[b]Elmar Məmmədyarovla Robert Simmons Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər[b]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumla ölkəmiz arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirən nazir Elmar Məmmədyarov bu əməkdaşlığın bundan sonra da ardıcıl səviyyədə davam etdiriləcəyinə əminliyini diqqətə çatdırıb. Nazir bu istiqamətdə NATO rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakının xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin arzu olunduğunu qeyd edib. Nazir həmçinin bildirib ki, həyata keçirilməsinə yenicə başlanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci fazasının yerinə yetirilməsi nəticəsində qurumla ölkəmiz arasındakı əlaqələr yeni müstəviyə keçəcək. Qəbula görə təşəkkürünü bildirən Robert Simmons ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib və qurumun Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini bildirib. Azərbaycanın NATO-nun rəhbərliyi altında həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirakını təqdirəlayiq hal hesab edən Simmons ölkəmizlə birgə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının birinci fazasının uğurla yerinə yetirildiyini və artıq ikinci fazasının yerinə yetirilməsinə başlandığını diqqətə çatdırıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
4610 sonuçtan 231 ile 240 arası

03-07-2008, 07:11 PM #231Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan prezidenti Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pier Morelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Avropa İttifaqı, Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

03-07-2008, 07:21 PM #232Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elmar Məmmədyarovla Robert Simmons Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər

03-07-2008, 07:31 PM #233Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xudu Məmmədovun şəxsi fondunun bir hissəsi Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib
[b]Xudu Məmmədovun şəxsi fondunun bir hissəsi Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib[b]
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Xudu Məmmədovun şəxsi fondunda yer alan 250-yə yaxın sənəd Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib. Qurumun direktoru Maarif Teymurovun APA-ya bildirdiyinə görə, sənədləri arxivə Xudu müəllimin həyat yoldaşı Maya Məmmədova təqdim edib. Alimin müxtəlif illərdə yazdığı ədəbiyyat və sənətlə bağlı məqalələrinin, kitablara yazdığı ön sözlərinin, o cümlədən "Naxışların yaddaşı" və "Qoşa qanad" kitablarının əlyazmaları və folklor materialları arxivə təhvil verilib. Xudu Məmmədovun fondunda olan fotoşəkil və alimin çəkdiyi rəsmlərin də yaxın zamanda arxivə təqdim edilməsi nəzərdə tutulub.

03-07-2008, 07:41 PM #234Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident yanında Əfv Komissiyası iclaslarını bu gün də davam etdirib
[b]Prezident yanında Əfv Komissiyası iclaslarını bu gün də davam etdirib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Əfv Komissiyasının iclaslarının keçirildiyi bir neçə gün ərzində yüzlərlə müraciətə baxılıb. Komissiyadan APA-ya daxil olan məlumata görə, qurumun iclaslarını bu gün davam etdirib.
Hər iclas günündə komissiya üzvləri təxminən 80-100 müraciəti araşdıraraq, öz münasibətlərini bildiriblər: "Əfv komissiyasına müraciət edənlər arasında olduqca ağır cinayətlər törədən şəxslərə rast gəlinir. Ancaq bütün müraciətləri ətraflı şəkildə öyrənmək və ona hörmətlə yanaşmaq bizim borcumuzdur". Məlumata görə, yaxın on gün ərzində komissiyada digər müraciətlərlə yanaşı, jurnalistlərin də əfvi də müzakirə olunacaq. Novruz bayramına qədər iclaslar yekunlaşacaq və müraciətlər ümumiləşdirilərək Prezident Aparatına təqdim ediləcək.

03-07-2008, 07:46 PM #235Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan daxili işlər naziri Avropa İttifaqının Mərkəzi Asiya xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan daxili işlər naziri Avropa İttifaqının Mərkəzi Asiya xüsusi nümayəndəsini qəbul edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pier Morelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov görüşdə daxili işlər orqanların fəaliyyətini tənzimləyən yeni qanunların bir sıra Avropa dövlətlərindən olan ekspertlərin rəyi nəzərə alınmaqla qəbul olunduğunu, şəxsi heyətin yeni qanunvericiliyə riayət edilməsi istiqamətində mühüm işlər görüldüyünü deyib. Nazir peşəkarlığın yüksəldilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 1000-dən çox polis əməkdaşının Avropanın qabaqcıl dövlətlərinə, ABŞ-a ixtisasartırma kurslarına göndərildiyini, həmin ölkələrdən dəvət olunan yüksək səviyyəli mütəxəssislərin 2000-dən çox əməkdaşa çoxsaylı seminar və treninqlər keçdiyini diqqətə çatdırıb. Daxili işlər orqanları əməldaşlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlər barədə danışan nazir transmilli mütəşəkkil cinayətkarlığın terrorçuluq, qanunsuz miqrasiya, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsi və digər bu kimi təhlükəli növləri ilə mübarizənin bütün dünya ölkələri üçün aktual olduğunu, nüfuzlu beynəlxalq təşkilatların birgə mübarizə aparmalarının vacibliyi vurğulayıb. Pier Morel bu səfərdə əsas məqsədinin Azərbaycan haqqında daha ətraflı məlumat toplamaq olduğunu bildirib.

03-07-2008, 07:51 PM #236Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yerusəlimdəki dini məktəbdə terror aktı törədən şəxsin evi dağıdılıb
[b]Yerusəlimdəki dini məktəbdə terror aktı törədən şəxsin evi dağıdılıb[b]
Yerusəlim - APA. Yerusəlimin "Merkaz xa-Rav" dini məktəbini qana bulayan Əli Əbu Deyn adlı terrorçunun evi dağıdılıb və 10-dan çox yaxını həbs edilib. APA-nın məlumatına görə, İsrailin "Yediot Ahronot" qəzeti terrorçunun əvvəllər dini məktəbdə sürücü işlədiyi barədə xəbər yayıb. Əbu Deynin qonşuları onun 4 ay əvvəl polis tərəfindən saxlanıldığını və 2 ay sonra sərbəst buraxıldığını bildiriblər. Terror aktına görə məsuliyyəti HƏMAS hərəkatı öz üzərinə götürüb. Xatırladaq ki, martın 6-da axşam dini məktəbə daxil olan terrorçu avtomat silahdan atəş açıb. Nəticədə 8 nəfər ölüb. Terrorçu hadisə yerində öldürülüb.

03-07-2008, 07:56 PM #237Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kardinal Tarçizio Bertone: "Vatikan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır"
[b]Kardinal Tarçizio Bertone: "Vatikan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Vatikan Dağlıq Qarabağ münaqişəsinin müharibə yox, sülh yolu ilə həllinin tərəfdarıdır". APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone deyib.
Kardinal bildirib ki, bu istiqamətdə danışıqlar davam etdirilməlidir və dünya ictimaiyyəti münaqişəyə diqqət yetirməlidir: "Ən vacib məsələ qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasıdır". Dövlət katibi Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir arada yaşamasının dünya üçün nümunə olduğunu vurğulayıb: "Dindən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir".

03-07-2008, 08:06 PM #238Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb
[b]Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb. Təşkilatın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, mənşə ölkələrində qalmış ailələrin təhlükəsizliyini təmin etmək baxımından qloballaşmış dünyada insanların daha təhlükəsiz miqrasiyasına artan diqqət və əməkçi miqrantların hüquqlarının qorunması üzrə göstərilən daha genişmiqyaslı səylər sistematik olaraq bir-birinə uyğunlaşdırılmır. Qurumun baş direktorunun müavini Ndioro Ndiaye bildirib ki, mənşə ölkələri miqrantlar tərəfindən təmin olunan irimiqyaslı pul köçürmələrindən daha çox asılı vəziyyətə düşür və xaricdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarının fəaliyyətini özlərinin iqtisadi inkişafı baxımından zəruri hesab edir. Hazırda dünyada mövcud olan 200 milyon beynəlxalq miqrantın təxminən yarısını təşkil edən qadın miqrantlar ölkələrinə qayıtdıqdan sonra alkoqolizm, ailə xarakterli sədaqətsizlik və ya ayrı qaldıqları dövrdə cavabdehliklərin və tənhalığın öhdəsindən gələ bilməyən həyat yoldaşları tərəfindən zorakılıq hallar ilə üzləşə bilirlər. N. Ndiaye qeyd edib ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatlar əmək miqrasiyası, tənzimlənməyən miqrasiya və insan alveri kimi məsələlərin öhdəsindən gəlməyə çalışdıqları kimi, miqrantların ailələri üçün də spesifik layihələr həyata keçirilməlidir.

03-07-2008, 08:16 PM #239Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elmar Məmmədyarov Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib
[b]Elmar Məmmədyarov Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib[b]
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ölkəmizə səfərindən və Bakıda katolik kilsəsinin açılmasında iştirakından məmnunluğunu ifadə edən qonaq, Vatikanın Bakıda nunsiaturasının açılması haqda qərar qəbul edildiyini və bu addımın ikitərəfli əlaqələri daha da intensivləşdirəcəyini bildirib. Kardinal T. Bertone həmçinin Azərbaycanda mövcud dini ənənələrin və dini siyasətin təqdirəlayiq olduğunu və həm regionda, həm də dünyada bu dini modelin böyük maraq kəsb etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə imici və nüfuzu üçün əhəmiyyətini vurğulayıb. Nazir Elmar Məmmədyarov ölkəmizdə əhalinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, bir sıra dini icmaların dinc yanaşı yaşadığını bildirərək, bu tarixi dini tolerantlığın cəmiyyətin vacib ünsürünü təşkil etdiyini qeyd edib. Nazir həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insanın öz torpağından didərgin düşdüyünü və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün diplomatik imkanlardan istifadə etdiyini qonağın diqqətinə çatdırıb. Daha sonra, tərəflər təhsil sahəsində əməkdaşlığı müzakirə edib, bu sahədə Heydər Əliyev Fondu ilə əməkdaşlığın qurulması və cəmiyyətin vacib elementi kimi gənclərin təhsilinin artırılması istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.

03-07-2008, 08:41 PM #240Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Vatikanın dövlət katibini qəbul edib
[b]Azərbaycan prezidenti Vatikanın dövlət katibini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Görüşdə ölkəmizdə müxtəlif din və icmalar arasında sülh və dözümlülüyün yüksək səviyyədə olduğu bildirilib, Azərbaycanla Vatikan arasında münasibətlərin perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri