Əsas məzmuna keç
Sayfa 222/461 İlkİlk ... 122172212220221222223224232272322 ... SonSon
4610 sonuçtan 2.211 ile 2.220 arası

Azərbaycan Xəbərləri

1. #2211
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azay Quliyev: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq

[b]Azay Quliyev: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq[b]

Bakı. Ramil Məmmədli-APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev jurnalistlərə bildirib ki, bu il şuraya büdcədən 1,5 milyon manat məbləğində vəsait daxil olub. Bunun 300 min manatı maddi texniki imkanlara, qalan 1,2 milyon manatı isə təqdim olunan layihələr üçün nəzərdə tutulub. O, ayrılan vəsaitin artırılması məqsədilə Maliyyə Nazirliyinə müraciət etdiklərini də söyləyib: "Gələcəkdə ayrılan məbləğin bir neçə dəfə artırılması ilə bağlı təkliflə çıxış etmişik. QHT sektorunun potensialı böyük olduğundan tələb olunan vəsaitin də artırılması zəruriləşir. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2006-cı ildə QHT-lərin həyata keçirdiyi layihələrin məbləği 10 milyon ABŞ dollarından çoxdur. Bu rəqəm müvafiq uçotun aparıldığı layihələrə şamil edilir. 2008-ci ilin 5 ayı üçün isə artıq 5,3 milyon ABŞ dolları qəbul edilib və icraya yönəldilib". A. Quliyev xaricdə fəaliyyət göstərən və Azərbaycanın dövlət maraqlarına xidmət edən layihələrə də maliyyə yardımının ayrılmasının mümkünlüyündən danışıb: "Biz ilk növbədə vəsaiti səmərəli istifadə edərək, milli və dövlət maraqlarına uyğun məsələlərə yönəltməyə çalışacağıq".

2. #2212
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMEA-nın tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər

[b]AMEA-nın tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər[b]

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, prezidentin fərmanına əsasən akademiyada aparılacaq islahatlarla bağlı inkişaf konsepsiyası hazırlanır: "Akademiyada müəyyən struktur dəyişiklikləri - elmin idarə olunması, elmin əsas istiqamətləri və maliyyələşməsi məsələləri bu proqramda öz əksini tapacaq. Ola bilsin ki, bəzi elmi-tədqiqat institutlar birləşdirilsin. Bu məsələdə hər müəssisənin elmi fəaliyyəti, məhsuldarlığı, iqtisadiyyata və elmə verdiyi töhfələr nəzərə alınacaq". M. Kərimov AMEA-nın elmi-tədqiqat institutlarında direktor seçkilərinin başladığını da söyləyib.

3. #2213
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bələdiyyə sədrinin qardaşını güllələməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb

[b]Bələdiyyə sədrinin qardaşını güllələməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Bakı şəhər Nizami rayon Bələdiyyəsinin sədri Arif Qasımovun qardaşı Vidadi Qasımovu odlu silahla yaralamaqda təqsirləndirilən Əfqan Şirzadovun və Cəbi Sailovun apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə tərkibinə etiraz veriblər. Etirazla bağlı qərar qəbul olunması üçün proses iyulun 4-dək təxirə salınıb.Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ə. Şirzadov 13 il, C. Sailov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ə. Şirzadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adamöldürməyə cəhd), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), C. Sailov CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

4. #2214
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Brilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru təyin edilib

[b]Brilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru təyin edilib[b]

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Ədalət Hacıyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru təyin edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, teatrın əvvəlki direktoru Marat İbrahimov ailə vəziyyəti ilə əlaqədar tutduğu vəzifədən istefa verib. Qeyd edək ki, Ədalət Hacıyev Azərbaycanın əməkdar artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır.

5. #2215
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rauf Zeyni: "Milli QHT Forumunun fəaliyyətində islahatlar olacaq"

[b]Rauf Zeyni: "Milli QHT Forumunun fəaliyyətində islahatlar olacaq"[b]

Bakı. Elbrus Seyfullayev-APA. "Azərbaycan Milli QHT Forumunun indiyə qədər olan fəaliyyətində qəbul etmədiyim məqamlar var idi. Bundan sonra təşkilatın fəaliyyətində islahatlar olacaq. Milli QHT Forumunun yeni konsepsiya və proqramını qəbul edəcəyik". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumuna bu gün prezident seçilən Rauf Zeyni bildirib. Milli QHT Forumunun yeni prezidenti dəyişikliklərin əsasən türk dünyası ilə əlaqələrin genişləndirilməsi, Azərbaycan cəmiyyətinin beynəlxalq təşkilatlar yanında daha çox tanıdılması və digər istiqamətlərdə olacağını deyib. R. Zeyni qurumun indiyə qədər olan kursunun bundan sonra da davam etdiriləcəyini bildirib: "Dövlətlə QHT sektoru arasında əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görəcəyik. QHT-lərin dövlət tərəfindən maliyyələşməsi ideyasını dəstəkləyirik. Ancaq beynəlxalq təşkilatlarla da geniş əlaqələr qurulmalıdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə qrant almaq üçün edilməməlidir. Azərbaycanın tanınması istiqamətində işlər görmək lazımdır". Milli QHT Forumunun prezidenti rəhbəri seçildiyi təşkilatın 479 üzvünün olduğunu deyib: "Kəmiyyət dalınca qaçıb quruma QHT-lərin axınını təşkil etmək yox, mövcud təşkilatlarla işləmək fikrindəyik".

6. #2216
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan kinosunun 110 illiyi münasibəti ilə hazırlanan kino bülleten toplusu nəşrə hazırlanır

[b]Azərbaycan kinosunun 110 illiyi münasibəti ilə hazırlanan kino bülleten toplusu nəşrə hazırlanır[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycan kinosunun 110 illiyi münasibəti ilə hazırlanan kino bülleten toplusunun I nömrəsi çapdadır. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, topluda 2000-2007-ci illər ərzində Azərbaycanda çəkilmiş bədii, sənədli və cizgi filmləri haqqında geniş məlumatlar yer alıb. Azərbaycan kinosunun 110 illyinə həsr olunmuş bülleten topluda bir il müddətində Dövlət Film Fonduna təqdim olunmuş filmlər barədə də yazılar toplanılıb. Bülleten toplusu yaxın vaxtlarda ictiamiyyətə təqdim olunacaq.

7. #2217
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı məhkum olunub

[b]Azərbaycanda insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı məhkum olunub[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Bayram Samiyə hökm oxunub. Məhkəmədən APA-ya verilən məlumata görə, B. Sami 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, B. Sami Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunub.

8. #2218
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib

[b]Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib[b]

Bakı. Laçın Sultanova-APA. Bişkekdə MDB Müdafiə Nazirləri Şurası çərçivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə qoşunların təmas xəttində atəşkəsin pozulma hallarının azaldılması, itkin düşmüş vətəndaşların axtarışı və s. məsələlər müzakirə edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Sehran Şahsuvaryanın sözlərinə görə, nazirlər gələcəkdə də bu məsələləri müzakirə etmək üçün mümkün dərəcədə daha çox görüş keçirmək barədə razılığa gəliblər. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu APA-ya açıqlamasında Bişkekdə iki ölkənin müdafiə nazirlərinin görüşü haqqında məlumatı olmadığını deyib.

9. #2219
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İranda suda mehmanxana inşa olunacaq

[b]İranda suda mehmanxana inşa olunacaq[b]

Bakı. Zaur Nurməmmədov - APA. İranın Buşehr vilayətində suda mehmanxana inşa olunacaq. APA-in [ saytına istinadən verdiyi məlumata görə, "Lianmond Marine Hotel" adlı mehmanxana ölkəyə səfər edən turistlərin sayını artırmaq məqsədi ilə tikiləcək. Ekoloji cəhətdən təmiz materiallardan inşa olunacaq otelin tikilməsi üçün 450 milyon ABŞ dolları xərclənəcək. Mehmanxananın tutumu 1000 nəfərədək olacaq.

10. #2220
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Aleksandr Stabb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müsbət istiqamətdə davam edir"

[b]Aleksandr Stabb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müsbət istiqamətdə davam edir"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müsbət istiqamətdə davam edir və mən buna ehtiyatlı nikbinliklə yanaşıram". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb qurumun Parlament Assambleyasının Astanada keçirilən sessiyasından sonra deyib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllinə yönəlmiş səylərinə hərtərəfli dəstək verdiyini söyləyib. ATƏT PA-nın prezidenti Qoran Lenmarker isə ümid etdiyini bildirib ki, tərəflər həmsədrlərin təklifləri ilə razılaşacaq.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.