[b]Ermənipərəst konqresmenlər Azərbaycana ayrılan yardımın ixtisar olunmasının əleyhinə çıxıblar[b]
[Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Nümayəndələr Palatasının xarici proqramlar üzrə alt komitəsində Azərbaycana ayrılan hərbi yardımın ixtisar olunması ilə bağlı təklifin əleyhinə səs verənlərin əksəriyyəti ermənipərəst konqresmenlər olub. APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Ermənistan üzrə işçi qrupunun həmsədri Co Nollenberqin irəli sürdüyü təklif qrupun digər üzvləri tərəfindən dəstəklənməyib. Belə ki, Cessi Cekson, Stiv İsrael, Ben Kandler, Stiv Rotman, Barbara Li və Betti Makkolum Azərbaycana ayrılan hərbi yardımın azaldılmasının əleyhinə çıxıblar. Alt komitənin qərarına əsasən 2009-cu ildə Azərbaycanla Ermənistana eyni miqdarda maliyyə yardımı göstəriləcək. Lakin 2008-ci illə müqayisədə Ermənistana ayrılan vəsaitin miqdarı 59 faiz azdır.
Azərbaycan Xəbərləri
Printable View

07-18-2008, 11:51 AMAPAErmənipərəst konqresmenlər Azərbaycana ayrılan yardımın ixtisar olunmasının əleyhinə çıxıblar

07-18-2008, 12:01 PMAPAÇində 4,6 bal gücündə zəlzələ baş verib
[b]Çində 4,6 bal gücündə zəlzələ baş verib[b]
[Pekin-APA. Çinin Sıçuan vilayətində bu gün səhər yeni yeraltı təkanlar qeydə alınıb. APA-nın məlumatına görə, iki saatlıq fasilə ilə qeydə alınan təkanların gücü 4,1-4,6 bal olub. Dağıntı və tələfat barədə məlumat verilmir. Dünən axşam saatlarında isə Çinin Tanqla aşırımında 5,3 bal gücündə zəlzələ baş verib. Qeyd edək ki, Sıçuanda mayın 12-də baş verən dağıdıcı zəlzələdən sonra Çində mindən artıq müxtəlif gücdə yeraltı təkan qeydə alınıb. Çin Vətəndaş Administrasiyası Nazirliyinin rəsmi məlumatlarına görə, Sıçuanda baş verən zəlzələdə 169,197 nəfər ölüb, 374,176 nəfər yaralanıb. -
07-18-2008, 12:11 PMAPAErmənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 17-də saat 10.30-dan 11.00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən saat 21.20-dən 21.45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.25-dək iyulun 18-də saat 01.30-dan 01.35-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.10-dan 22.33-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.35-dən 23.50-dək və iyulun 18-də saat 00.30-dan və 00.40-dək, 01-dən 02.00-dək Füzuli rayonunun ərazindəki adsız yüksəkliklərdə, Aşağı Veysəli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur. -
07-18-2008, 12:21 PMAPATatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı iddiası təmin olunmayıb
[b]Tatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı iddiası təmin olunmayıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Bakının Yasamal rayon Məhkəməsində jurnalist Tatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı iddiasına baxılıb. İddiaçı APA-ya açıqlamasında bildirib ki, adı çəkilən qəzetdə onun Bakıda iki mənzili olması barədə çap olunmuş yazı ilə bağlı fevral ayında məhkəməyə müraciət edərək ona böhtan atıldığını bildirib və 50 min manat məbləğində təzminat istəyib. Hakim Raqib Qurbanovun sədrliyi ilə bu gün keçirilən prosesdə T. Çaladzenin həmin vaxt Bakıda mənzili olmadığı faktı təsdiqlənsə də, yazıda iddiaçını təhqir edən sözlərdən istifadə olunmadığı üçün təzminat iddiası təmin olunmayıb. T. Çaladze qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. -
07-18-2008, 12:31 PMAPASabah aktyor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur
[b]Sabah aktyor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur[b]
[Bakı. Ülkər Qasımova-APA. İyulun 20-də tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur. Azərbaycan Kinorejissorlar Gildiyasından APA-ya bildirilib ki, bu münasibətlə gildiyada yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. R. Əzizbəyli Möhsün Sənani, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Adil İsgəndərov və neçə-neçə səhnə korifeyləri ilə çiyin-çiyinə çalışıb. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Mədəni-maarif fakültəsini bitirən Ramiz Əzizbəyli "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirib. O, 30-a yaxın bədii filmdə, "Mozalan" satirik kinojurnallarında yadda qalan və sevilən obrazlar yaradıb, 1000-dən çox xarici filmlərin Azərbaycan dilinə dublyajında səslənməsində iştirak edib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. 1992-ci ildə yeni iqtisadi münasibətlərin formalaşdığı bir zamanda Ramiz Əzizbəyli tamaşaçıya və bazara hesablanmış "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı və kassa filmi kimi və yeni tariximizdə çəkilən ən gəlirlı ilk film olaraq yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissor kimi çəkdiyi son bədii filmi olan "Yalan" Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr olunub. Azərbaycanın əməkdar artisti Ramiz Əzizbəyli Kinematoqrafçılar İttifaqının və Professional Kinorejissorlar Gildiyasının üzvüdür. -
07-18-2008, 12:41 PMAPAMəşhur aktyor Al Paçino Moskvaya köçür
[b]Məşhur aktyor Al Paçino Moskvaya köçür[b]
[Bakı. Ülkər Qasımova-APA. Məşhur aktyor Al Paçino Moskvaya köçür. APA-nın məlumatına görə, milyonlarla qadınların sevimlisi olan 68 yaşlı aktyor iki həftədən sonra dörd ay müddətinə Moskvada yaşamağa gəlir. Hollivud əfsanəsinin səfəri məşhur kinoprodüser, Rusiya prezidenti Dmitriy Medvedevin qohumu Sergey Konovun şəxsi dəvəti ilə gerçəkləşəcək. Deyilənlərə görə, Sergey Konova aktrisa Yekaterina Rednikova ilə evlənməyi məhz Al Paçino məsləhət edib. Aktyorun Rusiyaya səfəri ekskursiya məqsədi daşımır. Aktyor Konovla birgə yeni kinoşedevr çəkməyə hazırlaşır. 4 ay müddətində aktyor Moskvanın ən bahalı otellərindən birində yaşayacaq. Həmin oteldə bir otağın gündəlik icarə haqqı 200 min rubldur. -
07-18-2008, 12:51 PMAPADövlət Sərhəd Xidməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə uğurlu əməliyyat keçirib
[b]Dövlət Sərhəd Xidməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə uğurlu əməliyyat keçirib[b]
[Bakı. Hacı Zeynalov-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı bir sıra tədbirlər həyata keçirib. DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu il iyunun 26-da Astara rayonunun "N" saylı sərhəd zastavasının ərazisində İran İslam Respublikası istiqamətindən dövlət sərhədini pozaraq respublikamıza külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Sərhədçilərin sayıqlığı nəticəsində sərhəd pozucuları əllərindəki qaçaqmalı ataraq qaçıblar. Hadisə yerində qaçaqmalçılara məxsus 53 kiloqram narkotik vasitə - həşiş aşkarlanaraq, götürülüb. Faktla bağlı DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. Ölkə ərazisində "Xaş-xaş 2008" şərti adı altında DSX-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin iyulun 9-da Şəki rayonu "Yemçilik Birliyi" adlanan ərazisində 1,5 hektar sahədən 2 ton 300 kq, Ağstafa rayonu Sadıxlı kənd ərazisində 3 hektar sahədən 7 ton 264 kq, iyulun 10-da Qazax rayonu ərazisində Bakı-Tiflis magistral yolun 497-ci kilometrliyində 0,22 hektar sahədən 2 ton 510 kq, iyulun 11-də Zaqatala rayonu Kəpənəkçi kənd ərazisində 1,5 hektar sahədən 3 ton 200 kq yabanı şəkildə bitmiş çətənə kolu yığılaraq Daxili İşlər Nazirliyinin rayon polis şöbələrinin, Tovuz Gömrük İdarəsi əməkdaşlarının və ictimaiyyətin iştirakı ilə yandırılaraq məhv edilib. -
07-18-2008, 01:01 PMAPAAzərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı monitorinq aparılıb
[b]Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı monitorinq aparılıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Yeni Nəsil" Jurnalistlər Birliyinin iyulun 6-dan 15-nə qədər Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı apardığı monitorinqin nəticələri açıqlanıb. APA-nın xəbərinə görə, "Az.TV", ANS, ATV, İTV, "Lider" və "Space" telekanalları, "Azadlıq", "Yeni Müsavat", "Xalq qəzeti", "Zerkalo" və "525-ci qəzet"lərin monitorinqini aparan "Yeni Nəsil" siyasi proseslərin zəif işıqlandırıldığını müəyyən edib. Məlum olub ki, KİV əsasən prezidentin, digər rəsmi şəxslərin və hakim partiyanın fəaliyyəti haqda informasiyalar, süjet və reportajlar yayımlayır. Müxalifətin və digər siyasi qüvvələrin fəaliyyəti isə yalnız müxalifət mətbuatında və müstəqil KİV-də əksini tapır. Avropa Şurası və Avropa Komissiyasının dəstəyi ilə aparılan monitorinq barədə məlumat verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycan kütləvi informasiya vasitələrinin beynəlxalq standartlara uyğunlaşmasını arzuladıqlarını bildirib. KİV sahəsi üzrə ekspert Devid Vaard isə monitorinqin məqsədinin mediaya hücum etmək yox, onlara kömək göstərmək məqsədi daşıdığını deyib. -
07-18-2008, 01:11 PMAPAAzərbaycan millət vəkili oğlunun adının məhkəmə qalmaqalında hallandırılmasına aydınlıq gətirib
[b]Azərbaycan millət vəkili oğlunun adının məhkəmə qalmaqalında hallandırılmasına aydınlıq gətirib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Fərhad Qəribov oğlu Rəşad Qəribovun adının məhkəmədə zərərçəkmiş kimi hallanmasına aydınlıq gətirib. Millət vəkili APA-ya açıqlamasında Debüt Bankın Müşahidə Şurasının rəhbəri olan oğlu Rəşad Qəribovun məhkəmədə təqsirləndirilən Emin Əmirovla heç bir işbirliyinin olmadığını deyib. Onun sözlərinə görə, E. Əmirov Debüt Bankdan girovqoyma yolu ilə 6 milyon manat kredit götürüb: "O, təkcə oğlumun işlədiyi bankdan deyil, digər bir neçə bankdan da kreditə pul götürüb. Lakin Emin Əmirov kreditə götürdüyü vəsaiti ödəyə bilməyib. Buna görə də, onun qoyduğu girovlar əlindən alınıb və Emin Əmirov bank tərəfindən məhkəməyə verilib". F. Qəribov E. Əmirovun məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağına inandığını deyib. Qeyd edək ki, E. Əmirov dələduzluqda ittiham olunaraq həbs edilib. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam etdirilir. -
07-18-2008, 01:21 PMAPAMilli Mətbuat Gününə həsr olunmuş "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib
[b]Milli Mətbuat Gününə həsr olunmuş "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbiri YAP Gənclər Birliyinin sədri Ramil Həsənov açaraq mətbuatın inkişafında gəncliyin rolu barədə danışıb. YAP icraçı katibinin müavini Mübariz Qurbanlı Azərbaycan mətbuatının şərəfli yol keçdiyini qeyd edərək hazırda dövlətin mətbuata qayğı göstərdiyini, jurnalist əməyinin qiymətləndirildiyini bildirib. YAP funksioneri mətbuatın tam müstəqil olmasının tərəfdarı olduqlarını deyib. APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxışında Azərbaycanda medianın həmişə tənqid hədəfi olduğunu qeyd edərək bunu mətbuatın cəmiyyətin diqqətindən kənarda qalmamasının göstəricisi kimi qiymətləndirib. V. Mahirqızı deyib ki, Azərbaycanda media azadlığı mövcuddur və mətbuat nümayəndələri bu azadlıqdan istifadə edərək fikirlərini ifadə edə bilirlər. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının inkişafında gənclərinin rolunu qeyd edərək deyib ki, mövcud problemlərin aradan qaldırılmasında da gənclik öz sözünü deməlidir. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, mətbuatın inkişafına yardımla bağlı dövlət dəstəyi konsepsiyasının qəbulu mətbuatın problemlərinin aradan qalxmasına, eyni zamanda gənclərin mətbuata gəlməsinin asanlaşdırılmasına kömək edəcək. "Olaylar" informasiya agentliyinin baş redaktoru Yunus Oğuz cəmiyyətin, o cümlədən gənclərin mətbuatı tam dərk etməyə hazır olmadığını bildirib. O da qeyd edib ki, dövlət dəstəyi konsepsiyasının qəbul olunması Azərbaycanda sözün, mətbuatın qüdrətinin artmasına səbəb olacaq. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuata dövlət qayğısının mövcud olduğunu deyib və bildirib ki, mətbuatın inkişafına yardımla bağlı dövlət dəstəyi konsepsiyasının yaxın zamanlarda qəbulu gözlənilir. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında gənclərinin rolu barədə danışaraq sosial-iqtisadi problemlərin yeni nəslin mətbuata gəlməsinə mane olduğunu bildirib. O, medianın iqtisadi qüdrətinin artacağı təqdirdə bu halın da aradan qalxacağını vurğulayıb. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Azərbaycan mətbuatında çalışanların gəncləşməsinə ehtiyac olduğunu qeyd edərək bildirib ki, gənc kadrların mətbuata gəlməsinə, peşəkar səviyyədə yetişməsinə imkan yaradılmalıdır.