[b]Ermənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib[b]
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər çayı boyunca yerləşən yaşayış məntəqələrində çay suyundan istifadə qadağan edilib. Buna səbəb son günlər ermənilər tərəfindən çaya zəhərli maddələrin axıdılmasıdır.
[APA-nın Qarabağ bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, Tərtər çayının suyu həddindən artıq bulanıb, çayda kütləvi şəkildə balıq və digər suda yaşayan canlıların cəsədi aşkarlanıb. Eyni zamanda, ermənilər işğal altında olan Sərsəng su anbarında lil qatını təmizləməyə başlayıblar. APA-ya daxil olan məlumata görə, təmizləmə işləri Rusiya şirkəti tərəfindən həyata keçirilir. Təmizləmə prosesi hətta Dağlıq Qarabağda fəaliyyət göstərən erməni televiziyalarında da nümayiş etdirilib. Sərsəng gölü də daxil olmaqla, ətrafdakı su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdindəki Su Problemləri İnstitutunun əməkdaşları tərəfindən analizlər aparılıb. Məlum olub ki, çayın suyu 90% istifadəyə yararsızdır. Suyun tərkibində ammonyak maddəsi də aşkarlanıb. Ən son məlumatlara görə, Tərtər və Bərdə rayonlarının çay boyu yaşayış məntəqələrinin su təchizatında çətinlik yaranıb.
Azərbaycan Xəbərləri
Printable View

10-04-2008, 03:20 PMAPAErmənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib

10-04-2008, 03:50 PMAPANigar Topçubaşova: "Faiqin porno-kasetlərinə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub..." - FOTO
[b]Nigar Topçubaşova: "Faiqin porno-kasetlərinə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub..." - FOTO[b]
[Bakı. Ülkər Qasımova - APA. "Faiq Ağayevin qohumlarının mətbuat konfransında iştirakı Faiqin özü tərəfindən hazırlanmış təxribat idi. Mən uşaq deyiləm axı, bu insanlar ora elə-belə gəlməmişdilər. Faiq o qohumlarını illərlə görmür, heç telefon zənglərinə belə cavab vermir. Onların ora gəlməsinin yeganə bir səbəbi var idi ki, mətbuat konfransına mane olsunlar. Faiqin qohumlarının suallarından sonra hər şey mənə aydın oldu". Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşova deyib. Bəzi məqamlara aydınlıq gətirən N. Topçubaşova Faiq Ağayevlə bağlı yeni faktlar açıqlayıb: "Biz evlənəndən təxminən bir il sonra Faiqdə dəyişikliklər hissə eləməyə başladım. Həkim Faiqə səhhətində ciddi problemlərin yarandığını demişdi. Bu problemlərin nədən ibarət olduğunu isə mən bu günə kimi də bilmirəm. Məhz həmin vaxt Faiq mənə belə bir mesaj yazdı: "Bağışla məni, Nigar. Mən sənin də, özümün də həyatımı məhv etdim". Əslində ona kimi mən heç onun üzünü də görmürdüm, həm işi ilə əlaqədar, həm də xasiyyəti elə idi. Elə olurdu ki, həftələrlə evə gəlmirdi".Dünənki mətbuat konfransında Faiq Ağayevə böyük sevgi duyduğu üçün onunla ailə qurduğunu etiraf edən N. Topçubaşova artıq ona qarşı heç bir hissinin qalmadığını deyib: "Düzdür, əvvəl sevgi olub və mən bunu etiraf edirəm, ancaq indi heç bir hissim yoxdur o insana qarşı. Bir də ki, bu sevgi həmişə mənim tərəfimdən olub, qarşılıqsız. Onun tərəfindən heç bir sevgi hiss etməmişəm. Faiqin ancaq özünə və pula sevgisi var. Danışanda deyir ki, anasını belə istəyir, yoldaşını belə sevirmiş... Lakin bütün bunlar ağ yalandır. O özündən və puldan başqa heç kimi və heç nəyi sevmir. Mən həmişə demişəm, yenə deyirəm: Mən ailə həyatımı sevgi üstündə qurmuşam. Hər halda xanımlar məni başa düşər. Bu söz-söhbətlər yeni başlayanda ailəmin dağılmasını istəmirdim. Düşünürdüm ki, çətinliklə də olsa, ailəmi qoruyub-saxlayım. Sonradan bunun mümkün olmadığını görüb, ayrılmağa qərar verdim. Bu qərarımdan sonra isə ardı-arası kəsilməyən şantajlar başladı. Onda başa düşdüm ki, Faiqin sözləri yalanmış. Faiq Ağayevin hələ biz ailə qurmazdan əvvəl yayılmış porno-kasetini mənə göndərmişdilər. Ancaq Mən Faiqi həqiqətən sevdiyim, ona inandığım üçün o kasetə əhəmiyyət verməyib, ailə qurdum. Mən o kasetə bu günə kimi də baxmamışam. Ancaq sonradan mənə yenə bir neçə başqa kaset göndərdilər. Həmin kasetlərə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub... Birinci prono-kaseti Faiq Bakıda ekspertiza etdirdi və guya oradakı şəxsin özü olmadığını dedi. Biz isə o kasetləri Moskvada ekspertizaya göndərmişik ki, həqiqət üzə çıxsın. Ekspertizadan cavab gələndən sonra hər şey məlum olacaq. Faiqin qeyri-ənənəvi cinsi oriyentasiyası ilə bağlı porno-kaset yayılanda atası psixoloji sarsıntı keçirdi. Onun atasını Mərkəzi Klinik Xəstəxanaya mən müalicəyə aparırdım, ona ürək-dirək verirdim, bunların yalan olduğunu deyirdim. Ancaq atası bildirirdi ki, bunların şayiə olmadığını bilir. Onun atası mərhum Ağabəy Sultanovun xəstəsi olub". N. Topçubaşova qardaşı Rüfətin səkkiz ilə yaxın Almaniyada olduğu müddətdə F. Ağayevin ona sponsorluq etməsi barədə dediklərinin də əsassız olduğunu bildirib: "Birincisi, Faiq elə insan deyil ki, mənim qardaşıma kömək etsin, o heç öz doğma qardaşına kömək etmir. İkincisi, biz Faiqlə ailə quranda qardaşım artıq bir neçə il idi ki, Almaniyada yaşayırdı. Bəs onda kim sponsorluq edirdi Rüfətə? Rüfət altı ay əvvəl gəlib Azərbaycana. Bütün baş verənlərdən, bizim boşanmağımızdan, bu söz-söhbətlərdən onun xəbəri olmayıb. Mən bir bacı kimi Rüfətin bunları bilməsini istəmirdim. O, ilk gündən mənim Faiqlə ailə qurmağımın əleyhinə idi, bunu Faiq özü də çox gözəl bilir. Rüfət məhz bu addımıma görə uzun müddət, mənimlə küsülü olub. Rüfət gələndən sonra Faiq mətbuata verdiyi müsahibəsində ailəsinin yanında olduğunu demişdi. Bu da azmış kimi həmin müsahibəsində guya mənim hamilə olduğunu bildirmişdi. Belə şey olmayıb, axı... Bu ilin sentyabrın 3-də artıq iki il tamam olur ki, mən valideynlərimin evində yaşayıram". Bunu Faiqin bütün qonşularının təsdiq edə biləcəyini vurğulayan N. Topçubaşova istənilən şəxsə bunu sübut edə biləcəyini vurğulayıb: "Bu müddət ərzində susmağımın yeganə səbəbi ailəmi qoruyub-saxlaya biləcəyimi düşünməyim idi. Düzdür, biz boşanmışdıq, amma əlaqəmiz var idi. Həm Faiq, həm də anası deyirdilər, düzələcək, səbir et. Sonradan isə başladı məni şantaj etməyə, hədə-qorxu gəlməyə... "Sən bunu eləməlisən, sən mənimlə getməlisən" kimi təzyiqlər etməyə. Sonuncu dəfə mənə zəng vurub dedi ki, Röya bizi toya çağırıb. Mən də bildirdim ki, birincisi, mənim nənəm rəhmətə gedib, hətta Röya özü zəng vurub mənə başsağlığı verib. İkincisi də, lap belə olmasaydı da, səninlə birlikdə toya getmək fikrində deyiləm, neçə vaxtdır, mənim adımdan istifadə edirsən. Faiq gəlib anama və qardaşıma söz verdi ki, boşanmağımızı sentyabrda açıqlayacaq. Mən hardan bilim ki, bu sentyabrda ad alacaq. Faiq məhz bunu gözləyirdi. İki ay əvvəl bu söz-söhbətə görə Faiq özü bizim evdə olub. Anamla qardaşım onu bizə çağırdılar, danışdılar. Bu müddət ərzində Rüfət məhz mənə görə bunları açıqlamayıb. Rüfət məsələnin bu vəziyyətə çatmasını istəmirdi. Rüfət ona dedi ki, açıqla məsələni bitsin, Faiq də bildirdi ki, açıqlayacaq. Sonra da başladı, qardaşıma hədə-qorxu gəlməyə, onu şantaj etməyə. Bunun ardınca evimizə cürbəcür adamlar zəng vurmağa, bizi qorxutmağa başladılar. Faiq də mesaj yazırdı ki, "Eləmə bunu, çaşma, sonra başqa cür olacaq". Mən başa düşə bilmirəm ki, niyə hamı bizdən bunu indiyə kimi açıqlamamağımızın səbəbini soruşur. Bəs bu sualı Faiqə niyə verən yoxdur? Nə qədər insana təzyiq göstərmək olar... Biz ailəvi şəkildə polisə Faiq Ağayevlə bağlı ərizə yazmışıq. Axı onun bu şantajları oyuncaq deyil. Faiq bəyanatında deyib ki, guya boşanandan bir ay sonra mən onun yanın gedib birgə yaşamağımızı istəmişəm. Bunu sübut eləsin ki, biz harada, necə yaşamışıq. Faiq Ağayevlə ailə qurmağıma çox peşmanam. Bundan sonrakı həyatımın çox gözəl olacağına əminəm. Əgər Allah məni ondan ayırıbsa, demək hər şey yaxşı olacaq". N. Topçubaşova atası Əli İsmayılovun toyunda iştirak etməməsinin səbəblərinə də aydınlıq gətirib: "Atam da Rüfət kimi bu evliliyinin əleyhinə idi". O, dünən keçirilmiş mətbuat konfransında ünvanına bəzi ifadələr işlədən Gülnarə Bəylərbəyovanın Faiqin xalası deyil, sadəcə uzaq qohumu olduğunu söyləyib: "Düzdür o, bizim elçiliyimizdə, nişanımızda iştirak edib, ancaq mənim yengəm olmayıb. Gərək mən bunları mətbuat konfransında deyərdim, səhvim o oldu ki, demədim, utandım. O necə yaxın qohumdur ki, Faiqin evinin qapısının hansı rəngdə olduğunu belə bilmir". -
10-04-2008, 04:00 PMAPATürkiyəli deputatın NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizədliyi irəli sürülüb
[b]Türkiyəli deputatın NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizədliyi irəli sürülüb[b]
[Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisi NATO qrupunun sədri, hakim AKP-nin Kırıkkale millət vəkili Vahid Ərdəm NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizəd göstərilib. Xüsusi qrupun iclası oktyabrın 8-9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək. Bu barədə APA-nın Türkiyə bürosuna açıqlama verən Vahid Ərdəm keçiriləcək tədbirin çox önəmli olduğunu bildirib: "NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupuna indiyədək rəhbərlik edən şəxsin səlahiyyət müddəti bitdiyi üçün sədrliyə mənim namizədliyim gündəliyə gəlib. İclasda Aralıq dənizi və Orta Şərq ölkələrində terrora qarşı mübarizə və təhlükəsizlik məsələlərində əməkdaşlığa dair müzakirələr aparılacaq. Bilirsiniz ki, NATO-nun Aralıq dənizi ölkələri ilə əməkdaşlığını nəzərdə tutan "İstanbul təşəbbüsü" də var".Qeyd edək ki, Türkiyənin dövlət orqanlarında uzun müddət yüksək vəzifələrdə işləyən Vahid Ərdəm 2002-ci ildən iqtidardakı AKP-nin Kırıkkale millət vəkilidir. O, 2003-2007-ci illərdə NATO Parlament Assambleyasının birinci vitse-prezidenti olub. -
10-04-2008, 04:20 PMAPAMSK iki prezidentliyə namizədin vəkillərini qeydə alıb
[b]MSK iki prezidentliyə namizədin vəkillərini qeydə alıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, MSK-nın katibi Natiq Məmmədov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli tərəfindən vəkil edilən 50 nəfər qeydə alınıb, Vüqar Xasayev isə MSK-da namizədin məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənib. Həmçinin prezidentliyə namizəd İqbal Ağazadə tərəfindən vəkil edilən 50 nəfər şəxs də qeydə alınıb. Sonra Azərbaycandakı 125 dairə seçki komissiyasının hər birinə 1 nəfər səs hüquqlu üzv təyin olunub. Seçkidə "exit-poll" keçirmək istəyi ilə MSK-ya məktub göndərən "Sumqayıt Gənclərin Hüquqi Maarifləndirməsi" İctimai Birliyinin müraciətinə də baxılıb. N. Məmmədov deyib ki, müraciət MSK-nın qaydalarına uyğun olmadığından təşkilatın "exit-poll" keçirməsi məqsədəuyğun hesab olunmayıb. Onun sözlərinə görə, ictimai birlik MSK-ya ancaq məktubla müraciət edib, seçki zamanı müvafiq fəaliyyəti ilə bağlı qurumu məlumatlandırmayıb. -
10-04-2008, 04:30 PMAPAMSK sədri: "Yerli KİV-in Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməsi üçün qeydiyyat tələb olunmur"
[b]MSK sədri: "Yerli KİV-in Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməsi üçün qeydiyyat tələb olunmur"[b]
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək istəyən 34 minə yaxın şəxs qeydiyyatdan keçib.
[APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M. Pənahov bildirib ki, oktyabrın 3-ə olan məlumata görə, ölkədə seçkiləri izləyəcək 884 beynəlxalq müşahidəçi qeydiyyata alınıb: "Seçki günü müşahidəçilik fəaliyyəti ilə məşğul olacaq 31386 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Mindən çox şəxsə isə MSK tərəfindən müşahidəçilik hüququ verilib". Oktyabrın 5-də müşahidəçilərin qeydə alınması prosesinin yekunlaşacağını deyən MSK sədri KİV nümayəndələrinin seçkini izləmək missiyasına da toxunub: "Yerli KİV nümayəndələri seçki prosesini müşahidə etməkdə sərbəstdir, bunun üçün qeydiyyat tələb olunmur. Beynəlxalq KİV nümayəndələrinin qeydiyyatdan keçməsi isə məcburidir". -
10-04-2008, 07:00 PMAPAAzərbaycan prezidenti Şirvan şəhərində qısamüddətli səfərdə olub
[b]Azərbaycan prezidenti Şirvan şəhərində qısamüddətli səfərdə olub[b]
[Şirvan. Əlibəy Zeynalov - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev cənub-qərb bölgəsindən səfərdən qayıdarkən Şirvan şəhərinə baş çəkib. Şirvan Şəhər İcra Hakimiyyətindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birgə öncə Heydər Əliyev parkında olub, şəhər əhalisi ilə görüşüb, onlarla söhbət edib. Prezident daha sonra Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, şəhərdə görülən tikinti-yenidənqurma işləri ilə maraqlanıb. -
10-05-2008, 04:00 PMAPATürkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olub
[b]Türkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olub[b]
Tovuz. Nəzakət Məşədiəliqızı -APA. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı fövqalada və səlahiyyətli səfiri Hulisi Kılıc Tovuz rayonuna səfər edib.
[Diplomat xanımı ilə birgə cəbhə xəttində yerləşən kəndlərdə olub, təmas xəttini müşahidə edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayonunda şəhidlərin məzarını ziyarət edən səfir və qonaqlar, Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində də olublar. Burda yerli sakinlərlə görüşən səfir Hulusi Kılıca ermənilərin cəbhənin bu istiqamətində törətdikləri yanğınlar, kənd təsərrüfatı ilə məşğul olan dinc əhalini atəşə tutmaları barədə məlumat verilib. Diplomat ermənilərin atəşkəsi pozması nəticəsində zərər dəymiş evlərə də baş çəkib, kənddə keçirilən toy məclisində iştirak edib. Səfir APA-nın yerli bürosuna bildirib ki, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır: "Türkiyə həmişə Azərbaycanın yanındadır. Biz bölgədə sülh və sabitlik olmasını istəyirik. Bu, hamının arzusudur". Diplomat daha sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə səfirə Tovuzun tarixi, iqtisadi potensialı, yerli istehsal növləri, biznes istehsal sahələri ilə bağlı məlumat verilib. Xarici iş adamlarının Tovuzda kənd təssərrüfatı məhsullarının emal sahələrinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığın qurulması mümkün olduğunu vurğulanıb. Tovuza səfəri zamanı səfirə saz hədiyyə olunub. -
10-05-2008, 04:10 PMAPAAğdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib
[b]Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, yanacaqdoldurma məntəqəsi Qamboy Verdiyev adlı şəxsə məxsusdur. Yanğın yanacaqdoldurma məntəqəsində ehtiyat yanacağın boşaldılması zamanı baş verib.
[Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğın Təhlükəsizlik Xidmətinin və rayon polis şöbəsinin əməkdaşları gəliblər. Onlar dərhal yaxınlıqda yaşayan sakinləri və ətrafda fəaliyyət göstərən mağazalardakı satıcıları evokuasiya ediblər. Yanğının söndürülməsinə Ağcabədi, Bərdə və Tərtər rayonundan yanğın təhlükəsizliyi xidmətlərinin əməkdaşları cəlb edilib. Ümumilikdə 8 yanğınsöndürən maşınla çalışan yanğınsöndürənlər yanacaqdoldurma məntəqəsində alovun başqa tikililərə keçməsinə imkan verməyiblər. Artıq yanğının qarşısı alınıb. Ağdam Yanğın Təhlükəsizlik Xidmətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yanğın əhatə etdiyi ərazidə ümumi həcmi 45 ton olan üç yanacaq çəni olub. Onlardan biri 5 tonluq dizel, digər ikisi isə 20 tonluq benzin çənləridir. Xoşbəxtlikdən çənlərdən heç birində partlayış baş verməyib. Mütəxəssislərin sözlərinə görə, əgər partlayış baş vermiş olsaydı, ətravdakı binaların və yaşayış evlərinin əksəriyyəti zərər çəkərdi.Faktla bağlı araşdırma aparılır. -
10-05-2008, 04:20 PMAPABərdədə ağır yol qəzası baş verib, bir hərbçi ölüb, beş nəfər isə yaralanıb
[b]Bərdədə ağır yol qəzası baş verib, bir hərbçi ölüb, beş nəfər isə yaralanıb[b]
Bərdə. Teymur Zahidoğlu-APA. Bu gün Bərdə rayonu ərazisində Aran-Bəhramtəpə yolunun 56-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə istiqamətində hərəkət edən 44 BC 160 nömrə nişanlı VAZ-2106 markalı «Jiquli» əks istiqamətdə irəliləyən, Bərdə rayon Bəciravn kənd sakin, 1968-ci il təvəllüdlü Əlizamin Səmədovun idarə etdiyi 90 CM 085 nömrəli «Mercedes» markalı avtomobillə toqquşub. Nəticədə «Jiquli»də olan sərnişin, Ağdam rayon sakini, hərbçi Quliyev Bəhruz Şahin oğlu hadisə yerindəcə həlak olub. Maşının sürücüsü, Etibar Süleymanov, sərnişinlər, Bakı şəhəri, Yasamal rayon sakini, 1986-cı il təvəllüdlü Yusif Babayev, Ağdam rayon sakini, 1989-cu il təvəllüdlü Elmir Süleymanov, Ağdam rayon sakini, 65 yaşlı Ofeliya Süleymanova, «Mercedes»in sərnişini, 1940-ci il təvəllüdlü Tamara Salahova xəsarət alıb. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ofeliya Süleymanovanın vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır. -
10-05-2008, 08:10 PMAPATürkiyədə sərnişin avtobusu aşıb, yaralılardan üçü azərbaycanlıdır
[b]Türkiyədə sərnişin avtobusu aşıb, yaralılardan üçü azərbaycanlıdır[b]
Türkiyə-APA. Türkiyənin Düzcə rayonunda Ankaradan İstanbula gedən "İqdırlılar" firmasına məxsus sərnişin avtobusunun "Jeep" markalı avtomaşınla toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, qəza hər iki maşının uçuruma yuvarlanması ilə nəticələnib.
[Hadisə nəticəsində yaralanan 34 nəfərin arasında Azərbaycan vətəndaşları da var. Hələlik qəzada yaralananlardan 13-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onlardan üçünün azərbaycanlı olduqları bildirilir. Bunlar Fəxrəddin Səfərov, Məhərrəm Məhərrəmov və Hikmət Seyidov adlı şəxslərdir. Yaralıların vəziyyəti ilə bağlı məlumat yoxdur.