Əsas məzmuna keç
Sayfa 185/461 İlkİlk ... 85135175183184185186187195235285 ... SonSon
4610 sonuçtan 1.841 ile 1.850 arası

Azərbaycan Xəbərləri

1. #1841
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib

[b]Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib[b]

Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl Mədəni iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsi, perspektivi barədə danışıblar. Hər iki nazir mədəni əlaqələrin inkişaf etdirilməsinin digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərəcəyini bildirib. Nazirlər bir-birlərinə hədiyyələr verib, tədbir Səudiyyə Ərəbistanı Krallığının musiqiçilərinin konserti ilə davam etdirilib.Qeyd edək ki, iyunun 20-dək davam edəcək mədəniyyət günləri çərçivəsində konsertlər, sərgilər və tamaşalar nümayişi olunacaq.

2. #1842
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mayın 8-də MTN tərəfindən xidmət etdiyi hərbi hissədə həbs olunub

[b]Azərbaycanın xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mayın 8-də MTN tərəfindən xidmət etdiyi hərbi hissədə həbs olunub[b]

Bakı. Ramil Məmmədov - APA. "Orxan Nadirov may ayının 8-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub".

Bu sözləri APA-ya xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan oğlu Orxan Nadirovun vəkili Seyfəddin Əliyev deyib. İstintaqın MTN-in İstintaq İdarəsində aparıldığını bildirən vəkil O. Nadirovun Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunduğunu, barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyini deyib. Vəkil cinayət işinin qrup şəkildə olduğunu, hazırda istintaq hərəkətlərinin davam etdirildiyini bildirib. MTN-in İstintaq Təcridxanasında saxlanılan O. Nadirovla bir həftə əvvəl görüşdüyünü söyləyən S. Əliyev onun özünü təqsirli bilmədiyini vurğulayıb. Qeyd edək ki, bu işlə bağlı Bakının sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov da həbs olunublar. M. Mirsalamov və Y. Həsənov da Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilirlər. Bu hadisələrlə bağlı İ. Quliyevanın oğlu O. Nadirovla yanaşı, bəstəkar-müğənni Tunar Rəhmanoğlu da istintaqa cəlb edilib. T. Rəhmanoğlu APA-ya MTN-ə çağırıldığını təsdiqləyib, bir həftə öncə istintaqa ifadə verdiyini və bundan sonra MTN-ə çağırılmadığını bildirib. Onu da əlavə edək ki, Orxan Əhmədağa oğlu Nadirov İ. Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. İ. Quliyeva Orxanı övladlığa qəbul edib.

3. #1843
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident ermənilərin soydaşlarımıza hücumu nəticəsində baş verib

[b]Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident ermənilərin soydaşlarımıza hücumu nəticəsində baş verib[b]

Volqoqrad - APA. "Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident məişət zəminində baş verməyib. Hadisəyə səbəb ermənilərin əvvəlcədən planlaşdırılmış şəkildə azərbaycanlılara hücum etməsi olub".

Bu açıqlamanı APA-ya Volqoqradda ermənilərlə azərbaycanlılar arasında baş verən insident zamanı saxlanmış Asif və Bəkir adlı soydaşlarımızın əmioğlusu Elman Cəfərov verib. Onun sözlərinə görə, Asif və Bəkir işdən sonra kafedə şam yeməyi yeyən zaman bir neçə erməni onların üstünə hücum ediblər. Ermənilərin hücumu söyüş və təhqirlərlə müşayiət olunub. Elman Cəfərov hadisənin, Rusiya kütləvi informasiya vasitələrində işıqlandırıldığı kimi, məişət zəminində baş vermədiyini bildirib və insidentə ermənilərin azərbaycanlılara hücum etməsinin səbəb olduğunu deyib.Qeyd edək ki, Rusiya KİV-in yaydığı məlumata görə, Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib. "Voyaj" kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlayıblar. Faktla bağlı 1985 və 1986-cı il təvəllüdlü iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar.

4. #1844
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın daxili işlər naziri ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsini qəbul edib

[b]Azərbaycanın daxili işlər naziri ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsini qəbul edib[b]

Bakı-APA. Daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 17-də ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi xanım Yeva Biodeni qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov görüşdə ATƏT-lə nazirli arasında əlaqələrindən danışıb. "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın təsdiqləndiyini deyən nazir DİN-də İnsan Alverinə Qarşı Mübarizə yaradıldığını diqqətə çatdırıb. R. Usubov yaradılan "Qaynar xətt"in bu növ cinayətlərin qurbanlarına tibbi, psixoloji, hüquqi və digər yardımların göstərildiyini söyləyib. Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycanda insan alveri ilə 74 fakt aşkarlandığını, 101 nəfər qurbanın müəyyənləşdirildiyini, 85 nəfərin məsuliyyətə cəlb olunduğunu, 2008-ci ildə isə 39 faktın aşkarlandığını, 36 qurbanının müəyyənləşdirildiyini, 45 nəfərinsə məsuliyyətə cəlb olunduğunu deyib.

5. #1845
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yevlaxda dəmir yolunda qəza olub

[b]Yevlaxda dəmir yolunda qəza olub[b]

Yevlax. Teymur Zahidoğlu-APA. Bu gün Bakı-Ağdam dəmir yolunun Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza qatarın yük maşını ilə toqquşması nəticəsində yaranıb. Şəmkir rayon sakini Nurəddin Müzəffər oğlu Aslanovun idarə etdiyi 57 BK 211 nömrəli KAMAZ markalı maşın yük qatarının yoluna çıxıb. Yevlax rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

6. #1846
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Washington Times": "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı"

[b]"Washington Times": "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı"[b]

Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub.

APA-nın ABŞ bürosunun məlumatına görə, Tulin Daloğlunun müəllifi olduğu məqalə "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı" adlanır.Məqalədə ötən həftə Bakıda baş tutmuş və qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan roluna həsr olunmuş beynəlxalq konfransdan söz açılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı UNİCEF-in uzunmüddətli xoşməramlı səfiri olmuş, məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edən müəllif onun Azərbaycan qadınları üçün nümunə olduğunu yazıb. Məqalədə bildirilir ki, konfrans iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyeva Şərq dünyasında ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulayıb. Müəllif qeyd edib ki, məhz 1918-ci ildə Azərbaycan qadınlarına verilən hüquqların müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə də təsiri olub. T. Daloğlu daha sonra dünyəvilik prinsiplərinin Türkiyənin qərbində, onun vətəni Tunisdə bərqərar olduğunu qeyd edib. Azərbaycanla Tunisdə qadınlara eyni azadlıqların verildiyini qeyd edən müəllif İranla Səudiyyə Ərəbistanında xanımların hələ də başı örtülü gəzməsinin məcburi olduğunu xatırladıb.

7. #1847
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar

[b]Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 09.20-dən 13.40-dək və 16.40-dan 21.50-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari və Mosesqex, Noyemberyan rayonunun Dovex kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə, Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 21.35-dən 23.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək və bu gün saat 00.50-dən 01.10-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

8. #1848
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Quru Qoşunları generalı: "Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər"

[b]ABŞ Quru Qoşunları generalı: "Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr Komandanı, ABŞ Quru Qoşunları generalı Den MakNelil Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə məktub göndərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Azərbaycan sülhməramlılarının nümunəvi xidmətindən razılıq ifadə olunub: "Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaq, hər gün təhlükəsizliyə öz töhfəsini verir, tapşırıqların yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıq göstərir. Azərbaycanlı hərbçilər həmişə belə olublar, bundan sonra da belə olacaqlar. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənin üçün şərəfdir".

9. #1849
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Litva ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək üçün Vilnüslə danışıqlara başlayıb

[b]ABŞ Litva ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək üçün Vilnüslə danışıqlara başlayıb[b]

Varşava-APA. ABŞ Polşa ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək planları iflasa uğrayacağı təqdirdə bu sistemin Litva ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

APA-nın məlumatına görə, rəsmi Vaşinqton hazırda bu məsələ ilə bağlı Litva hökuməti ilə danışıqlara başlayıb. Polşa xarici işlər nazirinin müavini, ölkə ərazisində ABŞ hərbi obyektlərinin yerləşdirilməsi ilə bağlı danışıqlara məsul şəxs Vitold Vaşikovski bu faktı təsdiqləyib: "Amerika Birləşmiş Ştatlarının Litva ilə danışıqlar apardığı faktını təsdiqləyə bilərəm. Bu barədə Litvanın müdafiə naziri ötən ay məni məlumatlandırıb və bu danışıqlardan xəbərimiz var". ABŞ-ın Varşavadakı səfirliyi isə bu məlumatı təsdiqləməyib. Səfirliyin əməkdaşı bildirib ki, hazırda Polşa hökuməti ilə danışıqlar davam etdiyinə görə, Litva tərəfi ilə danışıqlar aparılmır. ABŞ Dövlət Departamentinin təmsilçisi Tom Keysi də hazırda alternativ variant kimi digər ölkələrlə danışıqlar aparıldığı barədə məlumatı təsdiqləməyib. O, Vitold Vaşikovskinin açıqlamasını şişirtmə adlandırıb: "Bizim əsas diqqətimiz Polşa ilə danışıqlar üzərində cəmləşib. Ümidvarıq ki, bu danışıqlar qısa müddətdə uğurla başa çatacaq"

10. #1850
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ümumdünya Səhiyyə Təşkilatının malyariya üzrə regional müşaviri Azərbaycanda səfərdədir

[b]Ümumdünya Səhiyyə Təşkilatının malyariya üzrə regional müşaviri Azərbaycanda səfərdədir[b]

Bakı. İlhamə İsabalayeva-APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun malyariya üzrə regional müşaviri Mixail Yejov Azərbaycanda səfərdədir. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, iyunun 16-dan başlayan səfər sabah yekunlaşacaq. Səfər zamanı M. Yejov Səhiyyə Nazirliyində, AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun Azərbaycan nümayəndəliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasında 2008-2013-cü illər üçün malyariyanın eliminasiyası üzrə strategiyanın həyata keçirilməsi, ölkədə malyariyanın tam ləğvi, ÜS T-nin dəstəyi və AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun maliyyə vəsaiti hesabına yeni beş illik layihənin icrası ilə bağlı müzakirələr aparılıb. Sentyabradək həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda malyariyanın tam ləğvi üçün müalicə sistemi təkmilləşdiriləcək, xəstəliyə nəzarət sistemi və laboratoriyaların maddi-texniki bazası gücləndiriləcək, mobil briqadalar yaradılacaq, treninqlər keçiriləcək, əhali arasında təbliğat işləri aparılacaq. ÜST-nin hazırladığı bu layihə iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələ iki ili, sonrakı faza isə üç ili əhatə edəcək. Layihənin maliyyələşdirilməsi üçün təqribən 7 milyon dollar tələb olunur.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.