[b]Axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutulub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 97 və 134-cü maddələri (qəsdən adam öldürmə, meyit üzərində təhqiredici hərəkətlər) ilə axtarışda olan Özbəkistan vətəndaşı Şaiq Qarayev Azərbaycanda tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Özbəkistan vətəndaşı Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Azərbaycan Xəbərləri
Printable View

04-10-2008, 03:31 PMAPAAxtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutulub

04-10-2008, 03:36 PMAPARöya Türkiyə şirkətini məhkəməyə verir
[b]Röya Türkiyə şirkətini məhkəməyə verir[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan sənətçisi Röyanın "Gəl danış" adlı albomu icazəsiz olaraq Türkiyədə hazırlanıb və satışa çıxarılıb. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röyanın diski Türkiyənin "Ozan" musiqi şirkəti tərəfindən hazırlanıb.
[Albomda Röyanın ifasında 12 mahnı toplanılıb. Diskin çox aşağı səviyyədə hazırlandığını qeyd edən mətbuat katibi albomun 8-10 YTL arasında satıldığını qeyd edib. Röya isə albomu icazəsiz hazırladıqlarına və satışa çıxardıqlarına görə musiqi şirkətini məhkəməyə verəcək. Ü. Alovlu bildirib ki, Röyanın hüquqlarını məhkəmədə Türkiyənin Musiqi Əsəri Sahibləri Məslək Birliyi (MESAM) müdafiə edəcək. -
04-10-2008, 03:42 PMAPAZiyafət Əsgərov: "Seçki komissiyalarının paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumlardan Azərbaycan hökumətinə təzyiq yoxdur, ola da bilməz"
[b]Ziyafət Əsgərov: "Seçki komissiyalarının paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumlardan Azərbaycan hökumətinə təzyiq yoxdur, ola da bilməz"[b]
Bakı. Elnur Məmmədli - APA. "Seçki komissiyalarının paritet əsaslarla formalaşması barədə müxalifətin təklifi seçkilərin şəffaf keçirilməsinə hesablanmayıb. Onlar bilirlər ki, bu seçkilərdə YAP-ın namizədi qalib gələcək, buna görə də bu cür yolla 2000-ci ildə törətdikləri təxribatı təkrar etməyi düşünür, seçki komissiyalarının fəaliyyətini iflic etməyə çalışırlar".
[APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə seçki komissiyalarının paritet əsaslarla formalaşması nəzərdə tutulmayıb: "Seçki komissiyalarını paritet əsaslarla təşkil etmək mümkün deyil. Biz 2000-ci ildə belə təcrübəyə əl atdıq, amma sonradan müxalifət MSK-nı boykot etdi, qurumun fəaliyyətini iflic vəziyyətə saldı. Sonradan məcbur olub komissiyaları 2/3 prinsipi ilə formalaşdırdıq. Bir daha buna yol verə bilmərik. Bizə ölkədə sabit şəraitdə normal, şəffaf və qanuna müvafiq seçkilər keçirilməsi lazımdır". Komissiyaların paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumların Azərbaycan hökumətinə təzyiqlər etməsi barədə iddialara gəldikdə, Z. Əsgərov bunu təkzib edib: "Bununla bağlı beynəlxalq qurumlardan heç bir təzyiq yoxdur, ola da bilməz. Azərbaycan müstəqil dövlətdir və seçkilərin şəffaf ədalətli keçirilməsinə beynəlxalq təşkilatlar yox, biz məsuliyyət daşıyırıq. Sabah seçki məsuliyyətinə görə də biz cavab verəcəyik, müxalifətə nə var ki?.." -
04-10-2008, 03:46 PMAPATədqiqatçı-alim: "Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılmasına ehtiyac var"
[b]Tədqiqatçı-alim: "Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılmasına ehtiyac var"[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Lənkərandakı tarixi abidələrdən olan Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılması vacibdir. Lənkəran Dövlət Universitetinin dosenti, tədqiqatçı-alim Mirhaşım Talışlı APA-nın cənub bürosuna açıqlamasında Sığon qəbiristanlığının islamdan xeyli öncə, eramızdan əvvəl V-III əsrlərə aid olduğunu bildirib. Onun sözlərinə görə, daha müfəssəl məlumat əldə etmək üçün ərazidə arxeoloji qazıntılar aparılmalıdır. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin mütəxəssisi Vüsal Nəsirov isə APA-nın yerli bürosuna ərazinin tarixi abidə kimi 2001-ci ildə Nazirlər Kabineti tərəfindən qeydiyyata alındığını deyib. Onun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan və son tunc, ilk dəmir dövrünə aid olan Sığon qəbiristanlığı ilə bağlı araşdırma aparmağa ehtiyac var. Qeyd edək ki, rayonun Bəlləbur və Lüvəsər kəndlərini birləşdirən ərazidə yerləşən qəbiristanlığın ərazisi vaxtilə 2 hektardan çox olub. Sığon daha sonra həyətyanı torpaq sahəsi kimi yerli sakinlər arasında bölüşdürülüb. Hazırda qəbiristanlığın ərazisi 200-250 kv.m-dir. 1918-ci il oktyabr inqilabından əvvəl fransız səyyahı və tədqiqatçısı Jak de Morqan bu qəbiristanlıqda arxeoloji qazıntılar aparıb. O, tapılan qədim maddi mədəniyyət nümunələrini özü ilə Fransaya apararaq, muzeylərə təqdim edib. O vaxtdan indiyədək ərazidə heç bir arxeoloji qazıntı aparılmayıb. -
04-10-2008, 03:51 PMAPAATƏT-in fəaliyyətdə olan yeni sədri fəaliyyətinin prioritetlərini açıqlayıb
[b]ATƏT-in fəaliyyətdə olan yeni sədri fəaliyyətinin prioritetlərini açıqlayıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Biz "dondurulmuş münaqişələr"in həlli prioritetlərini diqqətlə araşdırmalıyıq. Mənim məqsədim bu tip münaqişələrin sülh yolu ilə həlli istiqamətində atılan addımları daha da gücləndirməkdir. Mən ATƏT çərçivəsində mövcud olan danışıq mexanizmlərini, o cümlədən Minsk Qrupunun və həmsədrlərin fəaliyyətini dəstəkləyirəm".
[APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb təşkilatın Daimi Şurasındakı çıxışında deyib. O, tərəflərin Finlandiyanın sədrliyini konstruktiv öhdəliklərlə qarşılayacağına səmimi qəlbdən inandığını söyləyib. A. Stabb Dağlıq Qarabağ və Cənubi Osetiyada baş verən son hərbi toqquşmalardan narahatlığını bildirib və tərəfləri güc nümayiş etdirməkdən çəkinməyə çağırıb. Yeni sədr ATƏT-in Kosovodakı fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın bu ərazidəki fəaliyyətini davam etdirməsini dəstəkləyib. O, ATƏT-in Mərkəzi Asiyadakı təşəbbüslərini və Əfqanıstandakı işini genişləndirmək niyyətini də alqışlayıb. İnsan alveri probleminə toxunan sədr deyib ki, ATƏT bu bəla ilə mübarizənin yollarını daha dərindən araşdırmalı və trafikinq qurbanlarına kömək etməlidir. A. Stabb Finlandiyanın təklifi ilə iyunun 1-2-də Helsinkidə ötən il təşkilata sədrlik etmiş İspaniya, gələn il sədrlik edəcək Yunanıstan, 2010-cu ildə sədrlik edəcək Qazaxıstan və 2011-ci ildə sədrlik edəcək Litvanın iştirakı ilə kvintet formasında görüş keçiriləcəyini də açıqlayıb. -
04-10-2008, 03:56 PMAPABakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb, 17 nəfər yaralanıb
[b]Bakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb, 17 nəfər yaralanıb[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakının Ziya Bünyadov küçəsi ilə hərəkət edən 150 saylı marşurut qəzaya uğrayıb.
[Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qəza nəticəsində avtobus aşıb. Avtobusda olan 17 sərnişin yüngül xəsarət alıb. Sərnişinlər Klinik Tibbi Mərkəzə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. V. Əsədov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. -
04-10-2008, 04:01 PMAPARusiya Ali Məhkəməsi "nurçular"ın fəaliyyətini qadağan edib
[b]Rusiya Ali Məhkəməsi "nurçular"ın fəaliyyətini qadağan edib[b]
Moskva - APA. Rusiya Federasiyasının Ali Məhkəməsi "nurçular"ın ölkə ərazisində fəaliyyətinin qadağan olunması ilə bağlı qərar qəbul edib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bununla da Ali Məhkəmə Baş Prokurorluğun "nurçular"ın fəaliyyətində ekstremizm elementləri olduğuna dair vəsatətini təmin etmiş olub.
[Vəsatət Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti tərəfindən də dəstəklənib. Ali Məhkəmədən verilən açıqlamada bildirilir: "Məhkəmə Baş Prokurorluğun dövlətin maraqlarının müdafiəsi üçün "Nurçular" beynəlxalq dini təşkilatının ekstremist təşkilat kimi tanınması və onun Rusiya Federasiyası ərazisindəki fəaliyyətinin qadağan olunması barədə vəsatətinə qapalı rejimdə baxaraq, onu təmin etmək barədə qərar qəbul edib". "İnterfaks" agentliyi qeyd edir ki, "nurçular" Rusiya ərazisində hər hansı hüquqi qeydiyyata malik olmayıb: "Təşkilat üzvləri şəxsi evlərdə qeyri-leqal liseylər, mədrəsələr yaradaraq tanışlarını, qohumlarını, qonşularını və digər şəxsləri ora cəlb ediblər. Mədrəsələrdə "nurçuluq" təliminin banisi Səid Nursinin ideyaları tədris edilib. "Nurçular" sektasının tərəfdarları bütün Rusiya ərazisində, o cümlədən Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Çelyabinsk, Omsk, Mahaçqala və digər şəhərlərdə öz şəbəkələrinin yaratmağa cəhd göstəriblər". -
04-10-2008, 04:36 PMAPAArif Hacılı: "Beşlər"in" perspektivini görmürəm"
[b]Arif Hacılı: "Beşlər"in" perspektivini görmürəm"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Beşlər"in hər hansı perspektivini görmürəm. Əslində belə bir qurum mövcud deyil və buna görə də bu beş müxalifət təşkilatının birgə müzakirələrini nə blok, nə də başqa qurum adlandırmaq mümkün deyil". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, beş müxalifət təşkilatının rəhbərinin birgə müzakirələri, sadəcə, bir məşvərət toplantısıdır və gələcəkdə də hər hansı blokun yaradılması gözlənilmir: "Mən ümumiyyətlə, siyasi partiyaların, ayrı-ayrı siyasətçilərin blok yaradılması işinə enerji sərf etməsini lüzumsuz hesab edirəm. Düşünürəm ki, diqqət cəmiyyətə, narazı elektorata yönəldilməli və enerji buna sərf olunmalıdır. Ümumilikdə isə müxalifət liderlərinin birgə fikir mübadiləsi aparmasının ziyanı yoxdur". Qeyd edək ki, "beşlər"də Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur. -
04-10-2008, 04:41 PMAPATürkiyənin Tunceli rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb
[b]Türkiyənin Tunceli rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb[b]
Ankara - APA. Türkiyənin cənub-şərqindəki Tunceli rayonu ərazisində PKK-çılara qarşı aparılan əməliyyat zamanı 11 terrorçu məhv edilib, 1-i yaxalanıb.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin "Bahar" əməliyyatı çərçivəsində 8 aprel gecəsi - futbol üzrə Avropa Çempionlar Liqasında "Çelsi" ilə "Fənərbağça"nın oyunu sırasında Tuncelinin Nazimiyyə qəsəbəsinin Doqquzqayalar istiqamətində yerləşən mağaralarda cəmləşən və terror aktlarına hazırlaşan bir qrup terrorçuya qarşı qəfil əməliyyat keçirilib. Matçın birinci hissəsi başa çatdıqdan sonra əraziyə hərbi vertolyotlar vasitəsilə Jandarma Qüvvələrinin xüsusi təyinatlı qüvvələri endirilib. Xüsusi təyinatlılar terrorçuların gizləndiyi mağaraları mühasirəyə alıb. Gecə boyunca davam edən döyüşdə terror təşkilatına ağır zərbə vurulub. İndiyə qədər 11 terrorçunun öldüyü müəyyənləşdirilib, 1 terrorçu isə sağ yaxalanıb. Mağaralarda çoxlu sayda silah-sursat, partlayıcı maddələr, tonlarla qida məhsulları aşkarlanaraq götürülüb. Əməliyyatlar davam edir. -
04-10-2008, 06:06 PMAPAUNESĞ¡O-nun təhsil qanunu üzrə nümayəndəsi: "Qərbdə Azərbaycan təhsil qanununun Avropa standartlarına cavab verəcəyini gözləyirlər"
[b]UNESĞ¡O-nun təhsil qanunu üzrə nümayəndəsi: "Qərbdə Azərbaycan təhsil qanununun Avropa standartlarına cavab verəcəyini gözləyirlər"[b]
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsi və Bolonya sisteminə uyğunlaşdırılması üçün bu müəssisələrin daxilində ciddi dəyişiklik baş verməlidir".
[Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, UNESĞ¡O-nun təhsil qanunu üzrə nümayəndəsi Jan De Groof APA-ya açıqlamasında deyib ki, Azərbaycan öz təhsil sistemini Bolonya sisteminə uyğunlaşdırmaq üçün tədris prosesini bu tələblərə uyğunlaşdırmalıdır. "Birinci məsələ ondan ibarətdir ki, Avropadakı kredit qiymətləndirmə sisteminin dəyərləndirmə forması Azərbaycana gətirilərək, burada tətbiq olunmalıdır. İkincisi, təhsilin keyfiyyəti məsələsidir ki, bu amil beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Sonuncu məqam isə bu dəyişikliklərin universitetlərin daxilində baş verməsinin təmin olunmasıdır. Universitetlərdə tədrisin keyfiyyəti artırılmalı və bu tədris müəssisələrinə müstəqillik verilməlidir. Bu üç məqam ən vacib amillərdir". O, Azərbaycanın "Təhsil haqqında" qanununun gec qəbul olunmasından da narahatlığını ifadə edib: "Qərbdə Azərbaycan təhsil qanununun Avropa standartlarına cavab verəcəyini gözləyirlər".