[b]Bakının sosial müdafiə mərkəzlərində əhalinin ünvanlı sosial yardımla bağlı şikayətləri araşdırılır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımla əlaqədar vətəndaşlardan daxil olan ərizə və şikayətləri yerində araşdırmaq məqsədi ilə Bakının yerli sosial müdafiə mərkəzlərində monitorinq keçirir. Nazirliyinin şöbə müdiri Natiq Qasımov «APA-ECONOMICS»ə bildirib ki, son 2 ay ərzində respublikanın 47 rayonunda bu sahədə monitorinq aparılması məqsədilə 969 ərizəçi qəbul edilib. Qəbul yerli icra orqanları, bələdiyyə və nazirliyin yerli strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Bu monitorinqlər nəticəsində 114 nəfərə sosial yardımın alınması üçün zəruri olan sənədlərin toplanmasında yardım göstərilib: «Buna baxmayaraq, 31 nəfər ərizəçi yenə iddialı qalıb. İddialı olanlar əsasən, əmək qabiliyyətli olub işləmək istəməyənlər və qanunvericiliyin tələblərinə uyğun olmayanlardır. Bununla yanaşı, monitorinq zamanı yerli Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə müraciət edənlərə mövcud qanunvericiliyin ətraflı izah edilmədiyi, kobud rəftarlara yol verildiyi də aşkarlanıb». N.Qasımov bildirib ki, bu nöqsanlarla əlaqədar mərkəzlərdə çalışan 29 baş məsləhətçiyə töhmət verilib. Şöbə müdirinin sözlərinə görə, bundan sonra nazirliyinin yerli strukturları tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılması, əhali arasında maarifləndirmə işini gücləndirmək məqsədi ilə ildə bir dəfə belə monitorinqlər keçiriləcək.
Azərbaycan Xəbərləri
Printable View

09-15-2008, 06:20 PMAPABakının sosial müdafiə mərkəzlərində əhalinin ünvanlı sosial yardımla bağlı şikayətləri araşdırılır

09-15-2008, 06:30 PMAPAAzərbaycanda radiomonitorinq sisteminin təşkili məsələsini alman və azərbaycanlı mütəxəssisləri birlikdə müzakirə ediblər
[b]Azərbaycanda radiomonitorinq sisteminin təşkili məsələsini alman və azərbaycanlı mütəxəssisləri birlikdə müzakirə ediblər[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) baş mühəndisi İlham Əfəndiyev və tezliklər şöbəsinin rəisi Nadir Sadıqov Almaniyada səfərdə olublar. İdarədən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu gün yekunlaşan səfər çərçivəsində Hamburq və Münhendə aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanda radiomonitorinq sisteminin təşkili məsələsi müzakirə edilib, Almaniyanın bu sahədəki təcrübəsi öyrənilib. Qeyd edək ki, 2008-ci ilin sonunadək Azərbaycan ölkənin efir məkanını qorumağa imkan verəcək milli radiomonitorinq sisteminin quraşdırılması üzrə şərt və təklifləri müəyyənləşdirməyi planlaşdırıb. Bu sistem vasitəsilə tezliklərin səmərəli istifadəsinin, elektron vasitələrin qeydiyyatı və uçotu, qeydiyyatdan kənar istifadənin qarşısının alınması, efir üzərində nəzarət, efir müdaxiləsinin qarşısının alınması təmin ediləcək. -
09-15-2008, 06:40 PMAPAƏrdoğan: "Dünya miqyasında tanınan komandamız var"
[b]Ərdoğan: "Dünya miqyasında tanınan komandamız var"[b]
"Artıq daha böyük hədəflər barədə düşünmək zamanıdır"
[Bakı. Kənan Həsənov - APA-SPORT. "Üzüntülü və sevincli keçən uzun illərin ardından dünya miqyasında tanınan bir milli komandamız var". "APA-SPORT"un məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan söyləyib. Türkiyə Futbol Federasiyasının İdman Nazirliyi ilə birgə gerçəkləşdirdiyi "Milli Qürur, Milli Forma" sərgisinin açılışına qatılan Ərdoğan yığmanın böyük yol qət etdiyini vurğulayıb: "Milli komandamız 1923-cü ildən indiyədək 455 oyuna çıxıb. Böyük hesabla uduzduğumuz, heç-heçələrə sevindiyimiz anlar olub. İndi isə yarımfinal, final haqda planlar qururuq. Bu səviyyəyə çatmağımızda hamının əməyi var".Baş nazir bundan sonra qarşıya daha böyük hədəflər qoymağın vacibliyini deyib: "Artıq daha böyük hədəflər barədə düşünmək zamanıdır. Bunu reallaşdırmaq üçün nə lazımdırsa edəcəyik. İnşallah bayrağımızı ən yüksək zirvələrə yüksəldəcəyik. Milli komandanın gəldiyi yer, Türkiyəyə və türk millətinə işıq tutur. Yığmamız dünyada 10-cu yerə yüksələrkən, Türkiyə dünya iqtisadiyyatında 17-ci pillədə yer alır. Yəni, bu işlər paralel gedir. Futbol dünyada milyardlarca insanın diqqətini çəkən bir sahədir". -
09-15-2008, 07:00 PMAPARusiyada azərbaycanlının maşınından iki tapança tapılıb
[b]Rusiyada azərbaycanlının maşınından iki tapança tapılıb[b]
[Saratov - APA. Ötən şənbə günü Rusiyada saxlanılan azərbaycanlının avtomobilindən silah tapılıb. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Saratov-Tatişşevo yolunda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları "Jiquli" markalı avtomaşını saxlayıblar. Avtomaşına baxış zamanı "Osa lazer" və "Makarov" (qaz tipli) markalı iki tapança aşkarlanaraq götürülüb. Sürücü, 21 yaşlı Azərbaycan vətəndaşı "Makarov"u bir neçə saat əvvəl Lenin rayonunda tapdığını, "Osa lazer"in isə "Jiquli"nin sahibinə məxsus olduğunu söyləyib. Ancaq milislər ona inanmayıblar. Faktla bağlı araşdırma aparılır. -
09-15-2008, 07:20 PMAPAAzərbaycan teatrının 136-cı mövsümünün təntənəli açılış mərasimi keçirilib
[b]Azərbaycan teatrının 136-cı mövsümünün təntənəli açılış mərasimi keçirilib[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının qarşısında Azərbaycanda 136-cı teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə paytaxtda fəaliyyət göstərən teatr kollektivləri iştirak ediblər. Dövlət Rus Dram Teatrı, Dövlət Akademik Milli Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Pantomim Teatrı və Dövlət Kukla Teatrının kollektivləri hazırladıqları maraqlı nömrələrlə çıxış ediblər. Xalq artistləri Siyavuş Aslan, Yaşar Nuri, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, İlham Əsgərov, İlham Namiq Kamal, Məleykə Əsədova, rejissorlar Mərahim Fərzəlibəyov, Bəhram Osmanov və başqaları mərasimdə çıxış edərək Azərbaycan teatrlarına uğurlar arzulayıblar. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycan teatrının inkişafı ilə əlaqədar görülən işlərdən danışıb. -
09-15-2008, 07:40 PMAPANovruz Məmmədov: "Azərbaycan prezidentinin Rusiyaya səfərinə ehtiyac var"
[b]Novruz Məmmədov: "Azərbaycan prezidentinin Rusiyaya səfərinə ehtiyac var"[b]
Bakı. Tamara Qriqoriyeva - APA. Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri Rusiya prezidentinin dəvəti ilə reallaşır. APA-nın xəbərinə görə, bu barədə Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
[Bu səfərə ehtiyac olduğunu deyən şöbə müdiri səfər çərçivəsində prezidentlərin ikitərəfli münasibətlər, regiondakı vəziyyət və son hadisələrlə bağlı müzakirələr aparacaqlarını vurğulayıb.Qeyd edək ki, İ. Əliyev bu gün Rusiyaya yola düşüb. -
09-15-2008, 08:00 PMAPAŞöbə müdiri: "Əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır"
[b]Şöbə müdiri: "Əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır"[b]
[Bakı. Tamara Qriqoriyeva - APA. "Cənubi Qafqazda əməkdaşlığın müxtəlif formaları ilə bağlı xüsusən son zamanlar müəyyən təşəbbüslər var. Amma əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır". Bu sözləri Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranın xarici işlər naziri Mənuçöhr Mottakinin ölkəsinin Qafqaz Sülh və Sabitlik Platformasında iştirak etmək niyyətində olması barədə fikirlərinə münasibət bildirərkən deyib.Azərbaycan üçün hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin, regiondakı digər problemlərin həllinin vacib olduğunu qeyd edən şöbə müdirinin fikrincə, irəli sürülən təklif və təşəbbüslərin hansı nəticələri verəcəyi hələlik məlum deyil: "Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun və beynəlxalq hüquq normalarına riayət edilsin". -
09-15-2008, 08:10 PMAPAAzərbaycan prezidenti Rusiyaya gedib
[b]Azərbaycan prezidenti Rusiyaya gedib[b]
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də Moskvaya yola düşüb.
[Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib. Səfər Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə baş tutub. -
09-15-2008, 09:20 PMAPAYAP seçki kampaniyasına mitinqlə start verəcək
[b]YAP seçki kampaniyasına mitinqlə start verəcək[b]
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) seçki kampaniyasına mitinqlə start verəcək. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, artıq mitinqin keçiriləcəyi yer də müəyyənləşdilib. YAP seçki-təşviqat mitinqini Səbayel rayonu ərazisində yerləşən Bibiheybət stadionunda keçirəcək.
[Qeyd edək ki, prezidentliyə namizədlərin kütləvi tədbirlər keçirməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yerlər müəyyənləşdirilib və həmin siyahı açıqlanıb. YAP-ın mitinq keçirəcəyi Bibiheybət stadionu da həmin siyahıya daxildir.Xatırladaq ki, YAP prezident seçkilərində Azərbaycan prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürüb. -
09-16-2008, 10:20 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 15-də saat 19.45-dən 20.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək, 23.00-dan 23.20-dək və sentyabrın 16-da saat 05.30-dan 05.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.