[b]Şirvanda sərnişin mikroavtobusu "KrAZ" markalı yük avtomobili ilə toqquşub, 9 nəfər yaralanıb[b]
Şirvan. Əlibəy Zeynalov - APA. Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
[Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 17.30 radələrində Şirvan şəhəri H. Əliyev prospektində Sabirabad rayon Qaragünə kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov İsmixan Məmmədağa oğlunun idarə etdiyi, 5 saylı marşrut üzrə hərəkət edən 18 BA 723 dövlət nömrə nişanlı mikroavtobus Hacıqabul rayon sakini Dadaşov Fazil Abbasqulu oğlunun idarə etdiyi "KrAZ" markalı, 24 AC 104 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 9 nəfər yaralanıb. Onlardan 5-i orta-ağır dərəcəli sınıq travmaları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına, bir nəfər isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-01-2008, 07:30 PMAPAŞirvanda sərnişin mikroavtobusu "KrAZ" markalı yük avtomobili ilə toqquşub, 9 nəfər yaralanıb

10-01-2008, 08:00 PMAPAAzərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib
[b]Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində qurumun prezidenti sədri Luis Mariya de Puçun təşəbbüsü ilə bu gün Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və David Arutunyanın AŞ PA prezidenti yanında görüşü keçirilib.
[APA-nın Avropa bürosunun xəbərinə görə, görüş barədə məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın bas katibli Matias Sorinasın da qatıldığı görüşdə əsas diqqətin qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin keçmiş sədri Lord Rassel Constonun vəfatından sonra komitənin gələcək fəaliyyət istiqamətinə yönəldiyini bildirib. Görüşdə qərara alınıb ki, Azərbaycanda növbəti prezident seçkiləri ilə əlaqədar bu məsələnin AŞ PA-nın yanvar sessiyasında müzakirəsi daha məqsədəuyğun olardı. Həmçinin Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər verilməklə, Azərbaycan və Ermənistan nümayəndələrinin yanvar sessiyasında AŞ PA prezidenti yanında bir daha görüşünün keçirilməsi barədə razılığa gəlinib. -
10-01-2008, 10:20 PMAPAAŞ PA Rusiyanın qurumdakı nümayəndə heyətinin mandatının alınması ilə bağlı məsələni müzakirə edib
[b]AŞ PA Rusiyanın qurumdakı nümayəndə heyətinin mandatının alınması ilə bağlı məsələni müzakirə edib[b]
Strasburq. Fuad Qulubəyıi-APA. Bu gün AŞPA-nın payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin həmmməruzəçisi Andreas Qrossun hazırladığı « AŞ PA-dakı Rusiya nümayəndə heyətinin təsdiq olunmuş mandatına əsaslı səbəblərə görə yenidən baxılmasına dair » adlı qətnamə layihəsinin müzakirəsi keçirilib.
[APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə çıxış edən əksər deputatlar AŞ-nın Rusiya ilə münasibətlərinin davam etdirilməsinin tərəfdarı kimi çıxış ediblər. Çıxışlarda o da vurğulanıb ki, AŞ PA Rusiya və Gürcüstan rəsmilərini eyni platformada birləşdirən çox az məkanlardan biridir. Böyük Britaniyadan olan deputat Hankok Mikaelin Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına qarşı çıxıb. Deputatın çıxışı sərtliyi ilə seçilib, o, Gürcüstan prezidenti Mixail Saakaşvilini hədəfə alıb : « Biz Rusiya nümayəndə heyətinin səlahiyyətlərini dondurmaqla heç nə əldə edə bilmərik. Bu heç də Gürcüstan və Cənubi Osetiya xalqlarının xeyrinə deyil. Saakaşvili ordunu Cənubi Osetiyaya göndərmək və mülki əhaliyə atəş açmaqla hərbi cinayət törədib. O, düzgün siyasi hesablama apara bilməyib və yanlış hərəkət edib ». AŞ PA-dakı Gürcüstan nümayəndə heyətinin başçısı isə məqsədlərinin Rusiyanı təcrid etmək olmadığını, sadəcə AŞ-nın norma və prinsiplərinə riayət olunmasını istədiklərini ifadə edib : « Rusiyaya vaxt verilməsi başadüşüləndir, amma bu ölkəyə nə etməli olduğunu da demək lazımdır. Rusiya qüvvələrini Gürcüstandan çıxarmalı, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə bağlı qərarını ləğv etməlidir ». Müzakirələrdən sonra məruzə 114 lehinə, 20 əleyhinə olmaqla qəbul edilib. Deputatlar Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının alınmasının əleyhinə səs veriblər. -
10-01-2008, 10:40 PMAPAElmar Məmmədyarov: "Türkiyənin təklifləri artıq masanın üstündədir"
[b]Elmar Məmmədyarov: "Türkiyənin təklifləri artıq masanın üstündədir"[b]
Bakı-APA. "Biz sonuncu dəfə avqustun 1-də ATƏT-in Minks Qrupunun həmsədrləri ilə Moskvada görüşərkən belə razılığa gəlmişdik ki, növbəti görüşü Nyu Yorkda keçirək.
[Belə ki, BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirakımız bizə belə fürsət yaradırdı. Daha sonra isə, məlum olduğu kimi, Gürcüstandakı hadisələrin ardınca Türkiyə tərəfi regionda Sülh və Sabitlik Platforması adlı bir təşəbbüs irəli sürdü. Həmin vaxt isə biz artıq yeni Türkiyə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində yeni görüşü razılaşdırdıq". APA-nın xəbərinə görə, bunu "Amerikanın səsi" radiostansiyasına müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nyu-Yorkda keçirdiyi görüşlərini şərh edən XİN başçısı həmsədrlərlə görüşü, sadəcə, növbəti təmas adlandırıb: "Gürcüstandakı hadisələrdən sonra bəzi yeni məqamlar ortaya çıxıb və biz də onun əsasında müzakirələr apardıq. Bir məqamı da vurğulayım ki, həm Ermənistanın xarici işlər naziri, həm mən, həm də həmsədrlər özləri belə bir fikir səsləndiriblər ki, artıq Qarabağ münaqişəsi də region üçün təhlükəsizlik baxımından böyük problem yaradır. Və mümkün qədər tez şəkildə biz hansısa irəliləyişə nail olmalıyıq. Buna görə də Nyu Yorkda razılığa gəldik ki, müzakirələri davam etdirək. Növbəti addım olaraq çox güman ki, ya həmsədrlər regiona gələcəklər, ya da biz nazirlər hansısa paytaxtlardan birində görüş keçirəcəyik. Amma belə razılaşdırmışıq ki, görüş məsələsini daha detallı olaraq 1-2 həftədən sonra müzakirə edək".Türkiyənin təşəbbüsünə Azərbaycanın mövqeyinin müsbət olduğunu deyən nazir "Türkiyənin təklifləri artıq masanın üstündədir. Biz üçtərəfli görüşdə yekdilliklə elan etdik ki, Türkiyənin təşəbbüsü çox maraqlıdır, müsbət təşəbbüsdür və biz onun üzərində çalışaq. Yəni ümumi şəkildə bu platforma ilə regionda hansısa bir yeni mərhələyə - regiona stabillik və sülh gətirməyə çalışaq. Əlbəttə, biz müzakirələri davam etdirməliyik"-deyə, bildirib. "Azərbaycanla Ermənistan arasında münaqişə hələ də davam edərkən, Qafqazda sabitlik təşəbbüsü nə qədər realdır?" sualını cavablandıran E. Məmmədyarov "Bu, aktual sualdır, amma biz gərək çalışaq. Əlbəttə ki, Qafqazda sabitliyə nail olmaq üçün Qarabağ münaqişəsi ətrafında xüsusi olaraq hərəkət etməliyik ki, hansısa yeni mərhələyə çıxaq. Azərbaycan tərəfi məsələni belə qoyur ki, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlardan 7 rayon azad edilsin, erməni qoşunları oradan çıxsın və məcburi köçkünlər geri qayıtsınlar. Ondan sonra yeni mərhələ açıla bilər. O baxımdan ki, bölğədə hərtərəfli kommunikasiya başlaya bilər və ondan sonra bu, hansısa yeni imkanlar da yarada bilər. Bu baxından da biz gərək çalışıb sübut edək ki, bu münaqişə doğrudan da regionun təhlükəsizliyinə böyük zərərdir və onu tezliklə yerindən tərpətmək lazımdır. Əlbəttə ki, Qarabağ konflikti çox dərin münaqişədir, onu bir gün və ya bir həftə ərzində həll etmək çətindir. Məhz buna görə Azərbaycan tərəfi təklif edir ki, bu, mərhələli proses əsasında olsun. Biz addım-addım hansısa irəliləyiş əldə edə bilərik. Mən inanıram ki, biz buna nail ola bilərik»-deyə, vurğulayıb. "Türkiyənin son təşəbbüsləri ilə ATƏT-in Minsk Qrupunun fəaliyyəti arasında bir koordinasiyanın mövcud olub-olmaması ilə bağlı suala cavabında E. Məmmədyarov bildirib ki, Minsk Qrupunun həmsədrləri təkcə Dağlıq Qarabağ münaqişəsilə bağlı fəaliyyət göstərirlər: " Türkiyənin təşəbbüsünə isə daha çox geniş mənada baxmaq lazımdır. Yəni bu, regional platforma məsələsidir. Beləliklə, onlar məsələlərə daha geniş müstəvidə yanaşırlar". -
10-01-2008, 11:00 PMAPARusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü : « Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim »
[b]Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü : « Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim »[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim. Bu məsələ müzakirəyə 24 parlamentarinin imzası ilə çıxarılsa da, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasının lehinə cəmi 20 deputat səs verdi.
[Mən qərarın obyektiv olduğunu bildirirəm. Burada artıq başa düşürlər ki, hər hansı sanksiyalarla məsələləri həll etmək mümkün deyil ». APA-nın Avropa bürosunun xəbərinə görə, bu açıqlamanı Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Konstantin Kosaçevin qurumda Rusiya nümayəndə heyətinin madatının alınması ilə bağlı səsvermədən sonra verib. Avropa Şurasının tərəflər arasında əlaqələrin yaradılması, onları siyasi dialoqa dəvət etmək, beynəlxalq münasibətlərdə güc tətbiq etməyin əleyhinə çıxmaq kimi unikal missiyaları olduğunu xatırladan deputat sabahkı müzakirələrin ağır olacağını proqnozlaşdırdığını da deyib : « Biz Assambleyanı hər hansı qərar və ya tələsik addım atmaqdan çəkindirə bildik. Sabah isə biz bu münaqişənin məhz Gürcüstanın təhriki ilə baş verdiyini, Rusiyanın başqa çıxış yolu olmadığını, Rusiyanın yüzlərlə, minlərlə insanın taleyini xilas etdiyini sübut etməyə çalışacağıq. Bu addım isə özünü demokratik adlandıran hər bir ölkənin müqəddəs borcudur ». -
10-02-2008, 09:50 AMAPABakıda silahlı atışma olub, polis iki nəfəri zərərsizləşdirib-EKSKLÜZİV
[b]Bakıda silahlı atışma olub, polis iki nəfəri zərərsizləşdirib-EKSKLÜZİV[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gecə Bakıda silahlı atışma olub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə iki nəfər silahlı şəxsin polisə müqavimət göstərməsi nəticəsində baş verib.
[Belə ki, dünən axşam saatlarında Maştağa kənd sakini Mirkərim Xəlilov Sabunçu rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, silahlı basqına məruz qaldığı və maşınının qaçırıldığını bildirib. Hadisə ilə bağlı dərhal Sabunçu RPİ-də əməliyyat qrupu yaradılıb. Polis tezliklə qaçırılmış maşının izinə düşərək, onu Bakıxanov qəsəbəsində tapıb. Bakıxanov qəsəbəsindən başlayan izləmə Ramanaya qədər davam edib. Ramanada polis maşını hərəkətsiz vəziyyətə gətirə bilib. Bu vaxt isə maşında olan iki nəfər polisə silahlı müqavimət göstərib və atışma başlayıb. Polis müqavimət göstərənləri zərərsizləşdirə bilib. Hadisə nəticəsində ölən şəxslərin Maştağa kənd sakini, 1969-cu il təvəllüdlüFərhad Quliyev və onun 1963-cü il təvəllüdlü əmisi oğlu Azad Quliyev olduğu müəyyənləşib. O da bəlli olub ki, F. Quliyev Cinayət Məcəllsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1 (1qanunsuz silah gəzdirmə) maddəsi ilə uzun müddət axtarışda olub. Əməliyyat zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir. -
10-02-2008, 10:30 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60 -
10-02-2008, 10:50 AMAPAABŞ Senatı 700 milyard dollarlıq sabitləşdirici paketi qəbul edib
[b]ABŞ Senatı 700 milyard dollarlıq sabitləşdirici paketi qəbul edib[b]
Vaşinqton - APA. ABŞ Senatı ölkənin maliyyə bazarında sabitlik yaratmaq üçün prezident Corc Buşun irəli sürdüyü qanun layihəsini qəbul edib.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, böhrandan çıxış məqsədilə 700 milyard dollar ayrılmasını nəzərdə tutan layihənin lehinə 74, əleyhinə isə 25 senator səs verib. Sənədin oktyabrın 3-də Nümayəndələr Palatasının da təsdiqindən keçəcəyi gözlənilir. Prezidentliyə namizədlər, Senatın üzvləri Barak Obama və Con Makkeyn də təklifi dəstəkləyiblər. Qanun layihəsinə əsasən maliyyə nazirinə problemli maliyyə aktivlərini satın almaq və maliyyə bazarlarını sabitləşdirmək üçün ilk mərhələdə federal büdcədən 250 milyard dollar vəsait xərcləmək səlahiyyəti verilir. Prezidentin qərarı ilə bu məqsədlər üçün daha 100 milyard dollar ayrıla bilər. Qalan 350 milyard dollarlıq hissə isə Konqresin qərarı ilə xərclənəcək. -
10-02-2008, 11:00 AMAPADünya çempionatının püşkü atıldı
[b]Dünya çempionatının püşkü atıldı[b]
Azərbaycan yığması Ukrayna və Belarusla qarşılaşacaq
[Bakı. Kənan Həsənov - APA-SPORT. İtaliyanın Turin şəhərində 2010-cu ildə keçiriləcək kişi və qadın voleybol milli komandaları arasında dünya çempionatının püşkü atılıb. "APA-SPORT"un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi qadın yığmamız turnirə ikinci təsnifat mərhələsindən başlayacaq. Voleybolçularımız 2009-cu ilin mayında Bakıda təşkil olunacaq qrup oyunlarında Ukrayna, Belarus və birinci mərhələnin B qrupunda (İngiltərə, Portuqaliya, İsrail, İslandiya) qalib gələn kollektivlə qarşılaşacaqlar. Milli komandamız qrupu ilk iki pillədə başa vuracağı halda, üçüncü mərhələyə yüksələcək. Burada eyni uğura imza atacaq kollektivlər isə dünya çempionatının Yaponiyada təşkil olunacaq final mərhələsinə yüksələcəklər. Kişilərdən ibarət milli komandaların həlledici oyunları isə İtaliyada keçiriləcək. Sabir Əliyevin başçılıq etdiyi yığmamız bu nüfuzlu yarışa qatılmaq üçün mübarizəyə birinci mərhələdən qoşulacaq. Dekabrda Bakıda təşkil olunacaq D qrupunun oyunlarında voleybolçularımızın rəqibləri Albaniya, Moldova və Çernoqoriya olacaq. İkinci mərhələyə yalnız qrup qalibi vəsiqə qazanacaq. -
10-02-2008, 11:10 AMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD