[b]Jurnalistlər Azərbaycan Daxili Qoşunlarının Lənkərandakı hərbi hissəsində olublar[b]
Lənkəran. Rəşad Süleymanov-APA. Bir qrup KİV əməkdaşı Azərbaycan Daxili Qoşunlarının Lənkəranda yerləşən "N" saylı hərbi hissəsində olub. APA-nın hərbi hissənin komandiri Salamat Cəfərov bildirib ki, hərbi hissə 1992-ci ildə yaradılıb. Jurnalistlərin hərbi hissəyə ilk dəfə səfər etdiklərini deyən komandirin sözlərinə görə, bölgə subtropik olduğundan yeni əsgərlər bir ay adaptasiya dövrü keçəndən sonra hərbi hissənin ştatına qəbul olunur. O, hərbi hissənin 2005-ci ildən NATO sisteminə keçdiyini, hərbçilər üçün 3 ayda bir tədris proqramı təşkil olunduğunu söyləyib. Hərbi hissənin qərargah rəisi Cavad Rzayev deyib ki, hərbin hissənin əsgərləri bölgədə asayişin qorunmasında iştirak edir. Hərbi hissənin bütün zabitləri Qarabağ müharibəsində döyüş yolu keçib. Jurnalistlər hərbi hissədə əsgərlərin şəraiti ilə tanış olublar, yeməkxanaya, kazarmaya baş çəkiblər.
4610 sonuçtan 221 ile 230 arası

03-07-2008, 04:41 PM #221Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident İlham Əliyev: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb"
[b]Prezident İlham Əliyev: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb"[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Bakıda prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın iştirakı ilə "Müqəddəs Məryəm" katolik kilsəsinin açılış mərasimi keçirilib. APA-nın tədbirdə iştirak edən müxbirinin məlumatına görə, Azərbaycan katolik kilsəsinin rəhbəri Yan Çapla ölkədə mövcud olan dini tolerantlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev isə kilsənin açılışını çox əlamətdar və unudulmaz gün adlandırıb. Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb. Roma Papası II İohann Pavelin Azərbaycana səfərini xatırladan İ. Əliyev bu səfərin Azərbaycanla Vatikan arasında münasibətlərin inkişafında çox böyük rol oynadığını bəyan edib. O, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakıda möhtəşəm katolik kilsənin tikildiyini, amma SSRİ dövründə dağıdıldığını da xatırladıb: "Kilsəsinin açılışı həm Azərbaycan katolikləri üçün bayramdır, həm də tarixi ənənənin bərpasıdır". Prezident kilsənin açılışını Azərbaycanın gələcəyi və Avropa ilə yüksək səviyyəli münasibətlərin davamı baxımından da gözəl hadisə adlandırıb. Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoni Roma Papası 16-cı Benediktin adından prezident İlham Əliyevə minnətdarlıq edərək bildirib ki, Azərbaycan həqiqətən də tolerant ölkə olduğunu sübuta yetirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də Azərbaycanda bütün dinlərə hörmət edildiyini, ölkədə hökm sürən tolerantlıqdan fəxr duyduğunu söyləyib: "Ən ümdə arzumuz Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qayıtmaqdır". Bakı Pravoslav Kilsəsinin yepiskopu Aleksandr da Azərbaycan rəhbərliyinin ölkədə bütün dinlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaratdığını vurğulayıb. Azərbaycanda yaşayan 3 yəhudi icması adından danışan dağ yəhudiləri icmasının rəhbəri Semeon İxiilov isə Azərbaycanda heç vaxt antisemitizm olmadığını deyib. O, arzu edib ki, katolik kilsəsinin zəngləri Azərbaycan siyasətinin qələbəsi xəbərini hər yana yaysın və ulu Tanrı Dağlıq Qarabağı qaytarmağa gömək etsin.Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Vatikanın Cənubi Qafqazdakı nunsisi Klaudio Qucerotti, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilat və xarici diplomatik nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin din xadimləri və Polşa prezidentinin şəxsi nümayəndəsi də qatılıb.

03-07-2008, 04:46 PM #222Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Jurnalistlər Azərbaycan Daxili Qoşunlarının Lənkərandakı hərbi hissəsində olublar

03-07-2008, 06:31 PM #223Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Yeni Azərbaycan" qəzetinə baş redaktor təyin olunub
[b]"Yeni Azərbaycan" qəzetinə baş redaktor təyin olunub[b]
Bakı. Elnur Məmmədli - APA. Hikmət Babaoğlu (Məmmədov) "Yeni Azərbaycan" qəzetinə baş redaktor təyin olunub. Yeni Azərbaycan Partiyasını (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyətinin bu gün keçirilən iclasında bu barədə qərar qəbul olunub.
H. Babaoğlu əvvəllər partiyanın Mərkəzi Aparatında ideologiya şöbəsinin təlimatçısı vəzifəsində işləyib. Baş redaktor təyin edilənə qədər isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri olub. YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov yeni baş redaktoru qərardan sonra qəzetin kollektivinə təqdim edib.

03-07-2008, 06:36 PM #224Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müğənni Röya qadınların Cəzaçəkmə Müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edib
[b]Müğənni Röya qadınların Cəzaçəkmə Müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Bayram tədbirə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi qatılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə konsert proqramı ilə çıxış edən müğənni Röya qadınlara bayram hədiyyələri verib.

03-07-2008, 06:41 PM #225Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Polşa dövlət katibinin müavini Robert Draba Bakıda səfərdədir
[b]Polşa dövlət katibinin müavini Robert Draba Bakıda səfərdədir[b]
Bakı. Laçın Sultanova-APA. Polşa dövlət katibinin müavini, nazir Robert Draba Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Robert Draba bu gün Polşa prezidentinin şəxsi nümayəndəsi qismində Bakıda "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılış mərasimində iştirak edib. Üç gün davam edəcək səfər zamanı polşalı nazir Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirəcək.

03-07-2008, 06:46 PM #226Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Millət vəkili Əhəd Əhmədovun qaynı: "O, bizim ailəmizin 3 üzvünü həbs etdirib"
[b]Millət vəkili Əhəd Əhmədovun qaynı: "O, bizim ailəmizin 3 üzvünü həbs etdirib"[b]
Bakı. Elbrus Seyfullayev, Əlibəy Zeynalov-APA. "Biz Əhəd Əhmədovu heç vaxt şantaj etməmişik. Kim öz qohumunu, bacısını, ya da bibisini şantaj edər? Ailəsini şantaj edən Əhəd Əhmədovun özüdür. O öz ailəsi ilə bağlı şantaj xarakterli məlumatlar yayıb".
Bu sözləri APA-ya açıqlamasında millət vəkili Əhəd Əhmədovun qaynı Vahid Muradov bildirib. V. Muradov Ə. Əhmədovun şikayəti əsasında onların bir neçə ailə üzvünün həbs edildiyini də təsdiqləyib: "Mən onun qaynıyam. O, oğlum Zahid Muradov, bacım oğlu Zabil Pənahov və onun atası Rza Pəhanovu həbs etdirib". Həbsin fərqli motivlərlə əlaqəli olduğunu deyən V. Muradov hadisənin kökündə ailədaxili münaqişənin dayandığını da vurğulayıb. V. Muradov "məsələnin kökü olduqca dərindir" deyərək fikirlərini yekunlaşdırıb və hələlik ətraflı danışmaq istəmədiyini söyləyib. Bu gün APA-nın Mil-Muğan bürosunun əməkdaşı da Əhəd Əhmədovun həyat yoldaşının qohumlarının yaşadığı İmişli rayonunun Sərxanlı kəndində olub. Kənd sakinləri Əhədovlarla Muradovlar arasında ciddi münaqişənin olduğunu desələr də, hadisələr barədə təfsilatlı məlumata malik olmadıqlarını vurğulayıblar. V. Muradovun qızı isə qardaşının və bibisi oğlunun, həmçinin bibisinin həyat yoldaşının həbs edildiyini təsdiqləyib. Qeyd edək ki, bir neçə gün öncə Vahid Muradov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bacısının millət vəkili tərəfindən ev dustağı edildiyi barədə məlumat verib. Lakin bu məlumat mətbuata Ə. Əhmədovun qayınatasının polisə müraciəti kimi sızdırılıb. Halbuki APA-nın əməkdaşı kənddə olarkən sakinlər Ə. Əhmədovun qayınatasının təxminən 10 il öncə dünyasını dəyişdiyini bildiriblər. Onu da xatırladaq ki, bu insidentlə bağlı ilk məlumat APA tərəfindən yayılıb. Özünü "Azərbaycan Cümhuriyyəti" qəzetinin baş redaktoru kimi təqdim edən qəzetin təsisçisi Nüsrət Rəhimov özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədovdan 3 min dollar tələb edib. N. Rəhimov deputatdan 1500 dollar alarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra "Mühakimə" qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Zahid Muradov, baldızı oğlu Zabil Pənahov və bacanağı Rza Pəhanov həbs olunub. Onlar deputatı şantaj etməkdə təqsirli bilinirlər.

03-07-2008, 06:51 PM #227Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan prezidenti NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə NATO ilə ölkəmizin müvafiq strukturları arasında əlaqələrinin uğurla davam etdiyi bildirilib, Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

03-07-2008, 06:56 PM #228Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
NATO-nun xüsusi nümayəndəsi: "İnanırıq ki, Azərbaycan Əfqanıstandakı sülhməramlıların sayının artırılmasına öz töhfəsini verəcək"
[b]NATO-nun xüsusi nümayəndəsi: "İnanırıq ki, Azərbaycan Əfqanıstandakı sülhməramlıların sayının artırılmasına öz töhfəsini verəcək"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərdə NATO-nun Buxarest sammitinin gündəliyində duran məsələlər müzakirə edilib". APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.
"İnanırıq ki, Əfqanıstandakı sülhməramlıların sayının artırılmasına Azərbaycan öz töhfəsini verəcək" söyləyən xüsusi nümayəndə bunun NATO-nun qarşısında duran əsas məsələlərdən olduğunu bildirib. O, Azərbaycanın Kosovodan sülhməramlıları geri çağırmasına baxmayaraq, 1244 saylı qətnamənin qüvvəsində qaldığını qeyd edib. R. Simmons Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının II mərhələsinə başlanıldığını da vurğulayıb.

03-07-2008, 07:01 PM #229Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sabir Rüstəmxanlı: "Prezident seçkilərində İlham Əliyevin qalib gəlmək şansı daha realdır"
[b]Sabir Rüstəmxanlı: "Prezident seçkilərində İlham Əliyevin qalib gəlmək şansı daha realdır"[b]
Bakı. Elnur Məmmədli-APA. "Prezident seçkilərində hakimiyyətin namizədi olacaq İlham Əliyevin şansı və imkanları bütün digər namizədlərdən artıqdır. Ona görə də onun qələbə qazanmaq imkanları daha realdır". APA-nın məlumatına görə, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı söyləyib. Onun sözlərinə görə, payızda keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini hələlik dəqiq bilmir. Partiya sədri bunu bir sıra məsələlərin hələ də dəqiqləşməməyi ilə izah edib: "Seçki Məcəlləsinə hansı dəyişikliklərin olunacağı bilinmir və müxalifətin mövqeyi də tam aydın deyil". Seçkilərdə iştirak qərarı verən bəzi partiyalarla müqayisədə VHP-nin seçki komissiyalarında təmsil olunmaq baxımından vəziyyətinin daha yaxşı olmasına gəldikdə, S. Rüstəmxanlı bu faktı təsdiqləyib: "Amma elə seçki komissiyalarında təmsil olunduğumuz üçün də tənqid edilirik".

03-07-2008, 07:06 PM #230Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in Bakı Ofisi: Azərbaycan mətbuatında ATƏT rəsmisinin bəyanatı təhrif edilib
[b]ATƏT-in Bakı Ofisi: Azərbaycan mətbuatında ATƏT rəsmisinin bəyanatı təhrif edilib[b]
BAKI. Tamara Qriqoryeva-APA. ATƏT Baş Katibinin baş məsləhətçisi Dov Linç Bakıda keçirilən NATO Parlament Assambleyasının tədbiri zamanı etdiyi çıxışın Azərbaycan mətbuatı tərəfindən təhrif olunduğunu bildirir. ATƏT-in Bakı Ofisindən APA-ya daxil olan məlumatda bildirilir ki, Kosovo məsələsinin unikal olması ilə bağlı səslənən bəyanatlara baxmayaraq, qondarma "Kosovo presedenti"nə dair müxtəlif mülahizələrin səslənməsinə münasibət bildirən Linç, "regional təhlükəsizliyə daha geniş hadisələrin təsir göstərə biləcəyini" bəyan edib. Lakin tərcümə yanlışlığından Azərbaycanın bəzi xəbər agentlikləri və qəzetləri Linçin bəyanatını təhrif olunmuş formada dərc edərək, onun guya Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında paralel apardığını yazıb.Linç "sözlərinin təhrif edilməsindən çox məyus olduğunu" deyir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri