[b]Bernar Fasienin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Viktoriya Dementyeva - APA. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Azərbaycana gəlib.
[APA-nın məlumatına görə, B. Fasie hava limanında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsini həlli, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə etməkdir. B. Fasie Nyu-Yorkda həmsədrlərin də görüşünün keçiriləcəyini söyləyib. O, həmkarları Metyu Brayza və Yuri Merzlyakovla fəaliyyətlərini əlaqələndirdiklərini və danışıqlar prosesinin əvvəlki formatda davam etdiriləcəyini söyləyib. Fransalı diplomat bu gün səhər Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovla telefon əlaqəsi saxladığını və Ermənistana səfəri ilə bağlı ona məlumat verdiyini bildirib. Ermənistanın Azərbaycanla kompromisə hazır olub-olmaması barədə suala diplomat belə cavab verib: "Tanqo rəqsi üçün iki nəfərə ehtiyac var".
Azərbaycan Xəbərləri
Printable View

09-18-2008, 07:50 PMAPABernar Fasienin Azərbaycana səfəri başlayıb

09-18-2008, 08:10 PMAPASilahlılar 300 məktəblini girov götürüblər
[b]Silahlılar 300 məktəblini girov götürüblər[b]
[İslamabad - APA. Pakistanın şimal-qərbindəki sərhəd əyalətində 300 məktəbli girov götürülüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Pakistan dövlət televiziyası xəbər verib ki, silahlılar yerli sakinlərlə atışmadan sonra içərisində uşaqlar olan məktəbi ələ keçiriblər. Hadisə barədə əlavə məlumat verilmir. Hələlik yalnız o məlumdur ki, ərazidə "Taliban" hərəkatına bağlı olan Pakistan döyüşçüləri fəallıq göstərirlər. -
09-18-2008, 08:20 PMAPATürkiyədə 5 leytenant və 1 kursant həbs olunub
[b]Türkiyədə 5 leytenant və 1 kursant həbs olunub[b]
[Ankara - APA. Türkiyə Silahlı Qüvvələrinin leytenant rütbəli 5 zabiti və 1 kursant həbs olunub. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, İstanbul Cümhuriyyət Prokurorluğunun təlimatı ilə sentyabrın 18-də 5 leytenant və 1 kursant hərbi komandanlıq tərəfindən saxlanılıb. Onlar ifadə vermək üçün İstanbul Qarnizon Komandanlığına aparılıblar. Bu şəxslər terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində həbs olunublar. -
09-19-2008, 10:10 AMAPAYanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan investisiya 37% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan investisiya 37% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 396,6 mln. manat məbləğində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 36,6% çox investisiya yönəldilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3 341,1 mln. manat və ya ümumi investisiyanın 61,9%-i, qeyri-dövlət müəssisələri 2 055,5 mln. manat və 38,1%-i qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 3 410,6 mln. manata çatıb. İstehsal təyinatlı obyektlərin inşasında 4 069,3 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində isə 1 327,3 mln. manatlıq investisiyadan istifadə edilib.Ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, cari ilin ilk 8 ayı ərzində əsas kapitala yönəldilmiş vəsaitin 70,9%-i daxili investisiyalar təşkil edib və bu göstərici keçən ilə nibətən 69,7% artıb. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 83,9%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 16,1%-i qeyri-dövlət müəssisələrinin payına düşüb.Büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4 326,3 mln. manat vəsait nəzərdə tutulub. Hesabat dövründə həmin vəsaitin 2 147,9 mln. manatından və ya 49,6%-dən istifadə edilib. İstifadə edilmiş investisiyanın ¾ hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 442,2 mln. manat (ümumi investisiyanın 45,2%-i), bank kreditləri 183,4 mln. manat (3,4%), büdcə vəsaitləri 2 254 mln. manat (41,8%-i), büdcədənkənar fondların vəsaitləri 354,8 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 159,9 mln. manat (3%-i), digər vəsaitlər isə 2,3 mln. manat təşkil edib. Təhlil olunan dövr ərzində əsas kapitala yönəldilmiş bütün investisiyanın 44,7%-i sənaye sahələrinin inkişafına, 3,5%-i kənd təsərrüfatına, 0,3%-i ticarət və xidmətə, 24,8%-i nəqliyyata, 1,7%-i rabitəyə, 7,5%-i mənzil tikintisinə, 2,6%-i səhiyyəyə, 4,4%-i təhsilə, 10,5%-i isə digər sahələrə sərf edilib. -
09-19-2008, 10:20 AMAPANaxçıvanda bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib
[b]Naxçıvanda bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvanda bir qrup mədəniyyət işçisi Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunub. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən regionda musiqi mədəniyyətin inkişafındakı xidmətlərinə görə Cəfərli Azər Babalı oğlu və Nağıyev Elçin Nağı oğlu Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, Xəlilov Yaşar Sulet oğlu Naxçıvan MR-in əməkdar incəsənət xadimi, Həsənov Fərman Bilal oğlu isə Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. -
09-19-2008, 10:30 AMAPAİlk dəfə Manamada
[b]İlk dəfə Manamada[b]
Azərbaycan yığması Asiyanın 7-ci komandasına qarşı
[Bakı - APA-SPORT. Azərbaycan yığması oktyabrın 15-də növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. "APA-SPORT" agentliyinin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya istinadən məlumatına görə, Berti Foqtsun komandası həmin gün Manamada Bəhreynin qonağı olacaq. Millimiz oktyabrın 11-də Helsinkidə Finlandiya ilə dünya çempionatının seçmə mərhələ oyunundan sonra çarter reysilə birbaşa Manamaya yollanacaq. Bu, Azərbaycan yığmasının Bəhreynlə ilk görüşü olacaq. Bəhreyn FİFA-nın reytinq cədvəlində 138-ci yerdə qərarlaşan Azərbaycanı xeyli qabaqlayır. Belə ki, rəqibimiz hazırda dünyanın 66-cı, Asiyanın 7-ci yığma komandasıdır.Asiyalılar 2010-cu il dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayıblar. Qətər, Yaponiya, Avstraliya və Özbəkistanla eyni qrupda olan Bəhreyn iki oyundan topladığı 1 xalla autsayderdir. Qətərlə səfərdə heç-heçə oynayan (1:1) rəqibimiz evdə Yaponiyaya uduzub - 2:3. -
09-19-2008, 11:10 AMAPAKondoliza Rays: "Rusiyanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək"
[b]Kondoliza Rays: "Rusiyanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək"[b]
[Vaşinqton - APA. ABŞ dövlət katibi Kondoliza Rays Rusiya hakimiyyətinin siyasətinin bu ölkəni beynəlxalq təcridə doğru apardığını və onun dünyadakı mövqelərinin zəiflətdiyini bildirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Almaniya Marşall Fondunun Vaşinqton bölməsində ABŞ-Rusiya münasibətləri mövzusunda çıxış edən K. Rays deyib ki, Rusiyanın davranışı onun haqqında daxili siyasətdə avtoritar, xarici siyasətdə isə aqressiv ölkə obrazı yaradır. O bildirib ki, bu cür siyasət nəticəsiz qalacaq və Rusiyanın NATO-nun genişlənməsi, Gürcüstan və Ukraynanın alyansa qəbulu mövzusunda öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək. Dövlət katibi Rusiyanı Gürcüstana qarşı müharibəyə başlamaqda ittiham etsə də, hərbi əməliyyatların başlamasına görə məsuliyyətin Gürcüstanın üzərinə düşdüyünü də söyləyib. K. Rays Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasını vahid və müstəqil Gürcüstanı parçalamaq cəhdi kimi qiymətləndirib və Moskvanı təbii ehtiyatlardan siyasi silah kimi istifadə etməkdə qınayıb. -
09-19-2008, 11:40 AMAPAAta Corc Buş Mixail Qorbaçovu "Azadlıq" medalı ilə təltif edib
[b]Ata Corc Buş Mixail Qorbaçovu "Azadlıq" medalı ilə təltif edib[b]
[Vaşinqton-APA. ABŞ-ın sabiq prezidenti Corc Buş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu "Azadlıq" medalı ilə təltif edib. APA-nın məlumatına görə, bu medal ABŞ Milli Konstitusiya Mərkəzi tərəfindən təsis olunub. Ata Corc Buş sabiq həmkarının millətlərə azadlıq bəxş etdiyini bildirib: "Şərqi Avropa xalqları soyuq müharibənin qaranlığında boğulurdular. Qorbaçov onlara işıq yolu göstərdi. Berlin divarının çökməsindən 20 il sonra biz Qorbaçovun müsbət siyasətinin nəticələrini görürük". Qeyd edək ki, bu medal 1988-ci ildə təsis olunub. İndiyədək bu medala Lex Valensa, Vatslav Havel, Cimmi Karter, Kofi Annan, Kolin Pauell, Həmid Kərzayi, Viktor Yuşşenko, Bill Klinton və ata Corc Buş layiq görülüblər. -
09-19-2008, 11:50 AMAPACoanna Roulinq "Edinburq" mükafatına layiq görülüb
[b]Coanna Roulinq "Edinburq" mükafatına layiq görülüb[b]
[Edinburq-APA. "Harri Porter" seriyasından olan kitabların müəllifi Coanna Roulinq "Edinburq" mükafatına layiq görülüb. APA-nın məlumatına görə, mükafat yazıçıya bu gün təqdim olunacaq. Şotlandiya parytaxtının rəhbərliyi bu mükafatı şəhərin tanınmasında böyük xidmətləri olan şəxslərə təqdim edir. Edinburqun lord-meri Coanna Roulinqin Harri Porter haqqında ilk kitabı məhz şəhər kafelərindən birində yazdığını, bununla da şəhərə böyük şöhrət gətirdiyini bildirib. Qeyd edək ki, ötən il "Edinburq" mükafatı inspektor Rebus haqqında serial kitablar yazan yazıçı İen Renkinə təqdim olunub. -
09-19-2008, 12:00 PMAPAAzərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub
[b]Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, bu münasibətlə sentyabrın 18-də Ankarada TÜRKSOY-un baş direktorluğunun binasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və bəstəkarın "Leyli və Məcnun" operasının 100-cü ildönümü ilə bağlı hazırlanan foto sərginin açılışı olub. Tədbirdə TÜRKSOY baş direktorunun müavini Firat Purtas, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gənc və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə iştirak ediblər. Mərasimdə çıxış edənlər bəstəkarın həyat və yaradıcılığından danışıblar. Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək.