[b]Fransanın Azərbaycandakı səfiri: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur" - EKSKLÜZİV[b]
Bakı. Arzu Yaqubova-APA. Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin APA-ya müsahibəsi
[- Cənab səfir, hazırda Avropa İttifaqına sədrlik edən Fransanın fəaliyyətinin prioritetləri hansılardır ?- Fransa prezidenti Nikola Sarkozi əsas prioritetin Lissabon sazişinin ratifikasiyası prosesinin davam etdirilməsi olduğunu bəyan edib. Bu gün Avropa İttifaqına 27 üzv ölkədən 22-si sazişi ratifikasiya ediblər. Lissabon sazişi Avropa İttifaqının stabil qurumlarla və məqbul qaydalarla daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Fransanın Aİ-yə sədrlik etməklə bu məqsədə paralel olaraq, həm də öz proqramını da inkişaf etdirib. Bu proqram 4 böyük fəaliyyət sahəsini əhatə edir. Bunlardan birincisi enerji sahəsidir və Fransa hazırda "Enerji iqlim paketi"ni həyata keçirir. Bu paketin mahiyyəti enerjiyə qənaət etmək, istixana effekti yaradan qazların atmosferə buraxılmasını məhdudlaşdırmaq və yeniləşən enerjilərdən istifadəni artırmaqdır. Digər üç sahə isə Avropanın qida təhlükəsizliyinin vacibliyini nəzərə alaraq, ortaq kənd təsərrüfatı siyasətinin 2013-cü ilə qədər yenidən qurulması, Avropanın müdafiə sisteminin möhkəmləndirilməsi, və "İmmiqrasiya və sığınacaq üzrə Avropa Müqaviləsi" adlanan Fransanın təşəbbüsünün həyata keçirilməsidir. Fransa diplomatiyası əvvəllər də bir çox digər təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin hər biri barəsində ayrıca danışa bilmərəm, lakin onların arasında mən "Minilliyin yoxsulluğa qarşı mübarizə məqsədi" çərçivəsində "Afrikada inkişafa yardım"ı, Darfurda sülhün əldə edilməsi cəhdlərini, İranın nüvə proqramı böhranı ətrafında aparılan danışıqları, Afrika burnu regionunda narahatlıq doğuran dəniz quldurluğu sahəsində aparılan müzakirələri və s. kimi təşəbbüsləri sadalaya bilərəm.Lakin 6 ay ərzində yaranmış əsas prioritet, şübhəsiz, Gürcüstandakı müharibənin doğurduğu vəziyyətdir. Döyüş əməliyyatlarının dayandırılmasında və götürülmüş öhdəliklərin yerinə yetirilməsində fransız diplomatiyasının rolu həlledici olub. Bu gün Avropa İttifaqı Gürcüstanda 300 üzvdən ibarət müşahidə missiyası yaradır və onlardan 50-si fransızdır. Avropa İttifaqının daha bir təşəbbüsünə uyğun olaraq 15 oktyabrda Cenevrədə Gürcüstandakı vəziyyətə dair beynəlxalq müzakirələr keçirilməlidir. Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin olması zəruridir, buna görə də biz sülh naminə bütün diplomatik səyləri səfərbər etmişik. Biz Gürcüstanın bərpasına fəal dəstək göstəririk və eyni zamanda Rusiya ilə həm Avropaya aid məsələlərdə, həm də ikitərəfli əlaqələr sahəsində apardığımız dialoqu davam etdiririk. - Fransanın Avropa İttifaqına sədrliyi Azərbaycan münasibətlərinə necə təsir edə bilər ? - Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər bizim Avropa İttifaqına indiki sədrlik mövqeyimizdən asılı deyil. Bu əlaqələr normal inkişaf edir, həmin münasibətlər Fransanın Avropa İttifaqına sədrliyindən sonra da əvvəlki qaydada davam edəcəkdir. Çünki Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub. Viza rejiminin sadələşdirilməsinə gəldikdə isə Fransanın Avropa İttifaqına sədrliyinin ilk günlərindən "İmmiqrasiya və sığınacaq üzrə Avropa Müqaviləsi" təqdim edib və 27 üzv ölkə tərəfindən qəbul edilən bu müqavilənin məqsədi insan mübadiləsinə açıq olmaq (bərabər inkişaf, qanuni immiqrasiya və hər bir üzv ölkəyə uyğun olan sığınacaq siyasəti) və miqrasiya axınına nəzarəti təmin etmək arasında bir balans müəyyənləşdirməkdir. Bu müqavilənin qurumun 15 oktyabr tarixində baş tutacaq Avropa Şurasında (Avropa İttifaqının qurumlarından biridir) rəsmən qəbul edilməsi gözlənilir. Azərbaycan vətəndaşları üçün tətbiq olunan viza rejimi hazırda liberaldır : Fransa səfirliyi viza xahişlərinin çox az hissəsinə, təqribən 10 faizinə rədd cavabı verir. Bilirsiniz ki, biz bu məsələdə Şengen sazişi ilə six bağlıyıq. Vizaların verilməsi prosesinin daha çox liberallaşdırılması tərəflər arasında read-missiya ( digər ölkədə olan vətəndaşın sazişi imzalayan ölkəyə yenidən qəbulu) sazişlərinə və sərhədlərin idarə edilməsi əməkdaşlığına əsaslanır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Fransa Avropa İttifaqının sədri qismində deyil, Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərir. Əlbəttə, Avropa İttifaqının bir çox üzv ölkəsi Minsk Qrupunda təmsil olunur, bu baxımdan Avropa İttifaqı da münaqişənin nizamlanması prosesində çox həlledici rol oynayır və bu rol da danışıqlar irəlilədikcə daha da artacaqdır. - Bölgədə baş verən son hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanlarını necə qiymətləndirirsiniz? - Paradoksal olaraq, bu gün Dağlıq Qarabağ münaqişəsinin həll şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur. Belə ki, Cənubi Qafqaz ölkələri öz zəifliklərinin, regional kontekstdən asılılıqlarının və hərb yolu ilə problemləri həll etməyin mümkünsüzlüyünün fərqinə vardılar. Bu şəraitdə Minsk Qrupu tərəfindən irəli sürülən təşəbbüslərin - Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü, 15 oktyabrdan sonra prezidentlərin görüşünün planlaşdırılması - nəticə verəcəyinə daha çox şans var. Danışıqlarda qeydə alınan hər bir uğur regionun təhlükəsizliyi və rifahı naminə müsbət ölçülərlə davam etdiriləcək.- Türkiyənin bölgədə vasitəçi rolunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün xeyri ola bilərmi?- Regionda əməkdaşlıq və təhlükəsizlik şəraitini yaxşılaşdırmağa yönəlmiş hər bir təşəbbüs alqışlanmağa layiqdir, xüsusilə o halda ki bu təşəbbüslər Türkiyənin də daxil olduğu Minsk Qrupunun səylərini dəstəkləməyə yönəlib. Mən Fransanın Avropa İttifaqına sədrliyi çərçivəsində 4 sentyabr 2008-ci ildə yaydığı bəyanatı xatırlatmaq istərdim. Bu bəyanatda qeyd olunur ki, "Türkiyənin Qafqaz Stabillik və Təhlükəsizlik Platforması təşəbbüsünə böyük maraq göstərilir. Bu Türkiyə tərəfindən regionun stabilliyi, təhlükəsizliyi və inkişafı üçün bir töhfədir və Gürcüstandakı münaqişə kontekstində yeni bir miqyasa malikdir".- Cənab Səfir, Ermənistan-Azərbaycan münaqişəsi Fransanın Cənubi Qafqaz dövlətləri ilə, xüsusən Azərbaycan və Ermənistanla iqtisadi əməkdaşlığına mane olurmu ?- Fransanın münaqişədə olan hər iki ölkə ilə iqtisadi əlaqələri yaxşıdır. Lakin şübhəsiz ki, bu münaqişə həllini tapdığı halda bu münasibətlər daha yaxşı ola bilər. Bir tərəfdən, Cənubi Qafqaz regionunun daxilində, digər tərəfdən isə bu regionla dünya arasında iqtisadi əməkdaşlıq imkanları münaqişənin həlli nəticəsində çox asanlaşmış olardı. Bir gün müharibə nəticəsində zərər çəkmiş regionlara sərmayə yatırmaq, dağıdılmış binaları yenidən tikmək, kommunikasiya yollarını bərpa etmək, iqtisadi fəaliyyəti yenidən qurmaq və yeni regional həmrəylik yaratmaq lazım gələcək. Bu yeni dinamika şübhəsiz həm bütün Cənubi Qafqaz, həm də digərləri üçün əlverişli olacaq. - Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək sahəsində müəyyən planlarınız varmı? - Fransa ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıq qənaətbəxşdir və bu münasibətlərin inkişaf perspektivləri böyükdür. Fransa ötən il Azərbaycana 100 milyon avro həcmində mal ixrac edib və bu rəqəm artmaqdadır. Eyni zamanda biz hər il Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edirik. Fransız şirkətləri Azərbaycanın iqtisadi inkişafında iştirak edir. "Total" şirkəti "Şahdəniz" qaz yatağının istismarında tərəfdaş qismində iştirak edir və öz iştirakını möhkəmlətmək istəyir. Bu şirkət ARDNŞ ilə Abşeronda tədqiqatlar aparmaq üçün baza razılığı imzalayıb. Neft sahəsində həmçinin "SAIPEM"lə bərabər çalışan "TECHNIP" firması da varr və bu şirkət Xəzər dənizində yerləşən yataqların istismarı üçün neft platformalarının Azərbaycanda qurulmasında mühüm proqramlar həyata keçirir. Son illər ərzində biz Azərbaycana "Airbus" və "ATR" təyyarələri və vertolyotlar satmışıq. "Thales" şirkəti 2007-ci ilin iyul ayında Bakı hava limanını radarla təchiz edib və həmçinin Gəncə və Naxçıvan hava limanlarını radarla təchizatına dair də müqavilələr imzalanıb. Bizim şirkətlərimiz ətraf mühit sahəsində də fəallıq göstərir. Bakıda utilizasiya zavodunun tikintisi ilə bağlı "CNIM" şirkəti ilə İqtisadi İnkişaf Nazirliyi ilə aparılan danışıqlar son mərhələdədir. OTV firması isə Bakıda su təmizləyici stansiya tikir. Bunlardan əlavə bizim həmçinin istehlak malları sahəsində bir çox iqtisadi əlaqələrimiz var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyə bilərəm ki, bu bölgəyə heç bir fransız şirkəti sərmayə yatırmır. Məndə olan məlumata görə, bu regionda heç bir fransız şirkəti kommersiya fəaliyyəti də həyata keçirmir. - Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz? - Azərbaycanda insan hüquqlarının vəziyyəti Avropa İttifaqı, Avropa Şurası və xüsusilə ATƏT-in hesabatlarında yer alıb. Bu təşkilatların üzvü kimi Fransa, şübhəsiz ki, bu hesabatlardakı fikirlərlə həmrəydir. Bu günlərdə ölkədə seçkiqabağı vəziyyətə dair çap edilən növbəti hesabatını misal gətirmək istərdim. Bu hesabat obyektiv şəkildə həm hökumətin situasiyanı yaxşılaşdırmaq cəhdlərini, həm də demokratik ölkələrin beynəlxalq normalarına çatmaq üçün hələ də edilməli olan tərəqqini təsvir edir. Fransa insan hüquqları sahəsində Avropa İttifaqı ilə Azərbaycanın hökumət orqanları arasında qarşılıqlı hörmət əsasında mütəmadi dialoqun tərəfdarıdır və buna məsuliyyətlə yanaşır.
Azərbaycan Xəbərləri
Printable View

10-13-2008, 11:40 AMAPAFransanın Azərbaycandakı səfiri: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur

10-13-2008, 11:50 AMAPABakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü tutulub
[b]Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü tutulub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü həbs olunub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Sumqayıt şəhər Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ-Aeroport yolundan kabel oğurlamaqda təqsirli bilinən mütəşəkkil dəstənin daha 3 üzvü, Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Qiyas Məmmədov, Bakı şəhər sakinləri, 1970-ci il təvəllüdlü Füruz Baloğlanov saxlanılıb. Qeyd edək ki, Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin bir qrup üzvü xeyli əvvəl zərərsizləşdirilib. Dəstənin axtarışda olan üzvlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-13-2008, 12:00 PMAPAAdları seçici siyahılarında olmayan vətəndaşlar məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər
[b]Adları seçici siyahılarında olmayan vətəndaşlar məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər[b]
[Bakı. Elnur Məmmədli - APA. Adları seçici siyahılarında olmayan seçicilər səsvermə günü məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, artıq seçicilər siyahılara düşmək üçün əvvəlki kimi məhkəmələrə müraciət etmək məcburiyyətində qalmayacaqlar. Onlar yaşadıqları ərazidə olan məntəqə seçki komissiyasında öz şəxsiyyət vəsiqələrini göstərmək və ərizə formasını doldurmaqla əlavə seçici siyahısına düşdükdən sonra səsvermədə iştirak edə biləcəklər. -
10-13-2008, 12:20 PMAPAAzərbaycanda ilk dəfə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» adlı beynəlxalq sərgi keçiriləcək
[b]Azərbaycanda ilk dəfə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» adlı beynəlxalq sərgi keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin noyabr ayının 5-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian»ın təşkilatçılığı ilə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» Xəzər Beynəlxalq Sərgisi keçiriləcək. «İteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Qafqazda ilk dəfə keçirilən «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» sərgisinin məqsədi Azərbaycanın təhlükəsizlik sferasında yeni texnologiyaların tətbiqinə nail olmaq, bu sahəyə dair yeni məlumatları potensial istehlakçılara təqdim etməkdir. Noyabrın 7-dək davam edəcək sərgidə 11 ölkədən 50-dən çox şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında «Delta Group» (Azərbaycan), «Eliks Group» (Rusiya), «Hitas» (Türkiyə), «İdrak Texnoloji Transfer» (Azərbaycan), «AXİS Communications» (İsvecrə), «Padilta» (İspaniya), «STA plus Group» (Rusiya) şirkətləri və s. var. Sərgi çərçivəsində ixtisaslaşdırılmış seminarın keçirilməsi də planlaşdırılır. Tədbirdə daxilolma siqnalizasiyası, mühafizə və müşahidə sistemləri, girişə nəzarət, yanğın təhlükəsizliyi, mərkəzləşdirilmiş həyəcan siqnalı sistemləri və s. üzrə stendlər nümayiş etdiriləcək. -
10-13-2008, 12:30 PMAPABakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək
[b]Bakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Dekabrın 4-5-də Bakıda Avropa Şurasının "Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu" layihəsinin 10 illik yubileyinə həsr edilmiş Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli Avropa Şurasının qərargahında milli koordinatorların "Fandreizinq strategiyası və onun tətbiq edilməsi" mövzusunda məşvərət toplantısında iştirak edib. Koordinatorların Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə Direktoru Robert Palmerlə və Mədəniyyət siyasəti üzrə Katrin Merkle ilə görüşündə Bakı konfransı, o cümlədən "Kompendium və mədəniyyət siyasəti üzrə Toplu"nun nəşri ilə bağlı məsələlər müzakirə edilib. R. Palmer Milli Müəlliflərin Bakı Konfransında iştirak etmək məqsədilə İSESKO-nun bir neçə aparıcı üzv-dövlətlərinin ekspertlərinin Azərbaycana ezam edilməsinin nəzərdə tutulduğunu bildirib. -
10-13-2008, 12:40 PMAPAMDB ölkələrinin müdafiə nazirləri Sankt-Peterburqda 20-yə yaxın məsələ müzakirə edəcəklər
[b]MDB ölkələrinin müdafiə nazirləri Sankt-Peterburqda 20-yə yaxın məsələ müzakirə edəcəklər[b]
[Bakı. Laçın Sultanova - APA. Oktyabrın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 55-ci iclası keçiriləcək. APA-nın məlumatına görə, gündəliyə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-yə yaxın məsələ salınıb. Toplantıda əsas diqqət MDB ölkələrinin raket hücumundan müdafiə üzrə birləşmiş sisteminin təkmilləşdirilməsinə yönələcək, bu sistemin regional komanda punktları barədə əsasnamə, birgə tədbirlərin keçirilməsi, strukturun və qoşun qruplaşmalarının hərbi tərkibinin optimallaşdırılması məsələləri müzakirəyə çıxarılacaq. Şuranın iclasında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. -
10-13-2008, 01:10 PMAPA"Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi" mövzusunda dəyirmi masa keçirib
[b]"Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi" mövzusunda dəyirmi masa keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Konstitusiya Araşdırmalar Fondu "Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi" mövzusunda layihəyə həsr olunan dəyirmi masa keçirib. APA-nın məlumatına görə, fondun sədri Əliməmməd Nuriyev bildirib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində, Respublika Dövlət Yol Polisində (DYP), Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində pullu xidmətlər göstərilməsi sahəsində fəaliyyəti tənzimləyən normativ aktların antikorrupsion ekspertizası aparılıb. Həmçinin, pullu xidmətdən istifadə edən vətəndaşlar arasında sorğu keçirilib. Fondun nümayəndəsi Zaur İbrahimli deyib ki, sorğuda 899 respondent iştirak edib. Sorğu zamanı bəlli olub ki, respondentlərin 17,67 faizi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin fəaliyyətini "çox pis", 49,50 faizi isə "pis" qiymətləndirib. Respondentlərin 38,50 faizi notariusların fəaliyyətini "yaxşı", 36,50 faizi isə "pis" dəyərləndirib. Respondentlərin əksəriyyəti DYP-nin də fəaliyyətini pis hesab edib. -
10-13-2008, 01:30 PMAPAAzərbaycanda prezident seçkilərini 30 xarici KİV-in 92 nümayəndəsi izləyəcək
[b]Azərbaycanda prezident seçkilərini 30 xarici KİV-in 92 nümayəndəsi izləyəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərini izləmək üçün 30 xarici Kütləvi İnformasiya Vasitəsinin (KİV) 92 nümayəndəsi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Bu barədə APA-ya məlumat MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən daxil olub. Müraciət edənlər arasında "Azadlıq" radiosu (ABŞ), "İmedi", "Rustavi-2" (Gürcüstan), "Əl-Cəzirə" (Qətər), TRT( Türkiyə), "Milli Rumuniya" (Rumıniya), CTB, NTV, "Mir" (Rusiya) televiziyaları, İRNA (İran), "İhlas", "Anadolu" Türkiyə), "Associated Press", EPA (ABŞ), "Frans-Press" (Fransa), "Bloomberg-News" (Almaniya) informasiya agentlikləri, "Profil", "Vestnik XXI", "Rossiskaya qazeta" (Rusiya) və "El Pais" (İspaniya) qəzetləri var. -
10-13-2008, 01:40 PMAPAMSK sədri Məzahir Pənahov qazaxıstanlı həmkarını qəbul edib
[b]MSK sədri Məzahir Pənahov qazaxıstanlı həmkarını qəbul edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kulandık Turqankulovla görüşüb. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verən M. Pənahov seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün bütün imkanların səfərbər olunduğunu, seçki məntəqələrinin 500-də veb-kameraların quraşdırıldığını bildirib. K. Turqankulov isə Azərbaycanda seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndirərək Qazaxıstandan olan 50-dən çox müşahidəçinin səsvermənin gedişini izləyəcəyini deyib. O, veb-kameralarla bağlı təcrübənin öyrənilərək Qazaxıstanda da tətbiq olunmasının vacibliyini vurğulayıb. -
10-13-2008, 02:00 PMAPABu ildən Masallı və Saatlı rayonlarının sosial obyektləri də istiliklə təmin olunacaq
[b]Bu ildən Masallı və Saatlı rayonlarının sosial obyektləri də istiliklə təmin olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Azəristiliktəchizat» ASC ilk dəfə olaraq, bu ilin payız-qış mövsümündən Masallı və Saatlı rayonlarını istiliklə təmin etməyə başlayacaq. «Azəristiliktəchizat» ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev «APA-ECONOMICS»ə bildirib ki, artıq bunun üçün hər bir rayonda bir qazanxana tikilib. İlkin mərhələdə həmin rayonlarda bu qazanxana vasitəsilə əsasən, sosial obyektlərə istilik veriləcək. R.Əliyevin sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar respublikanın regionlarında 7 yeni modul tipli qazanxana quraşdırılıb. Bu il 33 rayonda 124 qazanxana işləyəcək ki, bu da 84 məktəb, 10 uşaq bağçası, 61 səhiyyə obyekti və 86 digər sosial obyekti istiliklə təmin etməyə imkan verəcək.