Əsas məzmuna keç
Sayfa 197/461 İlkİlk ... 97147187195196197198199207247297 ... SonSon
4610 sonuçtan 1.961 ile 1.970 arası

Azərbaycan Xəbərləri

1. #1961
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səməd Seyidov: "AŞ PA sessiyasında Azərbaycanla bağlı müzakirələr sabah keçiriləcək"

[b]Səməd Seyidov: "AŞ PA sessiyasında Azərbaycanla bağlı müzakirələr sabah keçiriləcək"[b]

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun Siyasi Bürosunun iclası keçirilib.

Bu barədə APA-nın Avropa bürosuna açıqlama verən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Bürosunun iclasında sessiyanın gündəliyinin təsdiqləndiyini bildirib: "Gündəliyə Azərbaycanla yanaşı Ermənistanda da demokratik institutların fəaliyyətinə dair dinləmələrin keçirilməsi ilə bağlı məsələ daxil edildi. Bildiyiniz kimi, Ermənistan üzrə həmməruzəçilər bu ölkədə son vəziyyəti dəyərləndirmək üçün Ermənistana getməli idilər. Siyasi Büroda onların məruzəsi dinlənildi və qərara alındı ki, iyunun 25-də Ermənistanda vəziyyətə dair fövqəladə müzakirələr keçirilsin. Çünki AŞ PA-nın məlum qətnamə və tövsiyələrindən sonra bu ölkədə demokratik institutların fəaliyyətinə dair irəliləyiş əldə olunmayıb". Səməd Seyidov Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsinin müzakirəsinin sabah keçiriləcəyini bildirib: "Siyasi Büronun iclasında prezident seçkiləri ilə bağlı ilkin məlumat verdik və iyun sessiyasından sonra ölkəmizdə keçiriləcək seçkiləri izləmək üçün AŞ PA-nın müşahidə missiyası formalaşmağa başlayacaq. Bu sessiya çərçivəsində müxtəlif görüşlərimiz olacaq, bu gün AŞ PA prezidenti ilə görüşüm nəzərdə tutulub". Səməd Seyidov AŞ PA prezidenti Luis Mariya de Puçun ayın əvvəlində regiona səfər edəcəyini bildirib: "Biz AŞ PA prezidenti ilə bir çox məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, Dağlıq Qarabağ üzrə Alt Komitənin tərkibi hələ təsdiqlənməyib. Biz artıq müvafiq məktubu təqdim etmişik, Ermənistan tərəfdən isə bu ölkədə baş verən problemlərlə bağlı müəyyən problemlər var. Ümumiyyətlə deyə bilərəm ki, bu sessiya çox maraqlı keçəcək".

2. #1962
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Lent.az on-line xəbər portalı fəaliyyətə başlayıb

[b]Lent.az on-line xəbər portalı fəaliyyətə başlayıb[b]

Bakı - APA. Azərbaycanda yeni on-line xəbər portalı fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, [ portalının ziyarətçiləri burda siyasi, ictimai, kriminal xəbərlər, dünyada baş verən maraqlı hadisələrlə tanış olacaqlar.

Portalda həmçinin ölkənin tanınmış şəxslərindən, ictimai xadimlərdən, məşhur ulduzlardan eksklüziv müsahibələr yer alacaq. Portal sosial araşdırmalar, geniş ictimai maraq kəsb edən mövzuların müzakirəsi ilə də məşğul olacaq. [ portalı hər bir oxucunun maraqlı xəbərlərə, təklif etdiyi müzakirələrə yer ayırmağa hazırdır. Portalda tanınmış yazarların köşə yazılarına, gündəmin mühüm hadisələri ilə bağlı fərdi yanaşmalarına da meydan veriləcək. [ Azərbaycan dilində fəaliyyət göstərəcək.

3. #1963
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq

[b]Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. APA-nın xəbərinə görə, bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilov qiymətləndirmə sisteminin tətbiqinə yaxın zamanlarda başlanacağını deyib. Komissiya sədri qeyd edib ki, dövlət qulluqçularının etik davranışları ilə bağlı komissiyaya vətəndaşlar tərəfindən müraciətlər də olunur: "Müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılır və şikayətçilər bizdən razı qalıblar". B. Xəlilov Litva İdarəçilik Akademiyası ilə Komissiya arasında imzalanan müqaviləyə əsasən, Azərbaycanın 36 dövlət orqanının kadrları və aparat rəhbərləri üçün Vilnüs şəhərində üç günlük təlim keçiriləcəyini bildirib. O qeyd edib ki, komissiya iyulun sonlarından başlayaraq, Azərbaycanın regionlarında yerli icra hakimiyyəti orqanlarının kadrları üçün təlimlərə başlayacaq.

4. #1964
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan İslam Konfransı Təşkilatına 500 min dollar yardım göstərəcək

[b]Azərbaycan İslam Konfransı Təşkilatına 500 min dollar yardım göstərəcək[b]

Bakı. Laçın Sultanova-APA. Azərbaycan İslam Konfransı Təşkilatının (İKT) katibliyinə qurumun rolunun artırılması və yeni əsasnaməsinin yerinə yetirilməsi üçün 500 min ABŞ dolları həcmində yardım göstərəcək.

APA-nın məlumatına görə, XİN mətbuat katibi Xəzər İbrahim bildirib ki, Uqandanın paytaxtı Kampalada keçirilən İKT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov Azərbaycanın belə bir qərar qəbul etdiyini söyləyib. X. İbrahim həmçinin bildirib ki, Kampala görüşündə bir neçə qətnamə qəbul edilib və bu qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənib, təcavüzkarın işğal etdiyi ərazilərdən çıxması tələb olunub. Sənəddə göstərilib ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizə 60 milyard ABŞ dollara yaxın zərər vurulub, İKT-yə bütün üzv ölkələr Azərbaycana yardım göstərməyə çağırılıb.

5. #1965
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xəzər İbrahim: "Rusiya işğalçı siyasətin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmalıdır"

[b]Xəzər İbrahim: "Rusiya işğalçı siyasətin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmalıdır"[b]

Bakı. Laçın Sultanova - APA. "Rusiya ilə Ermənistan arasındakı sıx hərbi əməkdaşlıq heç kim üçün sirr deyil. Bu məsələdə ən önəmli məqam ondan ibarətdir ki, işğalçıya dəstək verilir, ya yox".

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Ermənistan prezidentinin Rusiyaya bu gün başlayan, Ermənistan müdafiə nazirinin isə bu ölkəyə ötən həftə reallaşan səfərlərinin Moskvanın işğalçı ölkəyə dəstəyinin göstəricisi olub-olmadığı barədə sualı belə cavablandırıb: "Biz dəfələrlə Rusiya tərəfinə bildirmişik ki, onlar öz siyasətlərində digər öhdəliklərini də nəzərə almalıdırlar. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllinə yardımçı olmaq Rusiyanın vəzifəsidir. Moskva İrəvanla münasibətlərində bu məqamı nəzərə alaraq Ermənistan tərəfinə işğalçı siyasətin yolverilməz olduğunu bildirməli və bu ölkəni konstruktiv dialoqa çağırmalıdır".

6. #1966
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Külli miqdarda çətənə kolu məhv edilib

[b]Külli miqdarda çətənə kolu məhv edilib[b]

Bakı-APA. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakininə məxsus tövlədən narkotik vasitə tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan araşdırmalar zamanı narkotik vasitənin oraya Nərimankənd kənd sakini Tural Əlizadənin qoyduğu müəyyənləşdirilib. Bundan başqa, T. Əlizadənin narkotik vasitəni Goranboy rayon sakini Rəna Qasımovanın həyətindən yığdığı da məlum olub. R. Qasımovanın həyətyanı sahəsindən yabanı halda bitmiş, çəkisi 2 ton 175 kiloqram olan 18210 ədəd çətənə kolu yığılaraq məhv edilib. Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Allahverdiyevdən 5,300 kq marixuana götürülüb.

7. #1967
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Göygöl rayonunun sakini həyat yoldaşını və qayınatasını qətlə yetirib

[b]Azərbaycanın Göygöl rayonunun sakini həyat yoldaşını və qayınatasını qətlə yetirib[b]

Göygöl-APA. İyunun 22-də saat 02.30 radələrində Göygöl rayonunun Balçılı kəndində dəhşətli qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakini Seymur Ələsgərov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Ələsgərovu, qayınatası Xalid Məmmədovu qətlə yetirib, qayınanası Mənzər Məmmədovanı isə yaralayaraq hadisə yerindən qaçıb. Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Ələsgərov tutulub.

8. #1968
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq

[b]Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq[b]

Bakı. Ülkər Qasımova-APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, yubileylə əlaqədar dövlət sifarişi ilə Həsən Alı Eyvazlının "Aran sahilində doğan günəş" əsəri tamaşaya qoyulacaq. Bundan başqa teatrın 125 illik tarixindən bəhs edən monoqrafiya hazırlanacaq. Monoqrafiyanın müəllifi İlham Rəhimlidir.

9. #1969
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası" mövzusunda elmi-praktik konfrans keçirilib

[b]"Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası" mövzusunda elmi-praktik konfrans keçirilib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı və Beynəlxalq Dövlət Qulluğu Günü ilə bağlı "Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası" mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov Azərbaycanda dövlət qulluğunun beş min illik tarixinin olduğunu deyib. S. Qəndilov deyib ki, Azərbaycanda dövlətçilik müxtəlif mərhələlərdən keçib və bu mərhələlərdə dövlətçiliyin mahiyyətində yeni formalar özünü göstərib, zəngin dövlətçilik təcrübəsi əldə edilib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda "Dövlət qulluğu haqqında" qanun qəbul olunduğunu xatırladan S. Qəndilov deyib ki, bununla da ölkədə dövlət qulluqçuluğunun hüquqi bazası yaradılıb. Rektor Azərbaycanda dövlət quruculuğunun strategiyasının, konsepsiyasının Heydər Əliyev tərəfindən hazırlandığını vurğulayıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğunun inkişafı mövzusunda çıxış edib. Komissiya sədri deyib ki, "Dövlət qulluğu haqqında" qanunun qəbul ediləndən sonra Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi üzrə işlər görülməyə başlayıb. Komissiya sədri hazırda Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin mərkəzləşmiş qaydada həyata keçirildiyini də nəzərə çatdırıb.

10. #1970
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın GUAM-a sədrliyinin başa çatması münasibətilə Strasburqda qəbul təşkil olunacaq

[b]Azərbaycanın GUAM-a sədrliyinin başa çatması münasibətilə Strasburqda qəbul təşkil olunacaq[b]

Strasburq. Fuad Qulubəyli-APA. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi və ölkəmizin AŞ PA-dakı nümayəndə heyəti sabah ölkəmizin GUAM-a sədrliyinin başa çatması münasibətilə qəbul təşkil edəcək. APA-nın Avropa bürosunun məlumatına görə, qəbul mərasimində GUAM-a üzv ölkələrin daimi nümayəndəliklərinin təmsilçiləri və AŞPA-da nümayəndə heyətlərinin üzvləri, AŞ PA prezidenti və katibliyin üzvləri iştirak edəcəklər. Bundan başqa qəbula daha bir neçə ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Strasdburqdakı Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr qəbula dəvət olunublar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.