[b]Politoloq Aleksandr Skakov: "ATƏT-in Minsk Qrupu üzvlərinin qəribə optimizmi heç nəyə əsaslanmır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar tərəflərə heç nə vermir". APA-nın məlumatına görə, bu fikirləri İrəvan-Moskva-Bakı telekörpüsündə çıxışı zamanı Rusiya Strateji Tədqiqatlar İnstitutunun MDB bölməsinin rəhbəri Aleksandr Skakov deyib.
[O bildirib ki, danışıqlar müstəvisi istənilən formatda eynidir: "Əsas məsələ odur ki, danışıqlar - istər MDB, istər BMT, istərsə də ATƏT çərçivəsində aparılsın, - eyni olaraq qalır və danışıqlar prosesinin imitasiyasının harada getməsini bir əhəmiyyəti yoxdur. Buna görə də ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların nə isə nəticəsi olduğu ilə bağlı özünü aldatmaq lazım deyil. Bu danışıqlar tərəflərə heç nə vermir. ATƏT-in Minsk Qrupu üzvlərinin bu qəribə optimizmi heç nəyə əsaslanmır, onlar sadəcə boş yerə iş görmədiklərinə dair görüntü yaratmaq istəyirlər". Aleksandr Skakov münaqişənin həllində zaman amilinə güvənməyin də yersiz olduğunu bildirib: "Ümid etmək olmaz ki, iyirmi il keçəcək, Azərbaycan güclü dövlətə çevriləcək və problem öz-özünə həllini tapacaq. Çünki zaman təkcə Azərbaycanın deyil, Ermənistan və Dağlıq Qarabağın da xeyrinə işləyir". Aleksandr Skakov danışıqlar üçün Bakı-İrəvan və Bakı-Xankəndi platformalarının yaradılmasını vacib sayıb.
Azərbaycan Xəbərləri
Printable View

06-11-2008, 03:01 PMAPAPolitoloq Aleksandr Skakov: "ATƏT-in Minsk Qrupu üzvlərinin qəribə optimizmi heç nəyə əsaslanmır"

06-11-2008, 03:11 PMAPASergey Markedonov: "Tatarıstan muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir"
[b]Sergey Markedonov: "Tatarıstan muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Tatarıstan muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir".
[APA-nın məlumatına görə, bu fikirləri İrəvan-Moskva-Bakı videokörpüsündə çıxışı zamanı Rusiyadan olan politoloq Sergey Markedonov söyləyib. O, fikrini Tatarıstanda hərbi konfliktin və münaqişə qurbanlarının olmaması ilə əsaslandırıb: "Həmçinin Tatarıstan Rusiyanın tərkibində ayrılacağını bəyan etməmişdi və Tatarıstanda etnik təmizləmə siyasəti də aparılmamışdı. Amma Tatarıstan modelinin inkarı o demək deyil ki, Dağlıq Qarabağa müstəqillik vermək lazımdır". -
06-11-2008, 03:21 PMAPABakıda Moldova Ticarət Evi açılacaq
[b]Bakıda Moldova Ticarət Evi açılacaq[b]
[Buxarest. Kərim Həsənli - APA. Azərbaycanda Moldova Ticarət Evi açılacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Afinada keçirilən toplantısında Moldova parlamentinin sədri Marian Lupu ilə görüşündə deyib. O. Əsədov bildirib ki, Moldova Ticarət Evinin açılması iki ölkənin işgüzar dairələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. Bundan başqa, Moldova qanunvericilk orqanının nümayəndə heyətinin Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş təntənələrdə iştirak etməsi də dəqiqləşib. -
06-11-2008, 03:31 PMAPAElmar Məmmədyarovun Polşaya rəsmi səfərinin proqramı açıqlanıb
[b]Elmar Məmmədyarovun Polşaya rəsmi səfərinin proqramı açıqlanıb[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 12-13-də Polşaya nəzərdə tutulan rəsmi səfərinin proqramı məlum olub. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov səfərin ilk günündə həmkarı Radoslav Sikorski ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri və perspektivləri müzakirə ediləcək. Sonra nazir Polşa Senatının marşalı Boqdan Boruseviç, Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə görüşəcək. Elmar Məmmədyarovu Polşa prezidenti Lex Kaçinski də qəbul edəcək. -
06-11-2008, 03:41 PMAPAAzərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovun dəfnində iştirak edəcək
[b]Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovun dəfnində iştirak edəcək[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Çingiz Aytmatovun vəfatı ədəbiyyatımız üçün böyük itkidir. O, türk dünyasının böyük yazıçısı olmaqla yanaşı, Azərbaycan xalqının yaxını, bizim hamımızın dostu idi. Onun vəfatı hamımızı sarsıtdı".
[Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. Ç. Aytmatovun vəfatı ilə əlaqədar "Vida sözü" yazdığını bildirən Anar AYB-nin adından yazıçının ailəsinə başsağlığı teleqramı göndərildiyini söyləyib: "Dəfndə iştirak etmək üçün iyunun 13-də Yazıçılar Birliyinin məsul katibi Nazim İbrahimovla Qırğızıstana yola düşəcəyik". Qeyd edək ki, Ç. Aytmatov iyunun 14-də dəfn olunacaq. -
06-11-2008, 04:51 PMAPASabir Rüstəmxanlı: "Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək"
[b]Sabir Rüstəmxanlı: "Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək və onların fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək". Bunu APA-ya açıqlamasında DAK həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Kölndə keçirilmiş X qurultayın sənədləri qeydiyyata alınmaq üçün İsveçin vergi üzrə dövlət qurumuna təqdim ediləcək. S. Rüstəmxanlı özünü DAK kimi təqdim edən qruplarla bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət ediləcəyini də söyləyib: "Beynəlxalq nişanların qeydiyyatı barədə Madrid Konvensiyasına əsasən ictimai təşkilatın adından qanunsuz olaraq fəaliyyət göstərmək qadağandır. Biz də bu konvensiya əsasında DAK adından istifadə edən istənilən şəxslə bağlı müvafiq instansiyalara şikayət edəcəyik. Demokratik Dünya Azərbaycanlıları Konqresi və Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrupların artıq DAK-a heç bir aidiyyəti yoxdur. Bizim hər təşkilatdan uzaqlaşan şəxslərlə birlik qurultayı keçirməyə vaxtımız yoxdur. Bu, həm də gülünc məsələdir". S. Rüstəmxanlı özü və yaxınları haqqında internetdə gedən təhqiramiz fikirlərə də münasibət bildirib: "Qurultay ərəfəsində bir qrup şəxs məqsədli şəkildə mətbuat orqanlarına təhqiramiz elektron məktublar göndərib. Bu məktublarda mənim şəxsiyyətim təhqir olunub. Bu işi görənlərin kimliyi haqda məlumatım var. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək". -
06-11-2008, 05:01 PMAPA"Loğman" Tibb Məktəbinin direktoru məhkəmədə ittihamları rədd edib
[b]"Loğman" Tibb Məktəbinin direktoru məhkəmədə ittihamları rədd edib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Binəqədi rayon Məhkəməsində "Loğman" Tibb Məktəbinin direktoru Rəmziyyə Abdullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Hakim Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub. Təqsirləndirilən şəxs qismində ifadə verən R. Abdullayeva ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.Qeyd edək ki, R. Abdullayeva Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur. "Loğman" Tibb Məktəbinin fəaliyyəti 2006-cı ildə dayandırılsa da, məktəbdə qanunsuz tələbə qəbulu aparılıb. -
06-11-2008, 05:11 PMAPABaş Prokurorluq Ukraynada siyasi sığınacaq alan Rövşən Caniyevin Azərbaycana təhvil verilməsini tələb edib
[b]Baş Prokurorluq Ukraynada siyasi sığınacaq alan Rövşən Caniyevin Azərbaycana təhvil verilməsini tələb edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Rövşən Rafiq oğlu Caniyevə Ukraynada siyasi sığınacaq verməsi ilə bağlı həmin ölkənin Baş Prokurorluğuna müraciət edib.
[Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Baş Prokurorluq həmin şəxsə siyasi sığınacaq verilməsini qanunsuz saydığını bildirib. Müraciətdə qeyd olunub ki, Ukrayna Baş Prokurorluğu bununla bağlı araşdırma aparmalı, qərarın ləğvi barədə müvafiq addımlar atılmalı, R. Caniyev Azərbaycana ekstradisiya olunmalıdır. Qeyd edək ki, kriminal aləmdə "Rövşən Lənkəranski" kimi tanınan R. Caniyev 2000-ci ildə Azərbaycanda törədilmiş cinayətdə şübhəli bilinir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə axtarışda olan R. Caniyev bu ilin fevralında Kiyevdə saxlanılıb. -
06-11-2008, 05:21 PMAPAAzərbaycanda sterilizasiya qurğusu və tədqiqat nüvə reaktorunun əsaslandırılması layihəsi üzrə AEBA ilə razılıq əldə olunub
[b]Azərbaycanda sterilizasiya qurğusu və tədqiqat nüvə reaktorunun əsaslandırılması layihəsi üzrə AEBA ilə razılıq əldə olunub[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri Yan Şuler və Andrey Çupov bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovla görüşüblər. Bu barədə APA-ya açıqlamasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Bu gün həm də Radiasiya Problemləri İnstitutunda olan AEBA nümayəndələri Azərbaycanda həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparıblar. A. Qəribovun sözlərinə görə, iki layihə ilə bağlı razılıq əldə olunub: "Sterilizasiya qurğusu və tədqiqat nüvə reaktorunun əsaslandırılması üzrə layihə ətrafında danışıqlar aparılıb və bu layihələrin 2009-cu ildən icrasına başlanması nəzərdə tutulub". -
06-11-2008, 06:31 PMAPASvetlana Qasımova "Şöhrət" ordeni ilə təltif edilib
[b]Svetlana Qasımova "Şöhrət" ordeni ilə təltif edilib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Svetlana Qasımovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Qasımova ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub. Qeyd edək ki, S. Qasımova Mərkəzi Seçki Komissiyasının sədr müavinidir.