[b]Abdulla Gül: "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə kömək edəcək"[b]
Nyu-York - APA. Türkiyə prezidenti Abdulla Gül BT Baş Assambleyasının 63-cü sessiyasının açılışında çıxış edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gül çıxışında ölkəsinin Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması təşəbbüsünə xüsusi toxunub.
[O, təşəbbüsə BMT səviyyəsində dəstək verilməsini istəyib: "Mənim Ermənistana və Azərbaycana, baş nazir Ərdoğanın isə Gürcüstana və Rusiyaya səfərləri zamanı bütün tərəflərin bu ideyaya müsbət yanaşdığını gördük". Türkiyə prezidentinin fikrincə, Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması Dağlıq Qarabağ problemi də daxil olmaqla, "dondurulmuş münaqişələr"in ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə kömək edəcək. Kipr probleminə də toxunan A. Gül adadakı türklərə qarşı beynəlxalq təcridə son qoyulmasının vaxtının çatdığını vurğulayıb.
Azərbaycan Xəbərləri
Printable View

09-24-2008, 12:20 PMAPAAbdulla Gül: "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə kömək edəcək"

09-24-2008, 12:30 PMAPABakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti başlayıb
[b]Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti başlayıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti (YES) işə başlayıb.
[APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin, YES İnc. təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Misir prezidentinin xanımı Suzan Mübarək, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak edirlər. Tədbirdə açılış sözü ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu sammit ilk dəfə 2002-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Klinton və Misirin birinci xanımı Suzan Mübarəkin sədrliyi ilə İsgəndəriyyə şəhərində keçirilib. 2006-cı ildə Keniyanın paytaxtı Nayrobidə keçirilən üçüncü sammit zamanı, 4-cü tədbirin Bakıda keçirilməsi qərara alınıb. A. Rəhimov deyib ki, tədbirdə 70 ölkədən 600-ə yaxın nümayəndə iştirak edir. Daha sonra Prezident Aparatının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, sammitə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatılması tədbirə marağın göstəricisidir. Daha sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tədbirdə çıxış edib. Azərbaycan iqtisadiyyatında son illərdə böyük irəliləyişlər olduğunu bildirən M. Əliyeva deyib ki, Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələr ölkənin inkişafına böyük imkanlar yaradır. M. Əliyeva sammit çərçivəsində gənclərin məşğulluq məsələlərinin müzakirə olunacağını deyib. O, ölkədə əhalinin sosial müdafiəsi sahəsində də böyük işlər görüldüyünü, yoxsulluq səviyyəsinin aşağı düşdüyünü vurğulayıb. Misir prezidentinin xanımı S. Mübarək isə çıxışında deyib ki, YES Sammiti hədəflərə çatmaq üçün əsas platformadır. S. Mübarək qeyd edib ki, yoxsulluğun aradan qaldırılması bütün millətlərin əsas strategiyası olmalıdır, təhsillə bağlı problemlərin aradan qaldırılması üçün gənclər həvəsləndirilməli, onlara maddi yardımlar göstərilməlidir. Tədbir işini davam etdirir. Sammit sentyabrın 27-də başa çatacaq. -
09-24-2008, 12:40 PMAPA"Yaddan çıxmaz Qarabağ" ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək
[b]"Yaddan çıxmaz Qarabağ" ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 2-dən 8-dək "Yaddan çıxmaz Qarabağ" ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, artıq üçüncü dəfədir ki, həyata keçirilən aksiya çərçivəsində Bakı şəhərində və bütün rayonlarda silsilə tədbirlər baş tutacaq. Aksiyanın ilk günündə, oktyabrın 2-də uşaqların asfalt üzərində rəsm sərgisi təşkil olunacaq. Oktyabrın 3-də isə Füzuli rayonunun Horadiz qəsəbəsində tanınmış sənətçilərin iştirakı ilə konsert proqramının təşkili, hərbi hissələrdə tədbirlərin, yazıçılarla görüşlərin və s. keçirilməsi nəzərdə tutulub. -
09-24-2008, 12:50 PMAPAAvropa Məhkəməsi Qulamhüseyn Əlibəyli və Həsən Kərimovun şikayətləri üzrə kommunikasiyaya başlayıb
[b]Avropa Məhkəməsi Qulamhüseyn Əlibəyli və Həsən Kərimovun şikayətləri üzrə kommunikasiyaya başlayıb[b]
[Bakı-APA. Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha iki şikayətlə bağlı kommunikasiya başlanıb. Avropa İnsan Hüququları Məhkəməsi AXCP Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəyli və partiya sədrinin müavini Həsən Kərimovun 2005-ci il parlament seçkiləri ilə bağlı məhkəməyə göndərdikləri şikayətlərlə bağlı hökumətə sorğu göndərib. Bu barədə APA-ya Hüquq Maarifçili Cəmiyyətindən bildirilib. Qeyd edilib ki, Q. Əlibəyli şikayətində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozulduğunu bildirib. H. Kərimov isə Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan şikayət edib. -
09-24-2008, 01:00 PMAPA"Ergenekon"la bağlı həbs olunmuş ordu generalı Xurşid Tolonun səhhəti pisləşib
[b]"Ergenekon"la bağlı həbs olunmuş ordu generalı Xurşid Tolonun səhhəti pisləşib[b]
Kocaeli - APA. Terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində həbs olunmuş ordu generalı Xurşid Tolonun səhhəti pisləşib.
[APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu gün səhər Kocaeli bölgəsinin Kandıra qəsəbəsi ərazisindəki xüsusi həbsxanada saxlanılan X. Tolonun səhhətində problem yaranıb və o, Kocaeli Dövlət Xəstəxanasına aparılıb. Xatırladaq ki, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur da hazırda Kocaeli Dövlət Xəstəxanasında müalicə olunur. Sentyabrın 17-də həbsxanada yıxılan Ş. Əruyğurun beyninə qan sızıb və boyun sümüyü üç yerdən qırılıb. -
09-24-2008, 01:10 PMAPATürkiyə vətəndaşının Bakıda törətdiyi avtomobil qəzasında iki nəfər ölüb
[b]Türkiyə vətəndaşının Bakıda törətdiyi avtomobil qəzasında iki nəfər ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında Türkiyə vətəndaşının törətdiyi avtomobil qəzasında iki nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Qaradağ rayonu ərazisində baş verib. "Azərinşaat Servis" MMC-nin əməkdaşı olan Türkiyə Respublikasının vətəndaşı 1964-cü il təvəllüdlü Korba Asim Halilibrahimlinin idarə etdiyi "FORD" markalı 90-AC-190 dövlət nömrə nişanlı avtomobil 1988-ci il təvəllüdlü Hörmət Fərziyevin idarə etdiyi Vaz-2106 markalı, 30-BC-448 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində H. Fərziyev və onun maşınında olan sərnişin Zaur Rəhimov hadisə yerindəcə keçiniblər. Türkiyə vətəndaşı A. Halilibrahimli isə yünqül bədən xəsarəti alıb. Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. -
09-24-2008, 01:20 PMAPANaxçıvanda hərbi təlim zamanı üç Azərbaycan əsgəri həlak olub - YENİLƏNİB
[b]Naxçıvanda hərbi təlim zamanı üç Azərbaycan əsgəri həlak olub - YENİLƏNİB[b]
Bakı. Hafiz Heydərov-APA. Naxçıvan Muxtar Respublikasında hərbi təlim zamanı tankda baş vermiş partlayış üç əsgərin ölümü ilə nəticələnib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Səfərovun APA-ya verdiyi məlumata görə, hadisə Muxtar Respublikada yerləşən "N" saylı hərbi hissələrin birində baş verib. Poliqonda hərbi təlim keçirilən zaman mərminin lülədə partlaması tankda olan üç ekipaj üzvünün ölümü ilə nəticələnib. Əsgərlərdən ikisi hadisə yerində, biri isə hospitalda dünyasını dəyişib. Faktla bağlı Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, hadisə zamanı həlak olanlar 1989-cu il təvəllüdlü, əsgər Asif Həsən oğlu Orucov (Laçın rayon Hərbi Komissarlığı), 1989-cu il təvəllüdlü, əsgər Rauf İlqar oğlu Məmmədov (Göyçay rayon Hərbi Komissarlığı) və 1977-ci il təvəllüdlü, gizir Mayis Tahir oğlu Abıyevdir (Yardımlı rayon Hərbi Komissarlığı). -
09-24-2008, 01:30 PMAPAAzərbaycan paytaxtında üç beynəlxalq tibb sərgisi başlayıb
[b]Azərbaycan paytaxtında üç beynəlxalq tibb sərgisi başlayıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian»ın təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə, III Azərbaycan Beynəlxalq Stomatologiya və II Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılış mərasimi keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi regionun ən iri səhiyyə sərgisidir. Ölkənin səhiyyə sistemi ilə bağlı bəzi məlumatları açıqlayan nazir müavininin sözlərinə görə, səhiyyə sisteminin büdcəsi hər il 40-50% artır. Bu artım səhiyyə işçilərinin əmək haqlarının ödənilməsinə, səhiyyə müəssisələrinin müasir avadanlıqla təchizinə, təmirinə, tikintisinə sərf edilir. E.Ağayev qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Talassemiya Mərkəzinin açılışı olacaq. Bundan əlavə, Səhiyyə Nazirliyinin büdcəsi hesabına Oğuz, Xanlar və Yevlax rayonlarında müasir tibb mərkəzləri tikilir. Nazir müavini onu da əlavə edib ki, son vaxtlar ölkədə sovet dövründə istehsal edilən köhnə təcili yardım maşınlarının yeni «Mercedes» markalı maşınlarla əvəz edilməsi üçün işlər aparılır. Artıq paytaxtda belə təcili yardım maşınları istifadəyə verilib. Bu yaxınlarda isə regionlar üçün ölkəyə yeni gətirilən «Mercedes» markalı təcili yardım maşınlarının bölgüsü həyata keçiriləcək.Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-preizdenti Mehman Əhmədov bu sərgiləri ölkədə son vaxtlar səhiyyə sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirib. «İteca Caspian»ın prezidenti Fərid Məmmədov isə qeyd edib ki, sərgilər Azərbaycanın Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Stomatologiya Assosiasiyasının dəstəyi ilə keçirilir.Beynəlxalq Səhiyyə Sərgisində 19 ölkədən 100 şirkət iştirak edir. Sərgidə farmakologiya, tibbi avadanlıq, tibbi elektronika, aptek və tibb müəssisələri üçün avadanlıq və mebel, diaqnostika, gigiyena vasitələri, kosmetologiya, pəhriz və qida əlavələri, xəstəxanalar, tibbi təhsil, sığorta, tibb informasiya texnologiyaları üzrə stendlər nümayiş olunur. Sərgidə Azərbaycanın «Arash Medical», «HB Co. Ltd.», «Vitta», «Labservis» , İsrailin «Osteosintez», Gürcüstanın «Batfarma», Latviyanın «Tonus Elast», İspaniyanın «Fenin Spanish Group», Rusiyanın «MSM-Medical» və «Megard Group», İtaliyanın «Betafarma Spa» və s. şirkətlər iştirak edir. -
09-24-2008, 01:40 PMAPABVF: «Hələ dünyanın iqtisadi tənəzzül təhlükəsi yoxdur»
[b]BVF: «Hələ dünyanın iqtisadi tənəzzül təhlükəsi yoxdur»[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bazar iqtisadiyyatı hazırda dnya miqyasında müşahidə olunan dərin maliyyə böhranından sağlamlaşmış çıxacaq. «APA-ECONOMICS»in Almaniyanın «Frankfurter Algemeine Zeitung» nəşrinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Dominik Stross-Kan bəyan edib. BVF başçısının fikrincə, hazırkı böhran hələ azad bazar iqtisadiyyatının sonu demək deyil: «Bu cür iqtisadiyyatın tənzimlənməsi vacibdir. Sistemli böhranın təhlükəsi aradan qalxan kimi, yeni tənzimləmə tədbirləri maliyyə sistemi və bazar iqtisadiyyatını möhkəmlədərək bazarın nöqsanlarını zəiflədəcək». D.Stross-Kan 700 mlrd. dollar həcmində qiymətləndirilən böhranla mübarizə məqsədilə hazırlanmış ABŞ hökumətinin tədbirlər planının BVF tərəfindən dəstəkləndiyini vurğulayıb. Bununla yanaşı BVF rəsmisi hesab edir ki, ABŞ-ın müstəqil investisiya bankının modeli iflasa uğrayıb. Onun fikrincə, gələcəkdə investisiya funksiyası hər bir universal banka məxsus olacaq. D.Stross-Kan ABŞ-ın bir sıra investisiya banklarının spekulyativ əməliyyatlarda iştirak etməsi səbəbindən iri həcmli zərərlə üzləşdiyini qeyd edib.Buna baxmayaraq, D.Stross-Kans hesab edir ki, dünya miqyasında hələ iqtisadi tənəzzül təhlükəsi yoxdur: «Hazırda biz artım templərinin azalmasının uzunçəkən dövrünü yaşayırıq və hətta gələn il gözlənilən sağlamlaşma zəif inkişaf edəcək». -
09-24-2008, 02:10 PMAPAƏli Həsənov: ""Nabukko" layihəsində dəyişikliklə bağlı Azərbaycana hər hansı təklif daxil olmayıb"
[b]Əli Həsənov: ""Nabukko" layihəsində dəyişikliklə bağlı Azərbaycana hər hansı təklif daxil olmayıb"[b]
[Bakı. Laçın Sultanova - APA. ""Nabukko" qaz kəməri layihəsində dəyişikliklə bağlı Azərbaycan hökumətinə hər hansı təklif daxil olmayıb". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. "Nabukko" kəmərinin Ermənistandan keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirən Ə. Həsənov bu gün kəmərin marşrutunun dəyişdirilməsi üçün ciddi əsas görmədiklərini söyləyib. O, kəmərin marşrutunun artıq müəyyən olunduğunu xatırladıb: "Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmasa, Azərbaycanın bu ərazilər üzərində suveren hüquqları bərpa olunmasa və Cənubi Qafqazda sülh yaranmasa, Ermənistanla heç bir əməkdaşlığa getməyəcək".