[b]Azərbaycan gələn il hərbi xərclərini 10% azaldacaq[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın 2009-cu il dövlət büdcəsində müdafiə və təhlükəsizlik sektoruna ayrılacaq maliyyə vəsaitinin həcmi üzrə proqnoz 2008-ci ilin təsdiqlənmiş analoji proqnozuna nisbətən 10,3% azaldılıb.
[Bu barədə «APA-ECONOMICS»ə Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Zahid Oruc məlumat verib.Z.Orucun sözlərinə görə, 2009-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik sektoru üçün 1 205,520 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Bunun 1 115,948 mln. manatı müdafiə qüvvələrinə, 84,561 mln. manatı milli təhlükəsizlik, 2,633 mln. manatı tətbiqi tədqiqatlar, 2,376 mln. manatı isə digər kateqoriyalar üzrə xərclərdir.«Müdafiə xərclərinin 2008-ci illə müqayisədə az olması əsaslı investisiya qoyuluşlarının artıq əvvəlki illərdə həyata keçirilməsi ilə bağlıdır. Bununla belə, gələn il də müdafiə sektoru diqqət mərkəzində olacaq, hərbçilərin sosial müdafiəsi sahəsində mühüm işlərin görülməsi nəzərdə tutulur», - deyə Z.Oruc vurğulayıb.Qeyd edək ki, dövlət büdcəsinin «Müdafiə xərcləri» funksional təsnifatı üzrə müdafiə qüvvələrinə ayrılan vəsaitlərin həcmi 2008-ci ilə nisbətən 19%, milli təhlükəsizlik sektoruna ayrılan vəsaitlər 12%, digər kateqoriyalar üzrə ayrılan vəsait 31% artırılıb, tətbiqi tədqiqatlara yönəldilən vəsait isə 2% azaldılıb.Xatırladaq ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsi ötən həftə ölkə hökuməti tərəfindən parlamentə təqdim olunub.
Azərbaycan Xəbərləri
Printable View

10-20-2008, 03:30 PMAPAAzərbaycan gələn il hərbi xərclərini 10% azaldacaq

10-20-2008, 03:40 PMAPAHeydər Əliyev Sarayında əsaslı təmir başa çatıb
[b]Heydər Əliyev Sarayında əsaslı təmir başa çatıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Heydər Əliyev Sarayında aparılan əsaslı təmir işləri başa çatıb. APA-nın məlumatına görə, müasir standartlara uyğun hazırlanan sarayın ətrafındakı yol örtüyü də yenilənir. Xatırladaq ki, Azərbaycanın ən böyük mədəniyyət ocağı ötən ilin aprelindən təmirə dayanıb. Əsaslı təmir zamanı binanın girişində yeni işıq avadanlıqları, ekskalator, lift sistemi, müxtəlif ölçülü ekranlar, zalda isə işıqlar, lazer sistemi, texniki avadanlıq və yeni oturacaqlar quraşdırlıb. 35 ildən sonra əsaslı təmirdən çıxan Heydər Əliyev Sarayında artıq ilk konsert proqramının vaxtı da müəyyənləşdirilib. Belə ki, noyabrın 5-6-da sarayda Zeynəb Xanlarovanın konserti təşkil olunacaq. Kassalar oktyabrın 22-də fəaliyyətə başlayacaq. -
10-20-2008, 03:50 PMAPADünya bazarında neftin yenidən bahalaşması gözlənilir
[b]Dünya bazarında neftin yenidən bahalaşması gözlənilir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) oktyabrın 24-də keçiriləcək fövqəladə iclasında gündəlik neft hasilatının iki mərhələdə 2 mln. barel azaldılması barədə qərar qəbul olunacaq. «APA-ECONOMICS»in məlumatına görə, OPEC prezidenti Şakib Xəlilin sözlərinə əsasən, hasilatın azaldılması bazarda təklif-tələb tarazlaşmasının düzgünlüyü üçün əhəmiyyətlidir.Hazırda OPEC dünyada maliyyə və iqtisadi böhran nəticəsində müşahidə olunan istehsalın azalmasına görə tələbatın azaldığını qeyd edir və bununla bağlı təklifin azaldılmasını zəruri sayır. OPEC prezidentinin sözlərinə görə, təşkilat neftin qiymətinin 1 barel üçün 70-90 dollar arasında saxlanmasını məqsədəuyğun hesab edir.Qeyd edək ki, OPEC-in hesablamalarına görə, 2009-cu ildə dünyada gündəlik neft tələbatı 31,14 mln. barel təşkil edəcək. Sentyabr ayında OPEC-in gündəlik hasilatı 32,16 mln. barel təşkil edib. Yəni, artıq noyabrın 1-dən hasilatın sentyabra nisbətən 1 mln. barel, gələn ilin əvvəlindən isə daha 1 mln. barel azaldılacağı gözlənilir. Nəticədə, bazardakı təklif 30 mln. barelə enəcək və bu, tələbatdan azdır. Göründüyü kimi, artıq yaxın aylarda neftin yenidən bahalaşmasını gözləmək olar. -
10-20-2008, 04:00 PMAPA«Azərenerji» prezidenti Etibar Pirverdiyev: «Gələn il Azərbaycanda enerji tariflərində dəyişiklik olmayacaq»
[b]«Azərenerji» prezidenti Etibar Pirverdiyev: «Gələn il Azərbaycanda enerji tariflərində dəyişiklik olmayacaq»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu il qış mövsümündə Azərbaycanda əhalinin elektrik enerjisi ilə təchizatında problem olmayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.E.Pirverdiyevin sözlərinə görə, Azərbaycan bu ilin qış mövsümünü tarixində ilk dəfə olaraq 4300 MVt güc ehtiyatı ilə qarşılayır: «Əvvəllər qışı tələbatdan azacıq çox, bəzi vaxtlarda isə kəsirlə qarşılamışıq. Bunun üçün Rusiyadan enerji idxal edirdik».«Azərenerji» rəhbəri qış mövsümündə fasilələrin də minimuma enəcəyini vurğulayıb. E.Pirverdiyevin sözlərinə görə, son bir il ərzində rayonlarda enerji təchizatında yaranmış bəzi kiçik müddətli fasilələr güc çatışmazlığı ilə deyil, şəbəkədə aparılan işlərlə bağlı olub.E.Pirverdiyev bu il və gələn il enerji tariflərində dəyişikliyin olmayacağını vurğulayıb. Enerji haqlarının yığımına gəlincə, E.Pirverdiyev bu sahədə artımın olduğunu qeyd edib: «Kartlı sayğacların tətbiqi nəticəsində Gəncə və Mingəçevirdə yığım səviyyəsi 100%-ə yaxınlaşıb». -
10-20-2008, 04:10 PMAPASumqayıtda könüllü qanvermə aksiyası keçirilib
[b]Sumqayıtda könüllü qanvermə aksiyası keçirilib[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində könüllü qanvermə aksiyası keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, aksiya zamanı 153 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qandan hazırlanmış qan preparatlarından talassemiyalı, hemofiliyalı və qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək. -
10-20-2008, 04:20 PMAPAZemfira Meftahəddinova karyerasını başa vurur
[b]Zemfira Meftahəddinova karyerasını başa vurur[b]
"Gələcəkdə yenə uğursuzluq yaşayacağımdan qorxuram"
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycanın ən titullu stend atıcısı Zemfira Meftahəddinova karyerasını başa vurmaq haqqında düşünür. Bunu "APA-SPORT"a açıqlamasında Meftahəddinova özü deyib. 45 yaşlı idmançı hələlik qəti qərara gəlmədiyini bildirib."Pekin Olimpiadasından sonra məşqləri dayandırmışam, hazırda istirahət edirəm. Təqvimdə bu il heç bir yarış yoxdur. Gələn ilin aprelində keçiriləcək lisenziya xarakterli Dünya Kuboku öncəsi yekun qərarımı açıqlayacağam" - deyə Meftahəddinova vurğulayıb.Sidney Yay Olimpiya Oyunlarının qalibi qatıldığı axırıncı turnirin ardından karyerasını bitirmək fikrinə düşüb. Belə ki, avqustda keçirilmiş Pekin Olimpiadasında mükafat qazana bilməməsi onu məyus edib: "İdmançı karyeramda demək olar, mümkün titulların hamısına yiyələnmişəm. Ancaq Pekindən əliboş döndüyüm üçün çox pərişan oldum. Yaxınlarımı, məşqçimi, azarkeşlərimi də məyus etdim. Gələcəkdə yenə uğursuzluq yaşayacağımdan qorxuram. İstəyirəm ki azarkeşlərim məni qalib kimi xatırlasınlar".Qeyd edək ki, Meftahəddinova Pekin Yay Olimpiya Oyunlarında 15-ci yeri tutub. -
10-20-2008, 04:40 PMAPAYanvar-sentyabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları 45% artıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları 45% artıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 148,7 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri sığorta riskləri üzrə ödənişlərinin həcmi 59,4% artaraq 40,4 mln. manata çatıb. Sığorta haqlarının strukturunda həyat sığortası növləri üzrə toplanan ümumi daxilolmaların həcmi son bir il ərzində 2,9 dəfə artaraq 1,5 mln. manat, qeyri-həyat sığortası üzrə 48,9% artaraq 130,73 mln. manat, həmçinin icbari sığorta növləri üzrə isə 15,5% artaraq 16,47 mln. manat təşkil edib.Sığorta ödənişlərində həyat sığortası növləri üzrə məcmu ödənişlərin həcmi 46,7% artaraq 0,22 mln. manat, qeyri-həyat sığortası 60,3% artaraq 32,55 mln. manat və icbari sığorta növləri üzrə ödənişlər 55,7% artaraq 7,63 mln. manat olub.Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. -
10-20-2008, 04:50 PMAPAAzərbaycanın 1 mln. barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti alıb
[b]Azərbaycanın 1 mln. barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti alıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair keçirdiyi marketinq sorğusunun nəticələrini elan edib. ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, oktyabrın 14-də ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabrın 1-7-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Sorğunun nəticələrinə əsasən, Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti qalib elan edilib. -
10-20-2008, 05:00 PMAPASüleyman Dəmirəl Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib
[b]Süleyman Dəmirəl Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib[b]
[Bakı - APA. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Dəmirəl seçkilərdə qələbə qazanması münasibətilə İ. Əliyevi təbrik edib, dost və qardaş Azərbaycan xalqının rifahı naminə dövlətçilik fəaliyyətində ona uğurlar arzulayıb.Prezident İlham Əliyev təbrikə və diqqətə görə minnətdarlığını bildirib. -
10-20-2008, 05:20 PMAPAMingəçevirin axundu barədə cinayət işi başlanıb
[b]Mingəçevirin axundu barədə cinayət işi başlanıb[b]
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevirdə suvaqçı işləyən şəhər sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək ona xəsarət yetirən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev barədə Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) ilə cinayət işi başlanıb.
[BU barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsindən məlumat verilib. Məlumata görə, faktı araşdıran təhqiqat qrupu hadisənin baş vermə səbəbləri barədə faktlar toplayıb, şahid ifadələri alınıb. Ramiz Süleymanova xəsarət yetirən Hacı Xanəli Babayevin sürücüsü Saleh Babayev istintaqa cəlb olunaraq dindirilib. O istintaqa verdiyi ifadədə Ramiz Süleymanova xəsarət yetirdiyini inkar etsə də, bu fakt şahid ifadələri ilə təsdiqlənib. Bundan başqa faktla bağlı Mingəçevir şəhər prokurorluğuna da məlumat verilib. Hazırda araşdırma davam edir. Qeyd edək ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb. R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək, ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub.