[b]Millət vəkilləri MSK-da Müsavat Partiyasına ayrılan yerlərin başqa partiyalara verilməsini təklif ediblər[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri prezident seçkiləri və bir sıra başqa məsələlərlə bağlı fikirlərini bildiriblər. Milli Məclisin üzvü Fazil Qəzənfəroğlu Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmasına ehtiyac olduğunu bildirib. Deputat Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyası üçün ayrılan iki yerin digər partiyalara verilməsini təklif edib. Millət vəkili Qüdrət Həsənquliyev də MSK-da boş qalan iki yerin digər partiyalara verilməsinin zəruriliyini vurğulayıb. Q. Həsənquliyev qeyd edib ki, YAP seçkilərdə bütün partiyalara bərabər imkan yaratmır. Prezidentliyə namizədlərə efir vaxtının düzgün ayrılmadığını bildirən deputat AzTV-də seçkilər haqqında heç bir məlumat verilmədiyini də bildirib. Millət vəkili Səyavuş Novruzov isə deyib ki, ölkədə normal seçki təbliğatı aparılır, qanunlara əməl olunur, hamıya bərabər imkan yaradılıb. YAP-ın namizədinin alternativinin olmadığını bildirən S. Novruzov digər namizədləri seçkilərdə üç faizlik baryeri aşmaq üçün səy göstərməyə çağırıb: "Onlar üç faizlik baryeri aşsınlar ki, dövlətin onlara ayırdığı vəsaiti geri qaytarmaqda çətinlik çəkməsinlər".
Azərbaycan Xəbərləri
Printable View

10-02-2008, 01:20 PMAPAMillət vəkilləri MSK-da Müsavat Partiyasına ayrılan yerlərin başqa partiyalara verilməsini təklif ediblər

10-02-2008, 01:30 PMAPANorveç xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb
[b]Norveç xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb[b]
[Bakı. Laçın Sultanova-APA. Norveçin xarici işlər nazirinin müavini Raymond Yohansen Azərbaycana işgüzar səfərə gəlib. Norveçin Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, nazir müavini artıq siyasi partiya liderləri, Norveçin Azərbaycanda fəaliyyət göstərən «Statoil» şirkətinin rəhbəri ilə görüşlər keçirib. Günün ikinci yarısında isə norveçli qonağı xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək, sonra R. Yohansen nazir müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə görüşəcək.Qeyd edək ki, R. Yohansen Bakıya səfərini Norveç Humanitar Müəssisəsinin Abşeronda yerləşən uşaq evində həyata keçirdiyi layihə ilə tanışlıqdan başlamalı olsa da, qonağı Gürcüstandan gətirən təyyarə gecikdiyindən proqramın bu hissəsi təxirə salınıb. Eyni səbəbdən nazir müavinin Bakıda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri ilə görüşü də təxirə salına bilər. Qeyd edək ki, R. Yohansen regiona səfərini Ermənistandan başlayıb, sonra Gürcüstanda olub və turnesini Bakıda yekunlaşdırır. -
10-02-2008, 01:40 PMAPAABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
[b]ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, Nardaran sakinləri qəsəbənin "Səfixanı" adlanan 30 hektar torpaq sahəsinin məhkəmənin qərarı ilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero tərəfindən alınmasına etiraz ediblər. Səfirliyin binası qarşısına toplaşan kənd sakinlərindən 5-i ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusunun nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər. Sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə nardaranlıların məktubunu və piketin qətnaməsini səfirliyin nümayəndəsinə təqdim edib. Qətnamədə S. Eskuderonun hərəkətləri qanunsuz adlandırılıb və onun Azərbaycandan çıxarılması tələb olunub. Aksiya zamanı heç bir insident baş verməyib. Qeyd edək ki, Nardarandakı "Səfixanı" adlanan ərazidəki 30 hektar torpaq sahəsi S. Eskudero tərəfindən 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlərsə bu hadisədən 1 il sonra xəbər tutublar. Məhkəmə qərarı Salman Cəbrayılov adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb. Nardaran sakinləri isə uzun illərdən bəri əkib becərdikləri torpaq sahəsinin ələ keçirməsinə qarşı çıxaraq, məhkəmə qərarının dəyişdirilməsini tələb edirlər. -
10-02-2008, 02:10 PMAPAAzərbaycanda pensiyanın hesablanması zamanı iş stajı əsas götürüləcək
[b]Azərbaycanda pensiyanın hesablanması zamanı iş stajı əsas götürüləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya sistemində yeni dəyişikliklərin aparılması məqsədi ilə təkliflər hazırlayır. «APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
[Fond sədrinin sözlərinə görə, bu təkliflərdən ən əsası 2006-cı ilin yanvarın 1-dək, yəni köhnə sistem əsasında pensiyaya çıxanların pensiya hüquqlarının müəyyənləşdirilməsi mexanizminin dəyişdirilməsi ilə bağlıdır. S.Müslümov bildirib ki, hər bir şəxs pensiyaya çıxanda onun pensiyası iki hissədən ibarət olur: «2006-cı ilin yanvarın 1-ə qədər olan dövrü əhatə edən birinci hissədə pensiyanın məbləği köhnə pensiya sisteminin qanunvericiliyinə uyğun hesablanır. İkinci hissə isə 2006-cı ilin yanvarın 1-dən sonra fərdi uçot sisteminin məlumatlarına əsasən müəyyənləşdirilən pensiya məbləğidir. İkinci hissənin hesablanmasında heç bir problem yoxdur. Çünki hər bir şəxsin fərdi hesabı var, 2006-cı ilin yanvarından sonra bütün aylar üzrə bu hesabda toplanılan sosial sığorta haqları əsasında onun qeyd edilən müddətdən sonrakı dövr üçün pensiyasının məbləği müəyyənləşdirilir. Lakin 2006-cı ilin yanvarın 1-dək olan hesabı müəyyənləşdirmək üçün onun 2004-2005-ci illər ərzindəki orta aylıq əmək haqqı əsasında arayış tələb olunur. Həmin arayış əsasında da pensiyaçının 2006-cı ilin yanvarın 1-ə qədər olan pensiyası müəyyənləşdirilir». S.Müslümov əlavə edib ki, pensiya sistemində neqativ hallar da məhz bu zaman meydana çıxır. Çünki arayışların çoxu arxivlərdən və guya keçmişdə fəaliyyət göstərildiyi bildirilən müəssisələrdən gətirilir. Fond sədrinin sözlərinə görə, pensiya hesablanması zamanı əmək haqqının məbləğinə qoyulan məhdudiyyət də ləğv edilib. Bu kimi hallar isə pensiyaların məbləğinin süni şəkildə şişirdilməsinə şərait yaradır. Yeni təkliflərini belə neqativ halların qarşısını almaq üçün hazırladıqlarını deyən S.Müslümov qeyd edib ki, təkliflərdə 2006-cı ilin yanvarın 1-ə qədər olan dövr üçün pensiyanın məbləği müəyyənləşdirilərkən əmək haqqına istinadın ləğvi, yalnız staj əsasında məbləğin müəyyənləşdirilməsi prinsipinə keçmək nəzərdə tutulur. DSMF sədrinin sözlərinə görə, bu qaydalar yalnız pensiyaya bundan sonra çıxanlara şamil edilə bilər. Təkliflər cari ilin sonuna kimi qəbul edilərsə, artıq 2009-cu ilin yanvarın 1-dən pensiyaya çıxanlar üçün bu sistem tətbiq ediləcək. Ədalətli sistem olduğundan 2006-2009-cu dövr üçün pensiya hesablanmasında heç bir dəyişiklik olmayacaq. Yeni təkliflərin reallaşması nəticəsində stajı çox olan işçilərin pensiyalarının məbləği də artacaq. S.Müslümov onu da əlavə edib ki, hazırda yeni sistemlə pensiya alanların sayı 200 min nəfərə yaxındır. Azərbaycandakı 1,263 mln. pensiyaçının 1,05 mln-a yaxını isə köhnə sistemlə pensiyaya çıxanlardır. -
10-02-2008, 02:20 PMAPADövlət Sosial Müdafiə Fondu İT üzrə işçi qəbulu üçün müsabiqə elan edib
[b]Dövlət Sosial Müdafiə Fondu İT üzrə işçi qəbulu üçün müsabiqə elan edib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) informasiya texnologiyaları üzrə işçi qəbulu üçün müsabiqə elan edib. «APA-ECONOMICS»in məlumatına görə, DSMF sədri Səlim Müslümov bildirib ki, bu müsabiqə hazırda sosial müdafiə mərkəzlərində informasiya texnologiyaları üzrə kadr probleminin həllinə yönəlib: «Bu gün biz maddi-texniki baza, rayonlarda lokal şəbəkələr, avtomatlaşdırılmış idarə sistemi yaratmışıq. Amma orada işləyən şəxslər bu sistemi idarə edə bilirmi? Burada böyük problem ortaya çıxır». S.Müslümov qeyd edib ki, bu problemin həlli üçün BMT-nin İnkişaf Proqramı və Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində informasiya texnologiyaları üzrə 14 mütəxəssis işə qəbul ediləcək. Artıq müraciət edən 70-ə yaxın şəxs arasında seçim prosesinə başlanılıb. Seçilənlərin 4 nəfəri DSMF-nin Mərkəzi Aparatında çalışacaq, qalan 10 nəfər isə 10 region üzrə təhkim olunacaq. -
10-02-2008, 02:30 PMAPA«Nabucco» konsorsiumu Rusiya qazından kiçik həcmdə istifadə olunacağını istisna etmir
[b]«Nabucco» konsorsiumu Rusiya qazından kiçik həcmdə istifadə olunacağını istisna etmir[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. «Nabucco» konsorsiumunun iştirakçıları inşası nəzərdə tutulan qaz kəməri ilə Rusiya qazından yalnız kiçik həcmlərlə nəqlini mümkün sayır. «APA-ECONOMICS»in «İTAR-TASS» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın layihədəki nümayəndəsi Mixay Bayer bəyan edib. Bununla belə, o, Rusiyanın layihədə iştirakı məsələsinin gündəmdə olmadığını qeyd edib: «Nabucco» qaz kəmərinin tikintisinin məqsədi yanacaq tədarükünün müxtəlifləşdirilməsidir. Lakin bu, o dəmək deyil ki, «Nabucco» layihəsi Rusiyaya qarşı yönəlib. Yanacaq marşrutlarının diversifikasiyası Avropa və bütün dünya üzrə enerji təhlükəsizliyinin təminatı üçün vacibdir».Bununla yanaşı, M.Bayer Macarıstanın qaz idxalının 83%-ni təmin edən Rusiya və bəzi tranzit ölkələr arasında münasibətlərin gərginləşməsini də xatırladıb. Qeyd edək ki, gələcəkdə «Nabucco» kəmərinin əsas real təchizatçı kimi Azərbaycan qiymətləndirilir.M.Bayer həmçinin bildirib ki, hazırda dünyada müşahidə olunan maliyyə böhranı «Nabucco» layihəsinin reallaşmasına ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, böhran sadəcə maliyyələşmə paketinin tərtib olunma prosesini bir neçə ay ləngidə bilər: «Hazırda layihənin kommersiya hissəsi və siyasi hazırlıq üzrə iş aparılır. Layihəyə sərmayə yatırmağa hazır olduqlarını bəyan edən maliyyə tərəfdaşlarımız mövqelərini dəyişməyib».Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞÂ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır. -
10-02-2008, 02:40 PMAPAAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Ermənilər işğal olunmuş ərazilərimizdə əkdikləri narkotik vasitələri xaricə satır»
[b]Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Ermənilər işğal olunmuş ərazilərimizdə əkdikləri narkotik vasitələri xaricə satır»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Â«İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»in işğal altında olan Xocavənd rayonunda ermənilərin ətraf mühit vurduğu ziyanla bağlı bır sıra faktlar əldə edib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ermənilər əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələri müxtəlif ölkələrə satır. Ərazilər mütəmadi yandırılır və bununla da fauna və flora tamamən məhv edilir. İstilik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır: «Ermənilər həmin ərazilərdə Azərbaycanın təbii sərvətlərini ziyan vurmaqda, dünya əhəmiyyətli təbiət və tarixi abidələri məhv etməkdə davam edirlər». -
10-02-2008, 02:50 PMAPAAvaraçılıq və dilənçiliklə məşğul olan 120 nəfər saxlanılıb
[b]Avaraçılıq və dilənçiliklə məşğul olan 120 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nəsimi rayon Polis İdarəsi, Qazax rayon Polis Şöbəsi, Yasamal rayon Polis İdarəsi və Çevik Polis Alayı avaraçılıq və dilənçiliklə məşğul olan 120 nəfəri saxlayıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, onlardan 6-sı kişi, 53-ü qadın, 61-i isə azyaşlı olub. Saxlanılanlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. -
10-02-2008, 03:00 PMAPAİtkin düşən qadının meyiti Kür çayında tapılıb
[b]İtkin düşən qadının meyiti Kür çayında tapılıb[b]
[Bakı-APA. Sentyabrın 18-də Sabirabad rayonunda itkin düşən Ərkinaz Hacıəliyevanın meyiti, Kür çayının Axtaçı-Muğan kəndi ərazisindən keçən hissəsində tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb. -
10-02-2008, 03:10 PMAPANaxçıvan sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Naxçıvan sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Naxçıvan şəhər sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Naxçıvan şəhər sakini Mehralı Allahverdiyev Nərimanov rayonundakı Ə. Əliyev küçəsində inşa edilən binada işləyib və orada elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.