiyi azərbaycanlı dinc sakinin meyitini atəş altındakı ərazidən götürmək mümkün olub[b]

Ağdam. Teymur Quliyev - APA. Martın 8-də cəbhənin Ağdam rayonunun Əfətli kəndi istiqamətində erməni işğalçılarının qətlə yetirdiyi kənd sakini Niyaməddin Maşallah oğlu İsmayılovun meyitini neytral zonadan götürmək mümkün olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri dünən gecə meyiti düşmənin atəş altında saxladığı ərazidən götürərək yaxınlarına təhvil veriblər.Qeyd edək ki, N. İsmayılov və onun dayısı Etibar Mikayılov martın 8-də ermənilərin işğal altındakı Yusifcanlı kəndindən açdıqları atəş nəticəsində qətlə yetiriliblər. N. İsmayılovun atası Maşallah İsmayılov və əmisi Müzəffər İsmayılov isə yaralanıblar. Boğazından güllə yarası alan Maşallah İsmayılov hərbi hospitalın reanimasiya şöbəsinə, 6 güllə yarası alan Müzəffər İsmayılov isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Maşallah İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

3. #273
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin baş nazirinə sui-qəsd planlaşdıran terrorçular yaxalanıb

[b]Türkiyənin baş nazirinə sui-qəsd planlaşdıran terrorçular yaxalanıb[b]

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdıran DHKP-C adlı terror təşkilatının 3 üzvü yaxalanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbul polisinin terrorçulara məxsus evdə apardığı axtarış zamanı bomba düzəltmək üçün istifadə olunan 35 kq ammonium nitrat kimyəvi maddəsi, 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd "Baretta" markalı tapança və içinə partlayıcı maddələr yerləşdirilmiş, uzaqdan idarə olunan oyuncaq maşınlar tapılıb. Terrorçuların planına əsasən R. T. Ərdoğan İstanbuldakı evinə gedərkən onun avtomobilinin yaxınlığında əvvəlcə partlayış törədilməli, sonra isə kortej avtomat silahdan atəşə tutulmalı idi.

4. #274
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

[b]Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb[b]

Lənkəran. Ağəddin Babayev - APA. Martın 9-da axşam saatlarında Lənkəran rayonunun Liman şəhəri yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran rayon Polis Şöbəsinin müstəntiqi Nurəddin Heydərovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Amil Aslan oğlu Aslanov idarə etdiyi 85 AB 098 dövlət nişanlı "Mitsubishi Outlander" markalı avtomaşınla Liman şəhər sakini, 1936-cı il təvəllüdlü Abuzər Abasət oğlu Əliyevi vurub. Piyada yerindəcə keçinib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb.

5. #275
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obamanın ermənipərəst müşaviri istefaya gedib

[b]Barak Obamanın ermənipərəst müşaviri istefaya gedib[b]

Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-ın Harvard Universitetinin Con Kennedi dövlət idarəçiliyi məktəbinin professoru Samanta Pover Hillari Klinton haqqında Böyük Britaniya mətbuatına verdiyi qalmaqallı müsahibədən bir neçə saat sonra istefaya gedib.

APA-nın ABŞ bürosunun xəbərinə görə, prezidentliyə namizəd Barak Obamanın xarici məsələlər üzrə əsas müşaviri olan S. Pover "The Scotsman" qəzetinə müsahibəsində H. Klintonu "monstr" adlandırıb. Onun bu sözləri H. Klintonun kəskin etirazına və ictimai qınağa səbəb olub. Bundan sonra S. Pover xanım Klintondan rəsmən üzr istəyib. Qeyd edək ki, Barak Obamanın xarici siyasət üzrə müşaviri olan Samanta Pover ermənipərəst mövqeyi ilə də tanınır.

6. #276
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədəki Ahıska Türkləri Dərnəkləri Federasiyası Rusiyada yaşayan bir qrup Ahıska türkünü aldadıb

[b]Türkiyədəki Ahıska Türkləri Dərnəkləri Federasiyası Rusiyada yaşayan bir qrup Ahıska türkünü aldadıb[b]

İstanbul. Mayis Əlizadə - APA. Gürcüstandakı ata-baba torpaqlarından didərgin salınmış Ahıska türklərinin bir qrupu problemlə üzləşib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Rusiyanın Stavropol vilayətində məskunlaşmış bir qrup Ahıska türkünün öz yurdlarını görmək və doğmalarının məzarlarını ziyarət etmək istəyinə Ankaradakı Ahıska Türkləri Dərnəkləri Federasiyasının bəzi üzvləri müsbət cavab veriblər. Onlar Stavropolda yaşayan 40 Ahıska türkünün Gürcüstana səfərlərinin xərcini ödəyəcəklərini vəd ediblər. Bu vədə inanan bəzi Ahıska türkləri evlərini girov qoyaraq, bankdan kredit götürüblər. Əksəriyyəti 70 yaşdan yuxarı olan 40 türk 2007-ci il oktyabrın 1-də Gürcüstana yollanaraq doğulduqları kəndi və ata-babalarının məzarlarını ziyarət ediblər. Heyətin üzvü, 76 yaşlı Dəmiralı Tursunov vəd olunan pulu almaq üçün Gürcüstandan Türkiyəyə gedib. Ancaq federasiya nümayəndələri ondan xərclədikləri məbləğin əks olunduğu çek tələb ediblər. D. Tursunov geri dönüb 13 min dollarlıq məsrəfin göstərildiyi çekləri götürərək yenidən Ankaraya üz tutub. 2007-ci il oktyabrın 29-dan bəri Ahıska Türkləri Dərnəkləri Federasiyasının ofisində bir otaqda qalan D. Tursunov və digər ahıskalı hələ də onlara vəd olunan pulu ala bilməyiblər. Onlar Türkiyə Nazirlər Kabinetinə, prezident iqamətgahına, Daxili İşlər Nazirliyinə müraciət edərək aldadıldıqlarını bildiriblər və kömək istəyiblər.

7. #277
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistanda siyasi partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv edilib

[b]Ermənistanda siyasi partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv edilib[b]

İrəvan - APA. Ermənistan prezidenti Robert Köçəryan fövqəladə vəziyyət rejimi ilə əlaqədar siyasi partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətləri ləğv edib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, prezidentin mətbuat katibi Viktor Soqomonyan bu addımın martın 1-dən indiyədək FV rejiminin pozulması ilə bağlı hər hansı faktın qeydə alınmaması və siyasi sabitliyin yaranması ilə izah edib. O bildirib ki, hazırda kütləvi informasiya vasitələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin yumşaldılması üçün də hazırlıq işləri aparılır.

8. #278
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çingiz Aytmatov diplomatik karyerasını başa çatdırıb

[b]Çingiz Aytmatov diplomatik karyerasını başa çatdırıb[b]

Bişkek - APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Çingiz Aytmatovun ölkənin Belçika, Niderland, Lüksemburq və Fransadakı səfiri, eləcə də NATO və UNESCO-dakı daimi nümayəndəsi vəzifələrindən azad edib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, səfirin istefasının səbəbi açıqlanmayıb. Qeyd edək ki, Ç. Aytmatov 1990-cı ildən diplomatik fəaliyyətdə idi. Bu il onun yubileyi ilə əlaqədar Qırğızıstanda "Aytmatov ili" elan olunub.

9. #279
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin işçisinin maşından oğurluq edilib

[b]Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin işçisinin maşından oğurluq edilib[b]

Bakı. Samir Kazımlı-APA. Bu il martın 7-də saat 18.00 radələrində naməlum şəxslər Parlament küçəsində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Sevinc Dəmir qızı Tagıyevaya məxsus "Hunday-Sonato" markalı Az 90 BD 636 nömrə nişanlı avtomobildən oğurluq ediblər.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, avtomobilin qabaq şüşələri sındırılıb, maşından S. Tağıyevanın işi ilə bağlı xidməti sənədləri, möhür və pul götürülüb. Polis İdarəsindən onu da bildiriblər ki, hələlik zərərçəkən istintaqa avtomobildəki pulun dəqiq məbləğini söyləməyib. Hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək, yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

10. #280
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gürcüstanda müxalifətçilər parlament binasının qarşısında və Nino Burcanadzenin qəbul otağında aclıq aksiyasına başlayıblar

[b]Gürcüstanda müxalifətçilər parlament binasının qarşısında və Nino Burcanadzenin qəbul otağında aclıq aksiyasına başlayıblar[b]

Tiflis - APA. Gürcüstanın birləşmiş müxalifəti parlamenbtin binası qarşısında - Rustaveli prospektində çadır qurub.

APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, parlament binasının pilləkanlarında aclıq aksiyası keçirən müxalifətçi deputatlar Zviad Dzidziquri, Bidzina Qucabidze və Georgi Tortladze yanvarın 5-də keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvini, siyasi motivlərlə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını və may ayında keçiriləcək parlament seçkiləri ilə bağlı Konstitusiya dəyişikliklərində müxalifətin mövqeyinin nəzərə alınması tələblərini irəli sürüblər. Rusiyanın MDB çərçivəsində Abxaziyaya qarşı tətbiq olunmuş iqtisadi sanksiyaları birtərəfli ləğv etməsindən sonra müxalifətçilər Gürcüstanın MDB-dən çıxmasını da öz tələbləri sırasına əlavə ediblər. Çadır fasiləsiz aclıq elan etmiş şəxslərə tibbi yardım məqsədilə qurulub. "Sağ müxalifət" fraksiyanın 9 deputatı isə birbaşa parlament sədri Nino Burcanadzenin qəbul otağında aclığa başlayıb. Onlar bu addımı küçədə vəziyyətin gərginləşməsinin qarşısını almaq və problemi dialoq yolu ilə həll etmək məqsədilə atdıqlarını bildiriblər. Qeyd edək ki, martın 9-dan etibarən parlamentin binası qarşısında birləşmiş müxalifətin etiraz aksiyaları başlayıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.