[b]Bakıda dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 3-ü qadın, 2-si kişi, 9-u isə azyaşlılar olub. Saxlanılan şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.
Azərbaycan Xəbərləri
Printable View

10-28-2008, 03:30 PMAPABakıda dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb

10-28-2008, 03:40 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-28-2008, 03:50 PMAPA«Bank Standard» yanvar-sentyabr aylarında əldə etdiyi uğurlar bağlı mətbuat konfransı keçirib
[b]«Bank Standard» yanvar-sentyabr aylarında əldə etdiyi uğurlar bağlı mətbuat konfransı keçirib[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev bildirib ki, bu ilin ilk 9 ayında bankın maliyyə göstəricilərində əsaslı artım müşahidə olunub: «Belə ki, son bir il ərzində bankın aktivlərinin həcmi 18% artaraq 660,816 mln. manata, kredit portfeli 36% artaraq 441,570 mln. manata, depozit portfeli isə 10,8% genişlənərək 173,036 mln. manata çatıb».C.Quliyevin sözlərinə görə, hesabat dövründə bankın ən böyük uğurlarından biri nizamnamə kapitalın 65 mln. manatadək artırılması, həmçinin «T24» proqram təminatının tətbiqindən ibarət olub. «Qeyd etmək istəyirəm ki, nizamnamə kapitalının artırılması nəticəsində, bankımız ölkədə fəaliyyət göstərən banklar sırasında bu göstərici üzrə 3-cü yerə yüksəlib», - deyə C.Quliyev vurğulayıb.Bankın müştəri xidmətləri departamentinin direktoru Cahangir Axundovun sözlərinə görə isə, təhlil olunan dövr ərzində bank 28 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Həmçinin, «Bank Standard» SKB «Visa İnternational» təşkilatından xidmətlərin göstərilməsi üzrə lisenziya alıb. Bu lisenziya sayəsində bankın POS-terminallarının sayı 392-yə çatıb.C.Axundov əlavə edib ki, hazırda «T24» proqram təminatının tətbiqinin birinci mərhələsi başa çatmaq üzrədir. Bu proqram təminatı ilə artıq bankın Bakı şəhərində yerləşən 3 filialı və Quba filialı təchiz edilib. Yaxın vaxtlarda Bakıda yerləşən daha 2 filialın da «T24»lə təchiz edilməsi nəzərdə tutulub.Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. -
10-28-2008, 04:00 PMAPA«Azərsun Holdinq» Gürcüstanın yağ bazarının ¼-nə nəzarət edir
[b]«Azərsun Holdinq» Gürcüstanın yağ bazarının ¼-nə nəzarət edir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Sankt-Peterburqda (Rusiya) keçirilən «Yağ Sənayesi-2008» VIII Beynəlxalq Konfransda Azərbaycanın «Azərsun Holdinq» Şirkətlər Qrupunun məhsulları 8 medal qazanıb. «APA-ECONOMICS»in məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında holdinqin nümayəndəsi Kazım Babayev bildirib.K.Babayevin sözlərinə görə, tədbirə şirkətlər qrupuna daxil olan «Bakı Yağ və Qida Sənaye» ASC-nin istehsalı olan yüksək keyfiyyətli müxtəlif markalı Azərbaycan yağları dequstasiya müsabiqəsində iştirak edərək 8 medal qazanıb və ən yüksək nəticəyə nail olub. Azərbaycanın milli yağları 4 qızıl və 4 gümüş medalla yanaşı xüsusi diplomlarla da təltif olunub. «Azərsun Holding»in marketinq departamentinin nümayəndəsi Həsən Əsgərov isə qeyd edib ki, hazırda şirkətin istehsal etdiyi yağlar Azərbaycanla yanaşı Gürcüstan, Rusiya və Qazaxıstan bazarlarına da çıxarılır. «Azərsun»un istehsal etdiyi yağların Gürcüstan bazarında payı 20-25% təşkil edir.H.Əsgərovun sözlərinə görə, Azərbaycanda duru yağın istehlakı ilbəil artır. Belə ki, şirkətin araşdırmalarına görə, 2006-cı ildə ailə başına 2,6 litr duru yağ istehlakı düşdüyü halda, 2007-ci ildə bu göstərici 3,6 litr olub.Qeyd edək ki, Azərbaycanın duru yağa olan illik tələbatı 25-27 min ton təşkil edir.«Bakı Yağ və Qida Sənaye» ASC-nin nümayəndəsi Aslan Abdullayev isə bildirib ki, bu gün zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Zavodun gündəlik istehsal gücü 400-450 tondur. Perspektivdə müasir texnologiyaların tətbiqi ilə istehsalı artırmaq planlaşdırılır. Zavod nümayəndəsinin sözlərinə görə, istehsalı daha 25% artırmaq imkanı mövcuddur. -
10-28-2008, 04:10 PMAPAAzərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artıracaq
[b]Azərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artıracaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərə fərdi iş icazəsinin verilməsi üçün ödənilən dövlət rüsumunun məbləğinin artırılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.Artımın nə qədər olacağını açıqlamaq istəməyən N.Məmmədov bunun Nazirlər Kabinetində aparılan müzakirələrdən asılı olduğunu söyləyib. Nazir müavininin sözlərinə görə, ötən ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən sonra Azərbaycanda əmək fəaliyyəti ilə leqal məşğul olan əcnəbilərin sayı 4 dəfə artıb. N.Məmmədov bildirib ki, yeni dəyişikliklərə görə, əmək miqrantı fərdi iş icazəsi almadan hər hansı müəssisədə işləyərsə, işəgötürən 33-35 min manat cərimələnir. Belə cərimələrin ödənilməməsi üçün artıq müəssisələr fərdi iş icazəsi almaq məqsədi ilə ƏƏSMN-ə müraciət edir. Bu nazirlik də Dövlət Miqrasiya Xidmətinin rəyi əsasında əcnəbi vətəndaşlara fərdi iş icazəsi verir: «Elə əmək miqrantı var ki, Azərbaycanda sürücülük etmək istədiyini deyir, amma ölkədə kifayət qədər sürücü var. Ona görə də belə hallarda mənfi rəyimizi bildiririk. Ancaq yeni texnologiyaların tətbiqi ilə əlaqədar elə yeni ixtisaslar var ki, onlarla bağlı müraciət edən əcnəbilərə fərdi iş icazəsi verilir». Qeyd edək ki, hazırda Azərbaycanda əcnəbi vətəndaşlar üçün fərdi iş icazəsi almaq üçün dövlət rüsumunun məbləği 45 manatdır. Fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4 minə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur və onların 73%-ı qeyri-neft sektorunda çalışır. -
10-28-2008, 04:20 PMAPAMədəniyyət naziri Aleksandr Avdeyev: "Azərbaycanın bizə hədiyyə etdiyi Bakı bülbülü həm də Rusiyanın milli qəhrəmanı idi"
[b]Mədəniyyət naziri Aleksandr Avdeyev: "Azərbaycanın bizə hədiyyə etdiyi Bakı bülbülü həm də Rusiyanın milli qəhrəmanı idi"[b]
Bakı. Laçın Sultanova - APA. Moskvanın Çaykovski adına Konsert Zalında dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasimi davam edir.
[Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə, əfsanəvi baritonla vidalaşmaq istəyənlərin sayı həddindən artıq çoxdur, mərhumun pərəstişkarları küçədə mitinq keçirirlər. Vida mərasimində aparıcılıq edən tanınmış sənətşünas Stanislav Belza Müslüm Maqomayevin ən dəyərli keyfiyyətinin dostluq olduğunu deyib. Bundan sonra M. Maqomayevin gənclik dostu, Rusiyanın xalq artisti Lev Leşşenko ürək sözlərini söyləyib: «Biz ağ-qara məkanda yaşayanda, Müslüm bu məkanı rəngarəng etməyi bacarmışdı. Gənc, gözəl, istedadlı, hər zaman şən olan bu insan bizim üçün yeni dünya açırdı, alovlandırırdı və bu alov uzun illər şölə saçırdı. Bu gün bu alov sönsə də, bizim ürəyimizdə hər zaman yanacaq». Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev isə M. Maqomayevin həm opera, həm də estrada səhnəsində dahi olduğunu vurğulayıb. «Azərbaycanın bizə hədiyyə etdiyi Bakı bülbülü həm də Rusiyanın milli qəhrəmanı idi» deyən nazir onun əsl kumir olduğunu söyləyib.Moskva merinin birinci müavini Lyudmila Şvetsova çıxışı zamanı üzünü M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayaya tutaraq, əfsanəvi müğənninin adının Moskvada mütləq əbədiləşdiriləcəyini bildirib. Vida mərasimində Moskva vilayətinin qubernatoru Boris Qromov, Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakov, Rusiya estradasının primadonnası Alla Puqaçova və digər tanınmış şəxslər iştirak edib.Qeyd edək ki, dahi müğənni ilə vida mərasimi Bakı vaxtı ilə saat 14.00-da yekunlaşmalı olsa da, insan axını çox olduğundan mərasimin vaxtı uzadılıb. Onu da əlavə edək ki, bu gün Moskva Metropoliteninin bütün stansiyalarında Müslüm Maqomayevin ifasında «Melodiya», «Noktyurn», «Za vse tebe blaqodaryu» və digər nəğmələri səsləndirilir. -
10-28-2008, 04:30 PMAPAMilli Məclis Azərbaycanla Fransa arasında avtomobil yollarının yenidən qurulması ilə bağlı kredit sazişini təsdiqləyib
[b]Milli Məclis Azərbaycanla Fransa arasında avtomobil yollarının yenidən qurulması ilə bağlı kredit sazişini təsdiqləyib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Fransanın "BNP- Paribas" Səhmdar Cəmiyyəti arasında 280 kilometr uzunluğunda olan Bakı-Şamaxı-Yevlax yolunun Muğan-Yevlax hissəsinin və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun yenidən qurulması ilə bağlı layihə üzrə kredit sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. APA-nın xəbərinə görə, sazişə əsasən, bu yollar yenidən qurulacaq. Saziş layihəsinə 400 milyon ABŞ doları vəsait ayrıldığı bildirilib. Milli Məclis saziş layihəsinin təsdiq olunması ilə bağlı qərar qəbul edib.Qeyd edək ki, Azərbaycan tərəfdən sazişi Nəqliyyat Nazirliyi imzalayıb. -
10-28-2008, 04:40 PMAPAABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
[b]ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir[b]
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ dövlət katibinin kommersiya məsələləri üzrə müavini Daniel Sallivan sabah Azərbaycana səfərə gələcək.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi məlumat verib. D. Sallivanın Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəyini deyən diplomat bildirib ki, səfərdə məqsəd iki ölkə arasında iqtisadi və kommersiya əlaqələrinin gücləndirilməsinə nail olmaqdır: "ABŞ-ın əsas məqsədi Azərbaycanla münasibətləri bütün sahələrdə dərinləşdirmək və intensivləşdirməkdir". -
10-28-2008, 04:50 PMAPAAzərbaycan ÜPİ-nin sabah işə başlayan sessiyalarında iştirak edəcək
[b]Azərbaycan ÜPİ-nin sabah işə başlayan sessiyalarında iştirak edəcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Oktyabrın 29-dan Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali rəhbər orqanları olan Administrativ Şura və Poçt İstismarı Şurasının təşkilatın 24 Konqresindən sonra ilk sessiyaları keçiriləcək. Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «Azərpoçt» Dövlət Müəssisəsinin əməkdaşları təmsil edəcəklər. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, noyabrın 14-dək davam edəcək sessiyalarda bir sıra məsələ, o cümlədən ÜPİ-nin 24-cü Konqresində vaxt çatışmazlığından təxirə salınmış təkliflərə və Azərbaycan poçt administrasiyasının təqdim etdiyi 9 təklifə baxılacaq. ÜPİ-nin yeni seçilmiş rəhbər orqanlarının işçi və layihə qruplarında çalışmaq üçün müraciət etmiş ölkələrin həmin qruplarda təmsil olunması məsələsinə də baxılıb təsdiq edilməsi gündəlikdə durur. Azərbaycan hər iki şuranın işçi və layihə qruplarında təmsil olunmaq üçün müraciət edib.Qeyd edək ki, ÜPİ-nin 24-cü Konqresində Azərbaycan hər iki Şuraya üzv seçilib. -
10-28-2008, 05:00 PMAPAAzərbaycanda qanunsuz otellərə lisenziya verməkdən imtina olunacaq
[b]Azərbaycanda qanunsuz otellərə lisenziya verməkdən imtina olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin araşdırmaları nəticəsində qanunsuz fəaliyyət göstərdiyi aşkarlanan otellərin bəziləri lisenziya almaq üçün adıçəkilən quruma müraciət edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Şöbə müdirinin sözlərinə görə, artıq Şamaxı, Qəbələdəki bəzi otellər fəaliyyətini qanuniləşdirmək üçün lisenziya almaq istədiyini nazirliyə açıqlayıb: «Ancaq lisenziyasız fəaliyyət göstərən mehmanxanalar yenə də var. Bəzi mehmanxanaları «mehmanxana» kimi adlandırmaq da olmaz. Ona görə də belə mehmanxanalara lisenziya verməyəcəyik».Nazirlik səlahiyyətlisinin verdiyi məlumata görə, noyabrın 10-13-də Londonda dünyanın ən böyük beynəlxalq turizm sərgisi keçiriləcək. Həmin sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək. Hazırda buna hazırlıq işləri görülür.