[b]Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib[b]
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Bu gün saat 7.00 radələrində Bakı-Qazax yolunun 200-cü kilometrliyndə, Kürdəmir rayon Xırdapay kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
[Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, qəza Laçın rayon Hacılar kənd sakini, 1952-ci il təvəllüdlü Orucov İxtiyar Məhəmməd oğlunun 90-BR-993 dövlət nömrə nişanlı "Hundai" markalı maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verib. Maşın yoldan çıxaraq, aşıb.Nəticədə sürücü hadisə yerindəcə keçinib. Maşında olan beş sərnişindən ikisi, sürücünün həyat yoldaşı, 1959-cu il təvəllüdlü Orucova Hürü Hüseyn qızı və qaynı, 1974-cü il təvəllüdlü Mehdiyev Sarvan Hüseyn oğlu xəsarət alıblar. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

09-28-2008, 01:10 PMAPAKürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

09-28-2008, 01:20 PMAPAElmar Məmmədyarov Kondaliza Raysla görüşüb
[b]Elmar Məmmədyarov Kondaliza Raysla görüşüb[b]
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibi Kondoliza Raysla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ikitərəfli siyasi və iqtisadi əlaqələr barədə müzakirələr aparılıb.
[Dünyada və xüsusilə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi edilib. Hər iki ölkənin xarici siyasət idarələrinin başçıları bölgədə sülh və sabitliyin bərqərar olması ilə bağlı səylərin əsirgənilməməsinin vacibliyini vurğulayıblar. ABŞ dövlət katibi Azərbaycanın regionda vacib rol oynadığını da qeyd edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Azətbaycan XİN başçısı münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğulayıb.E. Məmmədyarovla K. Rays enerji təhlükəsizliyi məsələsi ilə bağlı da müzakirələr aparıblar. -
09-28-2008, 04:00 PMAPAATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb
[b]ATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb.
[APA-nın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 7 namizəd qeydə alınıb, 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib, bir neçə müxalifət partiyası isə ya seçkilərdə iştirak etməmək və ya boykot yolu tutub. Sənəddə Azərbaycanın Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin, əsasən, Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in tövsiyələrinə cavab verdiyi qeyd olunur. Sənəddə seçki komissiyalarının tərkibinin tam formalaşdırılmadığı, müxalifətin bu prosesdə iştirakdan imtina etdiyi bildirilir. "Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq prosesində aktiv iştirak edir, müntəzəm görüşlər keçirir", deyə hesabatda vurğulanır. Hesabatda 4,8 milyon Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi, seçici siyahılarının sentyabrın 10-da dərc olunduğu əksini tapıb. Sənəddə, həmçinin qeyd olunur ki, sentyabrın 17-də təbliğat-təşviqat kampaniyasına start verilib, ölkədə KİV-in vəziyyəti ilə bağlı müəyyən narahatlıqlar var. Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar dövlət televiziyasında seçki kampaniyası aparmaq qadağandır, seçki ilə bağlı pulsuz proqramlar isə yalnız İctimai Televiziyada yayımlana bilər. Sentyabrın 5-dən ATƏT missiyası 7 telekanalın və 4 qəzetin monitorinqinə başlayıb. Hesabatda o da bildirilir ki, Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, şikayətlərin araşdırılması üçün xüsusi komissiyalar yaradılıb. Lakin bu komissiyalar, əsasən, fəaliyyətdə olan komissiyaların üzvlərindən və ekspert vəkillərdən təşkil olunub. -
09-28-2008, 05:10 PMAPAElmar Məmmədyarov: "GUAM məkanındakı "dondurulmuş münaqişələr" regionda qeyri-sabitliyin əsas mənbəyidir"
[b]Elmar Məmmədyarov: "GUAM məkanındakı "dondurulmuş münaqişələr" regionda qeyri-sabitliyin əsas mənbəyidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi diskussiyalarda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əsas diqqəti Cənubi Qafqazda baş verən proseslərə yönəldib.
[APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir çıxışında baş verənlərin regionda beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. E. Məmmədyarovun fikrincə, Gürcüstan hadisələri GUAM məkanındakı "dondurulmuş münaqişələr"in regionda qeyri-sabitliyin əsas mənbəyi olduğunu növbəti dəfə sübut edib. Azərbaycan xarici siyasət idarəsinin başçısı bildirib ki, kövrək atəşkəs rejimi dünyanın bu bölgəsində daimi və möhkəm sülhü heç vaxt əvəz edə bilməz: "Bu münaqişələrin hələ də həllini tapmaması beynəlxalq sülh və əminamanlığa təhlükədir, həmçinin Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji cəhətdən əhəmiyyətli bir bölgənin potensialından tam istifadə etməyə imkan vermir". Nazir qeyd edib ki, münaqişələrin həlli təkcə GUAM ölkələrinin deyil, bütövlükdə regionun xeyrinədir. Bu mənada o, diqqəti Türkiyənin son təşəbbüslərinə yönəldib, Ankaranın təklif etdiyi Qafqazda Sabitlik Platformasının qarşılıqlı ərazi bütövlüyünə hörmət, mövcud sərhədlərin tanınması, bərabərhüquqluluq və yaxşı qonşuluq münasibətlərini əks etdirən regional təhlükəsizlik sisteminin yaradılması üçün dayaq nöqtəsi ola biləcəyini vurğulayıb. E. Məmmədyarov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın suverenliyinin bərpası regionda əməkdaşlıq və xoş qonşuluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verərdi: "Yalnız bu halda biz sülh və bütün regionun iqtisadi cəhətdən çiçəklənməsi yolu ilə gedə bilərik. Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Biz əminik ki, regionda mövcud olan fikir ayrılıqları dialoq, beynəlxalq hüququn norma və prinsipləri, habelə qarşılıqlı hörmət əsasında aradan qaldırılmalıdır. Regional sabitliyin möhkəmləndirilməsi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması hesabına mümkündür. Azərbaycan məhz bu istiqamətdə səylərini gücləndirir". Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının inşasına toxunan nazir bu layihəni Avropa ilə Asiya arasında etibarlı körpü adlandırıb. E. Məmmədyarov BMT Təhlükəsizlik Şurası üzvləri arasında dünyada sülhün bərqərar olması yolunda yaranan problemlərin aradan qaldırılmasına yanaşmada vahid mövqe olmamasının ümumi təhlükəsizlik sisteminin yaradılmasına və BMT-nin nüfuzuna mənfi təsir göstərdiyini vurğulayıb. BMT-də islahatların aparılmasına tərəfdar olduğunu qeyd edən nazirin fikrincə, bu təşkilat milli sərhədlərdən kənara çıxan və beynəlxalq əminamanlığa təhlükə yaradan hallara qarşı tam mənada kollektiv müqaviməti təşkil etmək məsuliyyətini üzərinə götürməlidir: "Biz hamımız beynəlxalq münasibətlərin unikal tənzimləmə vasitəsi olan BMT Nizamnaməsinə ciddi riayət etməliyik". -
09-29-2008, 01:20 PMAPAAŞ PA-nın payız sessiyası işinə başlayır
[b]AŞ PA-nın payız sessiyası işinə başlayır[b]
Bakı-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası işinə başlayır. APA-nın məlumatına görə, sessiya oktyabrın 3-dək davam edəcək.
[Sessiya qurumun prezidenti Luis Mariya de Puçun bəyanatı, assambleyanın vitse-prezidentinin seçilməsi və Gürcüstandakı vəziyyətə dair müzakirələr keçirilməsi üçün verilmiş sorğunun müzakirəsi ilə başlayacaq. Bu gün BMT-nin sivilizasiyaların ittifaqı üzrə nümayəndəsi Jorj Sampayo, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yavuz Mildon və Latın Amerikası Parlamentinin sədri Jorj Pizarronun çıxışları olacaq. Sentyabrın 30-da Avropa İnsan Haqları Məhkəməsinin Lüksemburqdan olan üzvü seçiləcək, elə həmin gün Gürcüstanla Rusiya arasında baş vermiş müharibə müzakirə ediləcək. Müzakirələrə hər iki ölkə üzrə həmməruzəçilər, insan haqları, miqrasiya və qaçqınlarla bağlı komitələrin nümayəndələri qatılacaqlar. Günün ikinci yarısında yunan Kiprinin prezidenti Demetris Xristofiasın çıxışı nəzərdə tutulub. Sonra Bosniya və Herseqovinanın AŞ PA qarşısındakı öhdəlikləri ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Oktyabrın 1-də Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələt nitq söyləyəcək və Kipr problemi ətrafında diskussiya aparılacaq. Oktyabrın 2-də Gürcüstandakı vəziyyətin müzakirəsi davam etdiriləcək. Sonra İsveçin baş naziri Frederik Reynfildtin çıxışı, Serbiyanın AŞ PA qarşısındakı öhdəlikləri, Voyvodinada (Rumıniya) milli azlıqların durumu müzakirə olunacaq. Sessiyanın sonuncu günü isə qadınlara qarşı zorakılıq və belə hallarla mübarizə, KİV-də demokratizmin indikatorları və digər məsələlərə baxılacaq. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri artıq Strasburqdadırlar. -
09-29-2008, 01:40 PMAPAŞeyxülislam: "Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür"
[b]Şeyxülislam: "Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür"[b]
Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
[QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrikdə Ramazan ayı münasibətilə bütün müsəlmanlar təbrik edilib: " Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm. Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət və fəxarət bəxş edir. Həmd-səna olsun uca Allaha ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar". Şeyxülislam qeyd edib ki, bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir: "Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin". Təbrikdə da sonra qeyd edilir: "Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür. Bu səbəbdən, müsəlmanlarımızın hər iki günü bayram etməsi müstəhəbdir. Qoy Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!" -
09-29-2008, 02:00 PMAPAYol qəzasında Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib, üçü isə yaralanıb
[b]Yol qəzasında Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib, üçü isə yaralanıb[b]
Gəncə. Nəzakət Məşədiəliqızı -APA. Ötən gün saat 21.00 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində ağır yol-nəqiliyyat hadisəsi baş verib. Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 50 BR 836 nömrə nişanlı VAZ 2107 markalı avtamobil, 20 CH 775 nömrə nişanlı Mercedes markalı maşınla toqquşub.
[Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Fizuli Yusifovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, qəza nəticəsində VAZ-2107 markalı avtomabildə olan N saylı hərbi hissənin əsgəri, 1986-cı il təvəllüdlü Fariz Fəyyaz oğlu Aslanov hadisə yerindəcə keçinib. Maşında olan digər üç əsgər isə yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirlir. Yaralılar dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Daha sonra müalicələrini davam etdirmək üçün onları hərbi hospitala göndəriblər.Faktla bağlı Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə cinayət işi açılıb. -
09-29-2008, 02:20 PMAPAAraz Əzimov: "Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür"
[b]Araz Əzimov: "Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür"[b]
[Bakı. Rəşad Süleymanov - APA. "Bütün region ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyən İran bölgədəki münaqişələrin sülh yolu ilə həllini istəyir. Ancaq Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı buna böyük maneə yaradır". APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak niyyətinə münasibət bildirərkən deyib: "Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür. Biz İranın bu istiqamətdə cəhdlərini müsbət qiymətləndiririk. Münaqişənin həlli ilə bağlı müvafiq baza var və danışıqlar da buna əsasən aparılır". -
09-29-2008, 02:30 PMAPAAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü təhlil olunandan sonra müzakirələrin formatı müəyyən ediləcək
[b]Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü təhlil olunandan sonra müzakirələrin formatı müəyyən ediləcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünün nəticələri təhlil olunandan sonra müzakirələrin formatı müəyyən ediləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
[A. Əzimov qeyd edib ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin münaqişənin həll olunması istiqamətində göstərdiyi səyləri müsbət qiymətləndirir: "Türkiyə regiondakı münaqişələrin həllini istəyir və bunda maraqlıdır. Rəsmi Ankara əvvəlki mövqeyində qalır və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır". -
09-29-2008, 02:50 PMAPASSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov yeni siyasi partiya yaradır
[b]SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov yeni siyasi partiya yaradır[b]
Moskva-APA. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bankir Aleksandr Lebedevlə birlikdə yeni siyasi partiya yaratmağı planlaşdırır.
[APA-nın "Qazeta.ru"-ya istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə A. Lebedev bildirib. A. Lebedevin sözlərinə görə, yeni siyasi təşkilat Rusiya Müstəqil Demokrat Partiyası adlanacaq. Hazırda M. Qorbaçovun rəhbəri olduğu "Sosial-Demokratlar İttifaqı"nda da məlumatı təsdiqləyiblər. M. Qorbaçovun müavini Mixail Kuznetsov bildirib ki, yeni partiya 2011-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.