[b]Azərbaycanın iki rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik baza tikiləcək[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Azərbaycanın «Aqrolizinq» ASC respublikanın Şəki və Sabirabad rayonlarında «Mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik bazanın tikintisi» üzrə tender keçirir.Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, müsabiqədə qalib gələn iddiaçı göstərilən obyektin tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 150 gün ərzində «Aqrolizinq»ə təhvil verməlidir. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, tikinti-quraşdırma işlərinin və istifadə olunan materialların beynəlxalq standartlara uyğunluğu, müqavilənin yerinə yetirilmə müddəti, tikintinin keyfiyyətinə bir il zəmanət barədə öhdəlik təqdim edənlərə və s. meyarlara üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdır.Tenderdə iştirak etmək istəyən iddiaçılar 1000 manat məbləğində iştirak haqqı ödəməlidir, tender təklifi və bank təminatını noyabrın 6-dək təqdim etməlidir. Tender təkliflərinin açılması prosedurası noyabrın 7-də keçiriləcək. Əlaqə tel./faksı: (+994 12) 425 61 29.
Azərbaycan Xəbərləri
Printable View

11-01-2008, 12:20 PMAPAAzərbaycanın iki rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik baza tikiləcək

11-01-2008, 12:30 PMAPAİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı həbs olunub
[b]İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı həbs olunub[b]
[Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılanlar arasında Cənubi Azərbaycanın tanınmış tarixçi alimi, mərhum Səməd Sərdarniyanın oğlu Aydın Sərdarniya da var. Azərbaycanlı fəallar Aydın Sərdarniya, Mahmud Fəzli, Vahid Şeyxbəyli və Neman Puryaqub milli ayrı-seçkilik salmaqda ittiham olunaraq, həbs edilən azərbaycanlıları dəstəkləməkdə təqsirləndiriliblər.İrandakı mənbələrdən isə bildirilib ki, saxlanılanlar bir müddət öncə azadlığa buraxılan azərbaycanlı tələbələr Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Elçin (Dariyuş) Hatəmi, Mənsur Əminian, Ehsan Nəcəfinəsəb və Məqsud Əhdini Təbriz həbsxanasında qarşılamağa gediblər. Cəzaçəkmə müəssisənin qarşısında isə polislə həmin şəxslər arasında insident baş verib. Bir neçə gün öncə adıçəkilən həmin 4 azərbaycanlı xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən evlərində tutularaq naməlum istiqamətə aparılıblar. Onların hansı təcridxanada saxlandığı haqda ailələrinə hələlik məlumat verilməyib. -
11-01-2008, 12:40 PMAPAAzərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılacaqlar
[b]Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılacaqlar[b]
[NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində, Bakı şəhərində Çavuşların müxtəlif funksional sahələri üzrə təlim kursu (03-07 noyabr), Oberammerqau şəhərində (Almaniya) Çoxmillətli birləşmiş əməliyyat mərkəzi kursu (03-07 noyabr), Heydelberq şəhərində Kommunikasiya və informasiya sistemləri üzrə işçi görüşü (10-13 noyabr), Salzburq şəhərində (Avstriya) e-PRİME sistemi üzrə əlaqələndiricilərin işçi görüşü (05-07 noyabr), Stokholm şəhərində (İsveç) "Vikinq-08" mülki-hərbi təliminin müşahidə edilməsi məqsədilə səfər (07-08 noyabr), Amman şəhərində (İordaniya) Hərbi hava əməliyyatları mövzusunda seminar (10-14 noyabr, İzmir şəhərində (Türkiyə) Hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (10-21 noyabr) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
11-01-2008, 12:50 PMAPARusiya, Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər
[b]Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər[b]
Bakı. Laçın Sultanova - APA. Dünən axşam Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüb.
[APA-nın məlumatına görə, Rusiya XİN-in yaydığı açıqlamada bildirilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair noyabrın 2-də Moskvada keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, bu gün XİN başçıları münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də məsləhətləşmələr aparacaqlar. -
11-01-2008, 01:00 PMAPA«PricewaterhouseCoopers»: Maliyyə böhranı nəticəsində inkişafda olan dövlətlərin dünya iqtisadiyyatında payı xeyli artacaq
[b]«PricewaterhouseCoopers»: Maliyyə böhranı nəticəsində inkişafda olan dövlətlərin dünya iqtisadiyyatında payı xeyli artacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya iqtisadi böhranı nəticəsində inkişafda olan ölkələrin dünya iqtisadiyyatındakı rolu 50%-dək artacaq. «APA-ECONOMICS»in məlumatına görə, bu proqnozla dünyanın ən iri konsaltinq şirkətlərindən biri olan «PricewaterhouseCoopers» çıxış edib. Şirkətin ekspertləri hesab edirlər ki, inkişaf etmiş ölkələrdə genişlənən iqtisadi geriləmə nəticəsində Qərb dövlətləri iqtisadi lider mövqelərini itirəcək. Proqnozlara əsasən, yaxın illərdə ABŞ dünyada ən iri iqtisadiyyata malik olan ölkə mövqeyini qorusa da, onun dünya ÜDM-sində payı indiki 21,3%-dən 18,8%-dək enəcək. Hazırda ikinci yeri tutan Avrozona üçüncü yerə enəcək, onun yerini isə Çin iqtisadiyyatı tutacaq. Yaponiya və Hindistan isə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürəcək. Ümumilikdə, inkişafda olan «Böyük dördlüyün», yəni Braziliya, Rusiya, Çin və Hindistanın dünya ÜDM-sində payı 26,5% təşkil edəcək.Beləliklə, dünya iqtisadiyyatının infrastrukturu, pay bölgüsü və bununla bağlı iqtisadi-siyasi çəki Qərbdən Şərqə transfer edəcək. -
11-01-2008, 01:30 PMAPAMirmahmud Mirəlioğlu: "Zəlimxan Məmmədlinin açıqlamaları əhəmiyyət kəsb etmir"
[b]Mirmahmud Mirəlioğlu: "Zəlimxan Məmmədlinin açıqlamaları əhəmiyyət kəsb etmir"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Zəlimxan Məmmədlinin partiya ilə bağlı açıqlamalarının Nəzarət Təftiş Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Çünki bu o qədər əhəmiyyət kəsb etməyən məsələdir ki, bununla bağlı hansısa iclasın keçirilməsi gülüş doğurar". Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin qurum daxilindəki proseslərlə bağlı açıqlamalarına əhəmiyyət vermədiyini də söyləyib: "Bu, Zəlimxan Məmmədlinin taktikası və siyasətidir. O, siyasəti belə başa düşür. Halbuki siyasi partiyalara bağlı adamların qurum daxilində baş verənləri mətbuata çıxarması yolverilməzdir. Lakin demokratiya adı altında belə işlər görülür və bunu təbii qarşılamaq lazımdır". M. Mirəlioğlu KXCP-də hər hansı problemin və narazılığın olmadığını da qeyd edib: "Bütün məsələlərlə əlaqədar partiya sədri olaraq, atacağım addımlar var. Burada narazılıqdan söhbət getmir. Sadəcə, hər kəs öz daxilindən gələni edir".Z. Məmmədli isə partiyadaxili məsələlərlə bağlı verdiyi açıqlamalara nəsə əlavə etmək istəmədiyini deyib. -
11-01-2008, 01:40 PMAPAMüğənni Ruhi yeni aldığı avtomobilini sürməyə başlayıb - FOTOSESSİYA
[b]Müğənni Ruhi yeni aldığı avtomobilini sürməyə başlayıb - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova - APA. Müğənni Ruhinin Azərbaycanda analoqu olmayan avtomobil alması ilə bağlı xəbərlər təsdiqlənib. APA-nın məlumatına görə, müğənni artıq yeni avtomobilini sürməyə başlayıb. Müğənni "Mercedes SL 63 AMG" markalı avtomobilini sifarişlə gətirdib. Ağ rəngli avtomobil iki nəfər üçün nəzərdə tutulub. Maşını həm üstü açıq, həm də üstü bağlı istifadə etmək mümkündür. Avtomobilin qiymətini isə fotolara baxmaqla müəyyənləşdirmək mümkündür. -
11-01-2008, 02:00 PMAPAAzərbaycan Ombudsmanın Gürcüstanda ofisi fəaliyyətə başlayır
[b]Azərbaycan Ombudsmanın Gürcüstanda ofisi fəaliyyətə başlayır[b]
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Bu ayın sonunda Azərbaycan Ombudsmanının Gürcüstanda ofisi fəaliyyətə başlayacaq.
[Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Obmudsman) Elmira Süleymanova APA-nın qərb bürosuna bildirib ki, hələ bir müddət əvvəldən Ombudsmanın Gürcüstan ofisini yaratmaq niyyətində olsalar da, maliyyə problemləri ilə əlaqədar bu mümkün olmayıb: "Artıq məsələ dəqiqləşib. Avropa Birliyinin dəstəyi ilə yaradılan ofis soydaşlarımızın hüquqlarının müdafiəsi üçün bir təkan olacaq. Mən sabah Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb, onların problemləri ilə maraqlanacağam. Soydaşlarımızın hüquqlarının qorunması üçün lazımi tədbirlər görməyə çalışacağıq". -
11-01-2008, 02:10 PMAPAAzərbaycan hökuməti yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq
[b]Azərbaycan hökuməti yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Nazirlər Kabinetini yaxın vaxtlarda yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq. Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev «APA-ECONOMICS»ə açıqlamasında bildirib ki, hökumətə quşçuluq müəssisələri üçün yem, yem əlavələri, damazlıq yumurta və quşçuluğun inkişafı üçün lazın olan idxal avadanlığının ƏDV-dən azad edilməsi və xarici ölkələrdən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyətin qoyulması təklif edilib. Artıq İqtisadi İnkişaf, Vergilər və Kənd Təsərrüfatı nazirlikləri quşçuluğun inkişafına yardım edilməsi barədə müsbət rəy verib. A.Vəliyev bildirib ki, hazırda Azərbaycana Braziliya, Türkiyə, İran, Polşa və digər ölkələrdən ildə 25-30 min ton quş əti gətirilir. Azərbaycanda isə ildə təqribən 40 min ton quş əti istehsal edilir. Cəmiyyət sədri hesab edir ki, təklif etdikləri güzəştlər təsdiqlənərsə, ölkədə yerli quşçuluq müəssisələri inkişaf edə bilər. -
11-01-2008, 02:30 PMAPANahid Emiloğlu vəzifəyə təyin olunub
[b]Nahid Emiloğlu vəzifəyə təyin olunub[b]
[Bakı. Ülkər Qasımova - APA. "Səs Organization"un rəhbəri Nahid Şükürov (Emiloğlu) vəzifəyə təyin olunub. Nahid Emiloğlu APA-ya bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin Musiqi Ansamblları Birliyinin direktoru təyin edilib: "Bu birlik 1997-ci ildən fəaliyyət göstərir, 2002-ci ildə isə birliyin fəaliyyəti nizamnamə ilə təsdiqlənib. Birliyin fəaliyyətində bir sıra yeniliklər etməyi nəzərdə tuturam". N. Emiloğlu bildirib ki, bundan sonra onun təşkilatçılığı ilə keçiriləcək tədbirlərin sayı daha da artacaq: "Dövlətin dəstəyi ilə bayram tədbirləri, konsertlər təşkil edəcəyik. Eyni zamanda yerli teatrların, sənətçilərin əyalətlərdə silsilə konsertlərini keçirəcəyik. Bununla yanaşı, paytaxtda konsertlərini təşkil etdiyim türk və xarici müğənnilərin Azərbaycanın rayonlarında da çıxışlarının təşkilini planlaşdırıram". Təyinatının "Səs Organization"un fəaliyyətinə mənfi təsir göstərməyəcəyini vurğulayan N. Emiloğlu bundan sonra daha çox layihələrə imza atmağı düşündüyünü bildirib.