[b]Azərbaycan Kukla Teatrı Fransa və Hollandiyada keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Kukla Teatrı Finlandiyada keçirilən dünya kukla teatrlarının festivalında iştirak edib. Bu barədə APA-ya məlumat verən teatrın rejissoru Elşad Rəhimzadə deyib ki, səfər çərçivəsində teatr kollektivi onun quruluşunda hazırlanan "Oyun çələngi" tamaşası ilə çıxış edib. Teatr kollektivi tamaşanı "Bayati-Şiraz"la başlayıb, daha sonra "Sarı gəlin" və Qara Qarayevin "Kəlağayaların məhəbbəti" musiqililərini ifa ediblər. Səfərin uğurlu keçdiyini vurğulayan E.Rəhimzadə, festivalda 10 ölkədən yeddisinin xüsusi diplomla təltif olunduğunu deyib. Həmin yeddi ölkə arasında Azərbaycan Dövlət Kukla Teatrının da olduğunu qeyd edən rejissor, səfər zamanı teatr kollektivinin Fransa və Hollandiyaya dəvət olunduğunu deyib. O bildirib ki, teatrın yaradıcı truppası hər iki ölkədə keçiriləcək beynəlxalq kukla teatrlarının festivalında təmsil olunacaq.
4610 sonuçtan 1.651 ile 1.660 arası

06-09-2008, 06:11 PM #1651Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bələdiyyəyə məxsus torpaq sahəsində 1 tondan çox çətənə kolu aşkarlanıb
[b]Bələdiyyəyə məxsus torpaq sahəsində 1 tondan çox çətənə kolu aşkarlanıb[b]
Bakı-APA. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Zeynalovdan 101,854 qram heroin, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakini Kamran Yaqiyevdən 0,013 qram heroin, Sabunçu RPİ əməkdaşları narkotik vasitə ilə tutulmuş Ruslan Kazımovun evinə baxış zamanı əlavə 0,602 qram heroin, Səbayel RPİ əməkdaşları Gürcüstan vətəndaşları Merab Davaşvilidən 0,328 qram, Akaki Mtskazaraşvilidən isə 0,311 qram heroin götürüblər. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşları tərəfindən Davudlu kənd bələdiyyəsinə məxsus 1,8 sot sahədən yabanı halda bitmiş, çəkisi 1,73 ton olan 2364 ədəd çətənə kolu yığılaraq məhv edilib.

06-09-2008, 06:21 PM #1652Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Kukla Teatrı Fransa və Hollandiyada keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb

06-09-2008, 06:31 PM #1653Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında" Əsasnamə imzalanıb
[b]"Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında" Əsasnamə imzalanıb[b]
APA-nın məlumatına görə, görüşdə 2006-2008-ci illə ərzində Rusiyanın Mülki-Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əməkdaşlığın kompleks planının həyata keçirilməsinin yekunları müzakirə olunub. Həmçinin, görüşdə iki ölkənin analoji qurumları arasında əməkdaşlıq, bu sahədə görülən işlər, qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazirliklər arasında "Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında" Əsasnamə imzalanıb. Rusiya nümayəndə heyəti daha sonra Azərbaycan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 29 saylı dövlət yanğından mühafizə hissəsinin və Mülki Müdafiə Qoşunlarının Biləcəri alayının fəaliyyəti ilə tanış olub.

06-09-2008, 06:51 PM #1654Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ombudsmanların VI Beynəlxalq Bakı konfransı keçiriləcək
[b]Ombudsmanların VI Beynəlxalq Bakı konfransı keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. İyunun 18-19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və YUNESKO-nun dəstəyi ilə Ombudsmanların VI Bakı Beynəlxalq konfransı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Qloballaşan dünyada insan hüquqları" mövzusunda keçiriləcək beynəlxalq konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Milli İnsan Hüquqları gününə həsr ediləcək. Toplantıda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının və Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, ABŞ-ın Ayova ştatının ombudsmanı, YUNESKO-nun Baş ofisinin təmsilçisi, bir sıra Avropa və MDB ölkələri ombudsmanlarının və bir çox ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak edəcəklər. Tədbirə deputatlar, dövlət qurumlarının və QHT-lərin, nüfuzlu beynəlxalq təşkilatların ofislərinin, diplomatik korpusun ölkəmizdə fəaliyyət göstərən nümayəndələri də qatılacaqlar.

06-09-2008, 07:21 PM #1655Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
London dünyada biznes üçün ən əlverişli şəhər seçilib
[b]London dünyada biznes üçün ən əlverişli şəhər seçilib[b]
London - APA. İngiltərənin paytaxtı London dünyada biznes üçün ən əlverişli şəhər seçilib. APA-nın məlumatına görə, bu sahədə tədqiqat aparan "MasterCard" şirkətinin tərtib etdiyi reytinq cədvəlinə 75 şəhər daxil olub. Reytinq müəyyənləşdirilərkən şəhərlərdə hüquqi və siyasi strukturlar, iqtisadi sabitlik, biznes işində sadəlik, maliyyə aspekti, informasiya axını kimi meyarlar nəzərə alınıb. Londondan sonra ikincilik Nyu-Yorka, üçüncülük isə Tokioya verilib. Beləliklə, ötən il hazırlanan reytinqdəki "üçlük" dəyişməyib. Rusiyanın paytaxtı Moskva siyahıda 51-ci, Sankt-Peterburq isə 67-ci sıradadır.

06-09-2008, 07:31 PM #1656Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Həmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü barədə məlumatlandırıblar
[b]Həmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü barədə məlumatlandırıblar[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Helsinkidə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan arasında iyunun 6-da Sankt-Peterburqda keçirilmiş görüş haqqında ATƏT sədrini məlumatlandırıblar. Bundan başqa, vasitəçilər nizamlanma prosesi haqqında da A. Stabba ətraflı məlumat veriblər. Həmsədrlər prezidentlərin görüşünün konstruktiv keçdiyini, A. Stabb isə öz növbəsində tərəflərin münaqişənin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli prinsipinə sadiqlik nümayiş etdirəcəyinə ümidvar olduğunu deyib.ATƏT sədri ilə görüşdən əvvəl isə həmsədrlər özləri də görüşüb, danışıqlarla bağlı son durumu müzakirə ediblər. Həmsədrlərin Finlandiyanın müvafiq qurumlarında da görüşləri keçirilib.

06-09-2008, 07:41 PM #1657Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Metyu Brayzanın Latviyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
[b]Metyu Brayzanın Latviyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın Latviyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunacaq. APA-nın Latviya XİN-ə istinadən verdiyi məlumata görə, M. Brayzanın Latviyanın xarici işlər naziri Maris Rikstinslə görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü, eləcə də Abxaziyadakı vəziyyət, Xəzər və Qara dəniz regionlarında həyata keçirilməsi planlaşdırılan enerji layihələrinə də toxunulacaq.

06-10-2008, 06:51 AM #1658Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elçin Behbudov 1 saylı istintaq təcridxanasında olub
[b]Elçin Behbudov 1 saylı istintaq təcridxanasında olub[b]
Bakı. Hacı Zeyanlov-APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, istintaq təcridxanasında saxlanılan Şirvan şəhər sakini Sübhan Yaşar oğlu Abdullayev və Qusar rayon sakini Rəhim Xallədin oğlu Salmanovla görüşüb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər saxlanma şəraitindən narazı olmayıblar, istintaqın qərəzli aparılmasından narazılıq ediblər.

06-10-2008, 11:21 AM #1659Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kərim: "Sənətdə yeganə düşmənim Rəqsanədir"
[b]Kərim: "Sənətdə yeganə düşmənim Rəqsanədir"[b]
Bakı. Ülkər Qasımova - APA. "Sənətdə bir düşmənim var. Düşmənim olmaqla yanaşı, həmin insana həm də nifrət edirəm, ondan zəhləm gedir. Həmin şəxs Rəqsanədir!"
Bu sözləri APA-ya açıqlamasında müğənni Kərim deyib. Ötən gün ad gününü və "Sorma" diskinin təqdimatını keçirən Kərim bu diskin yaradıcılığında çox şeyi dəyişdirəcəyinə inanır: "Gündən-günə ucalıram. Beş il professional səhnədə olmağımın bəhrəsini bu gün görürəm. Dörd ay ərzində əldə etdiyim uğuru heç vaxt qazanmamışam". Səhnəyə ilk gəlişində onu dəstəkləyən Nisə Qasımovanı ad gününə və diskinin təqdimatına dəvət etmədiyini deyən Kərim bunun səbəblərini də açıqlayıb: "Nisə Qasımovanı dəvət etməmişəm, qorxdum ki, yenə sözümü yerə salar. Toyumdakı və bundan əvvəlki təqdimat mərasimlərindəki kimi... Bununla bağlı çox söhbət var. Nisə Qasımova ilə münasibətlərimiz, sadəcə, salam-sağoldan ibarətdir".

06-10-2008, 11:31 AM #1660Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müslüm Maqomayev və xanımı xəstəxanaya yerləşdirilib
[b]Müslüm Maqomayev və xanımı xəstəxanaya yerləşdirilib[b]
Moskva - APA. SSRİ xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib. APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, cütlük dünən Moskva klinikalarından birinə müraciət edib.
Sinə nahiyəsindəki ağrılardan şikayətlənən M. Maqomayevi həkimlərə üz tutmağa xanımı məcbur edib. T. Sinyavskaya yeri gəlmişkən klinikada özünü də müayinədən keçirmək qərarına gəlib. Müayinədən dərhal sonra həkimlər məşhur cütlüyü elit palatalardan birinə yerləşdiriblər və onlara hərtərəfli müayinə təyin olunub. Müayinənin nəticələrindən asılı olaraq M. Maqomayev və xanımına müalicə kursu təyin olunacaq. Məşhur cütlüyün xəstəliklərinin diaqnozu barədə məlumat verilmir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri