Əsas məzmuna keç
Sayfa 451/461 İlkİlk ... 351401441449450451452453 ... SonSon
4610 sonuçtan 4.501 ile 4.510 arası

Azərbaycan Xəbərləri

  1. #4501
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Sevda Ələkbərzadə Vyana Musiqi Festivalında iştirak edəcək

    <span style="color:#FF0000;font-size:18px;">[b]Sevda Ələkbərzadə Vyana Musiqi Festivalında iştirak edəcək[b]</span>

    Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist Sevda Ələkbərzadə oktyabrın 31-dən Avropa ölkələrinə turneyə çıxacaq. Bu barədə APA-ya məlumat verən müğənni bildirib ki, bu turne Avstriyanın "Sargfabrik" Mədəniyyət Mərkəzi və Almaniyanın "Elen Music" Musiqi Agentliyinin dəvətə ilə həyata keçiriləcək. Noyabrın 8-dək davam edəcək səfər çərçivəsində S. Ələkbərzadənin noyabrın 5-də keçiriləıcək Vyana Musiqi Festivalında da iştirakı nəzərdə tutulur. Sözügedən festivalda S.Ələkbərzadə "Salam, şərq mədəniyyəti" adlı etno-caz stilində olan proqramla Azərbaycanı təmsil edəcək. Bununla bərabər müğənni Avstiya və Almaniyada solo konsert proqramı ilı çıxış edəcək. Turnedəki konsertlərdə S.Ələkbərzadəni fortepianoda Emil İbrahim, tarda Malik Mansurov, nağarada Natiq Şirinov, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Vaqif Əliyev müşayiət edəcək.

  2. #4502
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycan paytaxtında 9-cu sinif şagirdi dostunu bıçaqlayıb

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan paytaxtında 9-cu sinif şagirdi dostunu bıçaqlayıb[b]</span>

    Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 9-cu sinif şagirdi pul üstündə dostunu bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Zamir Qərib oğlu Yusifov dostu, 10-cu sinif şagirdi, 1991-ci il təvəllüdlü Əli Hakim oğlu Məmmədovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan Ə. Məmmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, öd kisəsi yararsız hala düşdüyü üçün çıxarılıb. Z. Yusifov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Saxlanılan şəxs ilkin dindirilmə zamanı hadisəni pul üstündə törətdiyini etiraf edib. Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.

  3. #4503
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Salam Sarvan: "Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil" - MÜSAHİBƏ

    <span style="color:#FF0000;font-size:18px;">[b]Salam Sarvan: "Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil" - MÜSAHİBƏ[b]</span>

    "Kəskin ədəbi kriteriyadan yanaşsaq, Azərbaycan ədəbiyyatında istedadlı yazarların sayı beş-altıdan o yana keçməz"

    Bakı. Elbrus Seyfullayev - APA. Şair Salam Sarvanın APA-ya müsahibəsi- Görüşə niyə gecikirsiniz?- Bizdə bu suala ənənəvi bir bəhanə ilə cavab verilir - tıxaca düşmüşdüm. Bir də ki, görüş üçün təyin edilən yeri tapa bilmirdim. Biz tələbə olanda uşaqlarla görüşmək üçün konkret yerlər var idi. İndi şəhər çox dəyişib, inkişaf edib. Açığını deyim ki, belə vəziyyətdə adam görüş yerini müəyyənləşdirməyə çətinlik çəkir. - Ola bilər ki, adamlar da daha əvvəlki kimi tez-tez görüşmürlər.- Bu da var. Digər tərəfdən də ünsiyyət üçün geniş imkanlar yaranıb, texnologiya inkişaf edib, hamının mobil telefonu var. Zamanın sürəti artdıqca biz onunla ayaqlaşmaq istəyirik. Zamanla ayaqlaşmaq üçün qaçmaq lazımdır, qaça-qaça da adətən adam üstündən nəyisə salıb itirir və onun fərqinə varmır. Biz bu qaçışda çox şeyi itirməyimizin fərqində deyilik. Onlardan biri də insanlar arasında ünsiyyətin yoxa çıxmasıdır. Ancaq yadlaşmaqla kifayətlənsəydik yaxşı idi. Bununla yanaşı, faciəli bir proses də gedir - adamların bir-birinə qənim, düşmən kəsilməsi... - Nə işlə məşğulsunuz?- Mən əbədi işimlə məşğul olmaqla yanaşı, nəşriyyatda da işləyirəm. Kitab nəşr edirik. Ümumiyyətlə, kitabla istənilən ünsiyyət maraqlıdır. - İndi nə yazırsınız?- Sonuncu kitabım 2006-cı ildə çıxıb. Bu kitabın adı "Şir bürcü, at ili, it günü" idi. İndiyə kimi cəmi üç kitabım çap olunub. Son kitabımı tərtib edəndə hiss etdim ki, kitablarımın nəşri beş ildən bir alınır. Mənə elə gəlir ki, artıq ədəbiyyatda janrlararası ziddiyyətlərin itməsi prosesi gedir. Vaxt gələcək, filankəsin şeiri, hekayəsi ifadələri yox, filankəsin yazısı ifadəsi işlənəcək. Beş il bundan əvvəl yazdığıma şeir deyirdimsə, indi ona sadəcə, yazı deyirəm. - Bir vaxtlar sizin ədəbi nəslin nümayəndələri arasında Yazıçılar Birliyindən çıxanlar oldu. Siz nə əcəb getmədiniz?- Yazıçılar Birliyindən çıxanların arqumentləri arasında obyektiv məqamlar var idi. Bu məqamlar üzərində mən də düşünmüşəm. Bir müddət Yazıçılar Birliyinin ünvanına tənqidi yazılar da yazdım. Sonradan gördüm ki, cəmiyyətimizdə gedən proseslər Yazıçılar Birliyindən də yan keçməyib. Atılan hər bir addım nəyəsə xidmət etməlidir. Elə yerlər var ki, orada qalmaqla getməyin heç bir fərqi yoxdur. Ona görə də, bu addımı qabarıq şəkildə atmağa ehtiyac duymadım. Təşkilatdan çıxmaq problemin həlli yolu deyildi. Ancaq məlum oldu ki, təşkilatda qalmaqla da heç nəyi həll etmək olmur. - Yazıçılar Birliyinin yazıçıların həyatında böyük rol oynaya biləcək quruma çevrilməsi üçün nə etmək lazımdır?- Bunun üçün hökumətin ədəbiyyat siyasəti olmalıdır. Bu gün Azərbaycan hökumətinin idmana, incəsənətə, hətta şou-biznesə yönəlik siyasəti var. Son vaxtlar hökumətin ədəbiyyat siyasətinin həyata keçirilməsi istiqamətində də müəyyən cəhdlər edilir. Ədəbiyyata münasibət idmana münasibət qədər xüsusi olmalıdır. Məsələn, Orxan Pamukun aldığı Nobel mükafatının Türkiyəyə gətirdiyi nüfuz, əlli idmançının qazandığı qələbədən, gətirdiyi nüfuzdan qat-qat artıqdır. Yəni bu reallığı qəbul etmək lazımdır. - Siz hesab edirsiniz ki, Azərbaycanda Orxan Pamuk qədər güclü yazıçı var?- Orxan Pamuk Nobel mükafatını alana qədər Türkiyədə də adamlar bir-birinə bu cür ironik suallar verirdilər.- Gəlin unutmayaq ki, Orxan Pamuk Nobel alana qədər dünyanın məşhur və çox oxunan yazıçılarından biri idi.- Şübhəsiz ki, ədəbiyyatı fərdlər yaradır. Əslində məntiqlə məsələni belə qoymaq olar ki, hər bir istedadı öz taleyinə buraxmaq lazımdır. Yəni getsin Orxan Pamuk kimi özünü təsdiq etsin. Azərbaycan sərhədləri daxilində bu fərdlər özlərini təsdiq edə bilər. Ancaq Orxan Pamukun Türkiyə sərhədlərini aşmasında xüsusi məqamlar var idi. Bu, onun istedadı ilə bağlı deyildi. Xaricə çıxmağın birinci yolu tərcümədən keçir. Azərbaycanda mərkəzləşdirilmiş tərcümə mexanizmi qurulmayıb. - Bəs Azərbaycan Tərcümə Mərkəzi?- Bu qurumun sistemli fəaliyyətinin nəticəsini mənə göstərin. Biz bu gün hansı dünya yazarlarını tərcümə edib, Azərbaycan oxucusuna təqdim etməliyik? Bu iş sistemli qaydada, siyahı tutulmaqla olmalıdır. Biz hansı Azərbaycan yazıçısını dünya səviyyəsinə çıxmağa hazır hesab edirik? Hesab edək ki, Azərbaycan ədəbiyyatının səviyyəsinin dünya ədəbiyyatı səviyyəsində olmadığı haqda düşünənlərin fikirləri düzdür. Axı bu gün Azərbaycanda 20 çap vərəqində dünya ədəbi standartına uyğun nümunələr var. Müxtəlif müəlliflərin bu əsərlərini bir toplu kimi dünyada təbliğ etmək olar. - Siz yaradıcılığınızı həmin topluda görürsünüz?- Elə mətnlərim var ki, o topluda görürəm. Mən bayaq hökumətin ədəbiyyat siyasəti deyəndə məhz müəyyən layihələrin reallaşdırılmasını da nəzərdə tuturdum. Yəni ədəbiyyatı Yazıçılar Birliyinin inhisarına vermək olmaz. Bu gün istənilən nazir hər hansı ədəbiyyat layihəsi həyata keçirmək istəyəndə Yazıçılar Birliyi ilə məsləhətləşir və ona elə gəlir ki, Azərbaycanda ədəbiyyata aid yalnız bir ünvan var. Bu gün Yazıçılar Birliyini Ədəbiyyat Nazirliyi kimi təsəvvür edirlər. Bu, düzgün siyasət deyil. Elə ədəbi layihələr maliyyələşdirilməlidir ki, sağlam rəqabət yaransın. Bir yox, bir neçə Yazıçılar Birliyinin yaranmasına rəvac verən rəqabətə kapital qoyulmalıdır. İnkişaf bu zaman baş verə bilər. - Azərbaycanda bir neçə yazıçı birlikləri yaranıb axı.- Söhbət hansı təşkilatdan gedir? - Məsələn, Azad Yazarlar Ocağından. - Azad Yazarlar Ocağı bu gün bütün mahiyyət etibarilə Azərbaycan Yazıçılar Birliyinin "kserokopiyası"dır. Hətta bu qurum o mənada Yazıçılar Birliyindən bir qədər də qabağa gedib. - Amma onlar ədəbiyyata yeni ideyalar, yeni yaradıcılıq forması gətirdiklərini iddia edirlər. - Bu, şüarçılıqdır. Mən dedim axı bu təşkilatın mahiyyətinə fikir verin. Azərbaycan Yazıçılar Birliyindəki proseslər Azad Yazarlar Ocağında da gedir. Ədəbiyyatı monopoliyaya almaq cəhdi, tənqidə dözümsüzlük və mənim sadalamaq istəmədiyim digər səbəbləri də üst-üstə gəlsəniz, həmin mənzərə yaranır. - Bəs onlar niyə özlərini başqa cür təqdim edirlər? - Mən iddia edirəm ki, kosmonavtam. Axı mən uça bilmirəm. Yəni bunlar şüarçılıqdır. Yeni düşüncə və təfəkkürün ifadəsi konkret mətnlərdə olmalıdır. İddiası heç bir məntiqə sığmayan o adamların mətnlərinə baxın. Orada hansı yeni təfəkkürü görürsünüz? Bir dəfə dedim ki, Azad Yazarlar Ocağının yeni təfəkkür adı ilə cəmiyyətə sırımaq istədiyi təfəkkür köhnədir. Onlardan biri mənə sual verdi ki, bəlkə sizin yenilikdən başınız çıxmır, ona görə belə düşünürsünüz? Mən də ona cavab verdim ki, tutalım mənim yenilikdən başım çıxmır, köhnədən ki başım çıxır. Köhnədən başım çıxdığı üçün də bilirəm ki, orada təzə heç nə yoxdur. Bu gün yaxşı bədii mətn yaratmaq lazımdır, buna isə heç kim mane olmur. - Gələn il Azərbaycan Yazıçılar Birliyinə yeni sədr seçiləcək. Ortaya iddia qoymaq fikriniz yoxdur ki?- Mən o halda iddia qoyaram ki, Yazıçılar Birliyinin sədrini yazıçılar özləri seçsinlər. - Sizcə kim Yazıçılar Birliyinin sədri olsa, vəziyyət düzələr? - Mən hesab edirəm ki, Yazıçılar Birliyinin sədri yazıçı olmasa yaxşıdır. Necə ki, futbol klubunun prezidentinin futbolçu olması şərt deyil. Hətta Yazıçılar Birliyinin sədrinin iş adamı olması daha yaxşı olardı. Bu adam öz imkanlarını təşkilatın inkişafına yönəldə bilər. Digər tərəfdən də onun ədəbiyyat iddiası olmayacaq. Yazıçılar Birliyinin sədrinin yazıçı olması o deməkdir ki, onun ədəbiyyat iddiası var və bəzən qurumun imkanlarını da öz iddialarına uyğun yönəldir. - Azərbaycan ədəbiyyatında bir nömrəli yazıçı və ya şair kimdir? - Mənim üçün sevimli müəlliflər yox, mətnlər var. Bu mənada yazıçıları nömrələmək ağlıma gəlməyib. - Yaxşı, Azərbaycanın ən istedadlı yazıçısı kimdir? - Azərbaycan poeziyasında və nəsrində əlliyə qədər istedadlı şəxsin adını saya bilərəm. Ancaq istedadı reallaşdırmaq məqamı tamamilə fərqlidir. Deyək ki, Azərbaycan ədəbiyyatında olan əlli istedadlı adamın yalnız üçü-dördü öz istedadını reallaşdıra bilib. Ona görə də kəskin ədəbi kriteriyadan yanaşsaq, Azərbaycan ədəbiyyatında istedadlı yazarların sayı beş-altıdan o yana keçməz. Ancaq bizim bir bəlamız da var ki, hər şeydə olduğu kimi, ədəbiyyatda da güzəştlə danışmışıq. - O beş-altı yazarın arasında öz adınız var?- Mən özümü şübhəsiz ki, onların içində görürəm. - Şeirləriniz xarici dillərə tərcümə olunub?- Cəmi ona qədər şeirim rus dilinə tərcümə edilib. Ancaq bu şeirlər rus oxucuları arasında yaxşı təbliğ olunmayıb. - Neçə yaşınız var? - 42. - İndi siz gənc şair sayılırsınız, yoxsa necə? - Vaqif Bayatlının çox sevdiyim bir şeri var: "Şairin qocası, gənci olmur. Bütün gözəl şairlər hamısı gəncdirlər". Mən onunla razıyam. - Söhbət 42 yaşında ən azı Azərbaycan miqyasında tam şəkildə tanınmaqdan, populyar olmaqdan gedir. - Mən artıq otuz yaşından sonra tanınmaq barədə düşünmürəm. Otuzu keçəndən sonra başa düşdüm ki, ədəbiyyat sadəcə, bizim həyat tərzimizə çevrilib. Ona görə də, bu taledə görünür, Allahın da iradəsi iştirak eləyir. Və bəzi məsələlər bizdən asılı deyil. Doğurdan da bəxti gətirən və gətirməyən yazar anlayışı düzdür. - Siz hansılardansınız?- Mən yazılarıma görə hörmət və diqqət görmüşəm. Təəssüf ki, biz ədəbiyyata təsərrüfat kimi yanaşmamışıq. Əkinçi dəni səpməklə kifayətlənmir. Səpilən dənin suvarılması, becərilməsi və bazara çıxarılıb satılması prosesi var. Biz indiyə kimi ədəbiyyatda dəni səpməklə kifayətlənmişik. Biz elə bilmişik ki, şairin işi şeiri kağıza köçürməkdən ibarətdir. Mətn yazılandan sonra onun taleyi ilə maraqlanmaq, təbliği və ədəbiyyat bazarına çıxarılması ilə məşğul olmaq lazımdır. Bizdə isə ədəbiyyat bazarı yoxdur. - Necə olur ki, Azərbaycanda kitab bazarı olmaya-olmaya "Əli və Nino" romanı son on ildə ən azı on dəfə təkrar nəşr edilir?- Bədii əsərin taleyi də olmalıdır. "Əli və Nino" çox gözəl əsərdir. Elə mətinlər var ki, onların bəxti gətirir. "Əli və Nino" əsərinin də bəxti gətirib. - İncəsənətdə sizin yaşda olanlar artıq "xalq artisti" fəxri adını alıb. - İndi mən xalq şairi olmalı idim? - Prinsipcə hə.- Xalq şairi ifadəsini, bu adın fəlsəfəsini qəbul eləmirəm. Ancaq mənə xalq şairi adı versələr, ondan imtina etmərəm. Saxta cığallıq təsiri bağışlayan addımlar atmaq mənasızdır. Mənə bu adı versələr, ondan imtina etməsəm də, heç bu adı da daşımayacağam. Tutaq ki, sən mənə bir alışqan hədiyyə edirsən. Mən o alışqandan imtina etmirəm, ancaq ondan istifadə də etmirəm. Mən öz siqaretimi kibritlə yandırıram. - Vaxtilə təmsil olunduğunuz Ana Vətən Partiyasından niyə getdiniz?- Çox gec başa düşdüm ki, məndən siyasətçi olmaz. Bundan sonra heç vaxt heç bir partiyanın üzvü olmayacağam. - Öz haqqınızda nə düşünürsünüz?- Mən özümü çoxdan analiz edib, qurtarmışam. Beş il bundan qabaq bu məsələni həll etmişəm. Bu gün özüm haqqında düşünmürəm. Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil. - Hansı nəticəyə gəlmisiniz özünüz haqqında?- Mənim son yazılarımda özünə ironiya və gülüşü görmək olar. Həyatımız ironiya və gülüş obyektindən başqa heç nəyə yaramayan bir şeydir. Hər şey gülüş obyektidir. O sırada özüm də varam. Belə nəticəyə gəlmişəm ki, artıq hər şey gülmək üçündür...

  4. #4504
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    2008-ci ilin noyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq tamaşaların proqramı

    <span style="color:#FF0000;font-size:18px;">[b]2008-ci ilin noyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq tamaşaların proqramı[b]</span>

    Gün və saat Göstəriləcək tamaşalar 01.11.0818:00Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"

  5. #4505
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycanda su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi üçün podratçı seçilir

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanda su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi üçün podratçı seçilir[b]</span>

    Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. «Azərsu» ASC «Azərbaycan Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi» çərçivəsində su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisinə dair podratçı şirkətin seçilməsi məqsədilə tender keçirir.Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisi Xanlar, Goranboy, Ağstafa, Tovuz, Oğuz, Zaqatala, Qəbələ və Şamaxı rayonlarında aparılacaq. İddiaçılar ingilis dilində ixtisas uyğunluğu sənədinin tam komplektini yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 100 manat məbləğində vəsaitin ödədikdən sonra əldə edə bilərlər. İxtisas uyğunluğunun müəyyən edilməsi ərizəsi dekabrın 1-dək təqdim olunmalıdır. Layihə çərçivəsində su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisinə dair tenderə dəvət isə bu ilin dekabr ayında elan olunacaq. Qeyd edək ki, bu layihəyə təxminən 250 mln. ABŞ dolları sərf ediləcək. Bunun 190 mln. dollarını Dünya Bankı, 60 mln. dollarını isə Azərbaycan hökuməti ayıracaq. Layihə Azərbaycanın 15-16 rayonunu, həmçinin, Naxçıvan MR-nın 5 rayonunu əhatə edəcək.Xatırladaq ki, ilk eyniadlı layihə üzrə tərəflər arasında 230 mln. dollar dəyərində kredit sazişi ötən ilin avqustun 17-də imzalanıb. Hazırda isə tərəflər layihənin şəhərlər üzrə əhatə dairəsinin genişləndirilməsini planlaşdırır.Əlaqə telefonu: (+994 12) 441-32-73/74/75.

  6. #4506
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    "Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib

    <span style="color:#FF0000;font-size:18px;">[b]"Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib[b]</span>

    Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə "Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin dünyaya inteqrasiyası, inkişafı və təbliği üçün xarici dillərin öyrənilməsinə ehtiyac yarandığını deyib. O, Azərbaycanda yalnız ingilis dilinə marağın artmasını düzgün hesab etmədiyini söyləyib: "Bu məsələyə kor-koranə yanaşmaq olmaz. İngilis dilinin tədrisinin artırılması fransız, alman, rus və digər dillərin öyrənilməsinə mane olmamalıdır". Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov isə bildirib ki, xarici dillərin öyrənilməsinə məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır: "Ən ağır məsələ orta təhsil müəssisələrində xarici dillərin tədrisidir. Müəllimlər xarici dillərin öyrənilməsində yeni metodik imkanlar tapmalıdırlar. Ölkənin inkişafı və dünyada tanınması üçün xarici dillərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir". Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rektoru Asəf Namazov tədrisin müasirləşdirilməsi istiqamətində dövlətin atdığı addımlara diqqət çəkib. Sonra konfrans 3 bölmə üzrə işini davam etdirib.

  7. #4507
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Ordusunun əsgəri özünü güllələyib[b]</span>

    Bakı - APA. Azərbaycan Ordusunun Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Həsən Yusif oğlu səngərdə özünə xidməti silahından atəş açıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, bu il Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan H. Allahverdiyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilib. Əsgərin həyatı üçün təhlükə olmadığı bildirilib. Nazirlik sözçüsü mətbuatda əsgərin hərbi hissənin çavuşu tərəfindən güllələnməsi barədə verilən xəbəri təkzib edib: "Bununla bağlı araşdırma aparılıb. Məlum olub ki, bir neçə gün əvvəl döyüş növbəsinə göndərilən əsgər iradəsizlik göstərərək özü-özünə silahdan atəş açıb".E. Sabiroğlu faktla bağlı Hərbi Prokurorluqda cinayət işinin açıldığını, istintaq getdiyini bildirib.

  8. #4508
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycan Avropada iki təzyiq etalonu alıb

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Avropada iki təzyiq etalonu alıb[b]</span>

    Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (SMPDA) Avropa ölkələrinin istehsalı olan 2 ədəd təzyiq etalonu alıb. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə SMPDA baş direktorunun vəzifəsini icra edən Ramiz Həsənov məlumat verib.R.Həsənovun sözlərinə görə, bununla Agentliyin nəzdində fəaliyyət göstərən Etalon Mərkəzindəki etalonların sayı 11-ə çatıb.R.Həsənov ilin sonuna qədər yeni etalonların alınacağını da qeyd edib.Azərbaycan Etalon Mərkəzindəki nümunələr əsasən ABŞ, İsveçrə, Almaniya istehsalıdır.

  9. #4509
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Qalaktikanın 8 planeti Azərbaycanın adı ilə bağlıdır

    <span style="color:#FF0000;font-size:18px;">[b]Qalaktikanın 8 planeti Azərbaycanın adı ilə bağlıdır[b]</span>

    Bakı. Kəmalə Quliyeva - APA. Qalaktikadakı 8 asteroid Azərbaycanın adı ilə bağlıdır. Bu məlumatı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev verib.

    Ə. Quliyev bildirib ki, göy üzündə Azərbaycanla bağlı "Azərbaycan", "Şamaxı Astrofizika Rəsədxanası", "Nizami Gəncəvi", "Nəsrəddin Tusi", "Hüseyn Cavid", "Müslüm Maqomayev", "Sorin" (Azərbaycanda çalışmış rus alim) və "Əyyub Quliyev" asteroidləri var. Kiçik planetlərə daha çox elm və incəsənət xadimlərinin adlarının verildiyini deyən Ə, Quliyevin sözlərinə görə, planetlərə siyasətçilərin adlarının verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Siyasətçilərin adları asteroidlərə ancaq 100 ildən sonra verilə bilər.Asteroidlərə hansı adların verilməsinə isə Beynəlxalq Astronomiya İttifaqı nəzarət edir. Bu ittifaqın nəzdindəki "Kiçik planetlər və kometlər mərkəzi" təklif olunan adlarla bağlı müzakirələr aparıb qərar qəbul edəndən sonra həmin adlar kataloqa daxil edilir.

  10. #4510
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycanın not bazarında gəlirlik 14 aylıq minimuma enib

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın not bazarında gəlirlik 14 aylıq minimuma enib[b]</span>

    Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə oktyabrın 29-da Bakı Fond Birjasında (BFB) keçirilən hərracda gəlirlik səviyyəsi 14 aylıq minimuma düşüb. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, ortaölçülmüş qiymət üzrə gəlirlik 6,33% təşkil edib.Qeyd edək ki, notlar üzrə analoji gəlirlik səviyyəsi sonuncu dəfə yalnız 2007-ci ilin sentyabr ayının əvvəlində müşahidə olunub: Son zamanlar not bazarında, dha dəqiq isə bu ilin sentyabr-oktyabr ayları ərzində tələbatın təklifi üstələməsi müşahidə olunur. Belə ki, oktyabrın 29-da keçirilən son hərracda tələbat təklifi 2,5 dəfə, ondan əvvəlki hərracda isə 2,9 dəfə üstələyib. Nəticədə, gəlirlik kəskin şəkildə aşağı düşüb. Eyni zamanda, yaranmış vəziyyət mərkəzi bank üçün yerləşdirilən notların həcmini artırmağa imkan yaradıb. Bu da öz növbəsində dövriyyədə olan notların həcmini son iki ayı ərzində artırmasına səbəb olub: Bankların notlara olan tələbatının artması əvvəlcədən proqnozlaşdırılırdı, çünki sentyabrda banklar tərəfindən istehlak kreditləşməsini dayandırılması nəticəsində likvidliyin artması gözlənilirdi. Qeyd edək ki, istehlak kreditləri ümumi bank kreditləşməsinin təxminən 40%-ni təşkil edir və bu istiqamətə yönəldilən sərbəst pullar digər istiqamətlərə yönəldilib. Bu istiqamətlərdən biri də not bazarıdır. Nəticədə, not bazarında tələbat artır və müvafiq olaraq gəlirlik azalır.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.