[b]Azərbaycan müxalifət partiyası prezidentliyə namizədini müəyyənləşdirib[b]
Bakı. Ramil Məmmədli - APA. Azadlıq Partiyasının Mərkəzi İcraiyyə Komitəsi partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
[Ə. Oruc APA-ya bildirib ki, qərar tövsiyə xarakterli olduğundan Ali Məclis tərəfindən təsdiq olunmasına ehtiyac var. O, Ali Məclisin sessiyasının iyulun ikinci ongünlüyündə keçiriləcəyini də qeyd edib: "Partiyanın prezident seçkisindəki fəaliyyəti Demokratiya Uğrunda İttifaqın seçki ilə bağlı qəbul etdiyi platformaya uyğun müəyyənləşdirəcək. Qurumda vahid platformanın hazırlanması istiqamətində iş aparılır".
Azərbaycan Xəbərləri
Printable View

06-28-2008, 01:51 PMAPAAzərbaycan müxalifət partiyası prezidentliyə namizədini müəyyənləşdirib

06-28-2008, 02:01 PMAPAİraqda xidmət edən Azərbaycan sülhməramlısı həlak olub
[b]İraqda xidmət edən Azərbaycan sülhməramlısı həlak olub[b]
Xaçmaz. Solmaz Mehdiyeva-APA. İraqda xidmət edən Azərbaycan sülhməramlısı vəfat edib. APA-nın şimal bürosunun məlumatına görə, 2006-cı ilin dekabrında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Rafael Ağayev bir neçə gün əvvəl İraqda dünyasını dəyişib. Onun hansı şəraitdə öldüyü barədə məlumat verilmir.
[Əsgərin hərbi xidmətinin başa çatmasına 3 gün qalıbmış. R. Ağayev anadan olduğu İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb. Faktla bağlı Müdafiə Nazirliyinin 2 gün sonra rəsmi açıqlama yayacağı bildirilir. Müdafiə Nazirliyindən isə hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb. -
06-28-2008, 02:11 PMAPAFüzuli rayonunda baş verən yol qəzasında Azərbaycan ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi isə yaralanıb
[b]Füzuli rayonunda baş verən yol qəzasında Azərbaycan ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi isə yaralanıb[b]
Füzuli. Teymur Zahidoğlu - APA. Dünən axşam saatlarında Azərbaycanın Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində ağır yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin zabiti, xidmət rəisi, mayor Həsənov Məzahir Mədət oğluna məxsus "Mercedes" markalı şəxsi avtomobilin aşması nəticəsində avtomobildə olan üç hərbçidən biri ölüb, ikisi isə yaralanıb. Ölən hərbçi Milli Qvardiyanın zabiti, mayor Cəfərov Arif Yusif oğludur.
[O, hadisə yerindəcə keçinib. Avtomobili idarə edən, M. Həsənov və mayor Qurbanov Natiq Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. N. Qurbanov da Müdafiə Nazirliyinin zabitidir. Yaralılar hərbi hospitala yerləşdiriliblər. Faktla bağlı Füzulu Hərbi Prokurorluğunda araşdırma başlayıb. -
06-28-2008, 02:21 PMAPAAzərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək
[b]Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyunun 30-da və iyulun 1-də Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən məlumat verilib. Ukrayna Mədəniyyət Günlərinin açılış mərasimi iyunun 30-da Yaşıl Teatr Bakı Konsert Kompleksində təşkil olunacaq. Həmin gün ukraynalı incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçiriləcək. İyulun 1-də isə Mədəniyyət Günləri çərçivəsində ukraynalı musiqiçilər və teatr xadimləri Sumqayıt şəhərində çıxış edəcəklər. -
06-28-2008, 02:31 PMAPAMüdafiə Nazirliyi: Azərbaycan sülhməramlı bölüyünün əsgəri İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub
[b]Müdafiə Nazirliyi: Azərbaycan sülhməramlı bölüyünün əsgəri İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Müdafiə Nazirliyi İraqda Azərbaycan sülhməramlısının həlak olması ilə bağlı rəsmi məlumat yayıb.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan sülhməramlı bölüyünün əsgəri Ağayev Rafael Seyidbala oğlu İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Əsgər 1 il İraqda xidmət göstərib. -
06-28-2008, 02:41 PMAPAHəmyerlisinə xəsarət yetirən Qazax sakini tutulub
[b]Həmyerlisinə xəsarət yetirən Qazax sakini tutulub[b]
[Qazax. Məhbubə Qasımbəyli-APA. Qazax rayonunun Kosalar kənd sakinləri Etibar Məmmədrzayev və Aslan Abbasov arasında münaqişə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədrzayev münaqişə zəminində ov tüfəngindən atəş açaraq A. Abbasovun anası Məsmə Abbasovanı ayağından yaralayıb. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Məmmədrzayev tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb. -
06-28-2008, 02:51 PMAPAAzərbaycan paytaxtında oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
[b]Azərbaycan paytaxtında oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda oğurluq edən Gürcüstan vətəndaşı tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Gürcüstan vətəndaşı Yanis Kuzinin 4 nömrəli bazarda Naxçıvan şəhər sakini Maral Nağdəliyevanın içərisində 329 manat olan kisəsini oğurladığı müəyyənləşdirilib. Faktla bağlı araşdırma aprılır. -
06-28-2008, 03:01 PMAPANATO Azərbaycanda həyata keçirilən layihələrə 40 milyon avro xərcləyib
[b]NATO Azərbaycanda həyata keçirilən layihələrə 40 milyon avro xərcləyib[b]
Bakı. Rəşad Süleymanov - APA. NATO Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramı çərçivəsində Azərbaycanda realizə olunan 20 layihəyə 40 mln. avro vəsait xərcləyib. APA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən PfP Etimad Fondunun seminarında bildirilib.
[Bu layihələr arasında «Azeco» laboratoriyasının yaradılması, «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi», «Melanjın (raket yanacağı) ləğvi layihəsi» və s. iri layihələr var.NATO-nun Maddi Texniki Təchizat Agentliyinin (NAMSA) meneceri Bülənd Tudeş isə APA-ya açıqlamasında bildirib ki, növbəti mərhələdə daha bir neçə layihənin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədə «Saloğlu» layihəsinin 2010-cu ilin sonlarınadək davam edəcək üçüncü mərhələsi, həmçinin silah arsenalının və hərbi texnikaların modernləşdirilməsi, minaların təmizlənməsi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi gözlənilir. -
06-28-2008, 03:11 PMAPADağıstan prezidenti: "Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır"
[b]Dağıstan prezidenti: "Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Dağlıq Qarabağ münaqişəsi böyük faciədir. ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin nizamlanması istiqamətində 1992-ci ildən danışıqlar getsə də, hələlik nəticə yoxdur". APA-nın "RİA Daqestan"a istinadən verdiyi məlumata görə, bu bəyanatla Dağıstan prezidenti Muxu Əliyev çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmamasının vacibliyini vurğulayıb: "Halbuki müharibədən sonrakı Avropanın sərhədlərini dəyişməyin mümkünlüyünü göstərən Kosovo presedentindən sonra istənilən ölkənin ərazi bütövlüyü sual altına düşə bilər. Bu, münaqişə və müharibələr yarada biləcək ağılsızlıqdır. Ancaq mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll ediləcək. Danışıqlar prosesində iştirak edən tərəflər səbir və müdriklik nümayiş etdirməlidirlər". -
06-29-2008, 12:01 PMAPAAstanada ATƏT Parlament Assambleyasının sessiyası başlayıb
[b]Astanada ATƏT Parlament Assambleyasının sessiyası başlayıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Astanada (Qazaxıstan) ATƏT Parlament Assambleyasının (PA) növbəti illik sessiyası işə başlayıb. APA-nın Assambleyanın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, sessiya iyulun 3-dək davam edəcək.
[Toplantı iştirakçıları təşkilatın şəffaflığı, su resurslarının idarə edilməsi, kibercinayətkarlıq, qadın zorakılığı kimi aktual məsələləri müzakirə edəcəklər. Bununla yanaşı, iclasda bir sıra regional məsələlər, o cümlədən, Əfqanıstan, Gürcüstan və Çernobıldakı vəziyyətlə bağlı məsələlərə diqqət yetiriləcək.İlk dəfə olaraq Mərkəzi Asiya bölgəsində keçirilən sessiyada ATƏT-in üzvü olan 56 ölkədən, o cümlədən Azərbaycandan, 250 millət vəkili iştirak edir. Tədbirə ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, bu ölkənin parlamentinin spikeri Qasım-Comərt Tokayev, ATƏT PA-nın sədri Qoran Lennmarker, ATƏT-in baş katibi Mark Perrin de Brişambo, təşkilatın milli azlıqların haqları üzrə komissarı Knut Vollebek də qatılıb.