[b]Gürcüstanda 11 müxalifətçi deputat mandatdan imtina edib[b]
[Tiflis - APA. Gürcüstanın "Birləşmiş müxalifət - Milli Şura - sağlar" blokunun 11 deputatı mandatdan imtina edib və bununla bağlı parlamentin sədrinə müraciət ünvanlayıb. APA-nın xəbərinə görə, parlamentin qarşısında brifinq keçirən müxalifətçi deputatlar elə oradaca bəyanat imzalayaraq qanunverici orqanın dəftərxanasına təqdim ediblər. Bəyanatı imzalayanlar arasında David Qamkrelidze, Levan Qeçaçiladze, Eka Beseliya, Koba Davitaşvili kimi müxalifət liderləri də var. "Azadlıq" Partiyasının lideri Konstantin Qamsaxurdiya deputat mandatından daha əvvəl imtina edib. Ancaq birləşmiş müxalifətin siyahısı ilə parlamentə keçən 5 deputat mandatdan imtina etmək istəmir. Leyborist Partiyasının deputatları isə mandatdan imtina etməsələr də, parlamentin işinə qatılmayacaqlarını bildiriblər. Xatırladaq ki, mayın 21-də keçirilən seçkilərin nəticələrinə uyğun olaraq 150 yerlik parlamentə 4 partiya və blok keçib. Hakim Vahid Milli Hərəkat 119, "Birləşmiş müxalifət" 17, Leyborist Partiyası və Xristian Demokrat Hərəkatının hər biri 6 mandat qazanıblar. Bundan əlavə, Respublika Partiyasının iki üzvü majoritar sistem üzrə deputat seçilib.
Azərbaycan Xəbərləri
Printable View

06-13-2008, 05:31 PMAPAGürcüstanda 11 müxalifətçi deputat mandatdan imtina edib

06-13-2008, 05:41 PMAPAOqtay Şirəliyev: "Bəstəkar İsa Məlikovun atasının həkimin səhv diaqnozu ucbatından öldüyü təsdiqlənərsə, o, cəzalandırılacaq"
[b]Oqtay Şirəliyev: "Bəstəkar İsa Məlikovun atasının həkimin səhv diaqnozu ucbatından öldüyü təsdiqlənərsə, o, cəzalandırılacaq"[b]
[Bakı. İlhamə İsabalayeva - APA. "Təkcə İsa Məlikovun deyil, hər bir kəsin həkimin səhvi ilə bağlı araşdırma aparmaq üçün müraciət etməyə haqqı var". APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bəstəkar İsa Məlikovun atasının həkim səhvi üzündən dünyasını dəyişməsi ilə bağlı deyilən fikirlərə münasibət bildirərkən deyib. Nazirin sözlərinə görə, İ. Məlikovun atası müalicə olunan vaxt Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzinin direktoru, akademik Cəmil Əliyev xarici ölkədə olub. Artıq Azərbaycana geri dönmüş C. Əliyevə məsələ ilə bağlı araşdırma aparmaq tapşırılıb. O. Şirəliyev deyib ki, əgər həqiqətən də ölüm faktının həkimin səhvi ucbatından baş verdiyi təsdiqlənərsə, o, cəzalandırılacaq.Qeyd edək ki, İsa Məlikovun atası Fazil Məmmədov mayın sonunda dünyasını dəyişib. F. Məlikovda yüngül xərçəng xəstəliyi olsa da, MOM-un həkimi İlham Əliyev tomoqrafik müayinə zamanı F. Məmmədovun ağıq onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib və bunun əsasında da səhv müalicə aparılıb. -
06-13-2008, 05:51 PMAPAErmənilərin Azərbaycanın Ağdam rayonunda törətdikləri yanğınlar nəticəsində ətraf mühitə 88494 manat ziyan dəyib
[b]Ermənilərin Azərbaycanın Ağdam rayonunda törətdikləri yanğınlar nəticəsində ətraf mühitə 88494 manat ziyan dəyib[b]
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər ermənilərin Ağdam rayonunun işğalda olan ərazilərində törətdiyi yanğınlar nəticəsində ətraf mühitə dəyən ziyanı müəyyənləşdirib.
[Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ermənilər iyunun 11-də Ağdamın işğal altında olan Baş Qərvənd, Qaraqaşlı, Sarıcalı kəndlərində 70 hektardan çox ərazidə yanğınlar törədiblər. Nəticədə Baş Qərvənd kəndinin 20, Qaraqaşlı kəndinin 30, Sarıcalı kəndinin 20 hektar ərazisi yanıb. Nazirliyin mütəxəssisləri apardıqları araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 77000, bitki örtüyünə 7700, atmosferə isə 3794 manat ziyan dəydiyini müəyyənləşdiriblər. Ümumilikdə Ağdam rayonu üzrə ətraf mühitə 88494 manat ziyan vurulub. -
06-13-2008, 06:01 PMAPAGürcüstan və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir
[b]Gürcüstan və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir[b]
[Tiflis - APA. Gürcüstan və Rusiya rəsmiləri prezidentlərin görüşünə hazırlaşırlar. APA-nın xəbərinə görə, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Teymuraz Yakobaşvili bildirib ki, hər şey qaydası ilə getsə, Mixail Saakaşvili və Dmitri Medvedev yayın sonuna qədər görüşəcəklər: "Əsas odur ki, yaranmış gərgin durum yumşaldılsın, eləcə də Gürcüstanın ərazi bütövlüyünü pozmayan, Rusiyanın maraqlarını müdafiə edən və iki ölkə arasında normal əlaqələri bərpa edən qərarlar qəbul edilsin". Rusiyanın Tiflisdəki səfiri Vyaçeslav Kovalenko da görüşün hazırlanması ilə bağlı məlumatı təsdiq edib. Eyni zamanda o bunun üçün müəyyən işlər görməyin vacibliyini vurğulayıb.Xatırladaq ki, Saakaşvili və Medvedev arasında ilk görüş iyunun 6-da MDB-nin Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi sammitində baş tutub. -
06-13-2008, 06:11 PMAPAÇeçenistanda bir kəndə basqın edən yaraqlılar 3 nəfəri öldürüblər və bir neçə mülki şəxsi girov götürüblər
[b]Çeçenistanda bir kəndə basqın edən yaraqlılar 3 nəfəri öldürüblər və bir neçə mülki şəxsi girov götürüblər[b]
[Çeçenistan - APA. Bu gün səhər bir qrup silahlı şəxs Çeçenistanın Nojay-Yurt rayonunun Benoy-Vedeno yaşayış məntəqəsinə basqın edib. Şimali Qafqazdakı Birləşmiş Qoşun Qruplaşmasının qərargahından bildiriblər ki, yaraqlıların sayı təxminən 60 nəfərə yaxın olub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, kəndə daxil olan yaraqlılar hərəkət edən "Niva" markalı avtomobili atəşə tutublar, nəticədə maşının içərisindəki 3 nəfər - ata və iki oğlu həlak olublar. Benoy-Vedeno kənd icra nümayəndəsinin evi də daxil olmaqla, 5 ev yandırılıb. Dəstə kəndi tərk edərkən bir neçə mülki şəxsi özü ilə aparıb. Hazırda onların sayı dəqiqləşdirilir. Ordu, Daxili Qoşunlar və yerli milis əməliyyat-axtarış tədbirlərinə başlayıb. -
06-13-2008, 06:21 PMAPANazranda baş verən partlayış nəticəsində 4 nəfər ölüb
[b]Nazranda baş verən partlayış nəticəsində 4 nəfər ölüb[b]
[Nazran - APA. Bu gün səhər İnquşetiyanın Nazran şəhərinin mərkəzində iki partlayış baş verib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində eyni damı olan iki mağaza dağılıb. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb. İnquşetiya Respublikasının fövqəladə hallar naziri Yusup Tsitsiyev iki nəfərin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. Onlardan biri ərzaq mağazasının sahibi, digəri isə içki mağazasının satıcısıdır. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Partlayışın qaz sızmasından baş verdiyi güman olunur. -
06-13-2008, 06:31 PMAPAVenesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklərə rəy verib
[b]Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklərə rəy verib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Venesiya Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında müzakirə aparılıb. Bu barədə APA-ya Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov açıqlama verib.
[Onun sözlərinə görə, Venesiya Komissiyasının qəbul etdiyi rəy gələn həftə açıqlanacaq. Sergey Kuznetsov Venesiya Komissiyanın Seçki Məcəlləsinə dair irəli sürdüyü bir sıra tövsiyələrin nəzərə alınmadığını bildirib: "Məsələn, komissiyaların tərkibi ilə bağlı dəyişiklik olunmayıb. Halbuki Venesiya Komissiyası bunu əsas aspektlərdən biri hesab edirdi. Şikayətlərə baxılmasına dair yeni sistemin tətbiqi yaxşı haldır, amma bu mexanizmin necə işləyəcəyini indidən söyləmək olmaz. Buna bəzi şübhələr var". Sergey Kuznetsov seçki müddətinin azaldılmasının da arzuolunmaz olduğunu bildirib: "Ümumilikdə Seçki Məcəlləsinə bir sıra məsələlərlə bağlı heç bir dəyişiklik edilməyib və bu hal Venesiya Komissiyasını təəssüfləndirir". O, Seçki Məcəlləsinə seçicilərin barmaqlara xüsusi mürəkkəbin vurulması ilə bağlı dəyişikliyin daxil edilməsini pozitiv məqam kimi vurğulayıb. Venesiya Komissiyasının növbəti addımları ilə bağlı sualı cavablandıran Sergey Kuznetsov bildirib ki, VK siyasi struktur deyil: "Venesiya Komissiyası siyasi struktur deyil, hüquqi əməkdaşlıq orqanıdır. Bu qanunun necə tətbiq olunması Azərbaycan hökumətindən asılıdır. Seçkilər - siyasi iradənin təzahür formasıdır. Əgər Seçki Məcəlləsində hansısa çatışmazlıqlar varsa, amma seçkilərdə iştirak edən siyasi partiyalar siyasi iradə nümayiş etdirirlərsə, o zaman demokratik seçki keçirilməsi mümkündür". Qeyd edək ki, Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında da müzakirə aparılıb. Venesiya Komissiyasının bu qanunla bağlı mövqeyi kifayət qədər müsbət olub. -
06-13-2008, 06:41 PMAPAFransa parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
[b]Fransa parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir[b]
Bakı. Tamara Qriqoryeva - APA. Sabah Fransa parlamentinin Fransa-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycana gələcəklər.
[APA-nın məlumatına görə, 8 nəfərlik nümayəndə heyətinə qrupun sədri Jan Lui Dümon başçılıq edir. Qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər. Deputatların qaçqınlarla görüşü və Qobustanda olması da nəzərdə tutulur. Səfər zamanı əsas müzakirə mövzuları ikitərəfli əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və enerji məsələləri olacaq. -
06-13-2008, 06:51 PMAPABakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib
[b]Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, şəhər rəhbərliyi aksiya ilə bağlı bu gün partiyaya cavab məktubu ünvanlayıb. Məktubda bildirilir ki, Müsavat Partiyasının mayın 4-də və 18-də mitinq keçirmək üçün müraciətinə cavab olaraq aksiyalar üçün Bibiheybətdə yer ayrılıb, lakin partiya bundan imtina edib. Bu əsas gətirən şəhər rəhbərliyi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu pozmasına etiraz olaraq piketin keçirilməsini məqsədəuyğun saymayıb. BŞİH-nin cavabının qanuna zidd olduğunu deyən A. Hacılı isə aksiyanın keçirilməsinin məqsədəuyğun olub-olmamasını onu təşkil edən tərəfin müəyyənləşdirdiyini bildirib. O, qanunda nəzərdə tutulan addımı atdıqlarını və BŞİH-nin binası qarşısında piket keçirəcəklərini bildirib. Qeyd edək ki, partiya mayın 4 və 18-nə təyin etdiyi aksiyaları istədikləri yerdə keçirmələrinə icazə verilməməsinə etiraz olaraq BŞİH-nin binası qarşısında piket təyin edib. -
06-13-2008, 07:01 PMAPASerj Sarkisyan 1 mart hadisələrində polisi ittiham edib
[b]Serj Sarkisyan 1 mart hadisələrində polisi ittiham edib[b]
[İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan demokratiyanın tərkib hissəsi adlandırdığı mitinqlərin bundan sonra da keçiriləcəyini bəyan edib. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, S. Sarkisyan polis rəhbərliyi və zabit heyəti ilə görüşdə demokratik dövlət qurduqlarını və həmin dövlətdə kütləvi tədbirlər, etiraz aksiyaları və digər siyasi iradə nümayişinə icazə veriləcəyini vurğulayıb: "Lakin bu, özbaşınalığa əsas vermir. Biz elə etməliyik ki, hər şey qanun çərçivəsində olsun".Ermənistan prezidenti bildirib ki, kütləvi tədbirlər qanun çərçivəsindən kənara çıxdıqda buna görə polis məsuliyyət daşıyır: "Heç kim demokratiya şüarı altında özünün kriminal meylini gizlətməməlidir. Bütün qanun pozuntularının qarşısı sərt şəkildə alınmalıdır, amma kobud şəkildə deyil". Martın 1-də İrəvanda baş verən hadisələrə toxunan S. Sarkisyan olaylarda təkcə müxalifətin deyil, eləcə də dövlətin və ilk növbədə polisin günahkar olduğunu söyləyibb. O, polisin həmin dövrdə ilk dəfə təşkil edilmiş iğtişaş proqramı ilə üzləşdiyini deyib: "Polisin fəaliyyəti peşəkar olsaydı, qurbanlardan və yaralılardan yayınmaq olardı".