[b]BAXCP və BQP üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin anım mərasimi keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) və Böyük Quruluş Partiyasının (BQP) üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin məzarı qarşısında mərasim keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, Ə. Elçibəyin ideyalarının doğruluğu, həqiqiliyi və uzaqgörənliyi zaman keçdikcə sübut olunub. Onun sözlərinə görə, Ə. Elçibəyin rəhbərliyi altında Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Q. Həsənquliyev bildirib ki, partiyanın dəstəyi ilə Elçibəy İrsini Araşdırmaları Mərkəzinin rəhbəri Mircəlal Yusiflinin "Elçibəy-70" adlı kitabı nəşr edilib. Kitabda Ə. Elçibəyin keçdiyi həyat yolu əks olunub. BQP sədri Fazil Qəzənfəroğlu isə bildirib ki, Ə. Elçibəyin milli-mənəvi ruhun paklanmasında mühüm rolu olub: "Onun ideyaları insanların düşüncələrində yaşayır". Sonra "Xalq Cəbhəsi" qəzetinin Ə. Elçibəyin 70 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə ilk üç yeri tutan jurnalistlər pul və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Azərbaycan Xəbərləri
Printable View

06-24-2008, 07:41 PMAPABAXCP və BQP üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin anım mərasimi keçirilib

06-25-2008, 12:21 PMAPAMüəllimə bir dəfəyə altı uşaq dünyaya gətirib
[b]Müəllimə bir dəfəyə altı uşaq dünyaya gətirib[b]
Manama. Zaur Nurməmmədov-APA. Bəhreyndə 35 yaşlı müəllimənin altı uşağı dünyaya gəlib. APA-nın məlumatına görə, üçü oğlan, üçü qız olan uşaqlar vaxtından 12 həftə tez doğulublar.
[Həkimlər qadının üzərində Qeysər kəsiyi əməliyyatı aparıblar. Əkizlərin çəkisi 450-600 qram arasındadır. Hazırda körpələr ciddi həkim nəzarəti altındadır. Onlardan birinin vəziyyəti ağırdır. Digər körpələr özlərini yaxşı hiss etsələr də, həkimlər onların tələf olma təhlükəsinin hələ də aradan qalxmadığını bildirir. Vaxtından əvvəl doğuş körpələrin tənəffüs və ürək-damar sistemində ciddi problemlər yarada bilər. Gənc ananın səhhəti üçün isə heç bir problem yoxdur. Bu, onun ikinci doğuşudur, 35 yaşlı müəllimənin əvvəlki doğuşdan 5 yaşlı bir qızı var. Bu, Bəhreyn tarixində bir doğuşda altı uşağın dünyaya gəlməsinə dair ikinci faktdır. İlk belə hadisə 2001-ci ildə baş verib, o zaman həkimlər yalnız üç uşağın həyatını xilas edə biliblər. -
06-25-2008, 12:31 PMAPATürkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb
[b]Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb[b]
Ankara-APA. Türkiyədə varidatının həcmi 1 milyon dollardan çox olan şəxslərin sayı bir ildə 17,5 faiz artaraq 50 min nəfərə çatıb. APA-nın məlumatına görə, 2006-cı ildə 42 min milyonçuya sahib olan Türkiyə hazırda varlı şəxslərin say artımına görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur.
[Milyonçuların sayının artması ümumi daxili məhsulun illik artım həcminin 4,5 faiz təşkil etməsi, məhsul ixracı prosesinin sürətlənməsi, enerji məhsulları istisna olmaqla idxalın həcminin azalması, yeni türk lirəsinin iqtisadi baxımdan güclənməsi ilə izah olunur. Türkiyədə varlı şəxslərin ümumi var-dövlətinin həcmi orta hesabla 50 milyard dollardan artıqdır. Qeyd edək ki, 2007-ci ildə dünyada var-dövlətinin həcmi bir milyondan artıq olan insanların sayı bir il əvvələ nisbətən 6 faiz artaraq 10 milyon nəfərə çatıb. Bu şəxslərin əlində ümumilikdə 40,7 trilyon dollar varidat cəmləşib. Dünyada var-dövlətinin həcmi 30 milyon dollardan çox olan insanların sayı isə 103,320 nəfərdir. -
06-25-2008, 12:41 PMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 24-də saat 16.10-dan 16.30-dək və iyunun 25-də saat 01.55-dən 02.07-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-25-2008, 12:51 PMAPAAzərbaycanlıların əksəriyyəti terrorçuluğun qarşısının zorakılıq və işgəncələr vasitəsilə alınmasının əleyhinədir
[b]Azərbaycanlıların əksəriyyəti terrorçuluğun qarşısının zorakılıq və işgəncələr vasitəsilə alınmasının əleyhinədir[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. "World Public Opinion" təşkilatı bir neçə ölkədə terrorçuluqla mübarizə yollarına dair sorğu keçirib. APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, 19 ölkədə keçirilən sorğunun nəticələrinə əsasən respondent ölkələrin əksəriyyəti terrorçuluğun qarşısının zor gücünə və işgəncələr vasitəsilə alınmasının əleyhinədir. Bu ölkələrin arasında Azərbaycan da var. Azərbaycanlıların 54 faizi hesab edir ki, terrorçu da olsa, belə şəxslərə qarşı hər cür zorakılıq halları qadağan olunmalıdır. Rəyi soruşulanların 26 faizi düşünür ki, günahsız insanların həyatını xilas etmək naminə müəyyən həddə zorakılığa yol vermək mümkündür. Azərbaycanlı respondentlərin 8 faizinin fikrinə görə isə terrorçulara qarşı işgəncələrə yol vermək olar. -
06-25-2008, 01:01 PMAPAYAP-çı deputatlar cəbhə bölgəsinə səfər ediblər
[b]YAP-çı deputatlar cəbhə bölgəsinə səfər ediblər[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun rəhbərliyi ilə bir qrup YAP-çı millət vəkili cəbhə bölgəsinə səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlar 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Beyləqan və Füzulidə yerləşən hərbi hissələrdən olublar. Onlar əsgərlərlə görüşüb, onların bayramlarını təbrik ediblər. Deputatlar əsgərlərə bayram sovqatı, gündəlik ehtiyaclarını təmin edən əşyalar təqdim edilib. -
06-25-2008, 01:11 PMAPAAzərbaycan prezidenti hərbi qulluqçuların maaşlarının artırılması barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti hərbi qulluqçuların maaşlarının artırılması barədə sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
[Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən bildirilib. Sərəncama əsasən, Silahlı Qüvvələrdə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılıb. Prezidentin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı və ərzaq payı əvəzinə pul kompensasiyası, mülki işçilərinin aylıq əmək haqlarının artırılması barədə də sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz, Müdafiə Nazirliyinin mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir. -
06-25-2008, 01:21 PMAPAİstanbulda QDİƏT-in 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir
[b]İstanbulda QDİƏT-in 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir. QDİƏT-in İstanbuldakı katibliyindən APA-ya verilən məlumata görə, Türkiyə prezidenti Abdulla Gül mərasimdə iştirak etmək üçün ilk dəfə katibliyə gələcək və qurumun baş katibi Leonidas Krisantopulosla görüşəcək. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və İstanbuldakı baş konsulu Səyyad Salahlı da iştirak edəcəklər. Qeyd edək ki, QDİƏT 1992-ci il iyunun 25-də Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Ruminiya, Rusiya və Ukrayna tərəfindən imzalanmış İstanbul Bəyannaməsi əsasında yaradılıb. -
06-25-2008, 01:31 PMAPANATO-nun baş katibi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
[b]NATO-nun baş katibi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. İyunun 27-də Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb arasında görüş olacaq. APA-nın Finlandiya XİN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli də müzakirə olunacaq. Tərəflər iki təşkilat arasında əməkdaşlığın inkişafı, böhranlı vəziyyətlərin idarə olunması və digər məsələlərə də toxunacaqlar. -
06-25-2008, 01:41 PMAPAUkrayna sərhədçiləri Azərbaycan vətəndaşına məxsus 140 min dollarlıq "PORSCHE Cayenne S" avtomobilini müsadirə ediblər
[b]Ukrayna sərhədçiləri Azərbaycan vətəndaşına məxsus 140 min dollarlıq "PORSCHE Cayenne S" avtomobilini müsadirə ediblər[b]
Kiyev. Zaur Nurməmədov-APA. Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları 630 min qrivna dəyərində, 2008-ci ilin buraxılışı olan "PORSCHE Cayenne S" maşınının qanunsuz olaraq Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.
[APA-nın məlumatına görə, avtomobil Donetsk vilayəti ərazisində saxlanıb. Azərbaycan vətəndaşının idarə etdiyi maşının sənədlərində qanunsuzluq aşkarlayan sərhədçilər "PORSCHE Cayenne S" Rusiya ərazisinə buraxmaqdan imtina ediblər. Sənədlərdə maşının sahibinin həmin vaxt "PORSCHE Cayenne S"də əyləşən 38 yaşlı Almaniya vətəndaşı olduğu göstərilsə də, sonradan məlum olub ki, sənəd saxtalaşdırılıb. Sərhədçilər gömrük qaydalarının kobud şəkildə pozduğuna görə, maşını müsadirə ediblər. Qeyd edək ki, saxlanan maşının qiyməti təqribən 140 min dollardır.