[b]Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında uçuşlar həyata keçirib[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri bu gün saat 10:00 radələrindən etibarən Bakı səmasında uçuşlara başlayıb.
[APA-nın məlumatına görə, təyyarələr tək-tək və üç-üç paytaxtın mərkəzi hissəsi və Bakı buxtası üzərində uçuşlar edib. Müdafiə Nazirliyindən APA-ya uçuşların iyunun 26-da Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədi daşıdığı bildirilib.Qeyd edək ki, artıq Azərbaycan Hərbi Hava Qüvvələri təyyarə və vertolyotları bir həftədən artıqdır, paradın keçiriləcəyi Azadlıq meydanının və Bakının mərkəzi hissəsi üzərində təlim uçuşları keçirir.
Azərbaycan Xəbərləri
Printable View

06-07-2008, 10:21 AMAPAAzərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında uçuşlar həyata keçirib

06-07-2008, 10:31 AMAPAABŞ Konqresinin Nümayəndələr Palatasının ən uzun müddətli spikeri BTC-yə dəstək verən nüfuzlu hüquq şirkətində çalışacaq
[b]ABŞ Konqresinin Nümayəndələr Palatasının ən uzun müddətli spikeri BTC-yə dəstək verən nüfuzlu hüquq şirkətində çalışacaq[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri, İllinoys ştatından olan konqresmen Dennis Hastert Bakı-Tiflis-Ceyhan (BTC) layihəsinə dəstək verən nüfuzlu "Dickstein Shapiro LLP" şirkətində çalışacaq.
[APA-nın ABŞ bürosunun ABC kanalına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının ən uzun müddətli spikeri olmuş D. Hastert şirkətdə baş məsləhətçi kimi Dövlət Qanunvericiliyi və Strateji Qruplarla iş üzrə ixtisaslaşacaq. Qeyd edək ki, adı çəkilən şirkət 1999-cu ildə BTC layihəsi üzrə İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan arasında imzalanan dövlətlərarası müqavilədə Türkiyənin "Botaş" və Enerji Nazirliyinin hüquqi məsləhətçisi qismində çıxış edib. "Dickestein Shapiro" şirkəti boru kəmərinin keçdiyi ərazilərdə vergi ödəmələri, torpaq sahələri və ətraf mühitlə bağlı məsələlərlə məşğul olub. Bu məlumatlar hüquq firmasının İnternet səhifəsində yerləşdirilib. Əlavə edək ki, "Dickestein Shapiro" 400 hüquqşünasla Amerikanın 500 ən iri şirkətindən 100-nə xidmət edir. ABŞ Erməni Milli Komitəsi artıq bəyanat yayıb ki, D. Hastert qondarma "erməni soyqırımı"nı tanıyan 106 nömrəli qanun layihəsinin Konqresdə müzakirəsinə mane olmaq istiqamətində fəaliyyət göstərəcək. -
06-07-2008, 10:51 AMAPAAzərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə növbəti qapalı dəyirmi masa keçirilir
[b]Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə növbəti qapalı dəyirmi masa keçirilir[b]
Bakı. Samir Kazımlı - APA. Bu gün Azərbaycan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə "Azərbaycan böyük dövlətlərin siyasətində" mövzusunda növbəti qapalı dəyirmi masanın təşkil ediləcək.
[APA-nın xəbərinə görə, qapalı müzakirələrdə iştirak edəcək politoloq və analitiklərin siyahısı məxfi saxlanılır. Qeyd edək ki, SAM dövlət başçısının fərmanı ilə 2007-ci ilin noyabr ayında yaradılıb. Mərkəzin qarşısında duran əsas məqsəd - dünya geopolitikasına təsir edən və onu müəyyənləşdirən amillərin araşdırılmasından, lokal, regional və beynəlxalq siyasi proseslərin analiz edilməsindən, dövlət siyasəti, xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələlərinə dair ölkə rəhbərliyi üçün müvafiq tövsiyələr hazırlamaqdan ibarətdir. -
06-07-2008, 11:01 AMAPAErmənilər müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 6-da saat 17.35-dən 18.00-dək və axşam 20.30-dan 20.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqes və Çinari kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi kəndi yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 13.10-dan 13.20-dək və iyunun 7-də saat 05.10-dan 05.20-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 18.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.02-dən 23.14-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-07-2008, 11:11 AMAPANarkotik vasitələrin satışında təqsirləndirilən Tovuz sakini həbs olunub
[b]Narkotik vasitələrin satışında təqsirləndirilən Tovuz sakini həbs olunub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Tovuz rayonunda narkotik vasitələrin alveri ilə məşğul olmaqda təqsirləndirilən Bahəddin Kərimov yaxalanıb. Bu barədə APA-ya Tovuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, saxlanılan şəxsin mənzilinə baxış zamanı müxtəlif cür narkotik vasitələr və spesifik qoxuya malik maddələr aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb. İlkin dindirmələr zamanı B. Kərimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-07-2008, 11:21 AMAPAVenesiya Komissiyasının 75-ci sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib
[b]Venesiya Komissiyasının 75-ci sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. 13-14 iyunda Venesiya Komissiyasının 75-ci sessiyası keçiriləcək. APA-nın məlumatına görə, sessiyanın ilk gününün gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib.
[Əvvəlcə Venesiya Komissiyasının üzvləri Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna dəyişikliklər barədə məlumatlandırılacaq, daha sonra Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri müzakirə edəcəklər. Sessiyada VK üzvlərindən Endzins, Paszolay və Pilqrim bu sənədə rəy verəcəklər. İclasda Prezidentin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edəcəklər. Qeyd edək ki, Venesiya Komissiyasının iclasında Ermənistanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklərlə bağlı da müzakirələrin keçirilməsi nəzərdə tutulur. -
06-07-2008, 01:51 PMAPAGəncə sakini Kür çayında boğulub
[b]Gəncə sakini Kür çayında boğulub[b]
Samux. Nəzakət Ağayeva-APA. Gəncə şəhər sakini, 17 yaşlı Səbuhi Elbrus oğlu Musayev Kür çayı üzərindəki yerləşən Yenikənd Su Elektrik Stansiyası yaxınlığında çimərkən boğularaq ölüb.
[Samux rayon Polis Şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hadisə dünən saat 15-00 radələrində baş verib. İlkin ehtimala görə, üç dostu ilə birlikdə Kürə çimməyə gedən Səbuhi üzə bilmədiyindən çayda batıb. Dostlarından biri onu xilas etmək istəsə də, cəhdi boşa çıxıb. Rayon polis şöbəsinə daxil olan məlumat əsasında çay sahilinə gələn polislər onun meyitini sudan çıxarıblar. Xatırladaq ki, Yenikənd Su Elektrik Stansiyası yaxınlığında ötən ay bir Gəncə sakini də boğulub ölmüşdü. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır. -
06-07-2008, 02:01 PMAPAGürcüstan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib, müxalifət parlamentin iclasını boykot edib
[b]Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib, müxalifət parlamentin iclasını boykot edib[b]
Tiflis-APA. Gürcüstan parlamentinin yeni tərkibdə ilk ilclası işə başlayıb. APA-nın məlumatına görə, iclasda 120 millət vəkili qeydiyyatdan keçiblər.
[Proporsional sistem üzrə parlamentdə təmsilçilik hüququ qazanan "Birləşmiş müxalifət" blokunun, Leyborist Partiyasının və Xristian-Demokrat Hərəkatının deputatları isə sessiyanı boykot ediblər. Bu düşərgədən yalnız leyboristlərin nümayəndəsi Ramaz Tevdoradze toplantıya qatılıb. Parlamentin açılış mərasimində çıxış edən prezident Mixail Saakaşvili müxalifəti dialoqa çağırıb. Cəmi altı dəqiqə çıxış edən prezident bütün dünyanın gözünü Gürcüstanda olduğunu, ölkənin böyük bir siyasi böhrandan çıxdığını, bundan sonra da qarşıya çıxacaq çətinlikləri dəf edəcəyini bildirib: "Bu gün bizim əsas hədəfimiz Gürcüstanın birliyini bərpa etməkdir, buna görə də hamını bu hədəf ətrafında birləşməyə çağırıram". Prezident seçkilərdə namizədliyini irəli sürməyən sabiq spiker Nino Burcanadzeyə də xidmətlərinə görə təşəkkür edib. Qeyd edək ki, mayın 21-də keçirilən parlament seçkilərində hakim Vahid Milli Hərəkat Partiyası 150 deputat mandatından 119-na sahib çıxıb. "Birləşmiş müxalifət" 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respublikaçılar isə 2 mandat qazanıblar. Parlamentin fəaliyyətini boykot edən "Birləşmiş müxalifət" bloku deputatların parlament binasına daxil olmasını əngəlləməyə çalışsalar da, millət vəkilləri polisin köməyi ilə binaya daxil ola biliblər. -
06-07-2008, 02:11 PMAPAAzərbaycan paytaxtında oğurluqla məşğul olan 2 nəfər yaxalanıb
[b]Azərbaycan paytaxtında oğurluqla məşğul olan 2 nəfər yaxalanıb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. İyunun 6-da Bakının Sabunçu rayonunda oğurluqla təqsirləndirilən 2 nəfər yaxalanıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər Bakı sakinləri Şəmsi Hüseynov və Elnur Cəbiyevdir. Onlar evlərə girərək oğurluq etməkdə təqsirləndirilirlər. Saxlanılan şəxslər barəsində Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci(oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-07-2008, 02:21 PMAPAQusar rayonunda silah-sursat aşkarlanıb
[b]Qusar rayonunda silah-sursat aşkarlanıb[b]
[Qusar. Solmaz Mehdiyeva - APA. Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Hil yolunda yerləşən "Bənövşə" gölünün yaxınlığında silah-sursat aşkar ediblər. Qusar RPŞ-dən APA-nın şimal bürosuna verilən məlumata görə, bu haqda məlumat daxil olduqdan sonra polis əməkdaşları əraziyə gedərək, oradan 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd "RQ-1" qumbarası, qumbaraatan üçün 2 alışdırıcı və bir necə müxtəlif çaplı güllələr aşkarlayıblar. Faktla bağlı RPŞ-də araşdırma aparılır. Hadisə yerinə Daxili Qoşunları əsgərləri də cəlb olunub.