[b]Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək[b]
[Stokholm - APA. 2008-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı elan edilib. APA-nın məlumatına görə, Stokholmda keçirilən mətbuat konfransında ədəbiyyat üzrə Nobel mükafatının 68 yaşlı fransız yazıçısı Jan-Mari Qustav le Klezioya veriləcəyi açıqlanıb. Jan-Mari Qustav le Klezio dekabrın 10-da keçiriləcək mərasimdə Norveç Kral Akademiyasının diplomu, qızıl medal və 10 milyon İsveç kronu (1,42 milyon dollar) puldan ibarət mükafatını alacaq. Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən verilir. Ötən il mükafatı britaniyalı Doris Lessinq almışdı.
Azərbaycan Xəbərləri
Printable View

10-09-2008, 04:40 PMAPAƏdəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək

10-09-2008, 04:50 PMAPAPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçki kampaniyası başa çatana qədər görüşlərini davam etdirəcək
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçki kampaniyası başa çatana qədər görüşlərini davam etdirəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli seçicilərlə görüşlərini seçki kampaniyası başa çatana kimi davam etdirəcək. Namizədin vəkili Xanoğlan Əhmədovun APA-ya verdiyi məlumata görə, Q. Əlibəyli sabah Xaçmaz seçiciləri ilə görüşəcək. Görüş saat 12-00-da rayon mərkəzində yerləşən Musiqi Məktəbində olacaq. Sabah Qusara da səfər edəcək prezidentliyə namizəd saat 14.00-da İncəsənət Məktəbində seçicilərlə görüş keçirəcək. Görüşlərdə namizədin öz ilə bərabər onun vəkilləri, səlahiyyətli nümayəndələri və ictimaiyyətin tanınmış nümayəndələri də iştirak edəcəklər. Oktyabrın 11-də Q. Əlibəylinin Sumqayıt, oktyabrın 12-də isə Qobustanda və Şamaxıda seçicilərlə görüşləri nəzərdə tutulub. -
10-09-2008, 05:00 PMAPA«Royal Bank of Baku» yaxın vaxtlarda nizamnamə kapitalını 24% artıracaq
[b]«Royal Bank of Baku» yaxın vaxtlarda nizamnamə kapitalını 24% artıracaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. «Royal Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaxın vaxtlarda nizamnamə kapitalını 23,5% artıraraq 21 mln. manata çatdıracaq. Bankın İdarə Heyətinin sədri Zaur Fərzəliyevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, nizamnamə kapitalının artırılması bankın mövcud səhmdarları hesabına həyata keçiriləcək. Elan olunmuş əlavə səhm emissiyasının həcminin ödənilməsi isə tezliklə başa çatdırılacaq. Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 21 filialı, 22 bankomatı və 59 POS-terminalı fəaliyyət göstərir. -
10-09-2008, 05:10 PMAPAParlamentin təhlükəsizlik xidmətinin əməkdaşı özünü öldürüb
[b]Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşı özünü öldürüb[b]
[Riqa - APA. Latviya Seymi və prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşı intihar edib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, insident oktyabrın 9-na keçən gecə baş verib. Vitali adlı 35 yaşlı serjant parlamentin binasında xidməti silahı ilə özünü vurub. İlkin versiyalara əsasən intihar işlə bağlı məsələlərlə əlaqəli deyil. -
10-09-2008, 05:20 PMAPAAzərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları bir aya istifadəyə veriləcək
[b]Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları bir aya istifadəyə veriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları yaxın bir aya istifadəyə veriləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan İslam Universitetinin rektoru Hacı Sabir Həsənli məlumat verib. Rektor deyib ki, hazırda universitet binasında son tamamlanma işləri aparılır. Onun sözlərinə görə, müasir standartlara uyğun inşa edilən universitet binası 4 mərtəbəlidir. S. Həsənli Qafqaz Müsəlmanları İdarəsinin binasının tikintisinin də yaxın vaxtlarda başa çatdırıldığını deyib. Rektor universitetin tələbələrinin hələlik 6-cı mikrorayonun ərazisindəki tədris korpusunda təhsil aldıqlarını bildirib. -
10-09-2008, 05:30 PMAPAAzərbaycan paytaxtında yeni metro stansiyası istismara verilib
[b]Azərbaycan paytaxtında yeni metro stansiyası istismara verilib[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakı Metropoliteninin "Nəsimi" stansiyası istismara verilib.
[APA-nın məlumatına görə, stansiyanın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, bu, Azərbaycanın müstəqillik illərində inşa olunmuş ilk metro stansiyasıdır. İki il əvvəl - 2006-cı ildə inşasına başlanmış stansiyanın tikintisinə 100 milyon manat məbləğində vəsait xərclənib. Metronun «Memar Əcəmi» - «Nəsimi» xəttinin uzunluğu 2660 metr, stansiyanın platformasının uzunluğu 102, eni 38 metrdir. Stansiyadan 6 və 9-cu mikrorayonlara çıxışlar var. -
10-09-2008, 05:40 PMAPAElşən Manafov: "30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən Araz Əlizadənin xəbəri yoxdur"
[b]Elşən Manafov: "30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən Araz Əlizadənin xəbəri yoxdur"[b]
[Bakı. Ramil Məmmədli - APA. "ASDP-ni tərk edərək, Azərbaycan Demokratik Sol Partiyanın Təşəbbüs Qrupuna üzv olan şəxslərin sayı artıq 30-u keçib". Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyanın (ADSP) Təşəbbüs Qrupun sədri Elşən Manafov deyib. E. Manafov bildirib ki, artıq həmin şəxslərin ASDP-dəki partiya vəsiqələri ona təqdim olunub: "Araz Əlizadə son müsahibələrinin birində deyib ki, Zərdüşt Əlizadə partiyanı tərk edəndə onunla birgə qurumu 47 nəfər tərk etmişdi, Elşən Manafovla isə 3 nəfər gedəcək. Yəqin ki, 30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən onun xəbəri yoxdur". E. Manafov ADSP-nın formalaşdırılması istiqamətində görülən işlərə də toxunub: "Proqram sənədləri üzərində iş gedir. Bakının bəzi rayonlarında ilk təşkilatların formalaşması prosesi yekunlaşıb. Seçkidən sonra isə partiyanın təşkilatı işləri daha da genişlənəcək". E. Manafov yeni yaradılacaq partiyanın hakimiyyətdəki islahatçı qüvvələrlə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. -
10-09-2008, 05:50 PMAPAAzərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb
[b]Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşların müraciətini nəzərə alaraq dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddətini oktyabrın 17-nə qədər uzadıb. Bu barədə APA-ya Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Bu il sentyabrın 11-də elan edilən sənəd qəbulunun oktyabrın 10-da yekunlaşması nəzərdə tutulmuşdu. Qeyd edək ki, son məlumata görə, 33 dövlət orqanının 601 vakant yerinə 1493 namizəd sənəd verib. -
10-09-2008, 06:00 PMAPA«Royal Bank of Baku» İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan yeni kredit tranşı alıb
[b]«Royal Bank of Baku» İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan yeni kredit tranşı alıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. «Royal Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti (ASC) İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan cəlb etdiyi kreditin növbəti tranşını alıb.Bankdan «APA-ECONOMICS»ə verilən məlumata görə, bu tranşın məbləği 1,5 mln. ABŞ dolları təşkil edir və cəlb olunmuş vəsaitlər bankın istehlak kreditləri üçün nəzərdə tutulub. Qeyd edək ki, ötən il İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondu bankın səhmdarları sırasına daxil olub. İndiyədək «The Sturgeon Fund Ltd.» tərəfindən banka 21 mln. dollar həcmində vəsait ayrılıb. Bank bu ilin oktyabr ayının 15-də fonddan daha 1 mln. dollar, oktyabrın 30-da isə 5 mln. dollarlıq növbəti tranşlarını alacaq: «İtaliya fondundan cəlb olunan vəsaitin sonrakı tranşları da istehlak kreditlərinin maliyyələşdirilməsinə sərf edəcək. «Royal Bank of Baku» öz siyasətinə uyğun olaraq Azərbaycanın bank sistemində istehlak kreditləri üzrə lider olmaq niyyətindədir».Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 28 filialı, 4 şöbəsi, 3 mübadilə məntəqəsi, 24 bankomatı və 75 POS-terminalı fəaliyyət göstərir. -
10-09-2008, 06:10 PMAPATimsah futbolçunu yeyib
[b]Timsah futbolçunu yeyib[b]
[Bakı - APA-SPORT. Zimbabve çempionatında aşağı divizion təmsilçisi "Midland Portland Cement" klubunun üzvü faciə ilə üzləşib. "APA-SPORT"un məlumatına görə, futbolçu çayda çimərkən yoxa çıxıb. Belə ki, yerli çempionatın oyunundan əvvəl komandanın 16 üzvü mənfi enerjidən qurtulmaq üçün yaxınlıqdakı çaya yollanıblar. Bu zaman onlara timsah hücum edib. 15 nəfər tez bir zamanda sahilə çıxsa da, adı açıqlanmayan futbolçunun yırtıcıya yem olduğu müəyyənləşib. Komanda üzvlərini bu qəribə addımı atmağa isə baş məşqçi vadar edibmiş.