[b]Azərbaycan paytaxtında İslam ölkələri təhsil nazirlərinin konfransı keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Oktyabrın 6-8-də Azərbaycan Təhsil Nazirliyi və İSESCO-nun birgə təşkilatçılığı ilə Bakıda İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, konfransda 57 ölkənin təhsil və elm nazirlərinin iştirakı gözlənilir. Tədbirdə müsəlman dövlətlərində təhsil sahəsinin ən vacib problemləri və onların həlli yollarının müzakirəsi planlaşdırılır. Konfransın Bakıda keçirilməsi barədə razılıq isə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin Azərbaycan ötən ilin sonunda baş tutan səfəri zamanı əldə edilib.Qeyd edək ki, İslam ölkələri elm və təhsil nazirlərinin I konfransı Liviyada, II iclası Səudiyyə Ərəbistanında, III konfransı Küveytdə keçirilib. Sonuncu konfrans 2006-cı ildə olub.
Azərbaycan Xəbərləri
Printable View

10-04-2008, 12:20 PMAPAAzərbaycan paytaxtında İslam ölkələri təhsil nazirlərinin konfransı keçiriləcək

10-04-2008, 12:30 PMAPASatıcını qarət edən şəxs həbs olunub
[b]Satıcını qarət edən şəxs həbs olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Binəqədi rayonunda mağaza satıcısı qarət edilib. Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayonun İ. Dadaşov küçəsində yerləşən mağazada satıcı işləyən, 1987-ci il təvəllüdlü Fərqiyyə Mirzəyevanın telefonunu və pulunu oğurlayıb qaçmaq istəyən 1974-cü il təvəllüdlü Füzuli Quliyev 5-ci Polis Bölməsinin və Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb. F. Quliyevin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-04-2008, 12:40 PMAPARusiya və Ermənistan müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər
[b]Rusiya və Ermənistan müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov İrəvanda işgüzar səfərdədir. APA-nın «RİA Novosti» istinadən verdiyi məlumata görə, Rusiya müdafiə nazirinin mətbuat katibi, polkovnik Aleksey Kuznetsov deyib ki, bu gün Anatoli Serdyukov və Ermənistanın müdafiə naziri Seyran Ohanyan hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. -
10-04-2008, 12:50 PMAPAAzərbaycanlı karikaturaçı-rəssam xaricdə iki müsabiqədə xüsusi mükafata layiq görülüb
[b]Azərbaycanlı karikaturaçı-rəssam xaricdə iki müsabiqədə xüsusi mükafata layiq görülüb[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyədə keçirilən Bursa Beynəlxalq Karikatura və Argentinada keçirilən «Diògenes Taborda» Beynəlxalq Karikatura müsabiqələrində Azərbaycan karikaturaçısı xüsusi mükafata layiq görülüb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, hər iki müsabiqənin xüsusi mükafatı ilə təltif olunan azərbaycanlı karikaturaçı-rəssam, Rəssamlar Birliyinin üzvü Seyran Cəfərlidir. Məlumatda bildirilir ki, 50-yə yaxın ölkəni təmsil edən yüzlərlə karikaturaçı arasında həmyerlimizin xüsusi mükafata layiq görülməsi rəssamın əməyinin nəticəsi, müasir Azərbaycan karikaturasının beynəlxalq karikatura aləmində uğurudur. -
10-04-2008, 01:00 PMAPAAIG xaricdəki daha üç bölməsini satmağa hazırlaşır
[b]AIG xaricdəki daha üç bölməsini satmağa hazırlaşır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. «American International Group» (AIG) sığorta şirkəti Yaponiyada həyat sığortası üzrə «Alico Japan», «AIG Edison Life İnsurance Co.» və «AIG Star Life Insurance Co.» üç bölməsinin satılması barədə bəyanat yayıb. «APA-ECONOMICS»in məlumatına görə, bu addım ABŞ hökuməti tərəfindən AIG-ə kreditin ödənilməsi çərçivəsində atılır. AIG-in baş ofisinin məlumatına görə, şirkət bütün dünyada bir sıra bölmələrini satmaq niyyətindədir. Xatırladaq ki, hazırda sığorta şirkətinin dünyada 130 törəmə strukturu mövcuddur.Qeyd edək ki, sentyabrın 17-də ABŞ-ın Federal Ehtiyat Sistemi AIG-ə 85 mlrd. dollar məbləğində kredit ayırıb. Şirkətin səhmlərinin 79,9%-nin girov qoyulan bu kreditin məqsədi AIG-i müflisləşmədən xilas etməkdir. Şirkətin 2008-ci ilin ilk yarısı üzrə xalis zərəri 13,162 mlrd. dollar təşkil edib, ötən ilin müvafiq dövründə isə şirkət 8,4 mlrd. dollar mənfəət əldə edib. Kredit 2 il müddətinə verilsə də, şirkət ödənişi tezləşdirmək niyyətindədir. Aparılan islahatlar çərçivəsində artıq şirkətin bütün top-menecmenti dəyişdirilib. -
10-04-2008, 01:10 PMAPAAzərbaycan prezidenti Füzuli, Beyləqan və Ağdam rayonlarında səfərdə olub - YENİLƏNİB
[b]Azərbaycan prezidenti Füzuli, Beyləqan və Ağdam rayonlarında səfərdə olub - YENİLƏNİB[b]
Füzuli - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Füzuli rayonuna səfər edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva Horadiz şəhərində əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət ediblər. Sonra prezident parkla tanış olub. Bunun ardınca Horadiz şəhərinə təbii qazın verilişinin bərpa olunması mərasimi keçirilib. Dövlət başçısı əvvəlcə Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının, o cümlədən Horadiz şəhərinin qaz təchizatı sxemi ilə tanış olub."Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov məlumat verib ki, layihənin birinci mərhələsində təxminən 69 km uzunluğunda qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Horadiz şəhərində qazpaylayıcı xəttin uzunluğu 8600 metr olacaq. İndiyədək 6 min metr qaz xətti çəkilib. Bütövlükdə 2050 evin qazlaşdırılması nəzərdə tutulur. Hələlik 300 evə mavi yanacaq verilir.Prezidentə ümumilikdə respublikada qazlaşdırmanın vəziyyəti barədə də məlumat verilib. Bildirilib ki, 2008-ci ildə Azərbaycanda 1 milyon 374 min 468 əhali abonentinə qaz verilir ki, bu da 83,6 faiz deməkdir. 2013-cü ilə qədər həmin abonentlərin sayının 1 milyon 484 min 622-yə çatdırılması nəzərdə tutulur. Təbii qazdan istifadə edən əhalinin evlərində və mənzillərində 1 milyon 105 min 715 sayğac quraşdırılıb. Prezident İ. Əliyev Horadiz şəhərinə təbii qazın verilməsinin bərpasını bildirən məşəli yandırıb və mərasimdə çıxış edib. Sonra dövlət başçısı və xanımı sakinlərlə görüşüblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, Füzuliyə səfərini başa vuran dövlət başçısı Beyləqana gedib. Dövlət başçısı Xocavənddən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbə ilə tanış olub, burada məskunlaşmış sakinlərlə görüşüb. Oradan Ağdama gedən prezident Quzanlı qəsəbəsinə mavi yanacağın verilməsi mərasimində iştirak edib. -
10-04-2008, 01:40 PMAPAAzərbaycanda yerli memarlar arasında ən yaxşı layihə mövzusunda müsabiqə keçirilir
[b]Azərbaycanda yerli memarlar arasında ən yaxşı layihə mövzusunda müsabiqə keçirilir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Memarlar İttifaqı ilə birlikdə yerli memarlar arasında ən yaxşı layihə (tikili) mövzusunda müsabiqə elan edib. Bu barədə «APA-ECONOMICS»ə Dövlət Komitəsindən məlumat verilib.Müsabiqə müstəqillik illərində tikilib istifadəyə verilmiş və hazırda tikilməkdə olan mülki - mənzil təyinatlı obyektlərin layihələri üzrə keçirilir. Hər iki istiqamət üzrə ayrılıqda I, II, III yerləri tutan müəlliflərə diplom və pul mükafatı təqdim olunacaq.Müsabiqədə iştirak etmək istəyənlərin sənədlərinin qəbulu dekabrın 1-də yekunlaşacaq. -
10-04-2008, 01:50 PMAPALondonda "Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" mövzusunda dəyirmi masa keçiriləcək
[b]Londonda "Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" mövzusunda dəyirmi masa keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. Oktyabrın 7-də Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (The International Institute for Strategic Studies - IISS) «Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası» mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçi qismində mərkəzin rəhbəri Elxan Nuriyev çıxış edəcək. Dəyirmi masada Böyük Britaniyanın tanınmış politoloqları, iqtisadçıları və bu ölkədə akkreditasiya olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. Mərkəzdən o da bildirilib ki, Avropa İttifaqına üzv ölkələrdə Cənubi Qafqaz regionuna, xüsusən də Azərbaycana marağın artmasını nəzərə alınaraq, tədbirdə qızğın diskussiya və geniş fikir mübadiləsinin aparılacağı gözlənilir.Müzakirələrdə əsas diqqət Azərbaycanın daxili və xarici siyasətinə dair müxtəlif məsələlərə və Azərbaycan-Avropa münasibətlərinin inkişaf perspektivlərinə yönəldiləcək. -
10-04-2008, 02:20 PMAPAİlin sonunda Qazaxıstan banklarını ciddi sınaq gözləyir
[b]İlin sonunda Qazaxıstan banklarını ciddi sınaq gözləyir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya maliyyə böhranı tədricən əhatə dairəsini genişləndirir. Artıq Qazaxıstan iqtisadçıları da ölkələnin bank sistemində mövcud problemlərin mürəkkəbləşdiyini etiraf edirlər. «APA-ECONOMICS»in məlumatına görə, Mərkəzi Asiyanın İqtisadi Strategiyalar İnstitutunun hesablamalarına əsasən, hazırda Qazaxıstan banklarının məcmu xarici borcu 12 mlrd. dollara çatıb və bu, ümumi bank aktivlərinin 11%-nə bərabərdir. Bu həcmin böyük hissəsi üzrə ödənişlər isə artıq cari ilin sonuna təsadüf edir və bnəticədə, bankların cari likvidlik problemi kəskinləşə bilər. Bununla yanaşı, banklarda vaxtı keçmiş kreditlərin həcmi artmaqdadır və bu səbəbdən bankların mənfəəti azalır. Cari ilin üç rübü ərzində Qazaxıstan banklarının mənfəəti 82,4 mlrd. tenqe (687 mln. dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. Ekspertlər belə şəraitdə bankların xarici borclarını normal şəkildə qaytara biləcəyinə şübhə ilə yanaşır.Çıxış yolu olaraq Qazaxıstan bankları ümidlərini likvidliyin yeni mənbəyinə bağlayıb. Bu rolu Beynəlxalq Valyuta Fondunun təklif etdiyi «stress aktivlər fondu» oynaya bilər. Fondun yaradılması prosesində Dünya Bankının da iştirak edəcəyi gözlənilir. Bu fondun fəaliyyəti kommersiya əsaslı olsa da, Qazaxıstan ekspertləri bu təşəbbüsün uğuruna olduqca pessimist yanaşırlar. -
10-04-2008, 03:10 PMAPATatarıstan Milli Kitabxanasında mühafizə olunan tarixi sənədlər Azərbaycana təqdim olunub
[b]Tatarıstan Milli Kitabxanasında mühafizə olunan tarixi sənədlər Azərbaycana təqdim olunub[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyətinə dair qiymətli tarixi sənədlər Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdim edilib. APA-nın məlumatına görə, tarixi sənədlər Bakıda səfərdə olan Tatarıstanın nümayəndə heyəti tərəfindən verilib. Tədbirdə eyni zamanda Azərbaycan Milli Kitabxanası tərəfindən Tatarıstan tarixinə, tatar yazıçı və şairlərinin yaradıcılığına dair qiymətli kitabların da Tatarıstan Milli Kitabxanasına təqdimatı olub. Azərbaycanda bu gündən öz işinə başlayan Tatarıstan Mədəniyyət Günləri çərçivəsində həyata keçirilən təqdimat mərasimində Milli Kitabxananın fondunda mühafizə olunan tatar ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi təşkil olunub.