[b]Metyu Brayza: "Gürcüstan hadisələrindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil"[b]
Bakı. Tamara Qriqoriyeva - APA. "Gürcüstanda baş verən hadisələrdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil".
[APA-nın xəbərinə görə, sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Bununla belə, M. Brayza Minsk Qrupunun fəaliyyətinin davam etməsini zərurəti sayır: "Əgər Rusiya Saakaşvili və Fransa prezidenti Nikola Sarkozi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ümidvaram ki, biz Minsk Qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik". M. Brayza qeyd edib ki, avqust ayında Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub və birbaşa Gürcüstana müdaxilə edib: "Bu da onu göstərir ki, Minsk Qrupu əvvəllər necə fəaliyyət göstərirdisə, bu cür davam edə bilməz. Amma mən düşünürəm ki, biz Minsk Qrupunun fəaliyyətinin bərpasına qayıtmaq yolundayıq. Rusiya da görür ki, onun atdığı addımlar beynəlxalq imicinə ziyan vurub"."Hər dəfə Azərbaycana gələndə ölkə hökumətinin nümayəndələri mənə ABŞ-ın Qarabağ münaqişəsinin həllinə daha yüksək səviyyədə müdaxilə etməsini istədiklərini bildirirlər" deyən M. Brayza ümid etdiyini bildirib ki, gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Dağlıq Qarabağla bağlı danışıqların daha aktiv davam etməsi mümkün olacaq.
Azərbaycan Xəbərləri
Printable View

09-18-2008, 05:50 PMAPAMetyu Brayza: "Gürcüstan hadisələrindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil"

09-18-2008, 06:00 PMAPAYanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 12% artaraq 3 662 dollara çatıb
[b]Yanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 12% artaraq 3 662 dollara çatıb[b]
[Bakı. Nicat Mustafayev - APA-economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 13,2% artıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövrü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə ÜDM-nin həcmi müqayisəli qiymətlərlə 2,4 mlrd. manat artaraq 25,9 mlrd. manat təşkil edib.Əlavə dəyərin 75,0%-i iqtisadiyyatın istehsal sahələrində əldə edilib və 2007-ci ilin eyni dövründəkindən 14% çox olub. Xidmət sahələrində əvvəlki illə müqayisədə 9,9% çox əlavə dəyər yaranıb və ÜDM-də xüsusi çəkisi 2007-ci ildəki 21,7%-dən 17,9%-dək azalıb. Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,1%-ni təşkil edib. Bu dövr sənayedə 16 187,5 mln. manatlıq, yaxud ÜDM-nin 62,5%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1 413,6 mln. manatlıq (5,5%), tikintidə 1 807,5 mln. manatlıq (7%), nəqliyyatda 1 171,3 mln. manatlıq (4,5%), poçt və rabitədə 417,5 mln. manatlıq (1,6%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə 1 270,8 mln. manatlıq (4,9%), mehmanxana və restoran xidmətlərində 217,2 mln. manatlıq (0,8%), sosial və digər xidmətlər sahəsində isə 1 569,4 mln. manatlıq (6,1%) əlavə dəyər yaranıb. Hesabat dövründə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 3 031,5 manat (3 661,6 ABŞ dolları) təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb. -
09-18-2008, 06:10 PMAPAAzərbaycan paytaxtında beynəlxalq qiymətləndirmə konqresi keçiriləcək
[b]Azərbaycan paytaxtında beynəlxalq qiymətləndirmə konqresi keçiriləcək[b]
[Bakı. Elnur Hüseynquluyev, Viktoriya Dementyeva - APA-ECONOMICS. Bu ilin noyabr ayının 13-15-də Bakıda MDB ölkələrinin VII Beynəlxalq Qiymətləndirmə Konqresi keçiriləcək.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Elçin Səmədlinin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, konqres AQC, MDB ölkələri Qiymətləndirmə Şurası və İFC-nin dəstəyi ilə keçirilir. Toplantının əsas mövzusu daşınmaz əmlak bazarında qiymətləndirmə fəaliyyəti ilə bağlı olacaq.Konfransda Azərbaycanı AQC ilə yanaşı Milli Bankın da nümayəndələri təmsil edəcək. Qeyd edə ki, AQC 1999-cu ildən fəaliyyət göstərir. -
09-18-2008, 06:20 PMAPAYaxın günlərdə Azərbaycanda iki regional hava limanı istifadəyə veriləcək
[b]Yaxın günlərdə Azərbaycanda iki regional hava limanı istifadəyə veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın günlərdə Azərbaycanın Zaqatala Hava Limanı istifadəyə veriləcək. Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Hava Yolları» QSC-dən məlumat verilib.Hava limanı istifadəyə veriləndən sonra Bakıdan Zaqatalaya aviareyslərin təşkili də nəzərdə tutulur. Zaqatalaya uçuşların ATR markalı təyyarələrlə həyata keçirilməsi planlaşdırılır.Tikintisinə 2006-cı ildə başlanılmış Zaqatala Hava Limanının uçuş-enmə zolağının uzunluğu 2 100 metrdir. Hava limanı 1 saatda 100 sərnişinə xidmət göstərmək imkanına malikdir.Qeyd edək ki, hazırda «Azərbaycan Hava Yolları» QSC-yə Heydər Əliyev Beynəlxalq Hava Limanı, Naxçıvan, Gəncə, Yevlax və Zabrat aeroportları daxildir. Yaxın günlərdə Lənkəranda aeroportun istifadəyə verilməsi planlaşdırılır. -
09-18-2008, 06:30 PMAPAAzərbaycana xaricdən cəlb olunmuş kapitalın həcmi I yarımillikdə 13% artıb
[b]Azərbaycana xaricdən cəlb olunmuş kapitalın həcmi I yarımillikdə 13% artıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın 2008-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında kredit və digər investisiyaların ümumi həcmi 1 910,1 mln. ABŞ dolları təşkil edib, bu da keçən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 1,3 dəfə çoxdur. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bunun yalnız 8,5%-i (149,3 mln. dollar) birbaşa dövlət investisiyası və dövlət zəmanəti ilə cəlb olunmuş kreditlərdir. Qalan 1 502,3 mln. dollar isə dövlət zəmanəti olmadan alınan kreditlərin payına düşür ki, bunun da 683,1 mln. dolları ARDNŞ tərəfindən cəlb olunub. Həmin vəsait əsasən ARDNŞ-in Gürcüstan və Türkiyədəki enerji layihələrinin maliyyələşdirilməsinə yönəldilib.Dövlət zəmanəti olmadan cəlb edilən kreditlərin qalan 814,4 mln. dolları əsasən banklar (525,9 mln. dollar), digər müəssisə və şirkətlər tərəfindən alınıb. Bu da öznövbəsində əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,5 dəfə çoxdur.Hesabat ilində xaricdən cəlb olunmuş kapitalın ümumi həcmi 4 mlrd. dollar təşkil edərək əvvəlki ilin müvafiq dövrünün göstəricisini 12,9% üstələyib. Bu göstəricinin artımı dövlət zamanəti olmayan xarici kreditlərin və qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb olunması ilə bağlıdır.Ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyalar üzrə repatriasiya və xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların ümumi məbləği 31,2% azalaraq 3 mlrd. dollar təşkil edib. Bu azalma əsasən «Əsrin müqaviləsi» çərçivəsində konsorsium (ABƏŞ) tərəfindən birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə bağlıdır. Belə ki, 2007-ci ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyaların həcmi 4 mlrd. dollar məbləğində olduğu halda, bu ilin ilk yarısında həmin göstərici 1,2 mlrd. dollar azalaraq 2,8 mlrd. dollar təşkil edib.Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,1 mlrd. dollara yaxın olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80% təşkil edib. Hesabat dövründə qeyri-neft sektoruna yönəldilmiş xarici kapital isə 413,1 mln. dollara bərabər olub. -
09-18-2008, 06:50 PMAPAAzərbaycanda sığortaçıların aktivlərinin əsas hissəsi banklara yatırılıb
[b]Azərbaycanda sığortaçıların aktivlərinin əsas hissəsi banklara yatırılıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktivlərinin əsas hissəsi banklarda yerləşdirilmiş depozitlərin payına düşür. «APA-ECONOMICS»in xəbərinə görə, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin məlumatına əsasən, bu rəqəm 88 mln. manat və yaxud sığorta aktivlərinin 39,4%-i təşkil edir. Belə ki, ölkədəki sığortaçıların ümumi aktivlərinin həcmi 2008-ci ilin ilk yarısının sonunda 223,2 mln. manat təşkil edib və bu, ilin əvvəlinə nisbətən 42,2% çoxdur. Aktivlərin strukturunda həmçinin birbaşa sığorta üzrə debitorlarla hesablaşmalar (41,2 mln. manat), əsas vəsaitlər (30,8 mln. manat), hesablaşma hesabları (18,1 mln. manat) və s. var: Qeyd edək ki, sığortaçıların məcmu əsas vəsaitlərinin tərkibində uzunmüddətli maliyyə qoyuluşları (5,2 mln. manat), uzunmüddətli qiymətli kağızlar (1,1 mln. manat), pul vəsaitləri və hesablaşmalar bölməsində isə qısamüddətli maliyyə qoyuluşları (6,1 mln. manat) və qısamüddətli qiymətli kağızlar (7,1 mln. manat) yer alıb. Beləliklə, bu cür investisayaların strukturu aşağıdakı kimidir: Burada bir neçə amilləri vurğulamaq lazımdır. Belə ki, sığortaçılar ən likvid olan aktivlərə, yəni bank depozitlərinə üstünlük verir. Qeyd edək ki, dünya praktikasında sığortaçıların aktivlərində bank depozitlərinin payı 10%-i üstələmir. Bundan əlavə, sığortaçılar ümumilikdə gəlirliyi daha aşağı olan qısamüddətli investisiyalara üstünlük verir. Lakin etiraf etmək lazımdır ki, sığortaçılar artıq investisiya fəaliyyətini genişləndirir: uzunmüddətli maliyyə qoyuluşları ilin əvvəlindən 5,2 dəfə, uzunmüddətli qiymətli kağızların alınması 9 dəfə, qısamüddətli maliyyə qoyuluşları 2,1 dəfə, qısamüddətli qiymətli kağızların alınması isə 4,8 dəfə artıb. Qeyd edək ki, Avropa və ABŞ sığortaçılarının əsas mənfəət mənbəyi rolunda məhz investisiya fəaliyyəti, aktivlərin idarə edilməsi üzrə əməliyyatlar çıxış etdiyi halda, Azərbaycanda sığortaçılar əsas gəliri yalnız birbaşa sığorta əməliyyatlarından qazanır, investisiya fəaliyyəti isə ikinci dərəcəli xarakteri daşıyır. -
09-18-2008, 07:00 PMAPAMetyu Brayza: "Ümid edirik ki, iqtisadi inkişaf insan haqları sahəsində də vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq"
[b]Metyu Brayza: "Ümid edirik ki, iqtisadi inkişaf insan haqları sahəsində də vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan hökuməti 15 oktyabr seçkilərinin azad və ədalətli keçirilməsi ilə bağlı öhdəlik götürüb". APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, seçkilərə yalnız proses başa çatdıqdan sonra qiymət verilə biləcəyini söyləyib. Dünya Bankının iqtisadi inkişafına görə Azərbaycanı lider dövlətlərdən biri adlandırdığını xatırladaraq ümid etdiyini bildirib ki, iqtisadi inkişaf insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Bakıda prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, sənaye və energetika naziri Natiq Əliyev, müdafiə naziri Səfər Əbiyev və digər rəsmi şəxslərlə görüşdüyünü vurğulayan qonağın sözlərinə görə, görüşlərdə qarşıdan gələn seçkilər, enerji və bölgədə yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb: "Bizim fəaliyyət planımız var və əməkdaşlığımızı davam etdirəcəyik". -
09-18-2008, 07:10 PMAPAMetyu Brayza: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç vaxt bugünkü qədər diqqət ayırmayıb"
[b]Metyu Brayza: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç vaxt bugünkü qədər diqqət ayırmayıb"[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, həmsədr Azərbaycan və Birləşmiş Ştatların aktiv əməkdaşlığı davam etdirdiyini qeyd edib: "Hazırda bu əməkdaşlığın ən əsas aspekti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır". Metyu Brayzanın sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Biz hər iki münaqişə tərəfinə razılığa gəlmələri üçün yardım etmək niyyətindəyik. Bu razılaşma ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır, daha sonra beynəlxalq hüququn digər təcrübəsindən yararlanmaq lazımdır. Biz hər iki tərəfi qane edən yol tapmalıyıq, daha sonra biznesdə olduğu kimi saziş imzalanmalıdır. Mənim rəhbərlərim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç zaman bugünkü kimi diqqət ayırmayıblar". Metyu Brayza Bakıda digər həmsədr Bernar Fasie ilə görüş planlaşdırdığını, həmçinin rusiyalı həmsədr Yuri Merzlyakovla əməkdaşlığı davam etdirməyə ümidvar olduğunu bildirib. O, həmçinin Türkiyənin təklif etdiyi Qafqaz Əməkdaşlıq və Sabitlik Paktına da münasibətini açıqlayıb: "Regionda sülhün bərqərar olmasına xidmət edən istənilən addım təqdirəlayiqidir. Türkiyə həm Birləşmiş Ştatların, həm də Azərbaycanın müttəfiqidir. Əgər bu ölkə sülhün bərqərar olmasına töhfə vermək istəyirsə, bu, yaxşı haldır. Bəzi region ölkələri bu platformada ABŞ və Avropa İttifaqının nə üçün iştirak etmədiyinin, yeni formatda yalnız Türkiyə və Rusiyanın təmsil olunmasının səbəbini soruşurlar. Və Gürcüstan da bildirir ki, bu ölkənin ərazi bütövlüyünü pozan Rusiya ilə birgə bu layihədə iştirak etməyə hazır deyil. Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri deyil, amma bu ölkə Azərbaycan və Ermənistan barədə bizdən daha çox məlumatlıdır". Metyu Brayza Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları da müsbət qiymətləndirib: "Hər iki ölkə siyasi nöqteyi-nəzərdən mühüm addımlar atıblar. Bu, yeni istiqamətdir, Gürcüstanda baş verən hadisələrdən sonra yeni istiqamətlər lazımdır". Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirən amerikalı həmsədr bildirib ki, nə zaman görüşmək lazım olduğunu dövlət başçıları müəyyənləşdirirlər: "Biz diplomatlar isə yalnız məsləhət veririk".GUAM ölkələrinin Gürcüstanda baş verən hadisələrə münasibətini açıqlayan Metyu Brayza bu ittifaqın rəsmi Tiflisə açıq dəstək verdiyini deyib: "Məsələn, Viktor Yuşşenko bu dəstəyi açıq şəkildə etiraf etdi. Bəzi hallarda bu dəstək sakit şəkildə, amma son dərəcə əhəmiyyətli oldu". Metyu Brayza bildirib ki, ABŞ-ın regionla bağlı siyasəti dəyişməyəcək: "Biz yalnız regionda daha aktiv olacağıq". -
09-18-2008, 07:20 PMAPADünya ədəbiyyatından nümunələrin Azərbaycan dilində nəşrinə 5 milyon manat ayrılıb
[b]Dünya ədəbiyyatından nümunələrin Azərbaycan dilində nəşrinə 5 milyon manat ayrılıb[b]
[Bakı - APA. Dövlət başçısı İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu əsərlərin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılıb.Maliyyə Nazirliyi göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmasını təmin edəcək. -
09-18-2008, 07:30 PMAPADövlət başçısı İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı - APA. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, 5 nəfər "Şöhrət" ordeni, 48 nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Dövlət başçısı İ. Əliyev Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətlərinə görə 6 şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında da sərəncam imzalayıb. Bundan başqa, prezidentin digər sərəncamı ilə 10 nəfər "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilib.