[b]"Seçki 2008" QHT Koalisiyası: Saat 12.00-a bəzi dairələrdə seçici fəallığı 40 faizə çatıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Bir sıra Seçki Dairəsində seçici fəallığı müşahidə olunur. "Seçki 2008" QHT Koalisiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidəçilərinin saat 14.00 üçün təqdim etdiyi məlumatlarda bildirilir ki, Koalisiyanın əhatə etdiyi 59 seçki dairəsi üzrə səs verənlərin sayı saat 12.00 üçün 31,7 faiz olub. Bəzi dairələrdə isə fəallıq hətta 40 faizə çatıb (13 saylı Əzizbəyov (34,1), 67 saylı Cəlilabad (35%), 125 saylı Qubadlı-Zəngilan (38%), 41 saylı Sumqayıt (40%), 39 saylı Gəncə (Kəpəz) (35,3%), 95 saylı Tərtər (38,7%), 49 saylı Yevlax-Mingəçevir (37,1%) və s.), bəzi dairələrdə isə bu rəqəm 30 faizdən az olub (43 saylı Sumqayıt (21,8), 19 saylı Nərimanov (20,99), 25 saylı Nizami (22%), 27 saylı Sabunçu (25%) və s.). Ümumilikdə prosesin normal getdiyi, hər hansı diqqət çəkən ciddi halların baş vermədiyi müşahidə edilib.
Azərbaycan Xəbərləri
Printable View

10-15-2008, 02:50 PMAPA"Seçki 2008" QHT Koalisiyası: Saat 12.00-a bəzi dairələrdə seçici fəallığı 40 faizə çatıb

10-15-2008, 03:00 PMAPABolqarıstanlı və litvalı müşahidəçilər seçici fəallığından razı qalıblar
[b]Bolqarıstanlı və litvalı müşahidəçilər seçici fəallığından razı qalıblar[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Viktor Paparazov Azərbaycandakı prezident seçkilərinin gedişinə münasibət bildirib. APA-nın xəbərinə görə, V. Paparazov seçici fəallığının yüksək olduğunu, hər hansı pozuntuya rast gəlmədiyini deyib. O, Azərbaycanda seçkilərin təşkili və keçirilməsində ciddi irəliləyişlər olduğunu vurğulayıb. Litvalı müşahidəçi Vastis Kudaytis də seçicilərin aktivliyini xüsusi qeyd edib. O, hər hansı qanun pozuntuları müşahidə etmədiyini söyləyib. -
10-15-2008, 03:10 PMAPAAzərbaycan Mərkəzi Seçki Komissiyasının sədri rusiyalı həmkarı ilə görüşüb
[b]Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri rusiyalı həmkarı ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıda səfərdə olan Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov bu gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüşüb. MSK-nın nəzdində Müstəqil Mətbuat mərkəzindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov seçkilərə hazırlıq, səsvermənin gedişi və digər məsələlər barədə qonağa məlumat verib.V. Çurov seçkilərə hazırlığın səviyyəsini və seçicilərin fəallığını yüksək qiymətləndirib.Görüşdə Azərbaycan və Rusiya MSK-ları arasında 2000-ci ildə imzalanmış memorandum əsasında əməkdaşlığın daha da genişləndirilməsi, seçki praktikası və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi, eləcə də digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. -
10-15-2008, 03:20 PMAPAAzərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu səs verib
[b]Azərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu səs verib[b]
Bakı. Elnur Hüseynquluyev - APA. Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu 27 saylı Sabunçu II Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində xanımı ilə birlikdə səs verib.
[APA-nın müxbirinin məlumatına görə, səsvermədən sonra jurnalistlərə açıqlama verən F. Qəzənfəroğlu seçki prosesinin pozuntusuz keçdiyini bildirib və xalqın normal fəallıq nümayiş etdirdiyini deyib.«Seçki cəmiyyətin gələcəyi üçün olduqca vacib bir məsələdir. Biz elə etməliyik ki, bu seçki Azərbaycanda ciddi, demokratik inkişaf prosesinin başlanğıcı kimi yadda qalsın. Ümid edirəm ki, xalqın iradəsi bu gün öz hədəfini tapacaq, xalqın dəstəklədiyi insanlar layiq olduğu yeri tutacaq», - deyə prezidentliyə namizəd vurğulayıbF. Qəzənfəroğlu seçkilərdə öz şansını yüksək qiymətləndirib: «Mən öz şansımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, xalqdan normal dəstək alsam, ikinci tura yüksəlmək şansım olacaq. Amma bütün nəticələr Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin xeyrinə olacaq».Məntəqədə seçkinin gedişini 10 yerli müşahidəçi izləyir. Qeyd edək ki, bu gün həm də F. Qəzənfəroğlunun doğum günüdür. -
10-15-2008, 03:30 PMAPAQulamhüseyn Əlibəylinin seçki qərargahı səsvermə zamanı yol verilmiş qanun pozuntuları haqqında məlumat yayıb
[b]Qulamhüseyn Əlibəylinin seçki qərargahı səsvermə zamanı yol verilmiş qanun pozuntuları haqqında məlumat yayıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin müşahidəçiləri bir sıra məntəqələrdə müəyyən problemlər aşkarlayıblar. Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, 84 saylı Füzuli Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində polis QHT nümayəndəsinin məntəqəyə daxil olmasına imkan verməyib. 34 saylı Xətai II Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində Q. Əlibəylinin nümayəndəsi Siyavuş Cəfərov məntəqəyə buraxılmayıb. Bundan başqa, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsinin 3 və 4 saylı məntəqələrində müşahidəçilərin məntəqəyə daxil olmasına maneçilik törədilib: "Hələlik ən çox müşahidə olunan problem seçici siyahıları ilə bağlıdır. Bu tendensiya daha çox Bakı və Gəncədə müşahidə olunur».Qərargahdan bildirilib ki, 25 saylı Nizami II Seçki Dairəsinin 25 və 26 saylı məntəqələrində seçici fəallığı hiss edilir, 28 və 29 saylı məntəqələrdə isə fəallıq nisbətən aşağıdır. 34 saylı Xətai II Seçki Dairəsinin 11, 12, 13 və 14 saylı məntəqələrində seçki fəallığı saat 12:00-dək normal olub. 12.00-dən sonra isə nisbətən zəifləyib.Q. Əlibəylinin Qərb zonası üzrə səlahiyyətli nümayəndəsi Nizami Quliyev Qazax, Ağstafa və Tovuz rayonlarında səsvermənin normal getdiyini, seçici fəallığının hiss edildiyini bildirib. -
10-15-2008, 03:40 PMAPAMaarifçi Gənclər Təşkilatı: Ölkədə seçki fəallığı 45%-i keçib
[b]Maarifçi Gənclər Təşkilatı: Ölkədə seçki fəallığı 45%-i keçib[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan prezidentliyinə keçirilən seçki prosesini müşahidə edən Maarifçi Gənclər Təşkilatının qiymətləndirməsinə görə, ölkədə seçki fəallığı artıq 45%-i keçib. Təşkilatın sədri Eldar Aslanov APA-ya bildirib ki, yaxın 1-2 saat ərzində bu göstəricinin 50%-ə yaxınlaşacağı gözlənilir. Qurum sədri MGT-nin nəticələrinin "exit-poll" keçirən təşkilatların qiymətləndirmələri ilə uyğun gəldiyini söyləyib.E. Aslanovun sözlərinə görə, seçki məntəqələrində seçicinin öz adını siyahıda tapmaması halları yenə də qeydə alınır, müşahidəçilər arasında kiçik narazılıqlar yaranır. Buna baxmayaraq, seçki prosesi əvvəlki seçkilərdən demokratik və şəffaf keçir.Qeyd edək ki, MGT-nin 2700 müşahidəçisi seçki məntəqələrinin 60 faizə yaxınında seçki prosesini izləyir. -
10-15-2008, 03:50 PMAPAPrezidentliyə namizədlərin səs verməsi - FOTOSESSİYA
[b]Prezidentliyə namizədlərin səs verməsi - FOTOSESSİYA[b]

10-15-2008, 04:00 PMAPAGünorta saatlarına kimi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının 22 faizi səsvermədə iştirak edib
[b]Günorta saatlarına kimi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının 22 faizi səsvermədə iştirak edib[b]
[Ankara. Zaur Həsənov-APA. Azərbaycanın Türkiyədəki səfirliyində yaradılmış seçki məntəqəsində səsvermədə iştirak etmək üçün 560 soydaşımız qeydiyyatdan keçib. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun APA-ya verdiyi məlumata görə, günorta saatlarına kimi bu seçicilərin 128 nəfəri səsvermədə iştirak edib. Səfir səsverməyə qatılan seçicilərin sayının az olmasını Türkiyədə iş günü olması və tələbələrin dərsdə olması ilə izah edib. O, seçici fəallığının Bakı vaxtı ilə 18.00 radələrindən sonra artacağının gözlənildiyini deyib. Qeyd edək ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının prezident seçkilərində iştirakını təmin etmək məqsədilə Ankaradakı səfirliyimiz və İstanbuldakı konsulluğumuzda seçki məntəqələri yaradılıb. Səfirlikdə fəaliyyət göstərən 6 nəfərdən ibarət seçki komissiyasına professor, skripka ustası Sərvər Qəniyev rəhbərlik edir. -
10-15-2008, 04:10 PMAPAProkuror aldığı güllə yarasından keçinib
[b]Prokuror aldığı güllə yarasından keçinib[b]
[Dnepropetrovsk - APA. Ukraynanın Dnepropetrovsk vilayətinin prokuroru Vladimir Şuba bu gün keçirilən təlim zamanı aldığı güllə yarasından keçinib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, insident odlu silahla ehtiyatsız istifadə nəticəsində baş verib. Ürək nahiyəsindən güllə yarası alan V. Şubanın həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyinin vilayət idarəsi faktla bağlı araşdırma aparır. -
10-15-2008, 04:20 PMAPAAntalya - Sankt-Peterburq təyyarəsinin qaçırılmasına cəhd edilib
[b]Antalya - Sankt-Peterburq təyyarəsinin qaçırılmasına cəhd edilib[b]
[Ankara - APA. Bu gün Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan Türk Hava Yollarına məxsus "Airbus A320" tipli sərnişin təyyarəsinin qaçırılmasına cəhd göstərilib. APA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxdıqdan bir qədər sonra sərnişinlərdən biri üzərində bomba olduğunu bildirərək təyyarəni qaçırmağa cəhd edib. Lakin o, digər sərnişinlər tərəfindən zərərsizləşdirilib. İçində 2 Türkiyə və 165 Rusiya vətəndaşı olan təyyarə yoluna davam edib.