Əsas məzmuna keç
Sayfa 216/461 İlkİlk ... 116166206214215216217218226266316 ... SonSon
4610 sonuçtan 2.151 ile 2.160 arası

Azərbaycan Xəbərləri

1. #2151
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı iddiasına baxılıb

[b]Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı iddiasına baxılıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində Azadlıq Hərəkatçıları Birliyinin (AHB) "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. APA-ya məlumat görə, "Azadlıq" qəzetinin vəkil Elçin Sadıqov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. E. Sadıqovun vəsatəti təmin olunub, növbəti məhkəmə prosesi iyulun 10-a təyin edilib.Qeyd edək ki, AHB sədri Təhmasib Novruzov "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub.

2. #2152
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq payızda keçiriləcək

[b]Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq payızda keçiriləcək[b]

Bakı. İlhamə İsabalayeva-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi" ilə əlaqədar ölkə ərazisində növbəti monitorinqi payız aylarında aparacaq. APA-nın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib ki, Azərbaycanda viruslar artıq Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına göndərilmədən təyin edilir: "Azərbaycanda aşkar edilmiş "Afrika taunu" ilə bağlı nümunələri referens laboratoriyasına təxminən 10 gün əvvəl göndərmişik, amma Azərbaycanda bu xəstəlik yanvarın 26-da aşkar edilib. Referens laboratoriyası diaqnozu təsdiq etmək üçündür". İ. Həsənov qeyd edib ki, "quş qripi" ilə mübarizə məqsədi ilə Dünya Bankı Azərbaycana 4,5 milyon dollar vəsait ayırıb. Həmin vəsait hesabına bir sıra avadanlıqların alınması nəzərdə tutulub. Bu layihənin artıq 60 faizi icra olunub. Xidmət rəisinin sözlərinə görə, "quş qripi" ilə mübarizə tədbirlərinin maliyyələşməsində dövlət büdcəsindən vaxtında vəsait ayrılması əsas rol oynayıb. Bu məqsədlə əvvəlcə 800 min, daha sonra isə 2,4 milyon manat ayrılıb. Bu vəsait hesabına 115 yaxın nəqliyyat vasitəsi, laboratoriya avadanlıqları alınıb. İ. Həsənov bildirib ki, 2015-ci ilədək respublikadakı bütün baytarlıq idarələri yenidən qurulacaq: "Həmin vaxtadək rayonlarda, kəndlərdə bir dənə köhnə baytarlıq idarəsi qalmayacaq. Onların hamısı yenidən inşa olunacaq".

3. #2153
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın müdafiə naziri MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

[b]Azərbaycanın müdafiə naziri MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bişkek şəhərinə yola düşüb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirdə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

4. #2154
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ann Dersi: "ABŞ Azərbaycana demokratiyanın inkişafı ilə bağlı təkliflər verib"

[b]Ann Dersi: "ABŞ Azərbaycana demokratiyanın inkişafı ilə bağlı təkliflər verib"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla ABŞ arasında demokratiya məsələsinə dair keçirilmiş növbəti dialoq çox geniş miqyaslı oldu və bir çox mövzuları əhatə etdi".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, ABŞ-ın Azərbaycanda demokratiya və insan haqlarına dəstəyini ifadə etdiyini və proseslərlə bağlı təkliflər irəli sürdüyünü bildirib: "Biz bir daha qeyd etdik ki, ABŞ-ın ən fəal tərəfdaşları demokratiyanın inkişaf etdiyi ölkələrdir". Səfir Azərbaycanın inteqrasiya və inkişaf yolunu seçdiyini, ABŞ-ın da bu yolu dəstəklədiyini bəyan edib. Diplomat KİV azadlığı məsələsi üzərində xüsusi dayanıb: "Azad media olmadan demokratiya ola bilməz. Jurnalistlərə sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır. Onlar yazılarına görə həbs edilməməli və böhtana görə həbsxanaya salınmamalıdır". Seçkilərə toxunan A. Dersinin sözlərinə görə, azad və ədalətli seçkilər təkcə səsvermədən və səslərin sayılmasından ibarət deyil: "İlk növbədə elə bir atmosfer yaradılmalıdır ki, vətəndaşlar özləri müstəqil seçim edə bilsinlər. Namizədlər mediaya sərbəst çıxış imkanına, insanlar isə sərbəst toplaşmaq hüququna malik olmalıdır".

5. #2155
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ötən ay Əfqanıstanda rekord sayda xarici hərbçi həlak olub

[b]Ötən ay Əfqanıstanda rekord sayda xarici hərbçi həlak olub[b]

Bakı. Zaur Nurməmmədov-APA. Cari ilin iyununda Əfqanıstanda ən azı 45 xarici hərbçi həlak olub. APA-nın "Associated Press"ə istinadən yaydığı məlumata görə, bu, 2001-ci ildən bəri rekord rəqəm sayılır. Həlak olanların arasında 27 ABŞ və 13 İngiltərə əsgəri var. Ötən ay İraqda isə 31 xarici hərbçi, o cümlədən 29 ABŞ hərbçisi həlak olub. Qeyd edək ki, hazırda Əfqanıstanda NATO-nun 65 minlik kontingenti fəaliyyət göstərir, onun tam yarısı ABŞ hərbçilərdən ibarətdir. İraqda isə 144 minlik ABŞ qoşunu var. Bundan əlavə orada 4 min İngiltərə əsgəri və digər ölkələrin kiçik bölmələri yerləşdirilib.

6. #2156
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvanda hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib

[b]Naxçıvanda hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib[b]

Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında (MR) hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib.

APA-nın MR Ali Məclisinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, mərkəz Azərbaycanın hava sərhədlərinin hava gəmiləri tərəfindən pozulmasının qarşısını almaq məqsədilə yaradılıb. Buradakı mövcud texniki vasitələr düşmənin hava hücumu vasitələrinin ölkə ərazisinə qəflətən hücumu zamanı ilk zərbələrin dəf edilməsinə imkan verəcək. Müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzində müasir standartlara cavab verən texniki avadanlıqlar quraşdırılıb. Yüksək texniki göstəriciləri ilə seçilən yeni avadanlıqlar MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq edilib.

7. #2157
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vasili İstratov: "Cənubi Qafqazda sabitliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil"

[b]Vasili İstratov: "Cənubi Qafqazda sabitliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil"[b]

Bakı. Laçın Sultanova - APA. "Cənubi Qafqaz regionunda sabitliyin pozulması bu regionun ən iri ölkəsi olan Azərbaycanın maraqlarına uyğun deyil". APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərin Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsinin regionda ümumi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. O, Rusiyanın Cənubi Qafqaz respublikaları ilə tarixi, iqtisadi və mədəni əlaqələrini nəzərə alaraq bu regiondakı münaqişələrin nizamlanmasında konstruktiv rol oynadığını söyləyib. Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilərdən biri olduğunu xatırladıb: "Biz münaqişənin həlli üçün Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə səylər göstəririk".

8. #2158
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Ergenekon qalmaqalı" çərçivəsində Trabzonda da həbslər başlayıb

[b]"Ergenekon qalmaqalı" çərçivəsində Trabzonda da həbslər başlayıb[b]

Trabzon-APA. "Ergenekon qalmaqalı" çərçivəsində İstanbuldan verilən təlimat əsasında Trabzonda da həbslərə başlanılıb. APA-nın məlumatına görə, bir qədər əvvəl Trabzonda fəaliyyət göstərən "Ati Teknoloji" Özəl Səhiyyə Xidmətləri Sənaye və Ticarət Şirkətinin rəhbəri professor Ərcümənt Ovalı həbs olunub. Hazırda Ərcümənt Ovalı Trabzon Əmniyyət Müdürlüyündə istintaqa ifadə verir. Türkiyənin yeganə immun sistemi mərkəzi olan "Ati Teknoloji" rəhbəri olan professor Ərcümənt Ovalı bundan əvvəl Qara dəniz Texniki Universitetində tibb fakültəsində çalışıb.

9. #2159
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın yay sessiyasına qatılan hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər

[b]AŞ PA-nın yay sessiyasına qatılan hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak edən Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva və Səadət Bənənyarlı bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Qocamanlı AŞ PA-da Azərbaycanla bağlı dinlənilən hesabatın kifayət qədər əhatəli olduğunu bildirib, belə bir hesabatın ortaya çıxmasının zəruriliyini vurğulayıb: "Həbsdə olan jurnalistlər və xəstə məhkumlar azadlığa buraxılmadıqları üçün hesabatda kəskin fikirlər əksini tapmışdı". O, İnsan Hüquqları üzrə Komissarlıqda hüquq müdafiəçilərinin durumu barədə geniş müzakirələr apardıqlarını da nəzərə çatdırıb. S. Qocamanlının sözlərinə görə, hazırda komissarlıqda postsovet məkanında fəaliyyət göstərən və təzyiqlərlə üzləşən hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı mexanizmlər işlənib hazırlanır. N. Cəfəroğlu sessiyada Ermənistanla bağlı məruzə barədə danışaraq deyib ki, qonşu ölkədə baş verənlərə kifayət qədər səthi və yumşaq münasibət bildirilib: "Bunu bizimlə görüşdə Ermənistandan olan hüquq müdafiəçiləri də deyirdilər". A. Abdullayeva isə qeyd edib ki, AŞ PA-da Azərbaycanla bağlı qəbul edilən qətnamədə həbsdəki üç jurnalistin, xəstə məhkumların dərhal azadlığa buraxılmaları ilə bağlı məqam öz əksini tapıb: "Biz də onların dərhal azadlıqda olmalarını istəyirik". S. Bənənyarlı Azərbaycanda seçkiqabağı şəraitin demokratik olmasının Avropa Şurası üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Azərbaycan hakimiyyəti bu yöndə addımlar atmalıdır. Hüquq müdafiəçiləri Strasburqda AŞ-ın İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq, Venesiya Komissiyasının, "Aqo" Monitorinq Qrupunun rəhbərliyi, AŞ PA-nın monitorinq və siyasi komitələrinin təmsilçiləri, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel, Yevgeniya Jivkova, İsveçrədən olan deputat, ölkəmiz üzrə AŞ PA-nın keçmiş həmməruzəçisi Andreas Qrossla görüşdüklərini bildiriblər.

10. #2160
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞPA prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb

[b]AŞPA prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb[b]

Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Parlamentdən APA-ya daxil olan məlumata görə, AŞPA prezidenti görüşdə Azərbaycanda insan haqlarının qorunmasını yüksək qiymətləndirib. O, Azərbaycanla AŞPA arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan nümayəndə heyətinin qurumun sessiyalarına aktiv qatıldığını bildirib. Milli Məclisin sədri Oqtay Əsədov L. M. De Puçun Azərbaycana səfərini yüksək qiymətləndirib. Spiker AŞPA prezidenti ilə Strasburqda və Sankt-Peterburqda keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb: "Milli Məclis dünyanın müxtəlif beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası ilə uğurlu əməkdaşlıq edir".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.