Əsas məzmuna keç
Sayfa 225/461 İlkİlk ... 125175215223224225226227235275325 ... SonSon
4610 sonuçtan 2.241 ile 2.250 arası

Azərbaycan Xəbərləri

1. #2241
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib

[b]ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib[b]

Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Parlament Assambleyasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 17-ci sessiyasında Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul olunub. APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, qətnamədə 1932-1933-cü illərdə totalitar Stalin rejiminin məqsədli siyasəti nəticəsində yaranan dəhşətli aclıqdan ("Qolodomor") ölən milyonlarla günahsız ukraynalının xatirəsi yad edilib. ATƏT PA faciəyə dair bütün həqiqətlərin açılması və bununla bağlı həm milli, həm də beynəlxalq səviyyədə maarifləndirmə işləri aparılması barədə Ukrayna hökumətinin təşəbbüsünü dəstəkləyib. Sənəddə bütün ölkə parlamentləri "Qolodomor"un tanınması üçün müvafiq addımlar atmağa çağırılıb. Qətnamə Rusiya və Qazaxıstanın etirazlarına məhəl qoyulmadan qəbul olunub. Sessiyada qəbul olunan digər qətnamədə Rusiya hökuməti Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan addımlardan və separatçı qurumlarla əlaqə yaratmaqdan çəkinməyə çağırılıb.

2. #2242
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

UEFA Türkiyə prezidentini 35 min avro cərimələyib

[b]UEFA Türkiyə prezidentini 35 min avro cərimələyib[b]

Sürix-APA. UEFA Türkiyə prezidenti Abdullah Gül və onu müşayiət edən heyətin Avropa çempionatının maçlarından sonra Türkiyə milli komandasının soyunma otağına girməsini qanunsuzluq kimi dəyərləndirib. APA-nın məlumatına görə, Türkiyə Futbol Federasiyasının akrreditə işləri üzrə məsul şəxsi Cem Akdağ UEFA-nın bu səbəbdən federasiyanı 35 min avro cərimələdiyini bildirib.Onun sözlərinə görə, soyunma otaqlarına akkreditə olunmayan heç kəsin daxil olmaq haqqı yoxdur. Türkiyə prezidenti və onu müşayiət edən şəxslər milli komanda oyunçularını təbrik etmək üçün soyunma otağına girdikləri üçün federasiya 35 min avro cərimə ödəməli olacaq.

3. #2243
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər

[b]Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər[b]

Bakı. Turan Hüseynova-APA. Qazaxıstan paytaxtında Türkiyə və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. APA-nın məlumatına görə, hər iki prezident Qazaxıstanın paytaxtı Astana şəhərinin 10 illik yubiley mərasiminə dəvət alıblar. Bu, prezidentlərin ilk görüşüdür. Qeyd edək ki, tədbirə həmçinin Gürcüstan, Rusiya, Qırğızıstan və digər respublikalarının prezidentləri də dəvət olunublar.

4. #2244
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb

[b]Moskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb[b]

Bakı. Laçın Sultanova-APA. Moskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, QMİ sədri Hacı Allahşükür Paşazadə iş qrafiki ilə əlaqədar konfransa qatılmasa da, tədbirdə onun məruzəsi səslənib. Konfransı İslam Mədəniyyəti, Elmi və Təhsilinə Dəstək Fondu təşkil edib. Tədbirdə ekstremizm və terrorizmi pisləyən qətnamə qəbul ediləcək, terrorizmlə ideoloji mübarizə üzrə daimi fəaliyyət göstərən qeyri-formal beynəlxalq işçi qrupu yaradılacaq.

5. #2245
Senior Member
Üyelik tarihi
Apr 2008
Yer
Türkiye / İstanbul
Mesajlar
111

Re: Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər

Alıntı APA Nickli Üyeden Alıntı
[b]Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər[b]

Bakı. Turan Hüseynova-APA. Qazaxıstan paytaxtında Türkiyə və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. APA-nın məlumatına görə, hər iki prezident Qazaxıstanın paytaxtı Astana şəhərinin 10 illik yubiley mərasiminə dəvət alıblar. Bu, prezidentlərin ilk görüşüdür. Qeyd edək ki, tədbirə həmçinin Gürcüstan, Rusiya, Qırğızıstan və digər respublikalarının prezidentləri də dəvət olunublar.

Kim ermenilere sevgi duyarsa o bizden değildir,ermeniler domuzdan bile beterdir,hem o ermeni domuzunun ne işi var Türk Ülkesinde onu oraya davet edene ne diyem ben

6. #2246
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb

[b]BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb[b]

Bakı. Ramil Məmmədli-APA. Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin direktoru Ceyk Cons ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət və seçkiqabağı situasiya ətrafında fikir mübadiləsi aparılıb. C. Cons seçki kampaniyası dövründə ADP ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri isə təmsil etdiyi partiyanın seçkilərə hazırlıq vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında qarşı tərəfi məlumatlandırıb. S. Cəlaloğlu bildirib ki, seçki ilində ADP-nin BRİ ilə əməkdaşlığının partiya üçün səmərəli olacağına ümid edir. Görüşdə ADP funksionerləri və üzvləri üçün seçkilərlə bağlı treninq və seminarların keçirilməsi üçün razılıq da əldə edilib.

7. #2247
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Astanada dövlət başçılarının qeyri-formal sammiti olacaq

[b]Astanada dövlət başçılarının qeyri-formal sammiti olacaq[b]

Bakı. Tamara Qriqoryeva - APA. İyulun 5-6-da Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 10 illiyi münasibətilə təntənəli tədbirlər keçiriləcək. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, tədbirlərə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və İordaniya kralı dəvət olunub.

8. #2248
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"GEN" MMC-nin baş mühasibi də həbs edilib

[b]"GEN" MMC-nin baş mühasibi də həbs edilib[b]

Bakı. Hacı Zeynalov - APA. "GEN" MMC-nin baş mühasibi Əliyar Abbasov da həbs edilib. Bu barədə APA-ya vəkil Telman Qasımov məlumat verib. Onun sözlərinə görə, Ə. Abbasova da Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, bu il iyunun 11-də "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham olunub, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, vətəndaşları aldadadarqa pullarının mənimsəməkdə ittiham olunur.

9. #2249
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azadlıq" qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb

[b]"Azadlıq" qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb[b]

Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə A. Xəlilin vəkili Elçin Sadıqov məhkəmə tərkibinə etiraz edib. O, həmçinin cinayət işinə xitam verilməsi və bu ilin aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində A. Xəlilin dindirilmə və üzləşdirilməsi ilə protokolların sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin rədd edilməsi ilə bağlı qərar çıxarıb. E. Sadıqov daha sonra A. Xəlilin bu ilin fevralın 22-də döyülməsi ilə bağlı Dağbəyi Allahverdiyev, Akif Covdarov, Ələddin Hümbətovun, həmin hadisənin şahidi olmuş üç məktəblinin dindirilməsi barədə vəsatət qaldırıb. Hakim həmin hadisələrin artıq istintaq araşdırmasının aparıldığını və bu məhkəmədə A. Xəlilin bu il martın 13-də bıçaqlanması faktının araşdırıldığını əsas gətirərək, vəsatəti rədd edib. Daha sonra hazırlıq iclası yekunlaşıb və hakim məhkəmə istintaqının başlandığını elan edib. Bundan sonra prokuror Eldar Həmzəyev ittiham aktını oxuyub. Dövlət ittihamçısının çıxışından sonra ifadə verən S. Strekalin özünü qismən təqsirli bilib. A. Xəlili bıçaqlaması ilə bağlı ittihamı qəbul edən təqsirləndirilən narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı ittihamı rədd edib: "Mən Aqil Xəlillə tanış olandan sonra onun jurnalist olduğunu bildim. O mənə qəzetdə işlədiyini və şou-biznesdən yazdığını dedi. Sonradan isə bizim şəxsi münasibətlərimiz yarandı və daimi xarakter aldı. Bir müddət sonra isə ayrıldıq və bir daha görüşdük. Bir ildən sonra isə Ayna Sultanova küçəsində siqaret almaq üçün dayanmışdım. Birdən Aqili keçərkən gördüm. Orda aramızda mübahisə yarandı və onu bıçaqladım". Proses davam edir. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.

10. #2250
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

YAP Siyasi Şurası Nursultan Nazarbayevə təbrik məktubu göndərib

[b]YAP Siyasi Şurası Nursultan Nazarbayevə təbrik məktubu göndərib[b]

Bakı. Ramil Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ölkənin paytaxtı Astana şəhərinin salınmasının 10-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Astana şəhərinin salınmasının tarixi hadisə olduğu qeyd olunub və ölkənin inkişafında N. Nazarbayevin fəaliyyəti təqdir edilib. Məktubda iki ölkə arasındakı çağdaş əlaqələrə də toxunulub və Azərbaycanla Qazaxıstanın qədim əlaqələrə malik olduğu diqqətə çatdırılıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.