[b]Luis Maria de Puç: "Ümidvaram ki, Edvard Oharanın rəhbərlik etdiyi missiyanın Cənubi Qafqaza səfəri baş tutacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ümidvaram ki, Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi Edvard Oharanın rəhbərlik etdiyi missiyanın Cənubi Qafqaza səfəri baş tutacaq".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan AŞ PA prezidenti Luis Maria de Puç verib. Onun sözlərinə görə, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynovla görüşündə bu məsələ diqqət mərkəzində olub: "Əminəm ki, Edvard Ohara ilə danışıqlar davam edəcək və son nəticədə yekun qərar qəbul olunacaq".
Azərbaycan Xəbərləri
Printable View

07-02-2008, 02:41 PMAPALuis Maria de Puç: "Ümidvaram ki, Edvard Oharanın rəhbərlik etdiyi missiyanın Cənubi Qafqaza səfəri baş tutacaq"

07-02-2008, 02:51 PMAPASəfər Əbiyev: "MDB-yə üzv ölkələrin ərazisindəki münaqişələr bir nömrəli problem olaraq qalır"
[b]Səfər Əbiyev: "MDB-yə üzv ölkələrin ərazisindəki münaqişələr bir nömrəli problem olaraq qalır"[b]
Bakı. Turan Hüseynova - APA. "MDB-yə üzv ölkələrin ərazisindəki münaqişələr bir nömrəli problem olaraq qalır".
[APA-nın Qırğızıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu sözləri MDB ölkələri müdafiə nazirləri Şurasının Bişkekdə keçirilən toplantısında çıxış edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib. Nazir Azərbaycanın 20% ərazisinin Ermənistanın işğalı altında olduğunu, mövcud konfliktlərin MDB ölkələri arasında münasibətlərə və əlaqələrin inkişafına mənfi təsir göstərdiyini vurğulayıb. Qeyd edək ki, Şuranın iclasında 20-dən çox sənədə baxış keçirilib. -
07-02-2008, 03:01 PMAPAPolad Bülbüloğu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox mühüm rol oynayır"
[b]Polad Bülbüloğu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox mühüm rol oynayır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanla Rusiya arasında ən yüksək səviyyədə, yəni hökumətlər və prezidentlər səviyyəsində tərəfdaşlıq dialoqu var. Dialoq prosesində isə ortaya çıxan problemləri həmişə həll etmək mümkündür". APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "RİA Novosti" agentliyinə müsahibəsində öz əksini tapıb. O, Rusiya prezidentinin öz fəaliyyətinin əsas prioriteti kimi MDB-ni götürməsini düzgün addım adlandırıb: "Əgər regionda GUAM, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi, Avrasiya İqtisadi Birliyi və digər ittifaqların yaranması göstərir ki, MDB daha çox danışıqlar formatında olan qurumdur". Səfir Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi rol oynadığını bildirib: "Rusiya münaqişənin həlli prosesində ciddi rol oynayır. Mən isə şuşalıyam, buna görə də münaqişənin dərinliklərini daha yaxşı anlayıram. Bu isə çox mühüm məqamdır". -
07-02-2008, 03:11 PMAPATürkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb
[b]Türkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb[b]
Ankara - APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 1-də həyata keçirilən həbslərlə bağlı rəsmi açıqlama yayıb.
[APA-nın məlumatına görə, istefada olan generalların evlərində və ofislərində aparılmış axtarışlarla bağlı verilən açıqlamada deyilir: "Həbs və axtarışların bir qismi hərbi məhəllələrdə aparılıb. Bəzi mətbuat orqanlarında bunların Baş Qərargahın icazəsi ilə edildiyi barədə xəbərlər yer alıb. Bildiririk ki, axtarışlar 5271 saylı Cəza Mühakiməsi Qanununun 119-cu maddəsinin 5-ci bəndinə uyğun aparılıb. Həmin bənddə deyilir ki, hərbi məhəllələrdə axtarışlar prokurorun istəyi və iştirakı ilə hərbi orqanlar tərəfindən aparılır". -
07-02-2008, 03:21 PMAPAAXCP sədrinin müavini Müsavat Partiyasını avantürizmdə ittiham edib
[b]AXCP sədrinin müavini Müsavat Partiyasını avantürizmdə ittiham edib[b]
[Bakı. Elnur Məmmədli - APA. "Hesab etmirəm ki, "Azadlıq" blokunda təmsil olunan şəxslər Müsavatın avantürist ideyasına şərik olacaqlar. Müsavatçıların blokun elektoratını öz tərəflərinə çəkmək cəhdi tamamilə qeyri-ciddi yanaşmadır". Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli Müsavat Partiyası təmsilçilərinin seçkilər zamanı "Azadlıq" blokunun tərəfdarlarını İsa Qəmbəri dəstəkləməyə çağıracaqları ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. N. Məmmədlinin sözlərinə görə, bu gün boykot qərarı ictimai fikirdə oturuşub və nəinki "Azadlıq" blokunun üzvləri, daha geniş spektr bu ideyanı dəstəkləyir: "Müsavat hazırda bütün vasitələrlə özünü seçki tərəfdarı kimi göstərməklə bu ideyanı imitasiya vasitəsinə çevirir. Amma bunun perspektivi yoxdur. Çünki Azərbaycan cəmiyyəti onsuz da bu imitasiyalardan təngə gəlib. Ona görə də Müsavat sadəcə seçkidə iştirakına haqq qazandırmaq üçün bu qeyri-sağlam ideyaya əhalinin mümkün qədər geniş hissəsini cəlb etməyə çalışır". Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə belə müraciətin edilməsində hər hansı avantüra və qeyri-ciddiliyin olmadığını düşünür: "Seçkidə iştirak edən hər hansı tərəf bütün elektorata müraciətlər edir. İsa Qəmbər prezident olacaqsa, yalnız müsavatçıların prezidenti olmayacaq. Bu baxımdan siyasi partiyalara müraciət edilməsi normal haldır. Biz seçki ərəfəsində hətta sıravi YAP-çılara da müraciətlər edəcəyik". -
07-02-2008, 03:31 PMAPATürkiyənin ən böyük biznes qurumlarından birinin rəhbəri hökuməti sərt tənqid edib
[b]Türkiyənin ən böyük biznes qurumlarından birinin rəhbəri hökuməti sərt tənqid edib[b]
Ankara - APA. Türkiyənin ən nəhəng biznes qurumlarından biri olan Ticarət Palataları və Birjalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu Ankara Ticarət Palatasının sədri Sinan Aygünün həbsinə sərt reaksiya verib.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara Ticarət Palatası Məclisinin toplantısına qatılan R. Hisarcıklıoğlu Türkiyə iş dünyasının hər zaman demokratiyanın, şəffaflığın, legitimliyin tərəfində olduğunu, belə bir ailənin hörmətli nümayəndəsinin hərbi çevriliş dövrlərini xatırladan üsulla həbs edilməsinin bütün iş adamlarını dərindən yaraladığını bildirib: "Açıq deyirəm: bu durumu əsla qəbul etmirik. Aygünün adının hələ də ictimaiyyətə açıqlanmamış bəzi qeyri-qanuni fəaliyyətlərdə hallandırılmasını, hər hansı ittiham irəli sürülmədən bu cür davranışa məruz qalmasını pisləyirik". R. Hisarcıklıoğlu S. Aygünün qeyri-qanuni hərəkətlərə yol verəcəyinə inanmadıqlarını deyib: "Dəvət edilsəydi, ədalət mühakiməsinə yardımçı olmaq üçün ifadə verməyə getməyəcəkdi? Dünən baş verənlər insan ləyaqətinə zərbədir. Çünki ticarət inam, etimad üzərində qurulur. Bir tacirin ən böyük sərmayəsi onun etibarıdır". Ticarət Palataları və Birjalar Birliyinin sədri hesab edir ki, bir siyasi sistem hüquq və ədalət çərçivəsindən çıxmaqla qorunacaqsa, o sistem heç qorunmağa layiq deyil. Onun sözlərinə görə, S. Aygünün məruz qaldığı davranış Türkiyənin gələcəyi ilə bağlı narahatlığı artırıb: "Gecə yatarkən "səhər hansı Türkiyədə oyanacağam" narahatlığı içində olmaq istəmirəm. Hüququn olmadığı yerdə azadlıq da yoxdur. Yaşadığımız olaylar cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir, iqtisadi həyata mənfi təsir göstərir". R. Hisarcıklıoğlunun çıxışı dəfələrlə alqışlarla kəsilib. -
07-02-2008, 03:41 PMAPABakıda və Qazaxda yaşayış evlərində partlayış baş verib
[b]Bakıda və Qazaxda yaşayış evlərində partlayış baş verib[b]
[Bakı-Qazax. Məhbubə Qasımbəyli - APA. Bakının Yasamal rayonu, M. Əliyev küçəsi, ev 60-da ünvanında yaşayan Tofiq Salmanovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə xəsarət alan T. Salmanov xəstəxanaya yerləşdirilib. Daha bir partlayış Qazaxda qeydə alınıb. Qazax rayonundakı 20 Yanvar küçəsi, ev 14-də yaşayan Şahsənəm Süleymanovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə xəsarət alan Ş. Süleymanova xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır. -
07-02-2008, 03:51 PMAPARusiya vətəndaşı Azərbaycanda qəza törədib, üç nəfər ölüb
[b]Rusiya vətəndaşı Azərbaycanda qəza törədib, üç nəfər ölüb[b]
Göyçay-APA. Göyçay rayonunun Mirzəhüseynli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax rayon sakini Həmzə Əhmədovun idarə etdiyi "Mercedes" markalı və Rusiya Federasiyası vətəndaşı Cavid Fərəcəovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə C .Fərəcov və "VAZ-2107"-in sərnişinlərindən, Rusiya vətəndaşları Sülhiyyə Abdulrəhmanova, onun oğlu Nicat hadisə yerində keçiniblər. Xəsarət alan Rusiya vətəndaşları Fuad Sadıqov, Mövlud Abdulrəhmanov, habelə H. Əhmədov isə xəstəxanaya yerləşdiriliblər. -
07-02-2008, 04:01 PMAPADini konfessiyaların rəhbərləri Dmitri Medvedyevə Azərbaycandakı tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər
[b]Dini konfessiyaların rəhbərləri Dmitri Medvedyevə Azərbaycandakı tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər[b]
[Bakı. Laçın Sultanova-APA. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Bakıda Rusiya prezidenti Dmitri Medvedyevlə görüş zamanı Azərbaycanda tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər. APA-nın məlumatına görə, bu barədə Xəzəryanı və Bakı yepiskopu Aleksandr Ata deyib. "Azərbaycanda konfessiyalararası münasibətlər bütün dünyada böyük maraq doğurur. Bu münasibətlər barədə Almaniyada keçirilmiş konfransda da danışmışam. Rusiyanın yeni seçilmiş prezidentinin Azərbaycana səfəri bir məqamla da əlamətdardır. Dmitri Medvedyev ilk səfərlərindən birini Azərbaycana edir. Bu onu göstərir ki, Rusiya Azərbaycana böyük maraq göstərir, səfər bu əlaqələrin bütün sahələr və səviyyələrdə inkişafına xidmət edəcək". -
07-02-2008, 04:11 PMAPAİtalyan mediası Türkiyə-Çexiya matçının son 48 ilin ən yaxşı oyunu kimi əbədiləşdirilməsi təklifi ilə UEFA-ya müraciət edəcək
[b]İtalyan mediası Türkiyə-Çexiya matçının son 48 ilin ən yaxşı oyunu kimi əbədiləşdirilməsi təklifi ilə UEFA-ya müraciət edəcək[b]
[Roma-APA. İtaliyanın "Tuttosport" qəzeti Türkiyə-Çexiya matçının əbədiləşdirilməsi təklifi ilə UEFA-ya rəsmən müraciət edəcək. APA-nın məlumatına görə, qəzetin köşə yazarı Massimo Françi bu oyunun Avropa çempionatı tarixinin ən gözəl və baxımlı oyunu seçilməsi ilə bağlı UEFA-nın qərarını alqışlayıb. "Avropa çempionatında Türkiyə-Çexiya oyununun oynandığı "Stat de Geneve" stadionunun qarşısına üzərində "Son 48 ilin ən gözəl oyunu bu stadionda Türkiyə ilə Çexiya milliləri arasında oynanıb. Fatih Terim və tələbələrinə bizə bu həyəcanı yaşatdıqlarına görə təşəkkür edirik" sözləri yazılmış löhvə vurulsun. Bununla bağlı UEFA-ya rəsmi müraciət etməyə hazırlaşırıq". Massimo Françi Fatih Terimi Sultan Süleymanla müqayisə edib: "Fatih Terim Türkiyə yığmasını Sultan Süleyman kimi idarə etdi və Avropanın nəhənglərinə meydan oxudu. Terim Avropa çempionatının düşən nüfuzunu öz xarizması hesabına xilas etmiş oldu. O oyun 48 ilin ən yaxşı oyunudur. Həmin oyunun yaddaşlarda əbədiləşdirilməsi üçün qəzet olaraq UEFA qarşısında bu təkliflə çıxış edəcəyik".