[b]Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib[b]
Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan vətəndaşı Ağadadaş Səmədova II və III dərəcəli Şöhrət ordenlərini təqdim edib. APA-nın məlumatına görə, A. Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib. 1942-ci ildə Ukrayna ərazisindəki Dubno yaşayış məntəqəsində gedən döyüşlərdə A. Səmədovun tərkibində olduğu rota geri çəkilsə də, azərbaycanlı əsgər əsas qüvvələr köməyə gələnə qədər müdafiə xəttində düşmənə təkbaşına müqavimət göstərib və buna görə III dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O, Visla-Oder əməliyyatında və Berlinin alınmasında da iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci ildə II dərəcəli Şöhrət ordeni ilə təltif olunub. 1945-ci ilin dekabrında vətənə qayıdan A. Səmədov 1980-ci ildə təqaüdə çıxana qədər aqronom işləyib. 84 yaşlı A. Səmədov 12 uşaq atasıdır və 44 nəvəsi, 36 nəticəsi var.
4610 sonuçtan 2.261 ile 2.270 arası

07-03-2008, 08:11 PM #2261Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Aleksandr Miller: "İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər"
[b]Aleksandr Miller: "İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər"[b]
Bakı-APA. "İlin sonuna kimi Avropa ölkələrinə satılan Rusiya qazının hər min kubmetrinin qiyməti 500 dollaradək yüksələcəyini proqnozlaşdırırıq". APA-nın məlumatına görə, bu fikirləri "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksandr Miller ölkənin enerji siyasətini şərh edərkən deyib. Onun sözlərinə görə, Avropaya nəql edilən mavi yanacağın hər min kubmetrinin qiymətinin 1000 dollaradək bahalaşması ehtimalı yox deyil: "Əgər dünya bazarında bir barel neftin qiyməti 250 dollara çatarsa, o zaman mavi yanacağın hər min kubmetrinin qiyməti 1000 dollar olacaq". Aleksandr Miller mavi yanacağın qiymətinin 1000 dollarlıq psixoloji həddə çatmasının şirkət üçün yenilik olmadığını söyləyib: "Elə dövrlər olub ki, "Qazprom"un müəyyən müqavilələr üzrə satdığı mavi yanacağın qiyməti 1000 dollardan da çox olub".

07-03-2008, 08:21 PM #2262Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib

07-04-2008, 10:41 AM #2263Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Cəbhə xəttində növbəti atəşkəs pozuntuları qeydə alınıb
[b]Cəbhə xəttində növbəti atəşkəs pozuntuları qeydə alınıb[b]
Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 3-də saat 16.50-dən 17.00-dək İcevan rayonunun Berkaber kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, iyulun 4-də saat 02.30-dan 03.00-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

07-04-2008, 10:51 AM #2264Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin müxalifətçi "Tercuman" qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb
[b]Türkiyənin müxalifətçi "Tercuman" qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb[b]
Ankara - APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunmuş "Tercuman" qəzetinin baş redaktoru Üfüq Böyükçələbi sərbəst buraxılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Üfüq Böyükçələbi, Siyami Yalçın, Murad Avar və Həmzə Dəmir iyulun 4-nə keçən gecə prokurorlar tərəfindən ifadələri alındıqdan sonra "Ergenekon terror təşkilatının üzvü olmaq" ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün İstanbul növbətçi 13-cü Ağır Cəza Məhkəməsinə göndərilib. Ancaq məhkəmə bu şəxslərin həbsdə qalmasına lüzum görməyib və onları azad edib.Xatırladaq ki, polis tərəfindən həbs olunarkən Ü. Böyükçələbinin əlləri qandallanmışdı.

07-04-2008, 11:01 AM #2265Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Leysan yağışları Azərbaycanın Şəki rayonunda təbii fəlakətə səbəb olub
[b]Leysan yağışları Azərbaycanın Şəki rayonunda təbii fəlakətə səbəb olub[b]
Şəki. Hafiz Heydərov - APA. Bu gecə Azərbaycanın şimal-qərb bölgəsinə yağan leysan yağışları Şəkidə təbii fəlakətə səbəb olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qasırğa ilə müşayiət olunan leysan yağışları Şəki rayonunun enerji təchizatını iflic vəziyyətə salıb.
Elektrik dirəklərinin qırılması nəticəsində şəhər və kəndlərə elektrik enerjisinin verilməsi dayanıb. Küçələri sel basıb və evlərin zirzəmiləri su altında qalıb. Yol kənarındakı ağacların aşması isə nəqliyyatın hərəkətinə əngəl yaradıb. Hazırda rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir çox kəndlər gecədən bəri hələ də işıqsızdır. Şəki rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndəsi Valeh Ələkbərov təbii fəlakət nəticəsində əhaliyə dəymiş ziyanla bağlı rayonun ayrı-ayrı yerlərindən müraciətlərin hələ davam etdiyini bildirib.

07-04-2008, 11:11 AM #2266Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Belarus paytaxtında partlayış baş verib, çoxlu yaralı var
[b]Belarus paytaxtında partlayış baş verib, çoxlu yaralı var[b]
Minsk-APA. Belarusun müstəqillik gününə həsr olunmuş qala-konsert zamanı Minskin mərkəzində güclü partlayış baş verib. APA-nın məlumatına görə, partlayış nəticəsində ən azı 50 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanları partlayışın əldə qayırma partlayıcı qurğu vasitəsilə həyata keçirildiyini güman edib. Faktla bağlı araşdırma aparılır.

07-04-2008, 11:21 AM #2267Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı Türkiyədə beynəlxalq festivalda iştirak edəcək
[b]Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı Türkiyədə beynəlxalq festivalda iştirak edəcək[b]
Naxçıvan. Cavid Qurbanoğlu-APA. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı Türkiyədə keçiriləcək folklor festivalında ölkəmizi təmsil edəcək. Mədəniyyət müəssisəsinin direktoru Elman Əliyevin APA-ya verdiyi məlumata görə, 25 nəfərdən ibarət kollektiv artıq qonşu ölkədədir. Ankara və Yozqat şəhərlərində təşkil olunan folklor festivalında filarmoniyanın mahnı və rəqs ansamblının ifasında Azərbaycanın milli rəqsləri ifa olunacaq. Festival iyulun 7-də başa çatacaq.

07-04-2008, 11:31 AM #2268Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa İttifaqı-Rusiya dialoqunun əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq
[b]Avropa İttifaqı-Rusiya dialoqunun əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Brüsseldə Avropa İttifaqı-Rusiya dialoqunun növbəti mərhələsi keçiriləcək. APA-nın məlumatına görə, danışıqların prioritetlərindən biri Rusiya və Avropa İttifaqının dondurulmuş münaqişələrin nizamlanmasında əməkdaşlığı olacaq. Tərəflər əsasən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması prosesini gözdən keçirəcəklər. Qeyd edək ki, Avropa İttifaqına hazırda sədrlik edən Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Danışıqlarda Avropa İttifaqının nümayəndə heyətinə Benita Ferrero-Valdner, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov sədrlik edəcək.

07-04-2008, 11:41 AM #2269Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dmitri Medvedev: "Rusiya islam dünyasının bir hissəsidir"
[b]Dmitri Medvedev: "Rusiya islam dünyasının bir hissəsidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Rusiya prezidenti Dmitri Medvedev Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüş keçirib. APA-nın Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, bu görüş Azərbaycanda dini konfessiyalar arasında pozitiv münasibətlərin olduğuna sübutdur: "Bir müddət əvvəl biz hörmətli şeyx Allahşükür Paşazadə ilə görüşmüşdük.
Onda mən başqa statusla bura gəlmişdim. Mən müxtəlif dinlər arasında dialoqun, qarşılıqlı əlaqələrin yaradılması yolunda göstərdiyiniz səyləri xüsusi qeyd etmək istərdim. İslamın və istənilən ruhani təlimin əsl mahiyyəti məhz bundan ibarətdir. Bu, Qafqazda sabitliyin təmin olunması üçün də əsas faktorlardan biridir. Siz bilirsiniz ki, Rusiyada sayı iyirmi milyon nəfərdən çox olan böyük müsəlman icması yaşayır və bu mənada Rusiya da islam dünyasının bir hissəsidir". Qeyd edək ki, D. Medvedev Heydər Əliyev Fondunda da olub. O, fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

07-04-2008, 11:51 AM #2270Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Çexiyanın xarici işlər naziri: "Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"
[b]Çexiyanın xarici işlər naziri: "Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"[b]
Bakı. Rəşad Süleymanov-APA. "Dağlıq Qarabağ münaqişəsi regionun ən böyük münaqişəsidir". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq verib.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə mövqeyini açıqlayan XİN başçısı problemin birmənalı şəkildə sülh yolu ilə həll olunmasını vacib sayıb: "Biz bu fikrin üzərində həmişə dayanmışıq və Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü mütləq nəzərə alınmalıdır".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan vətəndaşı Ağadadaş Səmədova II və III dərəcəli Şöhrət ordenlərini təqdim edib. APA-nın məlumatına görə, A. Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib. 1942-ci ildə Ukrayna ərazisindəki Dubno yaşayış məntəqəsində gedən döyüşlərdə A. Səmədovun tərkibində olduğu rota geri çəkilsə də, azərbaycanlı əsgər əsas qüvvələr köməyə gələnə qədər müdafiə xəttində düşmənə təkbaşına müqavimət göstərib və buna görə III dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O, Visla-Oder əməliyyatında və Berlinin alınmasında da iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci ildə II dərəcəli Şöhrət ordeni ilə təltif olunub. 1945-ci ilin dekabrında vətənə qayıdan A. Səmədov 1980-ci ildə təqaüdə çıxana qədər aqronom işləyib. 84 yaşlı A. Səmədov 12 uşaq atasıdır və 44 nəvəsi, 36 nəticəsi var.

Yer imleri