[b]Koreya hökuməti Azərbaycan mütəxəssisləri üçün informasiya texnologiyaları sahəsində yeni təhsil proqramı təşkil edir[b]
[Bakı. İlhamə İsabalayeva-APA-Econpomics. Koreyanın İnformasiya və Rabitə Nazirliyi və İnformasiya və Rabitə Universiteti xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kursları təşkil edir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, "Qlobal informasiya texnologiyaları proqramı" mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura). Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr və ya magistr dərəcəsi) və dövlət orqanlarında çalışan İT mütəxəssislər, ictimai təşkilatların işçiləri və milli tədqiqat mərkəzlərinin elmi işçiləri olmalıdır. Namizəd ingilis dilini yüksək səviyyədə bildiyini təsdiqləyən TOEFL (PBT 500/CBT 173) və ya İELTS (5,0) sertifikatı təqdim etməlidir. Koreyanın İnformasiya və Rabitə Nazirliyi tərəfindən maliyyələşdirilən proqramda iştirak etmək istəyən şəxslər sentyabrın 10-dək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinə müraciət edə bilərlər.
Azərbaycan Xəbərləri
Printable View

07-24-2008, 12:11 PMAPAKoreya hökuməti Azərbaycan mütəxəssisləri üçün informasiya texnologiyaları sahəsində yeni təhsil proqramı təşkil edir

07-24-2008, 12:21 PMAPAARDNŞ prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
[b]ARDNŞ prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşüb. ARDNŞ-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, R. Abdullayev ötən ay Fransanın "Total" şirkəti ilə "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Sazişin imzalandığını bildirib. Azərbaycanın enerji diversifikasiyasına böyük önəm verdiyini qeyd edən ARDNŞ prezidenti ölkə rəhbərliyi tərəfindən enerji resurslarının dünya bazarlarına çıxışının alternativliyini təmin etmək üçün ciddi addımların atıldığını vurğulayıb. O, Mərkəzi Asiyada hasil edilən neftin və qazın Azərbaycan üzərindən şəffaf tariflərlə nəql edilməsinin mümkün olduğunu bildirib. ARDNŞ prezidenti "Abşeron" bloku üzrə HPBS-nin imzalanması üçün zəruri işlərin görüldüyünü, "Şahdəniz" yatağının işlənməsinin II fazasının isə marketinq işlərinin davam etdiyini vurğulayıb.Q. Keller isə HPBS-nin də tezliklə imzalanacağına və birgə aparılacaq işlərin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. -
07-24-2008, 12:31 PMAPA"Azərbaycanda bizim rəqibimiz yoxdur"
[b]"Azərbaycanda bizim rəqibimiz yoxdur"[b]
Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupunun üzvləri eyni adlı digər qrupa öz sənətləri ilə qalib gəldiklərini deyirlər
[Bakı. Ülkər Qasımova - APA. Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupunun üzvlərinin APA-ya müsahibəsi - Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" qrupu Azərbaycandan getmək qərarına gəlib. Bunu özünüz üçün qalibiyyət hesab edirisnizmi?Ülvi Cəfərov: Onlar getmirlər, biz onları göndəririk. Düşündük ki, getsinlər, bir az təhsil alsınlar. İnsan gərək öz vətənində bir şey etsin. Görünür, digər "Şeron" qrupu burada bir şey edə bilmədiyi üçün Türkiyəyə üz tutmaq qərarına gəlib. Onların Türkiyəyə gedəcəyini dəqiqliklə deyə bilmərəm, ancaq artıq bizə Türkiyədən təklif gəlib. Bu təklifi 2005-ci ildə Tarkanın albomunu hazırlamış prodüserdən almışıq. Türkiyədə qrupumuzun yeni albomunu çıxarmaq istəyirlər. Gələn həftə bununla bağlı Türkiyəyə gedəcəyik və müqavilə ilə tanış olduqdan sonra imza atacağıq. Əsas istəyimiz bu albomun Avropada da satışa çıxarılmasıdır.Məlikməmməd Hacıyev: Hələ gedib-getməyəcəklərini demək olmaz. Vaxtı gələndə hər şey bilinəcək. İnanın ki, onlar haqqında düşünməyə belə vaxtımız yoxdur. Biz qalibiyyətimizi sənətimizlə və mahnılarımızla göstəririk. Onlar kimi ucuz reklama qaçmaq bizlik deyil. - Deyirlər, digər "Şeron" qrupunun əlindən toy biznesini də almısınız. Ülvi Cəfərov: Bu, çox səhv fikirdir. Biz onlara qol gücü göstərmirik, sadəcə, öz sənətimizlə qalib gəlirik. Bu gün biz gündəmdəyik və tamaşaçılar tərəfindən sevilirik. Əgər seviliriksə, deməli, tamaşaçılar qarşısında əsl sənət nümayiş etdiririk. Kim ki, vətənində özünü göstərə bilmir, öz günahıdır. Gənclər öz toylarında məhz bizim qrupu görmək istəyirlərsə, bu, bizim üçün fəxrdir. Özü də toy idarə etmək heç də asan iş deyil. Biz toylardan qazandığımızı əziyyətlə əldə edirik, yeddi saata yaxın canlı oxuyuruq. Toylarda heç vaxt fonoqramdan istifadə etmirik. Bu, olduqca çətin və məsuliyyətli işdir. Məlikməmməd Hacıyev: Bu gün reallıq budur ki, sənət göstərmək üçün maliyyə lazımdır. Maliyyə olmasa, nə mahnılar yazdıra, nə kliplər çəkdirə bilərik. Bizə axı maliyyə yardımı göstərən yoxdur. Biz özümüz özümüzü maliyyələşdiririk. Əgər toy bazarında özümüzə görə bir yer qazanmışıqsa və hansısa bir yeri götürmüşüksə, bu, bizim öz əməyimizin bəhrəsidir. - Toya gəlir yeri kimi baxırsınız, yoxsa apardığınız toylarda həqiqətən də sənət nümayiş etdirirsiniz? Məlikməmməd Hacıyev: Biz toylarda əsl sənət nümayiş etdiririk. Əgər belə olmasaydı, çoxluq bizə üstünlük verməzdi. Bu gün toy aparmaq özü də sənətdir. Sənan Əliyev: Bugünkü dövrdə o qədər də geniş səhnəmizin olmadığını nəzərə alsaq, deməli, bizim sənət göstərməyimiz üçün yeganə imkan toydur. Yalnız toy vasitəsilə böyük kütləyə nə isə çatdırmaq olar. - Niyə bu zamana kimi beynəlxalq müsabiqələrdə, festivallarda iştirak etməmisiniz?Ülvi Cəfərov: Biz ən mötəbər beynəlxalq müsabiqələırdə iştirak edəcəyik. Hələlik bunu açıqlamaq istəmirik. Bircə onu deyə bilərəm ki, artıq bunun vaxtı çatıb. Məlikməmməd Hacıyev: Biz bunun üçün gecikdiyimizi düşünmürük. Əslində özünü təsdiq etdikdən sonra beynəlxalq müsabiqələrdə iştirak etmək daha məqsədəuyğundur. Çünki kifayət qədər təcrübən olmalıdır. Hər yerindən duranın beynəlxalq festivallara qatılması Azərbaycan musiqisinin nüfuzuna xələl gətirir. - Bu gün Azərbaycanda qrupların sayı yetərincədir. Bəs "Şeron" qrupu özünə rəqib bilir? Ülvi Cəfərov: Azərbaycanda bizim rəqibimiz yoxdur. Sözün düzü, rəqiblik iddiamız da yoxdur. Bütün qruplarla münasibətimiz yaxşıdır. Heç bir qrupla işimiz yoxdur. Kiminsə bizimlə işi ola bilər, biz isə onlara fikir vermirik. - Azərbaycanda səviyyəli qrupların kifayət qədər olmamasını nə ilə izah edirsiniz?Məlikməmməd Hacıyev: Səviyyəli qrupun yaradılması üçün müəyyən şərtlər var. Məsələn, Amerikadakı qruplarla bizim qruplarımız çox fərqlənir. Çünki oranın əhalisi çoxdur, ərazisi böyükdür, eyni zamanda Amerika uzun illərdir müstəqil dövlətdir. Səviyyəli qrupların yaranması üçün bütün bunlar şərtdir. Azərbaycan müstəqillik qazandıqdan sonra musiqi sahəsində də çox irəliləyişlər olub. Güman edirəm ki, beş ildən sonra Azərbaycanda daha səviyyəli qruplar yaranacaq. Azərbaycanın "Qaya" qrupu öz sözünü deyib, qismət olsa, biz də öz sözümüzü demək istəyirik.- Sizi hər zaman ciddi geyimlərdə görürük. İmicinizə dəyişiklik etmək fikriniz varmı?Ülvi Cəfərov: Geyim tərzini dəyişdirmək xarakterimizə uyğun deyil. Bir dəfə efirə cins şalvar və idman üslubunda olan köynəklə çıxmışdıq. Sözün düzü, həmin vaxt özümüzü rahat hiss etmədik. Çünki bizi o geyimdə efirdə görməyə öyrəşməyiblər. Bundan sonra bizə zəng edən tamaşaçılar da oldu. Azərbaycan ifaçıları üçün həqiqətən də xüsusi səhnə geyimi olmalıdır. Başqa cür mümkün deyil. - Hazırda "Şeron" qrupunun əsas qazancı haradandır? Məlikməmməd Hacıyev: Toylardan qazanırıq. Şükür Allaha ki, pis qazanmırıq. Sözsüz ki, gəlirimiz xərcdən daha çox olur. "Şeron" qrupunun qazandığı pulla 15 ailə saxlanılır və ailəmizlə birgə 70 nəfər buradan əldə edilən gəlirlə yaşayır. - Toylarda başınıza maraqlı hadisələr gəlibmi? Ülvi Cəfərov: Əlbəttə, belə hadisələr çox olub. Ümumiyyətlə, hər toy öz-özlüyündə fərqlənir. Şəhər toyu ilə, rayon toyu arasında çox fərq olur. Amma toyların səviyyəsi bizi qane edir. Qane etməsəydi, biz toyları idarə etməyə razılıq verməzdik. Məlikməmməd Hacıyev: Toylarda da biz ancaq öz işimizdə oluruq. Nələr baş verir, nələr olur, bilmirik. - "Şeron" özünə bir vaxt qoyubmu? Ülvi Cəfərov: Söhbət qrupumuzun fəaliyyətindən gedirsə, o, bizə bağlı olan bir şey deyil. Qrupumuzun qismətində nə qədər varsa, o qədər də yaşayacaq. Əsas odur ki, "Şeron" bu illərdə başıuca fəaliyyət göstərib və heç kimin qarşısında alçalmadan yaşayıb. Bundan sonra da qurpumuzun bu cür fəaliyyət göstərəcəyinə inanırıq. Nə zaman ki, içimizdə təkəbbürlük, mənəm-mənəmlik, özündənrazılıq baş qaldıracaq, o zaman da "Şeron"un dövrü bitəcək. - "Şeron" deyərkən hamının fikrində dördlük canlanır. Qrupa daha bir nəfəri cəlb etməyi düşünürsünüzmü?Ülvi Cəfərov: Qətiyyən yox. Biz qrupumuzun bu şəkildə fəaliyyətindən çox razıyıq. Hər birimiz solo karyeradan qrupa gəlmişik. Onun da dadını görmüşük. Özümüzü bu cür çox rahat hiss edirik. - Artıq 10 ildir fəaliyyət göstərirsiniz. Ancaq heç zaman konsert verməmisiniz. Ülvi Cəfərov: Əsas səbəb yetərli səviyyədə repertuarımızın olmamasıdır. Yaxın gələcəkdə bu konsert də olacaq. Konserti fəaliyyətimizin 10-cu ildönümü ərəfəsində keçirmək niyyətindəyik. Bunun üçün zəngin repertuar hazırlayacağıq və 10 ilin hesabatını verəcəyik.- Hansı yeni layihələrin üzərində işləyirsiniz?Ülvi Cəfərov: Bu günlərdə "Bakı" haqqında yeni bir mahnı oxumuşuq. Bu, köhnə mahnı olsa da, yeni aranjmanda ifa etmişik. Bir neçə gündür ki, bu mahnı radio dalğalarında səsləndirilir. Mahnının musiqisi Ənvər Mansurova, sözləri isə millət vəkili Anar Məmmədxanlının nənəsinə aiddir. Bu mahnını 2001-ci ildə "Bakılı oğlanlar" yekun konsertlərində oxuyublar. Anar Məmmədxanlı ilə belə razılaşdıq ki, mahnı bizim ifamızda lentə yazılsın. Eyni zamanda bu mahnıya klip çəkdirməyi də düşünürük. Klipə bizimlə bərabər "Bakılı oğlanlar" komandasının üzvləri də çəkiləcəklər. -
07-24-2008, 12:41 PMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 18,00 -
07-24-2008, 12:51 PMAPA"Gəncəbank" son bir ildə depozit portfelini 69% artırıb
[b]"Gəncəbank" son bir ildə depozit portfelini 69% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu il iyul ayının 1-nə 27,147 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəricidən 22,5% çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27,4% artaraq 24,642 mln. manata, depozit portfeli isə 68,9 artaraq 3,418 mln. manata çatıb. Bankın məcmu kapitalı 0,3% azalaraq 11,493 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 57,2% artaraq 2,682 mln. manat, xərcləri isə 2,6 dəfə artaraq 2,363 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti 2,5 dəfə azalaraq 319 min manat olub. Bundan başqa, bank son bir ildə əlavə 1 filial açıb, 2 bankomat və 11 POS-terminal quraşdırıb. Həmçinin, bu müddət ərzində bankın işçilərinin sayı 7,5% artaraq 72 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 2,3 dəfə artaraq 500 manat təşkil edib. Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır. Baş ofisi Gəncə şəhərində yerləşən bankın baş ofisdən əlavə, respublika üzrə 3 filialı (Gəncə, Kəpəz, Şəmkir), 3 bankomatı və 11 POS-terminalı fəaliyyət göstərir. -
07-24-2008, 01:01 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış Alış/ Satış Alış/ Satış USD EUR RURMilli Bank 0.8078 -
07-24-2008, 01:11 PMAPAAzərbaycan prezidenti BTQ-nin Türkiyə hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Qarsa gedib
[b]Azərbaycan prezidenti BTQ-nin Türkiyə hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Qarsa gedib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 24-də Türkiyənin Qars şəhərinə yola düşüb.
[APA-nın məlumatına görə, səfərin məqsədi Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin təməlinin qoyulması mərasimində iştirak etməkdir. Təməlqoyma mərasimində Azərbaycan prezidenti ilə yanaşı, Türkiyə və Gürcüstan prezidentləri Abdulla Gül və Mixail Saakaşvili də iştirak edəcək. -
09-11-2008, 03:17 PMAPAAzərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin son təşəbbüslərini necə qiymətləndirirlər? - RƏY
[b]Azərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin son təşəbbüslərini necə qiymətləndirirlər? - RƏY[b]
[Bakı. Elnur Məmmədli - APA. "Minsk Qrupu illərdir deyir ki, Dağlıq Qarabağ problemi həll edilir, yalnız xırda məsələlər qalır. Lakin 17 il sonra bəlli olur ki, əslində, heç bir razılıq yoxdur, bu müddətdə yalnız imitasiya gedib. İndi biz nə cür inanaq ki, Türkiyə prezidenti Abdulla Gülün təşəbbüsü ilə daha 17 ili itirəcəyik". Bunu APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Türkiyə tərəfinin son vaxtlar nümayiş etdirdiyi təşəbbüsə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, A. Gül çıxışlarında ümumi sözlərdən başqa konkret heç nə söyləyməyib: "O, demədi ki, artıq Sərkisyanla danışıb, qısa müddətdə erməni qoşunları işğal etdiyi rayonlardan çıxacaq. Belə söhbət olmadı. Ona görə də, bu, türkilər özləri demişkən "sadəcə lafdır"". Minsk Qrupunun işləmədiyini deyən V. Quluzadə qrupun tərkibinin dəyişəcəyi halda belə bunun Azərbaycana heç nə verməyəcəyini qeyd edib: "Burada bir məsələ var. Rusiya i nə zaman çöksə, bu torpaqlar həmin vaxt azad ediləcək. Qrup təşkil etmək, Parisdə, Brüsseldə başqa yerlərdə görüşlər imitasiyadır". Politoloq Rüstəm Məmmədov da Dağlıq Qarabağ probleminin açarının Türkiyə, Rusiyanın əlində olduğunu deyib: "Hansı kənar qüvvələr bura müdaxilə etmək istəyirsə, Rusiyanın narazılığı və hərbi gücü ilə rastlaşır. Bu güclə rastlaşandan sonra həm Avropa ölkələri, həm də ABŞ geriyə çəkilir. Necə ki, bu, Gürcüstan hadisələrində də müşahidə olundu. Mən Ermənistanın Türkiyənin sözü ilə problemin həlli istiqamətində addımlar atacağına inanmıram. Çünki Ermənistan birbaşa Rusiyaya bağlıdır, Rusiya nə desə, onu da edəcək". R. Məmmədovun fikrincə, bunları Türkiyə tərəfi də anlayır, sadəcə bu kimi gedişlərlə Ermənistanla aralarında olan problemləri həll etmək üçün cəhdlər göstərir. O, Minsk Qrupunun ləğvini gözləmdiyini də bildirib: "Çünki qrupda təmsil olunan dövlətlər burada öz maraqlarını həyata keçirməyə çalışırlar". Millət vəkili, politoloq Aydın Mirzəzadə isə Minsk Qrupunun fəaliyyətindən xeyli narazılığın olduğunu, lakin bu qrupdan yaxşısını yaratmağın hələlik mümkün olmadığını qeyd edib. Türkiyənin vasitəçilik cəhdlərini təqdir edən millət vəkili bildirib ki, bu dövlətin Minsk Qrupuna daxil olması müsbət addım olardı: "Amma həmsədrlər o prinsiplə seçilib ki, hər iki münaqişə tərəfi buna razılıq versin. Türkiyənin vasitəçiliyinə çox böyük ehtiyac var. Amma Ermənistan həmişə buna etiraz edib. Əgər Ermənistan bu dəfə Türkiyəni həmsədr kimi görmək istəyərsə, Azərbaycan da razılıq verə bilər. Ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həlli üçün mümkün olan bütün format və imkanlardan istifadə etmək lazımdır". Politoloq Qabil Hüseynli də hazırda gündəmdə olan məsələlərin birinin Rusiyanın Minsk Qrupundan kənarlaşdırılması olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ məhz bu siyasəti həyata keçirir: "Türkiyə isə Minsk Qrupunu Qafqaz Platforması ilə əvəz etmək istəyir. Beynəlxalq güclər, dünya siyasətini müəyyən edən dövlətlər Türkiyənin regiondakı roluna önəm versələr də, rəsmi Ankaranın Minsk Qrupuna daxil olması ilə razılaşmayacaqlar. Sadəcə, format dəyişikliyi kifayət qədər real görünür. Azərbaycan da bu məsələdə təkidli olsa, Türkiyənin qrupa daxil olma ehtimalı artır". Q. Hüseynlinin fikrincə, Türkiyənin Minsk Qrupunda təmsil olunması problemin həllinə əhəmiyyətli dərəcədə təsir göstərərdi. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da Türkiyənin vasitəçilik cəhdlərini müsbət qiymətləndirir. Bununla bərabər o, Minsk Qrupunun prosesdən kənarlaşdırılacağını düşünmədiyini qeyd edib: "ABŞ-la Rusiyanın münasibətləri gərgindir, onların nümayəndələrinin yaxın vaxtlarda bir masa arxasında əyləşməsini ağlıma belə gətirmirəm. Amma eyni zamanda Minsk Qrupunun dağılmasını da gözləmirəm. Bu qurum elə fəaliyyətsiz şəkildə də mövcudiyyətini davam etdirəcək. Bunu Türkiyədə də başa düşürlər. Türkiyənin vasitəçiliyinə isə ciddi şübhə ilə yanaşıram. Ermənistan tərəfinin buna razılıq verəcəyi gözlənilmir". -
09-11-2008, 03:30 PMAPA«MBASK» şirkəti son bir ildə sığorta haqlarını 2,1 dəfə artırıb
[b]«MBASK» şirkəti son bir ildə sığorta haqlarını 2,1 dəfə artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövrü ərzində şirkətin sığorta ödənişlərinin həcmi 2,3 dəfə artaraq 3,778 mln. manata çatıb. Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir. -
09-11-2008, 04:00 PMAPAİnsan orqanizmi üçün təhlükəli olan 1440 litr bitki yağı satışdan çıxarılaraq məhv edilib
[b]İnsan orqanizmi üçün təhlükəli olan 1440 litr bitki yağı satışdan çıxarılaraq məhv edilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda tərkibində insan orqanizmi üçün təhlükəli maddələr tapılmış Ukrayna istehsalı olan bitki yağları aşkarlandığından, bununla bağlı istehlak bazarında müvafiq qurumların iştirakı ilə araşdırmalar aparılır. Bu barədə «APA-ECONOMICS»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.Müvafiq qurumlar tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumatlar daxil olandan sonra bazara nəzarət gücləndirilib.Tərkibində insan orqanizmi üçün təhlükəli maddələr tapılmış 1440 litrlik Ukrayna istehsalı olan bitki yağı satışdan çıxarılaraq məhv edilib. Nazirlikdən onu da deyiblər ki, hazırda bazarda monitorinqlər davam etdirilir, lakin hələlik başqa belə faktla qarşılaşmayıblar. Qeyd edək ki, ötən ay İspaniyada Avropa Birliyinin (AB) ekspertləri tərəfindən aparılan yoxlamalar zamanı tərkibində zərərli qarışıqlar, xüsusilə də neft və kimyəvi maddələr olan Ukrayna və Rusiya yağları aşkarlanıb. Bundan sonra aparılan araşdırmalar zamanı həmin məhsulların AB-yə üzv digər ölkələrdə satıldığı da ortaya çıxıb. Fransa, İtaliya və digər ölkələr Ukrayna istehsalı olan bitki yağlarının idxalına qadağa qoyub. Ötən ay bu təhlükə barədə Azərbaycan hökuməti də AB tərəfindən məlumatlandırılıb. Bunu «APA-ECONOMICS»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən deyiblər. Agentlikdən aparılan yoxlamalarda belə faktlar aşkarlanmadığı da söylənilib. Buna baxmayaraq, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki qida tərkiblərini müəyyənləşdirən laboratoriyalarda Ukraynadan gətirilən bitki yağlarının tərkibi ilə bağlı geniş analizlər aparılır.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə «APA-ECONOMICS»ə açıqlamasında Ukraynadan Azərbaycana tərkibində insan orqanizmi üçün zərərli maddələr olan bitki yağlarının gətirilməsini mümkün sayıb: «Bu gün Azərbaycanla Ukrayna arasında ticarət əlaqələri artan xətt üzrə inkişaf edir. Bu ölkə dünyanın ən böyük bitki yağı ixracatçılarındandır. Ukrayna yağları Azərbaycan bazarında da yer alıb».E.Hüseynovun sözlərinə görə, qida laboratoriyalarının və ekspertiza mərkəzlərinin fəaliyyəti qaneedici sayılmadığından bazara tərkibində insan orqanizmi üçün təhlükəli maddələr olan yağların və digər qida məhsullarının çıxarılması mümkündür: «Bunu istər Ukrayna, İstər Rusiya, istərsə də digər dövlətlərdən gətirilən məhsullara aid etmək olar. Biz də öz növbəmizdə bununla bağlı geniş araşdırmalara başlamaq niyyətindəyik».