Bu gündən Azərbaycan qış rejiminə keçir
Noyabrın 15-dən Azərbaycanda istilik sistemləri işə salınır. Mənzillər və qeyri-yaşayış obyektləri istilik, su və işıqla yeni normativlərə uyğun təmin edilməlidir.
Noyabrın 14-də prezident İlham Əliyev qışa hazırlıqla bağlı keçirdiyi müşavirədə deyib ki, qış aylarında əhalinin enerji tələbatı tam ödənilməlidir.
O, göstəriş verib ki, yeraltı qaz anbarlarındakı ehtiyatlar 3 milyard kubmetrə çatdırılsın. Prezident qaz hasilatına daha böyük diqqət göstərməli olduğunu vurğulayıb.
Hər dəfə qış gələndə xüsusən paytaxt sakinləri istilik sistemlərinin qaydasınca işləməməsindən şikayətlənirlər.
Prezident müşavirdə bu qış ənənəvi problemlərin qarşısını almaq məqsədi ilə müvafiq dövlət orqanlarına tapşırıq verib.
4610 sonuçtan 131 ile 140 arası
-
11-14-2007, 09:04 PM #131Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Ərdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıb
Ərdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıb
Türkiyənin Ərdahan vilayətində "Palmali" Şirkətlər Qrupunun inşa etdirdiyi məktəbin açılışı olıb. Məktəb dünya standartlarına uyğun tikilib, ən müasir texnika və avadanlıqlarla təhciz olunub. Bu təhsil ocağında yaxınlıqdakı Altaş və Seyitorən kəndlərindən olan şagirdlərlə yanaşı, ətraf ucqar kəndlərdən uşaqlar da təhsil ala biləcəklər. Şagirdləri məktəbə aparıb gətirmək üçün "Palmali" məktəbi avtobusla təhciz edib. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib ki, şirkət bununla öz işini bitmiş hesab etmir və gələcəkdə də məktəbin təminatını öz üzərinə götürməklə şagirdlərin qayğısına qalacaq. "Palmali" Şirkətlər Qrupunun Bakı təmsilçiliyinin mətbuat xidmətinin məlumatına görə, məktəb Türkiyə-Azərbaycan qardaşlığı məktəbi adlandırılıb. Qeyd edək ki, bu, Palmali Şirkətlər Qrupunun Türkiyə və Azərbaycanda həyata keçirdiyi təmənnasız humanitar layihələrdən biridir.
525Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-15-2007, 02:29 PM #132Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Bu gündən Azərbaycan qış rejiminə keçir
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-15-2007, 02:32 PM #133Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan noyabrın 16-da axşam saatlarında Çex Respublikasından Azərbaycana gələcək.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Bakıya bir günlük səfər proqramı ilə gələn baş nazir XI Türk Dövlət və Toplumlarının Dostluq, Qardışlıq və Əməkdaşlıq Qurultayının işində iştirak edəcək. Bu mərasimdə çıxış edən baş nazirin daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü gözlənilir. Həmin gün qurultay iştirakçılarının şərəfinə veriləcək ziyafətdə iştirak edəndən sonra Rəcəb Tayyip Ərdoğan ölkəsinə qayıdacaq.
Noyabrın 18-də isə Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala məntəqəsində Şahdəniz qazını Avropaya çıxaracaq Türkiyə-Yunanıstan qaz boru xəttinin açılışı olacaq. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
APAŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-15-2007, 02:41 PM #134Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Rusiya RTR-in yayımı məsələsini uzadır
Rusiya RTR-in yayımı məsələsini uzadır
AZƏRBAYCAN İSƏ MƏSƏLƏNİ BİRTƏRƏFLİ QAYDADA HƏLL ETMƏK İSTƏMİR
RTR kanalının Azərbaycanda yayımı məsələsinin həlli Rusiya tərəfindən uzadılır. Milli Televiziya və Radio Şurası (MTRŞ) məsələni birtərəfli qaydada həll edib münasibətləri pozmaq istəmədiyindən gözləməyə üstünlük verir. Bunu "Olaylar"a MTRŞ-nın Yayım Şurasının üzvü Qafar Cəbiyev verib. Q.Cəbiyevin sözlərinə görə, RTR kanalının ölkəmizdə yayımı ilə bağlı məsələ 2007-ci ilin sonuna kimi həll edilməlidir: "Bu məsələnin 2008-ci ilə qalmasını istəmirik. Ya Rusiya AzTV-nin yayımını təşkil edəcək, ya da RTR-in Azərbaycandakı yayımı dayandırılacaq". Q.Cəbiyev bildirib ki, yayımın təşkili ilə bağlı texniki müqavilə hazırlansa da, işçi qrupunun görüşü hələ keçirilməyib.
525Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-15-2007, 02:53 PM #135Junior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- bakı
- Mesajlar
- 8
Re: Rusiya RTR-in yayımı məsələsini uzadır
yeshu Nickli Üyeden Alıntı
-
11-15-2007, 03:09 PM #136
Re: Rusiya RTR-in yayımı məsələsini uzadır
yeshu Nickli Üyeden Alıntı
Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?
-
11-15-2007, 08:39 PM #137Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü - Bakı
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə tədbir keçirilib
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə ŞKTC Bakı təmsilçiliyinin təşkilatçılığı ilə təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimə millət vəkilləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media qurumlarının rəhbərləri qatılıblar. Mərasimdə çıxış edən ŞKTC Bakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu iştirakçılara təşəkkürünü bildirib və bu bayrama Azərbaycanda bu qədər böyük maraq olmasından qürur duyduğunu deyib. Azərbaycanla ŞKTC arasında iqtisadi əlaqələrin, diasporlar səviyyəsində əlaqələrin mövcud olduğunu xatırladan Zəki Qazioğlu bu əlaqələrin inkişafını vacib sayıb. O, Şimali Kipr Türk Cümhuriyyətində dünya standartlarına uyğun təhsil verən ali məktəblərin fəaliyyət göstərdiyini, bu məktəblərdə çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığını bildirib. Çıxışının sonunda Zəki Qazioğlu özünü Azərbaycanda heç zaman yad bir dövlətdə hesab etmədiyini deyərək, qardaş Azərbaycan xalqına bir daha təşəkkür edib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ŞKTC-nin sülh tərəfdarı olduğunu, bu mövqeyini hər addımda sübuta yetirdiyini deyib və Azərbaycan vətəndaşlarının bu məsələdə həmişə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacağını vurğulayıb.
APAŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-15-2007, 08:47 PM #138Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Azərbaycanda Şərqin ilk operasının 100 illik yubileyi qeyd ediləcək
Azərbaycanda Şərqin ilk operasının 100 illik yubileyi qeyd ediləcək
2008-ci il yanvarın 12-də Azərbaycan və bütün Şərqdə ilk opera olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının yüz illik yubileyi qeyd ediləcək.
Azərbaycan Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq teatrda opera tamaşasının təntənəli nümayişi olacaq. Artıq gözəl səhnə kostyumları və yeni dekorasiyalar hazırlanıb. Yubiley təqdimatında teatrın foyesində Dövlət Teatr Muzeyinin operaya həsr olunan fotosərgisi təşkil ediləcək.
İlk Azərbaycan operası olan “Leyli və Məcnun”un premyerası 1908-ci il yanvarın 12-də Hacı Zeynəlabdin Tağıyevin teatr binasında səhnəyə qoyulub. Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yaradılan ilk Azərbaycan operası həm də bütün Şərqdə ilk operadır. Bu gün qədim Şərqdə operanın yaranması günü olub və Şərqdəki opera tarixi səlnaməsində ilk fəxri ad Azərbaycan musiqi mədəniyyətinin klassiki 22 yaşlı bəstəkar Üzeyir Hacıbəyovun adı olub.
İnterfaxŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
11-15-2007, 08:51 PM #139Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
İzmir və Budapeştdə Qara Qarayevin 90 illik yubileyi keçiriləcək
İzmir və Budapeştdə bəstəkar Qara Qarayevin 90 illik yubileyi keçiriləcək
Noyabrın 29-30-da İzmir Dövlət Filarmoniyasında görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyi qeyd olunacaq. Yubiley mərasimində İzmir Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Qara Qarayevin “Leyli və Məcnun” simfoniyası, “İldırımlı yollar” süitası, “Don Kixot” simfonik lövhəsi və Puşkinin sözlərinə yazılmış iki romansı səsləndiriləcək. Orkestri azərbaycanlı dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov idarə edəcək. Y. Adıgözəlovun APA-ya verdiyi məlumata görə, yubiley tədbiri dekabrın 14-də Budapeştdə davam etdiriləcək. Yubiley mərasimi Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Dirijorun sözlərinə görə, bu konsert də İzmirdəki proqram üzrə baş tutacaq. Dunay Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq yubiley mərasimi Budapeştin Duna Palota konsert salonunda gerçəkləşəcək. Bu konserti də azərbaycanlı dirijor Yalçın Adıgözəlov idarə edəcək.
APAŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
02-08-2008, 11:02 PM #140Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Jan 2008
- Yer
- Türkiye/Adana
- Mesajlar
- 1.587
AZERBAYCANDA TÜRK DİZİLER AZALTILACAK
Azerbaycan Milli Radyo ve Televizyon Şurası
Başkanı Nuşirevam Meherremli , ülke televizyonlarında Türkiye `den alınan
ve Türkiye Türkçesi ile yayınlanan film ve dizilere kısıtlama
getirileceğini belirterek, ``Türk dilindeki (Türkiye Türkçesi `ndeki)
diziler azaltılacak`` dedi.
Nuşirevam Meherremli , şuranın 5. kuruluş yılı nedeniyle düzenlediği
basın toplantısında, ``Amacımız Azerbaycan dilindeki (Azerbaycan
Türçesi`ndeki) dizileri artırmak. Her televizyon kanalı, yayınının yüzde
75`ini Azerbaycan dilinde yapacak. Azerbaycan `da çekilen dizi ve
filmlerin sayısı artırılsın istiyoruz`` diye konuştuBiRi BeNi DurDurDrsNNN ! !!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla



Yer imleri