Əsas məzmuna keç
Sayfa 353/461 İlkİlk ... 253303343351352353354355363403453 ... SonSon
4610 sonuçtan 3.521 ile 3.530 arası

Azərbaycan Xəbərləri

1. #3521
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri

[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]

Alış (manat) Satış (manat) 17,60

2. #3522
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]

Bakı. APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 09.20-dən 09.25-dək və oktyabrın 6-da saat 00.40-dan 00.55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 13.10-dan 13.20-dək, 14.45-dən 17.45-dək, 19.20-dən 22.50-dək və oktyabrın 6-da saat 02.25-dən 02.45-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.10-dan 02.20-dək və 05.40-dan 05.45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

3. #3523
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Piter Semnebinin Azərbaycana səfəri başlayıb

[b]Piter Semnebinin Azərbaycana səfəri başlayıb[b]

Bakı. Laçın Sultanova-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda səfərdədir.

APA-nın məlumatına görə, P. Semnebini Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək, bundan başqa, xüsusi nümayəndə müxtəlif görüşlər keçirəcək.Qeyd edək ki, səfərin məqsədi Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyətlə yaxından tanış olmaqdır.

4. #3524
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüşüb

[b]Prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüşüb[b]

Şirvan. Əlibəy Zeynalov - APA. Oktyabrın 5-də Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüş keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, görüşdə Fazil Mustafayev seçicilərə seçki platforması barədə məlumat verib, onların suallarını cavablandırıb. Namizədin çıxışı, əsasən, Azərbaycanın neft ölkəsindən rifah ölkəsinə çevrilməsi ruhunda olub. Görüşü ATƏT nümayəndələri də müşahidə edib.

5. #3525
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib

[b]Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib[b]

Bakı. Hafiz Heydərov-APA. Bakıda dəhşətli qətl hadisəsi baş verib. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, qardaş bacısından nişanını qaytarmağı tələb etdiyi üçün gələcək kürəkəni tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Abşeron rayon sakini, 1982-ci təvəllüdlü Malik Zahidov nişanlısının qardaşını, Əmircan sakini, 1984-cü il təvəllüdlü İlqar Mehrəliyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M. Zahidov aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Faktla bağlı Qaradağ RP-da Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

6. #3526
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Kürdəmirdə baş verən yol qəzasında 81 yaşlı piyada ölüb

[b]Kürdəmirdə baş verən yol qəzasında 81 yaşlı piyada ölüb[b]

Kürdəmir- Şahnəzər Bəşirov- APA. Dünən saat 19.00 radələrində Kürdəmir rayonunun Topal Həsənli kəndi ərazisində ölümlə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində rayonun Şıxımlı kənd sakini 1969-cu il təvəllüdlü İbrahimov Azad Əlövsət oğlunun idarə etdiyi 35-BY-331 dövlət nömrə nişanlı VAZ-21-011 markalı avtomobili Topal Həsənli kənd sakini 1927-ci il təvəllüdlü Şirəliyev Böyükağa Hacıqulu oğlunu vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

7. #3527
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda 17 yaşlı gənci maşın vurub

[b]Bakıda 17 yaşlı gənci maşın vurub[b]

Bakı. Hafiz Heydərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində baş verib. 1962-ci ilk təvəllüdlü Arif Surxay oğlu Məmmədov idarə etdiyi VAZ-21-093 markalı 10-EG-660 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Zeynalovu vurub. O. Zeynalov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

8. #3528
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nağd valyutanın mübadilə məzənnələri

[b]Nağd valyutanın mübadilə məzənnələri[b]

Alış/ Satış

9. #3529
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində yaralanan 35 sərnişindən 12-si Azərbaycan vətəndaşıdır

[b]Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində yaralanan 35 sərnişindən 12-si Azərbaycan vətəndaşıdır[b]

Bakı. Laçın Sultanova - APA. Ankaradan İstanbula gedən "İqdırlılar" firmasına məxsus sərnişin avtobusunun Düzcə rayonunda qəzaya uğraması nəticəsində yaralanmış 35 nəfər arasında 12 Azərbaycan vətəndaşı var.

Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib. Səfirin sözlərinə görə, həmvətənlərimizin əksəriyyəti ilk tibbi yardımdan sonra buraxılıblar. Qeyd edək ki, hadisə dünən baş verib. "İqdırlılar" firmasına məxsus sərnişin avtobusunun "Jeep" markalı avtomaşınla toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi uçuruma yuvarlanıb. Hələlik qəzada yaralananlardan 13-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Artıq xəsarət almış azərbaycanlılardan üçünün adı açıqlanıb. Bunlar Firəddin Səfərov, Məhərrəm Məhərrəmov və Hikmət Seyidovdur. Xəsarət almış digər soydaşlarımızın kimliyi dəqiqləşdirilir.

10. #3530
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Göyçayda seçicilərlə görüşüblər

[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Göyçayda seçicilərlə görüşüblər[b]

Göyçay. Zahid Abışov - APA. Dünən Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, Göyçay şəhər stadionunda keçirilən görüşdə İlham Əliyevin vəkilləri - Milli Məclis üzvləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Sabir Hacıyev və "İrəli" Gənclər Hərəkatının sədri Ceyhun Osmanlı iştirak edib. Görüşdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. İlham Əliyevin vəkilləri Göyçay rayonunun bir sıra kəndlərində də seçicilərlə görüşüblər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.