[b]Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası: "Əhalinin 22-25 faizi artıq səs verib"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Seçki prosesində vətəndaşların fəallığı müşahidə edilir. Biz regionlarla da müntəzəm əlaqə saxlayırıq. İlkin hesablamalara görə, əhalinin 22-25 faizi artıq səsvermədə iştirak edib. Bəzi regionlardan aldığımız məlumata görə, fəallıq daha çoxdur, hətta səs vermək üçün seçicilər növbəyə düzülüblər". Bu açıqlamanı APA-ya Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı verib. O, saat 12.00-a olan məlumata görə, heç bir qanun pozuntusunu müşahidə etmədiklərini bildirib: "Seçici fəallığı yüksəkdir. Əhalinin fəallığından əlavə, diqqətimizi xırda pozuntular da cəlb edib, hazırda onları ümumiləşdiririk".
Azərbaycan Xəbərləri
Printable View

10-15-2008, 12:50 PMAPAAzərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası: "Əhalinin 22-25 faizi artıq səs verib"

10-15-2008, 01:00 PMAPAValeri Çeçelaşvili: "Müşahidə apardığım məntəqələrdə ciddi problemə rast gəlmədim"
[b]Valeri Çeçelaşvili: "Müşahidə apardığım məntəqələrdə ciddi problemə rast gəlmədim"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Mən 4-5 seçki məntəqəsində olmuşam. Müşahidə apardığım məntəqələrdə hər hansı ciddi problemə rast gəlmədim. Pozitiv məqamlardan biri odur ki, seçicilərin fəallığı müşahidə olunur. Seçki məntəqələrində növbələr olsa da, proses qanunauyğun keçir". APA-nın məlumatına görə, bu sözləri 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 18 saylı məntəqəsində jurnalistlərə açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O, GUAM müşahidə missiyasının 8 nəfərdən ibarət olduğunu, müşahidəçilərin 4 qrupa ayrıldığını söyləyib. V. Çeçelaşvili müşahidə üçün Bakı və Sumqayıtı seçdiklərini bildirib. -
10-15-2008, 01:10 PMAPA"Seçki 2008" QHT Koalisiyası: 35 saylı Xətai III Seçki Dairəsinin ərazisində bir müəssisədə 7 seçki məntəqəsi yerləşdirilib
[b]"Seçki 2008" QHT Koalisiyası: 35 saylı Xətai III Seçki Dairəsinin ərazisində bir müəssisədə 7 seçki məntəqəsi yerləşdirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA. "Seçki 2008" QHT Koalisiyasının cənub regionu üzrə koordinatoru Rey Kərimoğlu 70 saylı Masallı Seçki Dairəsinin 1 saylı səsvermə məntəqəsində komissiya üzvlərindən birinin təzyiqinə məruz qalıb. Koalisiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məntəqədə baş verən qarışıqlığın səbəbləri ilə maraqlanan R.Kərimoğlu burada sərt münasibətlə rastlaşıb, ona qarşı kobudluq edilib. R. Kərimoğlunun verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvləri seçicilərin çoxluğu üzündən normal iş şəraiti yaratmaqda çətinlik çəkib, müşahidəçilər də prosesi normal şəkildə izləyə bilməyiblər.Koalisiyasının 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 12.00 üçün verdiyi məlumata görə, səsvermə prosesində ajiotaja səbəb olacaq hallar müşahidə edilməyib. 59 saylı Salyan Seçki Dairəsinin 23 saylı məntəqəsində müvafiq sənədlərin divardan asılmasında qüsurlar müşahidə olunub. Dairə üzrə koordinatorlardan daxil olan məlumatlara görə, bir sıra seçki dairəsində fəallıq müşahidə edilsə də, bəzi dairələrdə hələ də ciddi aktivlik müşahidə edilmir. Müşahidəçilərin verdiyi məlumata görə, 121 saylı Laçın Seçki Dairəsində müşahidə aparılan dairələr arasında ən aşağı fəallıq qeydə alınıb. 35 saylı Xətai III Seçki Dairəsinin əksər məntəqələrində təşkilati işlər qaydasında deyil, hətta bir müəssisədə 7 məntəqənin yerləşdirilməsi halı mövcuddur. -
10-15-2008, 01:20 PMAPAEstoniyalı hüquq müdafiəçisi: "Azərbaycanda seçicilər öz vəzifələri barədə daha çox məlumatlıdır"
[b]Estoniyalı hüquq müdafiəçisi: "Azərbaycanda seçicilər öz vəzifələri barədə daha çox məlumatlıdır"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycanda seçicilər öz vəzifələri barədə daha çox məlumatlıdır. Prezident seçkiləri sakit və normal keçir". Bu açıqlamanı APA-ya prezident seçkilərini izləmək üçün Bakıya gəlmiş Estoniya qeyri-hökumət təşkilatının üzvü, hüquq müdafiəçisi Tomas Alatolu verib. Azərbaycanda bundan əvvəl iki dəfə seçkilərin gedişini izlədiyini deyən Tomas Alatolu 2003-cü il prezident seçkiləri və 2005-ci il parlament seçkilərində ölkəmizə AŞ PA və ATƏT-in müşahidə missiyalarının tərkibində gəldiyini deyib: "Mən 3 dəfə Estoniya parlamentinin üzvü olmuşam, hazırda isə qeyri-hökumət təşkilatının nümayəndəsi kimi müşahidəçilik aparıram. Yerli müşahidəçilər arasında gənclərin olması təqdirəlayiq haldır. Bu o deməkdir ki, siyasi partiyalar gənc resurslara malikdirlər". Artıq bir neçə seçki məntəqəsində olduğunu və heç bir pozuntu ilə rastlaşmadığını söyləyən Tomas Alatolu Avropada yüksək seçici aktivliyinin səhər saatlarında olduğunu, Azərbaycanda isə bu aktivliyin nahardan sonra qeydə alındığını bildirib: "Bunu şəxsi müşahidələrimə görə deyirəm. Yəqin bu, sizin millətə xas xüsusiyyətdir". -
10-15-2008, 01:30 PMAPAAzərbaycanın Salyan rayonu ərazisində baş verən yol qəzasında 8 nəfər ölüb - YENİLƏNİB
[b]Azərbaycanın Salyan rayonu ərazisində baş verən yol qəzasında 8 nəfər ölüb - YENİLƏNİB[b]
Salyan. Əlibəy Zeynalov-APA. Oktyabrın 14-dən 15-ə keçən gecə Ələt-Astara yolunun 83-cü kilometrliyində Salyan rayonu ərazisində 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
[APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan rayonu Şorsulu kənd sakini, 1987-ci il təvəllüdlü İsgəndərov İlkin Sədyar oğlunun idarə etdiyi VAZ-2107 markalı 52 BE 333 dövlət nömrə nişanlı və Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkün 1963-cü il təvəllüdlü Məmmədov Nizami Amin oğlunun idarə etdiyi VAZ-21011 markalı, 14 BA 261 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Məlumata görə, hər iki sürücü, eyni zamanda VAZ-2107-nin sərnişinləri Şorsulu kənd sakinləri 1981-ci il təvəllüdlü İsgəndərov Teymur Sərəncam oğlu, 1984-cü il təvəllüdlü İsgəndərov Elnur Füzuli oğlu, 1987-ci il təvəllüdlü Hümbətov Ramin Gülməmməd oğlu, 1991-ci il təvəllüdlü İsgəndərov Ağakərim Bəylər oğlu, VAZ-21011-in sərnişinləri Cəlilabad rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Akif Zülfüqar oğlu və 1990-cı il təvəllüdlü Ağayev Hənifə Taleh oğlu ölüblər. -
10-15-2008, 01:50 PMAPAAzərbaycanda prezident seçkiləri - FOTOSESSIYA
Azərbaycanda prezident seçkiləri - FOTOSESSIYA

10-15-2008, 02:00 PMAPABeynəlxalq müşahidəçilər 73 saylı Lənkəran Seçki Dairəsinin məntəqələrində indiyə qədər pozuntulara rast gəlmədiklərini bildiriblər
[b]Beynəlxalq müşahidəçilər 73 saylı Lənkəran Seçki Dairəsinin məntəqələrində indiyə qədər pozuntulara rast gəlmədiklərini bildiriblər[b]
[Lənkəran-Ağəddin Babayev-APA. 73 saylı Lənkəran Şəhər Seçki Dairəsinin məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçilər səsvermə başlanandan qanun pozuntularına rast gəlmədiklərini bildiriblər. Dairə ərazisində prosesi izləyən MDB Müşahidə Missiyasının üzvü Nikolay Şumski və ATƏT müşahidəçiləri Musabəy Pelin, Xose Luis Merenat, Botagöz Əbilova APA-nın əməkdaşına səsvermə prosesinin indiyə qədər normal keçdiyini deyiblər.Qeyd edək ki, 73 saylı Seçki Dairəsinin 10 məntəqəsində veb-kamera quraşdırılıb. -
10-15-2008, 02:10 PMAPABakı sakini İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub
[b]Bakı sakini İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehriban Tağıyeva tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Tağıyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirir. -
10-15-2008, 02:20 PMAPASergey Lebedev: "MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq"
[b]Sergey Lebedev: "MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq"[b]
[Bakı. Laçın Sultanova-APA. "MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində əlbəttə ki, dəyişikliklər olacaq". Bu açıqlamanı APA-ya Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev verib. O, Gürcüstan MDB-dən çıxdıqdan sonra qeyd olunan sahədə problemlərin çox güman ki, ikitərəfli əsasda həll olunacağını bildirib. S. Lebedev xatırladıb ki, Bişkekdə keçirilən MDB XİN Şurasının və MDB dövlət başçıları Şurasının iclaslarında Gürcüstanın qurumdan çıxmaq qərarı təəssüflə qarşılanıb: "Toplantılarda bildirilib ki, Gürcüstan rəhbərliyi MDB-yə yenidən daxil olmaq barədə qərar versə, qurumun qapıları onun üçün həmişə açıq olacaq. Gürcüstan MDB-də çox da vacib yer tutmayıb və tutmur. Bu qərarın neqativ nəticələri ilə yalnız Gürcüstan əhalisi üzləşə bilər". -
10-15-2008, 02:30 PMAPAMixail Krotov: «Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər»
[b]Mixail Krotov: «Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər»[b]
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda səfərdə olan MDB-nin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində müşahidəçi qismində bir neçə seçki məntəqəsində olub.
[M.Krotov APA-ya açıqlamasında bildirib ki, Assambleyanın komissiyasına 7 ölkənin parlamentini təmsil edən 33 müşahidəçi daxildir. Komissiyaya Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova başçılıq edir.M.Krotov Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib: «Azərbaycandakı seçkilər çox şəffafdır, proses olduqca sakit gedir. Bu sakitlik ölkə üçün yalnız müsbət bir amildir, buradakı sabitliyin göstəricisidir. Seçkilər azad və ədalətli keçirilir»Baş katibin sözlərinə görə, bu ilin avqust ayının 1-dən etibarən MDB-nin Parlamentlərarası Assambleyası nəzdində Demokratiya, Parlamentarlıq, İnsan Haqlarının Qorunmasının İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun Bakıda filialı fəaliyyətə başlayıb. Və artıq bu, sadəcə uzunmüddətli bir monitorinq deyil, daimi əsaslarla ölkədə olan və respublikada demokratiyanın inkişafını araşdıran bir qrupdur. Xatırladaq ki, avqustun 1-dən müşahidəçilər Azərbaycanın Bakı, Gəncə şəhərləri və Quba rayonunda monitorinqə başlayıb, bir neçə aralıq hesabatının təqdimatı keçirib.«Müşahidəçilər bugünkü seçkilərin beynəlxalq standartlara uyğunluğunu təhlil ediblər, həmçinin əvvəlki seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin iradları nəzərə alınıb. Seçki Məcəlləsində əsas 9 prinsipial məsələ öz əksini tapıb, o cümlədən, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ, seçici siyahılarının şəffaflığı, şikayət etmə prosedurasının sadələşdirilməsi və s. prinsipial məqamlar nəzərə alınıb. Seçki inzibatçılığının ən yüksək demokratiya qanunlarına cavab verməsi üçün bütün addımlar atılıb. Biz qeyd edirik, həm seçki komissiyalarının formalaşdırılması, namizədlərin qeydiyyatı mərhələsində, həm də bilavasitə seçkiqabağı kampaniyasının keçirilməsi mərhələsində qanunun bütün tələblərinə riayət olunub, rəqabətli seçkilər keçirilir, yaradılmış şərait isə idealdır», - deyə M.Krotov bildirib.Baş katib həmçinin vurğulayıb ki, seçki məntəqələrinin 10%-də real vaxt rejimində işləyən veb-kameralar quraşdırılıb və bu yenilik demokratik seçkilərin keçirilməsinə imkan yaradır, məntəqələrdə isə yüksək seçici fəallığı müşahidə olunur. M.Krotov həmçinin məntəqələrdə apardığı müşahidələrlə bağlı öz təəssüratları ilə də bölüşüb: «Seçki məntəqələri vaxtında açılıb, seçki qutuları, hər şey qaydalara uyğun, müşahidəçilərin iştirakı ilə möhürlənib. Düzdür, bəzi iradlarımız da olub. Lakin bunlar ərazi seçki komissiyalarına deyil, bizim həmkarlarımız olan ATƏT-in beynəlxalq müşahidəçiləri ilə bağlı olub. Gizli səsvermə zamanı ATƏT-in bir xanım müşahidəçisi pərdəni çəkərək seçicinin səsvermə kamerasında nə etdiyinə baxıb. Belə olmaz. Bu, gizli səsvermənin keçirilməsi qaydasına ziddir. Müşahidəçi səsverməyə mane olmamalıdır və seçki prosesinə qarışmaq haqqı yoxdur. Bundan başqa, bəzi yerlərdə «exit-poll»lar məntəqələrə çox yaxın aparılır. Bizim bütün iradlarımız nəzərə alınıb». Lakin baş katib bu cür çatışmazlıqları kiçik texniki məqamlar kimi qiymətləndirib: «Sözsüz ki, bunlar seçki təşkilatçılarının qüsuru sayıla bilməz. Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər».Sonda M.Krotov vurğulayıb ki, missiyanın apardığı müşahidələrin yekunu sabaha planlaşdırılan mətbuat konfransında açıqlanacaq. Bu məqsədlə MDB-nin adından ümumi sənəd hazırlanacaq.