Sayfa 22/461 İlkİlk ... 1220212223243272122 ... SonSon
4610 sonuçtan 211 ile 220 arası

Azərbaycan Xəbərləri

1. #211
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın təhsil naziri müğənni Röyanın BDU-dan xaric olunması məsələsinə münasibət bildirib

[b]Azərbaycanın təhsil naziri müğənni Röyanın BDU-dan xaric olunması məsələsinə münasibət bildirib[b]

Bakı. Elbrus Seyfullayev-APA. "Müğənni Röya ilə şəxsən tanışlığım yoxdur. Amma bu yaxınlarda telekanallardan birində onun çıxışına baxdım. Röya sərrast danışığı ilə mənə bilikli adam təsiri bağışladı".

Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov müğənni Röyanın Bakı Dövlət Universitetində (BDU) təhsil alması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Nazir birinci ali təhsili olan hər bir Azərbaycan vətəndaşının ikinci ali təhsil almaq hüququnun, Bakı Dövlət Universitetinin isə bu şəraiti yaratmalı olduğunu bildirib: "İkinci ali təhsil ödənişlidir. Mənim məlumatıma görə, Röyanın da birinci ali təhsili olub, Bakı Dövlət Universitetində ikinci ali təhsil alırmış. Bəzi adamlar onun imtahan verə bilmədiyinə görə universitetdən çıxarıldığını deyirlər. Bunu dəqiqləşdirmək lazımdır. Onun birinci ali təhsillə bağlı diplomu qanunidirsə, ikinci ali təhsil almaq hüququ da var". M. Mərdanov, həmçinin müğənnin BDU-dan çıxarılması və sonradan bərpa olunma ehtimalına da aydınlıq gətirib: "İstənilən şəxs, o cümlədən müğənni Röya ali məktəbdən müxtəlif səbəblərdən xaric edilə, sonra bərpa oluna bilər. Burada qanuna zidd heç nə yoxdur. Mən bu məsələni araşdırmamışam. Bir adamın ikinci təhsil alması bu qədər təhsil problemlərinin içində xırda şeydir".

2. #212
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılışı keçirilib

[b]Azərbaycan paytaxtında "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılışı keçirilib[b]

Bakı. Laçın Sultanova-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılışı keçirilib.

APA-nın məlumatına görə, bir il əvvəl inşa edilən kilsənin açılış mərasimində Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik missiyaların rəhbərləri, Polşa prezidentinin xüsusi nümayəndəsi, xaricdən gələn yepiskoplar iştirak ediblər.

3. #213
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistanın işğalçılıq siyasəti nəticəsində itkin düşən 452 azərbaycanlı qadından hələ də xəbər yoxdur

[b]Ermənistanın işğalçılıq siyasəti nəticəsində itkin düşən 452 azərbaycanlı qadından hələ də xəbər yoxdur[b]

Bakı. Ramil Məmmədli - APA. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə zamanı itkin düşən azərbaycanlı qadınlardan 452-nin taleyi barədə hələ də məlumat yoxdur. Bunu APA-ya açıqlamasında "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib. Onun sözlərinə görə, həmin qadınlardan 16-sı azyaşlı qız, 268-i orta yaşlı, 168-i isə yaşlı qadındır. E. Orucova bildirib ki, erməni əsir və girovluğundan qayıdan 1392 Azərbaycan vətəndaşından 343 nəfəri qadındır. Onlardan 15-i məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətinə düşüb, 40 qadın isə qayıtdıqdan sonra girovluqdakı fiziki-mənəvi işgəncələrə dözməyərək vəfat edib. 104 qadının girovluqda qətlə yetirildiyini və ya müxtəlif səbəblərdən dünyasını dəyişdiyini söyləyən E. Orucova bu faktın şahid ifadələri ilə təsdiqləndiyini vurğulayıb: "Təəssüf ki, beynəlxalq təşkilatlar, əsasən də Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bütün bu faktlara göz yumur və Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlı qadınların qaytarılması üçün heç bir addım atmır". E. Orucova Azərbaycan cəmiyyətin də bu qadınların taleyinə soyuq münasibətin olmasından da gileylənib.

4. #214
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

NATO baş katibinin xüsusi nümayəndəsi: "Cəbhə xəttində atəşkəsin pozulmasından çox narahatıq"

[b]NATO baş katibinin xüsusi nümayəndəsi: "Cəbhə xəttində atəşkəsin pozulmasından çox narahatıq"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı hələlik Azərbaycan hökuməti ilə müzakirə aparmamışıq". APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.

O, bu məsələni Azərbaycan rəsmiləri ilə bu gün müzakirə edəcəyini söyləyib. Xüsusi nümayəndə cəbhə xəttində atəşkəsin pozulmasına da münasibət bildirib. Atəşkəsin pozulmasından çox narahat olduqlarını qeyd edən R. Simmons sonuncu hadisəni son illərdə baş verən ən böyük insident kimi dəyərləndirib: "Ümid edirəm ki, bu hadisə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara təsir göstərməyəcək, danışıqlar davam etdiriləcək. Çox istərdik ki, belə hadisə bir daha təkrarlanmasın". Ermənistanda baş verənlərə də münasibət bildirən xüsusi nümayəndə bu ölkədə gedən prosesləri izlədiklərini və baş verənlərdən çox narahat olduqlarını deyib.

5. #215
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Misir Mərdanov: "Bu il təhsil sahəsinə dövlət büdcəsindən 974 milyon manat ayrılıb"

[b]Misir Mərdanov: "Bu il təhsil sahəsinə dövlət büdcəsindən 974 milyon manat ayrılıb"[b]

Bakı. Elbrus Seyfullayev - APA. 2003-cü ildə Azərbaycanın 1,5 milyard manat həcmindÑ

6. #216
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çingiz Əsgərov: "Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə irəli sürülən namizədlərlə bağlı Alt Komitənin rəsmi rəyi gələn həftə açıqlan

[b]Çingiz Əsgərov: "Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə irəli sürülən namizədlərlə bağlı Alt Komitənin rəsmi rəyi gələn həftə açıqlanacaq"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsini tutmaq üçün müəyyənləşdirilən namizədlər bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçəcəklər.

Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-nın sualına cavab olaraq bildirib ki, müsahibə Bakı vaxtı ilə axşam saatlarında başa çatacaq. O, Alt Komitənin namizədlərlə bağlı rəsmi rəyinin gələn həftə açıqlanacağını da vurğulayıb. Ç. Əsgərov güman etdiyini bildirib ki, bu dəfə Azərbaycandan olan namizədlər siyahısının geri qaytarılması barədə rəy verilməyəcək. Nümayəndə Avropa Məhkəməsinin hakimi seçilmək üçün Azərbaycandan və başqa ölkələrdən təqdim olunan namizədlər siyahısının geri qaytarılması barədə qəbul edilən qərarların məhkəmənin işinə maneçilik törətdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu məsələ Avropa Məhkəməsində müəyyən narahatlıq yaradıb: "Müddəti bitən hakimlərlə bağlı yenidən seçki keçirilməlidir. Bu, baş vermədiyi üçün məhkəmədə işlərin bölünməsində qeyri-müəyyənlik yaranır". Qeyd edək ki, Alt Komitə namizədlərlə bağlı rəyi AŞ PA Bürosuna təqdim edəcək. Azərbaycandan olan namizədlərlə bağlı AŞ PA Bürosunun martın 13-də keçiriləcək iclasında müzakirələrin aparılacağı, qərar veriləcəyi gözlənilir. Onu da xatırladaq ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb.

7. #217
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin xatirə gecəsi keçiriləcək

[b]Moskvada Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin xatirə gecəsi keçiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. Martın 10-da Moskvada Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin anadan olmasının 68-ci ildönümü münasibəti ilə xatirə gecəsi keçiriləcək. APA-nın məlumatına görə, tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Gecədə cazmenin həyat və yaradıcılığından söz açılacaq, musiqiləri ifa olunacaq.

8. #218
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serj Sarkisyan: "Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır"

[b]Serj Sarkisyan: "Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır"[b]

İrəvan - APA. "Mən həmişə belə hesab etmişəm ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq qarşılıqlı kompromislər əsasında, sülh yolu ilə həll olunmalıdır".

APA-nın məlumatına görə, bu sözləri "Rossiyskaya qazeta"ya müsahibəsində Ermənistanın baş naziri Serj Sarkisyan deyib. O, Dağlıq Qarabağda doğulub böyüdüyünü, məsul vəzifələr tutduğunu xatırladıb: "Təbii ki, mən bu problemi əla bilirəm. Mənim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyim 15 ildən çoxdur dəyişməz qalıb. Nə qədər paradoksal səslənsə də, hesab edirəm ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır. İlk baxışdan bu məsələlər bir-biri ilə uzlaşmır. Ancaq əminəm ki, yalnız ilk baxışdan belə görünür. Biz bir-birimizin problemini anlayaraq məhz bu baza əsasında ağıllı kompromis tapa bilərik". S. Sarkisyan Kosovonu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent saymadıqlarını da söyləyib. Onun sözlərinə görə, hər münaqişənin öz kökləri, inkişaf dinamikası və həlli yolu var: "Ancaq dünyanın hər hansı hissəsində xalqların öz müqəddəratını təyinetmə hüququ reallaşdıqda biz bu faktı alqışlayırıq".

9. #219
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Robert Simmons: "NATO-Cənubi Qafqaz respublikaları əməkdaşlığı Rusiya ilə rəqabət anlamı daşımır"

[b]Robert Simmons: "NATO-Cənubi Qafqaz respublikaları əməkdaşlığı Rusiya ilə rəqabət anlamı daşımır"[b]

Bakı. Tamara Qriqoryeva-APA. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakıda keçirilən "Rouz-Rout" seminarında çıxış edib.

APA-nın məlumatına görə, cənab Simmons çıxışında qeyd edib ki, 2003-cü ildə NATO Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək barədə qərar qəbul edib. Bu istiqamətində müəyyən irəliləyişlərin əldə olunduğunu deyən Robert Simmons NATO-nun bu bölgələr üzrə əlaqələndirici zabitlər təyin etməsini mühüm qiymətləndirib: "NATO müdafiə sisteminin planlaşdırılması, şəxsi heyətin büdcəsinin formalaşdırılması, NATO əməliyyatlarında iştirakla bağlı strategiyaların hazırlanmasında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə yardım təklif edir. NATO bu ölkələrlə əməkdaşlıq zamanı müdafiə sahəsində islahatlara, müdafiə planlaşdırmasına, həmçinin informasiya mübadiləsinə diqqət yetirir. Siyasi dialoq məsələsi də bizim üçün çox önəmlidir. Biz tərəfdaş ölkələrə NATO-ya üzv olan dövlətlərlə siyasi dialoq prosesində iştirak etməyi təklif edir". Robert Simmons çıxışında həmçinin enerji təhlükəsizliyi məsələsinə də toxunub: "Biz enerji modellərinin yenidən qurulması üçün mənbələr axtarmırıq. Biz sadəcə enerji mənbələrinin təhlükəsizliyinin təmin olunmasını istəyirik. Bu, belə mənbələrə malik Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün çox önəmlidir". Robert Simmons həmçinin NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının Rusiya ilə rəqabətə girmək anlamı daşımadığını deyib: "Hər kəsin öz maraqları və üstünlükləri var. Bizim bu ölkələrlə əməkdaşlıq məsələsində ümumi maraqlarımız, məsələn, regionun təhlükəsizliyinin təmin edilməsi məsələsi də var".

10. #220
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın paytaxtında 16 yaşlı İsmayıllı sakini Günel Şirinova intihara cəhd edib

[b]Azərbaycanın paytaxtında 16 yaşlı İsmayıllı sakini Günel Şirinova intihara cəhd edib[b]

Bakı. Samir Kazımlı-APA. Martın 6-da saat 15.00 radələrində Sabunçu qəsəbəsinin sakini Ərəstun Abdullayevə məxsus üçotaqlı evdə kirayənişin kimi yaşayan 16 yaşlı İsmayıllı rayon sakini Günel Şirinova intihara cəhd edib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Günel Şirinova qısqanclıq zəminində həyat yoldaşı, Yevlax rayon sakini Sənan Rəhman oğlu Hüseynovla tez-tez mübahisə edirmiş. Hadisə baş verən gün G. Şirinova həyat yoldaşının evdə olmamasından istifadə edərək evi yandırıb, özü isə evin zirzəmisinə düşərək əl-qolunu bağlayıb. Hadisə yerinə gələn qonşular yanğını söndürərək, G. Şirinovanı əl-qolu bağlı vəziyyətdə xilas ediblər. Yanıq xəsarəti almış G. Şirinovaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən Günel Şirinovanın qəsdən yanğın törətdiyinə görə məsuliyyətə cəlb olunmasının istisna edilmədiyi bildirilib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.