[b]Azərbaycan paytaxtında bir ailənin dörd üzvü qətlə yetirilib[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 7/19 saylı binanın 26-cı mənzilində dəhşətli qətl hadisəsi baş verib.
[Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, evə girən cinayətkar dəstə mənzildə olan Ofeliya Aslanova, onun qızları - Sevinc, Nərgiz və 7 yaşlı nəvəsi Fəridi qətlə yetirib. Cinayətin izini itirmək məqsədilə qətlə yetirilən şəxslər yandırılıb. Hadisə yerinə gələn istintaq qrupu araşdırmalara başlayıb. Ekspert kriminalistlər otaqda olan barmaq izlərini götürüblər. Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Azərbaycan Xəbərləri
Printable View

04-15-2008, 01:11 PMAPAAzərbaycan paytaxtında bir ailənin dörd üzvü qətlə yetirilib

04-15-2008, 01:16 PMAPAAzərbaycan Milli Məclisində Dağlıq Qarabağa dair müzakirələrin aparılması təklif edilib
[b]Azərbaycan Milli Məclisində Dağlıq Qarabağa dair müzakirələrin aparılması təklif edilib[b]
[BAKI. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı deputat Musa Quliyev Gəncədə Ermənistandan qaçqın düşən azərbaycanlıların məskunlaşdıqları Yeni İrəvan adlanan əraziyə qəsəbə statusunun verilməsini təklif edib. Ölkə başçısı Ağdamda səfərdə olarkən İrəvanın ermənilərə verilməsi məsələsinə toxunduğunu xatırladan deputata Milli Məclisin bu sahədə hansı işlər gördüyü ilə maraqlanıb. Spiker Oqtay Əsədov cavabında bildirib ki, Milli Məclisinin komissiyası bu sahədə işləyir və yaxın iclasların birində məsələ ilə bağlı bəyanat veriləcək. Deputat Fəzail Ağamalı təklif edib ki, qərbi azərbaycanlılarla bağlı veb-sayt yaradılsın. Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə Dağlıq Qarabağa dair müzakirələrin aparılmasını təklif edib. Onun sözlərinə görə, Ermənistanda Serj Sərkisyan hakimiyyətə gələndən sonra qeyri-demokratik rejim daha da aqressivləşib. Erməni tərəfi konstruktiv olmayacağını bəyan edib. Deputat Fazil Qəzənfəroğlu Azərbaycanda nəşr olunan "Diplomat" qəzetinin PKK terror təşkilatını təbliğ etdiyini söyləyib. Qəzetdə Türkiyə əleyhinə materialların dərc olun deyən millət vəkili bununla bağlı ölçü götürülməsini təklif edib. Deputat həmçinin Əbülfəz Elçibəyin 70 illik yubileyinin qeyd olunması, ona eks-prezident statusunun, ailəsinə təqaüdün verilməsi ilə bağlı məsələ qaldırıb. Millət vəkili İkram İsrafilov isə bildirib ki, Müsavat Partiyasının onlarla rayon təşkilatı qərargahından çıxarılıb: "Buna son qoyulmalıdır. Ölkədə seçkiqabağı vəziyyət yaxşılaşdırılmalıdır". Millət vəkili Vahid Əhmədov isə bildirib ki, yaşayış minimumu və ehtiyac meyarı yüksəldilməlidir. -
04-15-2008, 01:46 PMAPAAzərbaycan prezidenti Ukrayna səfiri Stepan Volkovetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
[b]Azərbaycan prezidenti Ukrayna səfiri Stepan Volkovetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ukrayna səfiri Stepan Volkovetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Volkovetski son illər Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və humanitar sahələrdə uğurla inkişaf etdiyini deyib.Öz növbəsində prezident İ. Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. -
04-15-2008, 01:51 PMAPAQoşunların təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb
[b]Qoşunların təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb[b]
[Goranboy. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun köməkçiləri Piter Ki və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Jaslan Nurtazin keçiriblər. -
04-15-2008, 01:56 PMAPAAŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı müzakirələr aparılmayıb
[b]AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı müzakirələr aparılmayıb[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin ilk iclası keçirilib.
[İclasda iştirak edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-nın Avropa bürosunun əməkdaşına verdiyi məlumata görə, iclasda əsasən Ermənistanda mövcud durum və Gürcüstanda seçkiqabağı vəziyyət müzakirə olunub. AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı heç bir məsələ müzakirə edilməyib. AŞ PA-nın yaz sessiyası çərçivəsində Monitorinq Komitəsinin daha iki iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclaslarda Azərbaycanla bağlı müzakirələr aparılacaq. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin APA-nın Avropa bürosuna verdiyi məlumata görə, iclasda həmməruzəçilərin qurumun iyun sessiyasına qədər Azərbaycana səfəri məsələsi də müzakirə edilə bilər. -
04-15-2008, 02:01 PMAPASumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleks tikiləcək
[b]Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleks tikiləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleksinin tikilməsi nəzərdə tutulur. Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kompleks Hacı Zeynalabdin qəsəbəsində ucaldılacaq. Artıq kompleksin yerləşdiyi ümumi sahəsi 300 m təşkil edən ərazi daş hasara alınıb. Abidənin tikintisi məqsədilə şairin doğma vətəni olan Xızı rayonunun Sayalı kəndindən xüsusi daşlar gətirilib. Hazırda həmin ərazinin tamet daş örtüyü ilə döşənilməsi işləri həyata keçirilir. Daha sonra isə xatirə memorialının yerləşdiyi sahənin müxtəlif növ ağac və dekorativ kollarla bəzədilməsi, oturacaqlarla təmin edilməsi nəzərdə tutulub. Qeyd edək ki, kompleksin tikinti işlərinin aprelin sonunda başa çatdırılması nəzərdə tutulur. -
04-15-2008, 02:06 PMAPAABŞ-dakı Azərbaycan diasporasının rəhbərləri Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri ilə görüşüblər
[b]ABŞ-dakı Azərbaycan diasporasının rəhbərləri Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri ilə görüşüblər[b]
Nyu-York. Hüsniyyə Həsənova - APA. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov və Azərbaycan Amerika Şurasının rəhbəri Cavid Hüseynov Nyu-Yorkun yəhudi icmasının Əlaqələr Şurasının konqresmenlər üçün təşkil etdiyi səhər yeməyinə qatılıblar.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbirdə iştirak edən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Şariv, konqresmenlər Stiv İsrael, Harri Akerman, Nita Lovey, Yvett Klark, senator Ron Viden, eləcə də Nyu-York yəhudi icmasının Əlaqələr Şurasının nümayəndələri Yaxın Şərq sülh prosesi, ABŞ-la İsrailin qlobal terror və regional təhlükələr baxımından birgə maraqları barədə danışıblar. İştirakçılar mərasimə dəvət olunan Azərbaycan diasporasının nümayəndələrini salamlayıblar. Tədbirin gedişində Adil Bağırov və Cavid Hüseynov Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri Nita Loveylə görüşüblər. Onlar Azərbaycanın Türkiyə ilə birlikdə ABŞ və İsraillə strateji müttəfiqlik yaradan iki dünyəvi müsəlman dövlətindən biri kimi Ağ Evin davamlı dəstəyinə layiq olduğunu söyləyiblər. Cəmiyyət rəhbərləri xanım Loveyə yəhudilərin uzun illər Azərbaycanda sülh və əmin-amanlıq içində yaşadığı barədə məlumat veriblər. Xatırladaq ki, bir müddət əvvəl Konqresin 39 ermənipərəst üzvü xanım Loveyə müraciət edərək 2009-cu ildə Azərbaycana ayrılan maddi yardımın azaldılmasını tələb ediblər. Diaspora üzvləri senator Ron Videnlə də görüş keçiriblər. -
04-15-2008, 02:11 PMAPAValeri Çeçelaşvili: "Moldova GUAM-dan çıxmayacaq"
[b]Valeri Çeçelaşvili: "Moldova GUAM-dan çıxmayacaq"[b]
Bakı. Laçın Sultanova - APA. "Tam məsuliyyətlə deyə bilərəm ki, Moldova GUAM-dan çıxmayacaq".
[APA-nın məlumatına görə, bu sözləri GUAM-ın baş katibi Valeri Çeçelaşvili Bakıda bəyan edib. Baş katib bu barədə məlumatların şişirdildiyini qeyd edib. Xatırladaq ki, bir qədər əvvəl Moldova prezidenti Vladimir Voronin GUAM-dan gözlədiklərini almadıqları barədə açıqlama verib. -
04-15-2008, 02:21 PMAPAMəzahir Əfəndiyev: "Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən keçirilir"
[b]Məzahir Əfəndiyev: "Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən keçirilir"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. "Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən keçirilir. Bu cinayətlərlə bağlı məsuliyyətə cəlb olunma hallarına görə, İran vətəndaşları çoxluq təşkil edir". APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının beşinci mərhələsinin təqdimat mərasimində çıxış edən proqramın Azərbaycan üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev bildirib. M. Əfəndiyev deyib ki, 2007-ci ildə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən İranla yanaşı, Afrika, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna vətəndaşları da cinayət məsuliyyətinə cəlb olunublar. -
04-15-2008, 03:21 PMAPAPiter Şider: "Ümid edirik ki, Azərbaycan Avropa standartlarına uyğun seçki keçirmək baxımından nümunə olacaq"
[b]Piter Şider: "Ümid edirik ki, Azərbaycan Avropa standartlarına uyğun seçki keçirmək baxımından nümunə olacaq"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini necə yerinə yetirməsi ilə bağlı iradlar olsa da, inkişaf da göz önündədir". APA-nın məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti Piter Şider deyib. O, prezident seçkilərinin keçiriləcəyi cari ilin Azərbaycan üçün çox əhəmiyyətli il olduğunu bildirib: "Biz ümid edirik ki, Azərbaycan Avropa standartlarına uyğun seçki keçirmək baxımından nümunə olacaq". P. Şider hər şeyin Azərbaycandan asılı olduğunu söyləyərək ölkədə seçki kampaniyasının gedişində xüsusi problem yaranmayacağına, Azərbaycanın azad, demokratik, ədalətli seçki keçirəcəyinə ümid bəslədiklərini vurğulayıb.