[b]Bernar Fasie: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Biz görürük ki, həm Azərbaycanda, həm Ermənistanda, həm Rusiyada, həm Amerikada, həm də Fransada vəziyyət çox ciddi şəkildə dəyişib. Bir müddət əvvəl Gürcüstanda baş verən hadisələr bir daha göstərdi ki, müharibə vəziyyətdən çıxış yolu deyil".
[APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədrli Bernar Fasie Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. B. Fasie qeyd edib ki, Gürcüstanda baş verən son hadisələr Azərbaycan və Ermənistana da təsirsiz ötüşməyib: "İndi təsəvvür edin ki, münaqişə bu ölkələrin ərazisində baş versəydi, nə olardı..." Fransalı həmsədr hesab edir ki, baş verənlərdən sonra regionda hər kəs "ağlını başına yığmalıdır". Türkiyə və Ermənistan arasında münasibətlərin istiləşməsinə toxunan diplomat bunu əhəmiyyətli tərpəniş adlandırıb. Onun fikrincə, bu dəyişikliklər prosesə müsbət təsir göstərəcək. B. Fasie ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə gələn həftənin sonlarında konstruktiv görüşlər keçirə biləcəklər: "Nyu-York görüşü uğurla alınsa, Azərbaycanda keçiriləcək seçkilərindən sonra - ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etməyə çalışacağıq". Amerikalı həmsədr Metyu Brayzanın ATƏT-in Minsk Qrupunun gələcəyi ilə bağlı dediklərinə münasibət bildirən B. Fasie qrupun təkcə ABŞ-dan ibarət olmadığını vurğulayıb: "Minsk Qrupu təkcə ABŞ demək deyil. Bu qrupa 10-dan çox ölkə daxildir. Əlbəttə, Rusiya ilə bağlı müəyyən çətinliklər var. Lakin bu, heç də o demək deyil ki, Minsk Qrupu fəaliyyətini davam etdirməyəcək". Qeyd edək ki, M. Brayza Gürcüstanda baş verənlərdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsinin mümkün olmadığını bildirib.Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bir daha diqqətə çatdıran diplomat bunun Minsk Qrupunun fəaliyyətini davam etdirməsinin göstəricisi olduğunu deyib. B. Fasie Türkiyənin danışıqlar prosesindəki roluna, əsasən də Ankaranın təklif etdiyi Qafqaz Sülh Platformasına da toxunub: "ATƏT-in Minsk Qrupunun üzvləri arasında Türkiyə də var. Hazırda Ankara İrəvanla münasibətləri qaydasına salmaq istəyir. Türkiyə hər zaman sülh danışıqlarına dəstək verib. Biz Ankaranın təklifini bir şans hesab edirik. Həmsədrlərin işinə yardım edəcək hər bir xoşməramlı addım alqışlanmalıdır. Ancaq dəstək vermək başqa, danışıqlar isə başqa şeydir". B. Fasie bir daha bəyan edib ki, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmayıblar. "Madrid təklifləri"nin nədən ibarət olması ilə bağlı məsələyə aydınlıq gətirən diplomat bu təkliflərin ATƏT-in Helsinki Xartiyasının üç prinsipi əsasında formalaşdırıldığını vurğulayıb: "Bunlar güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququdur. Ümumilikdə isə "Madrid sənədi" 14 komponentdən ibarətdir".
Azərbaycan Xəbərləri
Printable View

09-20-2008, 03:40 PMAPABernar Fasie: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq"

09-20-2008, 07:00 PMAPAMasallıda dəhşətli yol qəzası baş verib, beş nəfər ölüb, dörd nəfər yaralanıb
[b]Masallıda dəhşətli yol qəzası baş verib, beş nəfər ölüb, dörd nəfər yaralanıb[b]
Masallı. Ağəddin Babayev - APA. Bu gün saat 16.00 radələrində Masallı-Boradigah yolunun Masallı rayonunun Qızılavar kəndi ərazisində dəhşətli yol qəzası baş verib.
[APA-nın cənub bürosunun məlumatına görə, Bakıdan Boradigah istiqamətində hərəkət edən "Ford" markalı, 10 MJ 814 dövlət nömrə nişanlı mikroavtobus "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 5 nəfər hadisə yerindəcə ölüb, 4 nəfər isə yaralanıb. Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. İlkin məlumata görə, qəzaya "Ford"un sürücüsünün qarşısına çıxan inəyi vurmamaq üçün mikroavtobusu əks istiqamətdə hərəkət edən "KamAZ"ın yoluna çıxarması səbəb olub. Hadisə nəticəsində ölən və yarananların kimliyi dəqiqləşdirilir. Məlumata görə, mikroavtobusdakılar Bakıdan Boradigaha hüzr yerinə gəlirmişlər.Faktla bağlı araşdırma aparılır. -
09-20-2008, 07:20 PMAPAAzərbaycan prezidenti Qəbələdə bir neçə obyektin açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qəbələdə bir neçə obyektin açılışında iştirak edib[b]
Qəbələ. Vüqar Heydərov-APA. Bu gün prezident İlham Əliyev Qəbələ rayonunda bir neçə obyektin açılışında iştirak edib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, prezident öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib və xanımı Mehriban Əliyeva ilə birlikdə abidənin önünə gül dəstələri qoyub.
[Ölkə başçısı Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Daha sonra Qəbələdə süd emalı zavodunun açılışında iştirak edən prezident müəssisə ilə də tanış olub. "Gilan Holdinq" şirkətlər qrupuna daxil olan zavodda Türkiyə və Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılıb, 35 nəfər işlə təmin olunub. Daha sonra prezident Qəbələdəki müəssisələrin istehsal etdiyi yeni məhsulların sərgisinə baxıb. Əvvəlcə "Gilan Holdinq" şirkətlər qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun nümunələri ilə tanış olan ölkə başçısı şirə və şərab məhsullarına da baxıb.İlham Əliyev Qəbələ Olimpiya-İdman Kompleksində tikinti işlərinin gedişi ilə də tanış olub. -
09-20-2008, 10:10 PMAPABakı Şəhər Prokurorluğu baş redaktorun ölümü ilə bağlı açıqlama yayıb
[b]Bakı Şəhər Prokurorluğu baş redaktorun ölümü ilə bağlı açıqlama yayıb[b]
Bakı-APA. Bakı Şəhər Prokurorluğu "Yeni Kapital" qəzetinin baş redaktoru Malik Rəfiyevin ölümü ilə bağlı açıqlama yayıb. Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan açıqlamada bildirilir ki, 18 sentyabr 2008-ci il tarixdə saat 09.00-da Bakı şəhəri Zaynal Abdinov küçəsində - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin arxasında özünə məxsus avtomobildə 1957-ci il təvəllüdlü Rəfiyev Malik İnqilab oğlunun meyiti aşkarlanıb.
[Məlumat əsasında Nəsimi rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə gedib, məhkəmə tibb ekspertizasının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Baxış zamanı M. Rəfiyevin meyiti "Mercedes-Benz E-230" markalı, 90 BE 952 dövlət nömrə nişanlı avtomobilin sürücü oturacağında, kəndirdən hazırlanmış ilgək vasitəsilə əl tutacağından asılı vəziyyətdə aşkarlanıb. Meyitin sol dirsək çuxurunda və hər iki saidin 1/3-nin ön səthində, sol əlin arxasında kəsik və cızıqlar, boynunun dərisində arxadan önə və bir qədər aşağıdan yuxarı doğru istiqamətdə yerləşmiş stranqulyasiya şırımı aşkar olunub. Maşından M. Rəfiyevə məxsus sənəd və əşyalarla yanaşı, üzərində "Mən xahiş edirəm ki, mənim ölümümdə heç kimi təqsirkar saymayın. Təqsirkar özüməm. Malik. 17.09.2008" yazısı olan kağız parçası və üzərində qana bənzər ləkələr olan ülgüc (lezva) aşkar edilərək götürülüb. Meyit daxili müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilib. Nəsimi rayon Prokurorluğunda 18.09.2008-ci il tarixdə M. Rəfiyevin intihar etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə dərhal cinayət işi başlanılıb və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin arayışına əsasən, M. Rəfiyevin meyitinin daxili müayinəsi zamanı asfiktik ölümün əlamətləri müəyyən edilib. Bundan əlavə, meyitin üzərindəki xəsarətlər M. Rəfiyevin özü tərəfindən yetirilmə xarakterlidir ki, bu da onun intihar etməsinə dəlalət edir. Meyitin üzərində qarşılıqlı mübarizə və özünü müdafiə üçün xarakterik olan əlamətlər aşkar edilməyib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, hadisə yerindən aşkarlanmış kağızdakı "Mən xahiş edirəm ki, mənim ölümümdə heç kimi təqsirkar saymayın. Təqsirkar özüməm. Malik. 17.09.2008" əlyazması da M. Rəfiyev tərəfindən icra olunub. Mətbuat Şurasının məktubuna əsasən isə M. Rəfiyevin baş redaktoru olduğu "Yeni kapital" qəzetinin nəşri və satışı ilə bağlı araşdırma aparılıb. Nəşriyyat və qəzet yayımı firmalarından bildirilib ki, bu adda qəzet onlar tərəfindən çap olunmayıb və yayılmayıb. Cinayət işinin istintaqı zamanı M. Rəfiyevin ölümünün onun peşə fəaliyyəti ilə bağlı olmadığı müəyyən edilib. Belə ki, M. Rəfiyev "Messenat Holding Şirkətlər Qrupu" MMC-nin mətbuat katibi işləməklə, həmin şirkətə məxsus mənzillərin alğı-satqısı ilə məşğul olub və bu fəaliyyəti ilə əlaqədar bir neçə şəxsə külli miqdarda borcu yaranıb. M. Rəfiyrv borclu olduğu şəxslərə həmin pulları qaytara bilməyib. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. İstintaqın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. -
09-20-2008, 11:00 PMAPAİslamabadda dəhşətli terror aktı törədilib, ən azı 52 nəfər ölüb, 100-dən çox yaralı var
[b]İslamabadda dəhşətli terror aktı törədilib, ən azı 52 nəfər ölüb, 100-dən çox yaralı var[b]
İslamabad - APA. Bu gün İslamabaddakı "Marriot" otelinin yaxınlığında baş verən partlayış nəticəsində ən azı 52 nəfər ölüb, yaralıların sayının isə 100-ü keçdiyi bildirilir. APA-nın SNN telekanalına istinadən verdiyi məlumata görə, ölənlərin sayının artacağı ehtimal olunur.
[Belə ki, otel binası alova büründüyündən xilasedicilər oraya yaxınlaşa bilmirlər. Oteldə insanların olduğu güman edilir. Yerli hüquq-mühafizə orqanları partlayışın terror aktı olduğunu bildirir. İslamabad polisinin məlumatına görə, otelin yaxınlığında tonlarla partlayıcı partladılıb. Fasadı partlayışın gücündən tamamilə dağılmış otelin uçmaq təhlükəsi yaranıb. Hücuma məruz qalmış otel hökumət binalarının və diplomatik missiyaların yaxınlığında yerləşir. İlkin məlumata görə, terror aktını avtomobili idarə edən kamikadze törədib. Digər məlumatlarda isə terrorçuların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İslamabadda olan zabitlərini hədəfə aldıqları bildirilir. Lakin digər mənbələr bu xəbəri təsdiqləmirlər. Hələlik terror aktını heç bir təşkilat öz üzərinə götürməyib. Terror aktı Pakistan prezidenti Asif Əli Zərdarinin parlamentdəki çıxışından az sonra baş verib. Prezident parlamentdəki çıxışında terrorla mübarizəyə sadiq qalacağını bəyan edib. -
09-21-2008, 12:50 PMAPAÇində baş verən partlayış 34 nəfərin ölümü ilə nəticələnib
[b]Çində baş verən partlayış 34 nəfərin ölümü ilə nəticələnib[b]
Bakı-APA. Çində qaz mədənində partlayış baş verib. APA-nın xəbərinə görə, hadisə nəticəsində 37 nəfər ölüb.
[Çin Xəbər Agentliyi patlayışın ölkənin Hənan bölgəsində baş verməsi barədə xəbər yayıb. Partlayış baş verəndə mədəndə 108 nəfər olub. İşçilərdən 64-ü öz səyi nəticəsində, 7-i isə xilasedici dəstələr tərəfindən xilas edilə bilib. -
09-21-2008, 10:10 PMAPA"Ergenekon"la bağlı həbs olunmuş generalın azad olunmasına qərar verilib, məşhur aktrisa və meneceri də sərbəst buraxılıb-YENİLƏNİB
[b]"Ergenekon"la bağlı həbs olunmuş generalın azad olunmasına qərar verilib, məşhur aktrisa və meneceri də sərbəst buraxılıb-YENİLƏNİB[b]
İstanbul-APA. Türkiyədə Ergenekon əməliyyatı çərçivəsində həbs olunmuş istefada olan general, Atatürkçü Düşüncə Dərnəyinin başqanı Şener Əruyğurun azad olunmasına qərar verilib.
[APA-nın xəbərinə görə, qərar bu gün İstanbuldakı 9-cu Ağır Cəza Məhkəməsi tərəfindən çıxarılıb. Ş. Əruyğurun azadlığa buraxılması ilə bağlı qərarın onun səhhətində yaranmış ciddi problemlə bağlı olduğu bildirilib. Qeyd edək ki, Ergenekon əməliyyatı çərçivəsində bu il iyulun 6-da həbs olunaraq, Kocaelidəki həbsxanaya göndərilən general sentyabrın 17-də yüksək qan təzyiqi səbəbi ilə həbsxanasda pilləkənlərdən yıxılıb. Nəticədə onun boynu sınıb, beyninə qan sızıb. Hazırda Kocaeli xəstəxanasında reanimasiya şöbəsində komada olan generalın hələlik azad olunması ilə bağlı qərardan belə xəbəri yoxdur.Həkimləri onun səhhətində müəyyən irəliləyişlər olduğunu desələr də, hələlik həyati təhlükəsi keçməyib. Buna görə də məhkəmənin qərarından dərhal sonra Kocaeli Xəstəxanasının baş həkimi Nazım Mutlu generalın ailəsinin qərar verəcəyi təqdirdə onun başqa bir xəstəxanaya köçürülməsinin mümkün olduğunu söyləyib. Eyni əməliyyat çərçivəsində həbs olunmuş 5 hərbçi və bir hərbi məktəb tələbəsinin də bu gün məhkəməsi keçirilib. Onlardan biri məhkəmədə sərbəst buraxılsa da, digərləri haqqında həbs-qətimkan tədbiri seçilib. Ergenekon əməliyyatı ilə bağlı saxlanılan aktrisa Nursəli İdiz və menecer Seyhan Soylunun da daxil olduğu 13 nəfər də məhkəməyə göndərilib. İfadələri alınan N. İldiz, S. Soylu və daha üç nəfər sərbəst buraxılıblar, vəkil Levent Təmizin də daxil olduğu 8 nəfər barəsində isə həbs-qətimkan tədbiri seçilib. -
09-21-2008, 10:30 PMAPAAzərbaycan prezidenti İslamabaddakı faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı verib
[b]Azərbaycan prezidenti İslamabaddakı faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı verib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Asif Əli Zərdariyə İslamabadda çoxlu sayda insan təlafatı ilə nəticələnmiş partlayışla bağlı başsağlığı verib.
[APA-nın xəbərinə görə, başsağlığı mətnində İslamabadda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığı vurğulanıb: " Biz bu hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram". -
09-22-2008, 10:40 AMAPAAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% azalıb
[b]Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% azalıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı vasitəsilə 917,4 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7% az sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hava nəqliyyatı növü ilə daşınmanın 93,1%-i dövlət bölməsi, 6,9%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.Qeyd edək ki, ümumilikdə bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 10,6%, yük dövriyyəsi isə 18,9% artıb. Hesabat dövründə özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 13,5% artıb. -
09-22-2008, 10:50 AMAPAAzərbaycan sakinlərinin hər biri yanvar-avqust aylarında orta hesabla 1280 dollarlıq mal alıb
[b]Azərbaycan sakinlərinin hər biri yanvar-avqust aylarında orta hesabla 1280 dollarlıq mal alıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ticarət və xidmət şəbəkəsində əhaliyə 8 808,9 mln. manatlıq və ya 2007-ci ilin eyni dövrü ilə müqayisədə 18,1% çox istehlak malları satılıb və pullu xidmət göstərilib. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, artımın 63,6%-i ticarət fəaliyyəti, 36,4%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 77% və 23% təşkil edib.Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 90,7%-i özəl müəssisələrin fəaliyyəti hesabına təmin olunub. Bu ilin yanvar-avqust ayları ərzində ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1 041,1 manatlıq və ya əvvəlki ilin analoji dövründəkindən 306,1 manatlıq və ya 41,7% çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.