[b]Azərbaycanın paytaxtında 22 yaşlı ruhi xəstə itkin düşüb[b]
[Bakı. Samir Kazımlı-APA. İyunun 1-də saat 16:00 radələrində Nərimanov rayonunun Məmməd Arif küçəsi, ev 38 ünvanında yaşayan, 22 yaşlı Sabir Əliyarov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Nərimanov rayon Polis İradəsinin 18-ci polis bölməsindən APA-ya verilən məlumata görə, hələlik S. Əlyarovu harada olması müəyyənləşməyib . Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis bölməsindən S. Əliyarovun ruhi xəstə olduğu bildiriblər. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci polis bölməsində araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

06-07-2008, 04:11 PMAPAAzərbaycanın paytaxtında 22 yaşlı ruhi xəstə itkin düşüb

06-07-2008, 04:21 PMAPAƏsgər Səbayel Ağayevin yaxınları onun silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından öldüyünə inanmır
[b]Əsgər Səbayel Ağayevin yaxınları onun silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından öldüyünə inanmır[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. "Bacım oğlu Səbayel Ağayev digər əsgər yoldaşları tərəfindən qətlə yetirilib". Bu sözləri APA-ya iyunun 4-də aldığı güllə yarasından həlak olan Qazax rayonu ərazisindəki "N" saylı hərbi hissədə xidmət edən əsgər, 1988-ci il təvəllüdlü Səbayel Ruhab oğlu Ağayevin dayısı Bahadır Cahangirov deyib. Onun sözlərinə görə, ekspertin rəyində əsgərin kəllə-beyin zədələri aldığı qeyd olunub: "Səbayelin silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından öldüyü barədə məlumat həqiqəti əks etdirmir". Qazax rayonunun müstəntiqi Elman Məmmədov isə APA-ya bildirib ki, faktla bağlı araşdırma aparılır: "Əsgər avtomatı çənəsinə dirəyərək atəş açdığına görə, ekspertin rəyində onun kəllə-beyin travması aldığı qeyd olunub. Hadisə yerindən götürülən avtomatlar və digər əşyalar yoxlanılması üçün ekspertizaya göndərilib, bütün hallar yoxlandıqdan sonra mətbuata ətraflı məlumat veriləcək". Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırılma aparıldığını bildiriblər. Qeyd edək ki, 1988-ci il təvəllüdlü Səbail Ağayev hərbi xidmətə 2007-ci ilin oktyabrında Astara rayon Hərbi Komissarlığı tərəfindən çağırılıb. -
06-07-2008, 04:31 PMAPAXətai rayonunda baş verən yanğın bir nəfərin ölümünə səbəb olub
[b]Xətai rayonunda baş verən yanğın bir nəfərin ölümünə səbəb olub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Dünən saat 05.20 radələrində Xətai rayonundakı Nəsrəddin Tusi küçəsi, ev 11, mənzil 28-də yaşayan Cabir Cəbrayılova məxsus qarajda yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə qarajın yanar konstruksiyaları yanıb, orada müvəqqəti yaşayan Oleq Qladkov isə aldığı yanıq xəsarətindən ölüb. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 04:41 PMAPALerikdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var
[b]Lerikdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Dünən saat 22.00 radələrində Lerik rayonunun Dibiyanı kəndində, kənd sakini Ramiz Muradov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Ramiz Muradovun qızı Gülnarə və oğlu Elariz Muradov hadisə yerində ölüblər. Sürücü və onun oğlu Zamiq Muradov isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırmalar aparılır. -
06-08-2008, 12:01 PMAPALondonda Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi açılıb
[b]Londonda Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi açılıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunan sərgi açılıb. Bu barədə APA-ya tədbirin təşkilatçısı, Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətindən bildirilib. Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və təbiətini əks etdirən foto-şəkillər və yağlı boya ilə çəkilən rəsm əsərləri nümayiş olunub. Tədbirdə, həmçinin "Azerbaijan: past, present, future" adlı kitabının da təqdimatı keçirilib. Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov çıxışında belə tədbirlərin əhəmiyyətindən roldan danışıb. "Odlar Yurdu" Təşkilatının sədri İlham Nağıyev sərginin bir ay davam edəcəyini bildirib. -
06-08-2008, 12:11 PMAPAPaytaxtda daha iki maşın yandırılıb
[b]Paytaxtda daha iki maşın yandırılıb[b]
[Moskva-APA. Bu gecə Moskvada daha 2 maşın yandırılıb. APA-nın məlumatına görə, naməlum şəxslər yerli vaxtla saat 00.30 radələrində Moskvanın cənubunda iki ədəd "Moskviç" markalı maşına od vurublar. Bununla da son bir həftə ərzində Moskvada yandırılan maşınların sayı 20-ni keçib. -
06-08-2008, 12:21 PMAPAHillari Klinton namizədliyini geri götürdüyünü rəsmən bəyan edib
[b]Hillari Klinton namizədliyini geri götürdüyünü rəsmən bəyan edib[b]
[ABŞ-APA. ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton prezidentliyə namizədliyini geri götürdüyünü rəsmi olaraq bəyan edib. APA-nın məlumatına görə, rəqibi Barak Obamanı təbrik edən Hillari Klinton onu dəstəklədiyini də bildirib. Barak Obama onun namizədliyini dəstəkləyən Hillari Klintona təşəkkür edib. -
06-08-2008, 12:31 PMAPAUkraynada şaxtada baş verən partlayışda 42 nəfər itkin düşüb
[b]Ukraynada şaxtada baş verən partlayışda 42 nəfər itkin düşüb[b]
[Donetsk-APA. Bu gün yerli vaxtla saat 05.00 radələrində Ukraynanın Donetsk vilayətində yerləşən şaxtada partlayış baş verib. APA-nın məlumatına görə, nəticədə şaxtada olan 42 şaxtaçı itkin düşüb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Hələlik hadisənin səbəbi məlum deyil. -
06-08-2008, 12:51 PMAPADünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib
[b]Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X qurultayı bu gün işini yekunlaşdırıb. DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin APA-ya verdiyi məlumata görə, iyunun 6-8-də keçirilən qurultay birinci günü İranda yaşayan azərbaycanlıların milli hüquqları, İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ilin mayında baş verən qanlı hadisələr, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü və Azərbaycan diasporunun vəziyyəti barədə müzakirələr aparılıb. Qurultayın sonuncu günü isə DAK-ın təşkilati məsələlərinə baxılıb. İ. Ağayev bildirib ki, qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişiklik edilib. Qurumda həmsədrlik institutu yaradılıb - Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Təşkilatın 17 nəfərdən ibarət İdarə Heyəti (8 nəfər Güney Azərbaycandan, 1-i Türkiyədən, 4-ü MDB ölkələrindən, 5-i isə Azərbaycandan), 50 nəfərlik Məşvərət Məclisi formalaşdırılıb. Qurultayda Qarabağ münaqişəsi və İrandakı azərbaycanlıların hüquqları ilə bağlı bəyanat da qəbul edilib. -
06-08-2008, 01:01 PMAPAKlassik Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarının müşavirəsi keçirilib
[b]Klassik Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarının müşavirəsi keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rayon (şəhər) təşkilatlarının müşavirəsi keçirilib. KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, iyunun 7-də keçirilən müşavirədə partiya sədri Mirmahmud Mirəlioğlu ölkədəki ictimai-siyasi vəziyyət barədə çıxış edib, toplantıda partiyanın prezident seçkisinə hazırlığı ilə bağlı məsələ müzakirə olunub. Müşavirədə iyunun 28-də partiyanın rayon təşkilatlarının iştirakı ilə genişləndirilmiş konfransı keçirilməsi barədə qərar qəbul edilib. X. Teyyublu deyib ki, partiyanın Ali Məclisin toplantısı isə iyulda keçiriləcək.