Əsas məzmuna keç
Sayfa 453/461 İlkİlk ... 353403443451452453454455 ... SonSon
4610 sonuçtan 4.521 ile 4.530 arası

Azərbaycan Xəbərləri

1. #4521
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Hadı Rəcəbli: «Dünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır»

[b]Hadı Rəcəbli: «Dünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır»[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsinin əsas prioritetləri yenə də sosial məsələlər olacaq. «APA-ECONOMICS»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, investisiya tutumlu olacaq gələn ilki büdcənin təxminən 5 mlrd. manatı investisiya məqsədlərinə, 30%-dən çox hissəsi birbaşa sosial məsələlərin həllinə yönəldiləcək. MM üzvü qeyd edib ki, əvvəllər büdcənin 60%-i sosial sahəyə ayrılırdı. Hazırda bu nisbətin iki dəfə azalmasına baxmayaraq, ayrılan vəsaitin real həcmi 4-10 dəfə artıb.Neftin dünya bazarında qiymətinin ucuzlaşmasının Azərbaycanın növbəti il üçün dövlət büdcəsinə təsiri ilə bağlı indidən konkret fikir söyləmək istəməyən H.Rəcəbli bildirib ki, bununla bağlı konkret göstəricini büdcə layihəsi müzakirəyə çıxarılan zaman səsləndirmək mümkün olacaq: «Ola bilər ki, təkliflərdə büdcə üçün neftin baza qiyməti 60-70 ABŞ dolları/barel olsun, amma başqa rəqəmin də olması mümkündür. Ümumilikdə, bu gün gedən proseslər neftin son qiyməti deyil. Məlumdur ki, neftin qiyməti bu gün aparılan müəyyən işlər nəticəsində aşağı düşüb. Bunun məqsədi Rusiyanı, İranı və digər ölkələri cəzalandırmaq olub». MM səlahiyyətlisi hesab edir ki, bu ilin sonu və ya gələn ilin əvvəlində dünya bazarında neft bahalaşa bilər: «Neftin qiyməti bəzi iqtisadçılarımızı narahat edir, amma narahatçılığa əsas yoxdur. Neftin qiyməti büdcədə xalqa xidmət edən bir rəqəmlə nəzərə alınacaq».

2. #4522
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

62 yaşlı Babək sakini ağacdan yıxılaraq ölüb

[b]62 yaşlı Babək sakini ağacdan yıxılaraq ölüb[b]

Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu ərazisində bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayonun Məzrə kənd sakini, 1946-cı il təvəllüdlü Mustafayev Çərkəz Xələf oğlu həyətlərindəki qoz ağacından meyvə yığmaq istəyərkən yıxılıb. Ç. Mustafayev bel nahiyəsindən, onurğa beynin ciddi zədə alması nəticəsində dünyasını dəyişib.

3. #4523
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avstriyalı manyak anasını 24 il qaranlıq otaqda saxlayıb - FOTO

[b]Avstriyalı manyak anasını 24 il qaranlıq otaqda saxlayıb - FOTO[b]

Vyana-APA. Öz qızını 24 il anbarda saxlayan avstriyalı manyak Yozef Fritsl psixoloqla söhbət zamanı anasını uzun illər qaranlıq otağa məhkum etdiyini boynuna alıb. APA-nın məlumatına görə, Fritsl bildirib ki, anasını qaranlıq otaqda saxlamaqla ondan çətinliklərlə dolu uşaqlığının qisasını almaq istəyib: "Mən onu evin yuxarı mərtəbəsindəki otağa salıb, qapını bağlamışdım. Pəncərələri kərpiclə hörmüşdüm ki, içəri günəş işığı düşməsin". Qaranlıq otaqda 21 il keçirən qadın ömrünü elə orada başa vurub. Manyak söhbət zamanı anasının dövlət məmuru olduğunu və uşaq vaxtı onu tez-tez döydüyünü bildirib: "Döyülən zaman mən alçalmaq və zəiflikdən başqa heç nə hiss etmirdim. Anam məni heç vaxt öpməyib. Anamın mənim üçün etdiyi yeganə şey bazar günləri kilsəyə aparmaq olub". Qeyd edək ki, 73 yaşlı manyakın məhkəmə prosesi gələn ilin fevralında başlamalıdır. Avstriya polisi Fritsli aprel ayında həbs edib. Manyakın qızı Elizabet polisə ifadəsində atasının onu 11 il ərzində zorladığını bildirib. 24 il qaranlıq anbarda yaşamağa məhkum olmuş qız yeddi uşaq dünyaya gətirib. Onlardan biri doğuşdan bir qədər sonra ölüb. Psixiatriya ekspertizası manyakın bu əməlləri anlaqlı vəziyyətdə törətdiyinə dair rəy verib.

4. #4524
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gələn il hibrid «Mercedes» avtomobillərinin istehsalına başlanacaq

[b]Gələn il hibrid «Mercedes» avtomobillərinin istehsalına başlanacaq[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Almaniyanın «Mercedes-Benz» şirkəti 2009-cu il ərzində yeni «ML450» və «S-Class» avtomobillərinin istehsalına başlayacaq. «APA-ECONOMICS»in məlumatına görə, hər iki model hibrid mexanizmlərlə təchiz olunacaq. Yeni «ML450 Hybrid» 256 at gücündə 6 silindrli benzin mühərriklə və iki ədəd elektrik mühərriki ilə (hər biri 54 at gücü) təchiz olunacaq. Bu avtomobil 100 km məsafəyə cəmi 7,7 litr yanacaq işlədəcək. Yeni «S-Class» avtomobili «ML450 Hybrid» kimi təchiz olunacaq. Lakin «S-Class»da cəmi bir ədəd elektrik mühərriki olacaq. «Mercedes-Benz» şirkəti 2010-cu ildə həmin «S-Class» modelini həmçinin dizel mühərriki ilə də təchiz etmək niyyətindədir.Qeyd edək ki, 2010-cu ildə hibrid mexanizminin həmçinin «E-Class» və «C-Class» modellərində quraşdırılması planlaşdırılır.

5. #4525
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Rusiyadan patrul katerləri almağa hazırlaşır

[b]Azərbaycan Rusiyadan patrul katerləri almağa hazırlaşır[b]

Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın "Almaz" gəmiqayırma şirkəti "Sobol" adlı patrul katerlərinin alqı-satqısına dair Azərbaycanla danışıqlar aparır. APA-nın "Arms TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu şirkətin xüsusi idarəsinin rəisi Vladimir Moxotayev açıqlayıb. O bildirib ki, yaxın vaxtlarda bununla bağlı rəsmi müqavilənin imzalanması nəzərdə tutulur. V. Moxotayev "Sobol" katerlərinə çoxlu sayda ölkələrin maraq göstərdiyini, artıq Xəzər hövzəsi ölkələrindən Türkmənistanla müqavilənin imzalandığını söyləyib. Türkmənistan "Almaz" şirkətinə 2 ədəd sahil-mühafizə kateri sifariş verib və katerlər 2009-cu ilin sentyabrında təhvil veriləcək. Qeyd edək ki, Almaniyanın MTU firmasının mühərrikləri ilə təchiz olunmuş "Sobol"un sürəti saatda 50 uzldır. İlk "Sobol" 2006-cı ildə sınaqdan çıxarılıb. Hazırda zavodun istehsal etdiyi daha 30 kater sınaqdan keçirilir.

6. #4526
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Atasını qətlə yetirməkdə təqsirləndirilən İsmayıllı sakini tutulub

[b]Atasını qətlə yetirməkdə təqsirləndirilən İsmayıllı sakini tutulub[b]

Bakı-APA. Oktyabrın 29-da saat 07.30 radələrində İsmayıllı rayonunun Sulut kənd sakini Həmid Mahmudovun boğularaq qətlə yetirilən meyiti evində tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı H. Mahmudovun oktyabrın 27-də oğlu Qiyas tərəfindən ailə-məişət münaqişəsi zəminində döyülməsi, sonradan boğulması və aldığı xəsarətdən oktyabrın 28-də saat 10.00 radələrində evində ölməsi müəyyən edilib. İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qiyas Mahmudov rayon ərazisində tutulub.

7. #4527
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini yoxlamaq məqsədi ilə reydlər keçiriləcək

[b]Bakıda nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini yoxlamaq məqsədi ilə reydlər keçiriləcək[b]

Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında mövcud olan nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün müəyyən edilmiş vaxt sabah başa çatır. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. Qanuna uyğun olaraq paytaxtda olan hər bir nəqliyyat vasitəsinin il ərzində bir dəfə texniki baxışdan keçirilməli olduğunu xatırladan V. Əsədov deyib ki, oktyabrın 31-də nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün ayrılan vaxtın başa çatacaq. Şöbə rəisi onu da bildirib ki, noyabr ayının 1-dən DYP əməkdaşları Bakı şəhərində reydlərə başlayacaqlar. V. Əsədovun sözlərinə görə, aparılan reydlər zamanı paytaxtda hər hansı nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi aşkar edilərsə, həmin nəqliyyat vasitəsi yol hərəkətindən uzaqlaşdırılacaq, sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.

8. #4528
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ankarada türkdilli dövlətlərin IV Avrasiya konfransı keçiriləcək

[b]Ankarada türkdilli dövlətlərin IV Avrasiya konfransı keçiriləcək[b]

Bakı. Kəmalə Quliyeva-APA. 14-17 noyabr tarixlərində Türkiyənin Ankara şəhərində Türkdilli dövlətlərin IV Avrasiya konfransı keçiriləcək. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Adil Qəribov APA-ya bildirilib ki, konfransda nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə dair məsələlər müzakirə olunacaq, məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

9. #4529
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Əhmədov: "Siyasi partiyalar qərargah problemini özləri üçün bina tikməklə həll etməlidir"

[b]Əli Əhmədov: "Siyasi partiyalar qərargah problemini özləri üçün bina tikməklə həll etməlidir"[b]

Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov qərargahı olmayan siyasi partiyaların özləri üçün bina tikməsi təklifi ilə çıxış edib. Bəzi siyasilərin hökumətin partiyalar üçün bina və maliyyə vəsaiti ayırması ilə bağlı təklifləri barədə APA-nın sualını cavablandıran Ə. Əhmədovun sözlərinə görə, bu, düzgün yanaşma deyil. Sədr müavini Azərbaycanın demokratik dəyərlər və bazar münasibətlərini özündə ehtiva edən bir mərhələni yaşamaqda olduğunu, ölkədə siyasi partiyaların sayının çox olduğunu bildirib: "Həmin partiyaların da çox böyük bir hissəsi formal, heç bir fəaliyyəti olmayan partiyalardır. İndi bu partiyaların hər biri özünə bina istəyə bilər. Əgər qanun əsasında partiyalara bina verilməsi məsələsi təsbit olunsa, o zaman hər kəs qoltuğuna bir "papka" vurub bina tələb edəcək. Dövlət bu adamların hər birinə binanı haradan versin? Kimsə özünə partiya yarada bilirsə, həqiqi mənada onu dəstəkləyənlər varsa, yığışıb özlərinə bina tiksinlər. Bu, demokratik, azad bazar münasibətləri ilə yaşayan ölkənin siyasi həyatının normal hadisəsi olacaq. Bundan kənarda isə məsələ normallığından çıxacaq. Azərbaycanda 4-5 yox, 50-dən çox partiya var. Hökumət onların hansına bina versin? Bu partiyalar özlərinə bina tikməyi bacaracaqlarsa, deməli partiyadırlar, bacarmırlarsa, özlərini təmin edə bilmirlərsə, deməli onlar partiya deyillər, partiya adından möhtəkirliklə məşğuldurlar". Ə. Əhmədov partiyaların maliyyələşməsinin də həmin partiyaların tərəfdarları tərəfindən həyata keçirilməsini vacib sayıb.

10. #4530
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün BBVB-nin valyuta bölməsində 2,82 mln. dollarlıq əqd bağlanıb

[b]Bu gün BBVB-nin valyuta bölməsində 2,82 mln. dollarlıq əqd bağlanıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8085 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8127 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 258 784 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 2 021 200 AZN, manatın orta məzənnəsi 0,8085 AZN/$ təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,82 mln. dollar və ya 2 279 984 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 940 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.