Əsas məzmuna keç
Sayfa 188/461 İlkİlk ... 88138178186187188189190198238288 ... SonSon
4610 sonuçtan 1.871 ile 1.880 arası

Azərbaycan Xəbərləri

1. #1871
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti İlham Əliyev Polşa Senatının sədrini qəbul edib

[b]Azərbaycan prezidenti İlham Əliyev Polşa Senatının sədrini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Polşa Senatının sədri Boqdan Boruseviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan prezident belə geniş tərkibdə parlament nümayəndə heyətinin səfərini Polşa tərəfinin Azərbaycan-Polşa əlaqələrinə verdiyi önəmin yaxşı nümunəsi kimi qiymətləndirib.Öz növbəsində, B. Boruseviç ölkələr arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb.

2. #1872
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Rumıniya Senatının sədrini qəbul edib

[b]Azərbaycan prezidenti Rumıniya Senatının sədrini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Rumıniya Senatının sədri Nikolae Vekerounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı ölkələr arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib, əlaqələrin daim genişlənməsindən məmnunluğunu ifadə edib. Rumıniya Senatının nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında yüksək səviyyədə münasibətlərin göstəricisi kimi dəyərləndirən prezident İ. Əliyev bu səfərin həm parlamentlərarası əməkdaşlıq, həm də ümumilikdə ikitərəfli əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Öz növbəsində, N. Vekerou ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin daim genişləndiyini deyib. Rumıniya Senatının sədri hər iki ölkə parlamentarilərinin Rumıniya-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində səylərinin artırılmasının vacibliyini qeyd edib.

3. #1873
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də saat 13.00-dan 17.20-dək və saat 19.00-dan 22.30-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi, İcevan rayonunun Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Ağdam və Qazax rayonunun Cəfərli kəndləri ərazisində yerləşən mövqelərini, saat 13.00-dan 13.15-dək və iyunun 19-u saat 01.35-dən 02.05-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 16.45-dən 17.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.15-dən 23.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 19-da saat 01.45-dən 02.15-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətdən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

4. #1874
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək

[b]Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 20-də Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç keçirəcəklər.

5. #1875
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Dövlət Departamenti: Azərbaycan, Gürcüstan və Ermənistan öz talelərini özləri müəyyənləşdirməlidir

[b]ABŞ Dövlət Departamenti: Azərbaycan, Gürcüstan və Ermənistan öz talelərini özləri müəyyənləşdirməlidir[b]

Vaşinqton-APA. "ABŞ Gürcüstan, Ermənistan və Azərbaycanı öz təsir dairəsinə daxil etmək üçün Rusiya ilə mübarizə aparmır və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyəti yoxdur".

APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid çıxış edib: "ABŞ Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq niyyətində deyil. Bu, həm qeyri-müdrik, həm də mümkünsüz addımdır". ABŞ Konqresində hesabatla çıxış edən Daniel Frid Cənubi Qafqaz ölkələri öz talelərini özləri müəyyənləşdirməli, digər dövlət və beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə qarşılıqlı münasibətləri sərbəst şəkildə qurmalıdır: "Biz hesab edirik ki, heç bir böyük dövlət - nə Rusiya, nə də başqası - bu ölkələri öz təsir dairəsinə salmalı deyil. Eyni zamanda heç bir dövlət bu ölkələrin Avropa institutlarına və transatlantik ailəyə qoşulmaq barədə suveren seçiminə müdaxilə etməməlidir".

6. #1876
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş nazir avtomobil qəzasına düşüb

[b]Baş nazir avtomobil qəzasına düşüb[b]

Riqa-APA. Latviyanın baş naziri İvar Qodmanis avtomobil qəzasına uğrayıb. APA-nın məlumatına görə, baş nazirin avtomobili Riqanın mərkəzində mikroavtobusla toqquşub.

Qəza nəticəsində İvar Qodmanis baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya çatdırılan baş nazirin başına bir neçə yerdən tikiş qoyulub. Qəza ilə əlaqədar baş nazirin prezident Valdis Zatlerslə görüşü və Təhlükəsizlik Şurasının iclasında iştirakı təxirə salınıb. Hökumət başçısının mətbuat katibi Edqars Vaykulis bildirib ki, qəza zamanı İvar Qodmanisin beyni silkələnib və gicgah sümüyü zədələnib. Həkimlər baş nazirə ən az bir həftə yataq rejimi təyin ediblər. Hələlik qəzanın səbəbi məlum deyil. Mətbuat katibi qəzanın səbəbinin polis araşdırmasından sonra məlum olacağını bildirib.

7. #1877
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Konqresində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələr keçirilib

[b]ABŞ Konqresində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələr keçirilib[b]

Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" başlığı altında dinləmələr keçirilib.

APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələri açıq elan edən komitənin rəhbəri, Kaliforniya ştatından olan ermənipərəst konqresmen Hovard Berman bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması ABŞ-ın maraqlarına ziddir. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin bağlı olması 1922-ci il Qars müqaviləsinin bəndlərinə ziddir və rəsmi İrəvanın İranın təsiri altında qalmasını sürətləndirir. Komitə sədri iki ölkə arasında sərhədlərin 1993-ci ildən etibarən bağlı saxlanmasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməsini də səhv addım adlandırıb. Qeyd edək ki, Hovard Berman Kaliforniyada təmsil olunan nüfuzlu erməni lobbisi ilə sıx əlaqələrə malikdir. Onun adı ermənilərlə bağlı qalmaqalların birində artıq səslənib. Belə ki, komitə rəhbəri 2001-ci ildə fırıldaqçılıq və terrorçuluq maddələri ilə həbs olunan, 37 ay həbs cəzasına məhkum edilən Erməni Milli Komitəsinin sabiq sədri Murad Topolyanla görüşdüyünə görə yerli icmaların tənqidinə məruz qalıb. Daha sonra dinləmələrdə çıxış edən. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid bildirib ki, Azərbaycan rəsmi Vaşinqtonla bir çox sahələrdə strateji əməkdaşlıq edir. Cənab Frid təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı xüsusi olaraq qeyd edib. Dövlət katibin müavini rəsmi Bakının Əfqanıstan və İraqa sülhməramlı qüvvələr göndərdiyini, NATO ilə faydalı əməkdaşlıq etdiyini, dünyada 3 il davamlı olaraq ən yüksək iqtisadi artım nümayiş etdirdiyini və Avropa üçün mühüm enerji mənbəyi olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Daniel Frid prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşünü mühüm hadisə adlandırıb. ABŞ rəsmisi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edib. Çıxışdan sonra Daniel Frid komitə üzvlərinin suallarını cavablandırıb. Ermənipərəst konqresmenlər Adam Şif (qondarma "erməni soyqırımı" haqqında və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını tələb edən qanun layihələrinin müəllifi, Konqresdə Ermənistan üzrə İşçi Qrupun həmsədri, Kaliforniya ştatı), Frenk Pallone (Ermənistan üzrə İşçi Qrupun həmsədri, Nyu-Cersi ştatı), Bred Şerman (jurnalist Hrant Dinkin qətlə yetirilməsini pisləyən və qondarma "erməni soyqırımı"nın tanınmasını tələb edən qanun layihələrin həmmüəllifi, Kaliforniya ştatı), Diana Vatson (Kaliforniya ştatı) və sair dinləmələrdə çıxış ediblər. Ermənipərəst konqresmenlər Türkiyə-Ermənistan sərhədinin açılmasını, qondarma "erməni soyqırımı"nın tanınması və Azərbaycan rəhbərliyinin hərbi çağırışları barədə narahatlıqlarını bəyan ediblər. Daniel Frid Ağ Ev administrasiyasının qondarma "erməni soyqırımı"nı tanımadığını, Azərbaycan rəhbərliyinin sərt bəyanatlarının isə onlarda da narahatçılıq hissi yaratdığını bildirib. Konqresin Türkiyə üzrə İşçi Qrupunun həmsədri, Florida ştatından olan Robert Veksler (Kürd terrorçuların Türkiyə və Türk vətəndaşlarına hücumunu pisləyən qanun layihəsinin müəllifi), Arizona ştatından Cef Flake və İndiana ştatından olan Dan Barton isə diqqəti Türkiyə və Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olmasına, regionda reallaşdırılan iri transmilli layihələrə cəlb ediblər. Qeyd edək ki, bu gün keçirilən dinləmələrə ABŞ-ın Azərbaycan İcmasının nümayəndələri də qatılıblar. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycan Şurasının sədri Cavid Hüseynov, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov komitə üzvlərinə müraciətlər təqdim edərək Azərbaycan-ABŞ münasibətlərinin vacibliyini vurğulayıblar.

8. #1878
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Gəncədə qastroldadır

[b]Naxçıvan Dövlət Musiqili Dram Teatrı Gəncədə qastroldadır[b]

Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Naxçıvan Dövlət Musiqili Dram Teatrı 125 illik yubileyi çərçivəsində Qərb regionunda qastroldadır. Teatrın direktoru, Azərbaycanın xalq artisti Kamran Quliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, qastrol zamanı tamaşaçılara milli klassikimiz Hüseyn Cavidin "İblis" və Nəriman Həsənzadənin "Atabəylər" tamaşalarını göstərəcəklər. Kamran Quliyev bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra kollektiv dəfələrlə İran və Türkiyədə qastrollarda olub. Kollektiv Gəncədən sonra Qazaxda qastrol səfərində olacaqlar.

9. #1879
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya-Avropa Birliyi sammitində Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq

[b]Rusiya-Avropa Birliyi sammitində Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq[b]

Bakı. Tamara Qriqoryeva - APA. İyunun 26-27-də Xantı-Mansiyskdə Rusiya-Avropa Birliyi sammiti keçiriləcək. APA-nın AB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sammitdə Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli də müzakirə ediləcək. Tərəflər münaqişələrin həlli prosesində mümkün əməkdaşlıq yollarını axtaracaqlar.

10. #1880
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda sabiq nazirin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

[b]Azərbaycanda sabiq nazirin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və bu iş üzrə təqsirləndirilən daha 5 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, R. Əliyevin vəkili Əlimərdan Sadıqov cinayət işinin materialları ilə tanış olmaq üçün 2 ay vaxt verilməsi barədə vəsatət qaldırıb. Vəsatət qismən təmin olunub, proses iyunun 24-dək təxirə salınıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.