[b]Sərdar Cəlaloğlu: "Müxalifətin güc mərkəzinin yaranması "Azadlıq" blokunun günahı ucbatından baş tutmadı"[b]
Bakı. Ramil Məmmədli-APA. "Azadlıq" bloku ilə birgə yeddi-səkkiz iri partiyanın bir yerdə olmasına çalışdım. Hər dəfə "Azadlıq" bloku bu birliyin əleyhinə addım atdı. Müxalifətin güc mərkəzinin yaranması "Azadlıq" blokunun günahı ucbatından baş tutmadı". Bu sözləri jurnalistlərə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, "Azadlıq" bloku ilə əlaqələrin korlanmasının səbəbi digər tərəfin şəxsi ambisiyaları ilə əlaqədardır: "Deyəndə ki, filankəs alver edir, mən onu başa düşürəm. Dəfələrlə İsa Qəmbərlə bir-birimizi tənqid etmişik. Ancaq lazım gələndə, milli maraqlar naminə problemləri birgə oturub müzakirə edə bilirik. Siyasətçi belə olar. Siyasət bizi bir araya gətirirsə, biz ancaq siyasi məsələlərdə bir-birimizə yaxınlaşıb, uzaqlaşa bilərik". Dəfələrlə "Azadlıq" blokuna müraciət etdik ki, ümumi məsələlərdə birləşək. Amma onlar bu təklifə məhəl qoymadılar". S. Cəlaloğlu ölkədəki siyasi proseslərə görə beynəlxalq ictimaiyyəti ittiham edib: "Azərbaycanda yaranan vəziyyətin səbəbi müxalifətin birləşə bilməməyində yox, beynəlxalq ictimaiyyətin Azərbaycanda demokratik proseslərə dəstək verməməsidir. Azərbaycan qloballaşma prosesinin mərkəzində dayanır, ölkədə yalnız daxili güclər deyil, beynəlxalq güclər də rəqabət aparır".
4610 sonuçtan 1.981 ile 1.990 arası

06-23-2008, 06:51 PM #1981Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Azərbaycan və Türkiyə rəssamlarının "Qardaşlıq" adlı sərgisi açılıb
[b]Bakıda Azərbaycan və Türkiyə rəssamlarının "Qardaşlıq" adlı sərgisi açılıb[b]
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Müasir İncəsənət Mərkəzində Azərbaycan və Türkiyə rəssamlarının "Qardaşlıq" adlı sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov sərgini çox yüksək qiymətləndirdiyini qeyd edib. O bildirib ki, sərgidə iki Türkiyə rəssamı Yaşar Çallı və Əli Səngərin 16 rəsm əsərinin nümayiş etdirilir. F. Xəlilov Türkiyə və Azərbaycan rəssamlarının mütəmadi olaraq müştərək layihələr həyata keçirməsini arzulayıb. Sərgidə Azərbaycan rəssamları Ənvər Qarayev, Mirnadir Zeynalov, Səmədağa Cəfərov, Asim Səmədov, Həmzə Abdullayev, Dilarə Məcidova, Ağarəhim Əliyev, Elşən Hacızadə, Eldar Hüseynovun əsərləri nümayiş olunub. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç F. Xəlilovun təklifini yüksək qiymətləndirib və bundan sonra bu cür tədbirlərin daha tez-tez təşkil olunacağını vurğulayıb. Rəssam Səmədağa Cəfərov Azərbaycanda açılan sərginin yaxın vaxtlarda Makedoniyada təşkil olunacağını vurğulayıb.

06-23-2008, 07:01 PM #1982Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sərdar Cəlaloğlu: "Müxalifətin güc mərkəzinin yaranması "Azadlıq" blokunun günahı ucbatından baş tutmadı"

06-23-2008, 07:21 PM #1983Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Venesiya Komissiyasının katibi Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair fikirlərini açıqlayacaq
[b]Venesiya Komissiyasının katibi Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair fikirlərini açıqlayacaq[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası (AŞ) Venesiya Komissiyasının katibi Canni Bukikkio AŞ Parlament Assambleyasının yay sessiyasını işıqlandıran Azərbaycan jurnalistləri üçün mətbuat konfransı keçirəcək.
APA-nın Avropa bürosunun məlumatına görə, iyunun 25-də keçiriləcək mətbuat konfransında C. Bukikkio Azərbaycanın Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər, eləcə də Azərbaycanda keçiriləcək prezident seçkiləri, ölkədəki ictimai-siyasi vəziyyətə dair fikirlərini açıqlayacaq.

06-23-2008, 07:41 PM #1984Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurası Nazirlər Komitəsinin sədri: "Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər"
[b]Avropa Şurası Nazirlər Komitəsinin sədri: "Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər"[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının ilk iclas günündə AŞ Nazirlər Komitəsinin sədri, İsveçin xarici işlər naziri Karl Bildt hesabat məruzəsi ilə çıxış edib.
APA-nın Avropa bürosunun məlumatına görə, Karl Bildt Cənubi Qafqaz regionunda durumun həmişə rəhbərlik etdiyi qurum tərəfindən nəzarətdə saxlandığını bildirib: "Bu regionun ölkələrində seçkilər bir sıra pozuntularla keçirilib. Bu pozuntuları aradan qaldırmaq və demokratik seçkilərin keçirilməsinə nail olmaq lazımdır". Karl Bildt Avropa Şurasının Gürcüstanın ərazi bütövlüyünə fundamental önəm verdiyini vurğulayıb: "Abxaziyaya gələcəkdə geniş muxtariyyət veriləcəyi şübhə doğurmur, bununla belə Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamlıdır. Çünki bu, regionda stabillik üçün təhlükə törədə bilər". AŞ Nazirlər Komitəsinin sədri millət vəkili Qənirə Paşayevanın "Avropa Şurası nə üçün Ermənistandan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb etmir" sualını cavablandıraraq bildirib ki, bu münaqişənin həlli Avropa Şurasının səlahiyyətləri daxilində deyil: "Yalnız bir şeyi deyə bilərəm ki, münaqişənin həllinə dair danışıqlar davam edir və bu yaxınlarda Sankt-Peterburqda iki ölkə prezidentinin görüşü olub. Lakin bu görüşün nəticəsindən mənim xəbərim yoxdur. Sadəcə deyə bilərəm ki, biz bu kimi görüşləri dəstəkləməliyik və bu kimi görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər".

06-23-2008, 07:51 PM #1985Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti qəza vəziyyətində olan məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilm<
[b]Azərbaycan prezidenti qəza vəziyyətində olan məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, Təhsil Nazirliyi üzrə qəza vəziyyətində olan məktəb binalarının yeniləri ilə əvəz edilməsi, aparılan təmir işlərinin başa çatdırılması və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 25 (iyirmi beş) milyon manat məbləğində vəsait ayrılıb. Sərəncamda nəzərdə tutulan vəsaitin ayrılmasını Maliyyə Nazirliyi təmin edəcək.

06-23-2008, 08:01 PM #1986Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya ordusunun şəxsi heyəti ixtisar ediləcək
[b]Rusiya ordusunun şəxsi heyəti ixtisar ediləcək[b]
Moskva - APA. Beş ildən sonra Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon nəfərə enəcək. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu prezident yanında keçirilən müşavirədən sonra Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib. O bildirib ki, 2013-cü ilə qədər orduda hərbi qulluqçuların sayı 1 milyon nəfər səviyyəsində olacaq. Qeyd edək ki, prezident Dmitri Medvedevin keçirdiyi müşavirədə ordunun zabit heyətinin gəlirlərinin artırılması müzakirə edilib.

06-23-2008, 08:11 PM #1987Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın bir qrup mədəniyyət işçisinə "Xalq artisti" fəxri adı verilib
[b]Azərbaycanın bir qrup mədəniyyət işçisinə "Xalq artisti" fəxri adı verilib[b]
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan prezidenti İlham Əliyev bir qrup mədəniyyət işçisinə "Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Ağadadaş Dadaşov, Elza İbrahimova və Ramiz Zöhrabova "Xalq artisti" fəxri adı verilib. Bununla yanaşı, prezident İ. Əliyev dövlət qulluğunda fərqlənən bir qrup şəxsin "III dərəcəli vətənə xidmət" ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

06-24-2008, 10:11 AM #1988Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Xaçmaz rayonunda Qarabağ müharibəsinin iştirakçısı həbs edilib
[b]Azərbaycanın Xaçmaz rayonunda Qarabağ müharibəsinin iştirakçısı həbs edilib[b]
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının iyunun 23-də axşam saatlarında rayonun İlxıçı-Məmmədxanlı kəndində keçirdikləri əməliyyat nəticəsində Qarabağ müharibəsinin iştirakçısı, 1970-ci il təvəllüdlü Aftandil Mirzəşah oğlu Niftəliyevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat və avtomat patronları götürülüb.
APA-nın şimal bürosunun məlumatına görə, A. Niftəliyev 1993-cü ildə Laçın rayonunun Güləbird kəndində gedən döyüşlərdə iştirak edib, xidmət etdiyi hərbi hissədən evə qayıdarkən isə avtomat silahı özü ilə götürüb. Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatları əsasında A. Niftəliyevin yaşadığı evin çardağında gizlədilmiş silahı tapa biliblər. Keçmiş Qarabağ döyüşçüsü həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb.

06-24-2008, 10:21 AM #1989Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini növbəti dəfə pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini növbəti dəfə pozublar[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 11.05-dən 11.30-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 22.30-dan 22.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.15-dən 17.20-dək ara-sıra Xojavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 13.45-dən 13.55-dək və iyunun 24-də saat 02.30-dan 03.30-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.50-dən 15.20-dək və saat 04.45-dən 05.10-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

06-24-2008, 10:31 AM #1990Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Buynaqsk rayonunun milis rəisi qətlə yetirilib
[b]Buynaqsk rayonunun milis rəisi qətlə yetirilib[b]
Dağıstan. İslam Kərimov-APA. Dağıstanın Buynaksk rayon daxili işlər idarəsinin rəisi Arif Əliyev naməlum şəxslər tərəfindən qətlə yetirilib.
APA-nın Dağıstan bürosunun məlumatına görə, onun "Mersedes" markalı xidməti avtomobili Sovetski və Süleyman Stlaski küçələrinin kəsişməsində "Kalaşnikov" markalı avtomatdan atəşə tutulub. Qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar. Terrorçuların tapılması üçün şəhərdə xüsusi əməliyyat həyata keçirilir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri