[b]Elmar Məmmədyarov Polşa prezidenti ilə görüşüb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa prezidenti Lex Kaçinski ilə görüşüb.
[APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət, Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri ilə bağlı müzakirə aparılıb. Qeyd edək ki, E. Məmmədyarov Polşaya səfəri zamanı həmkarı Radoslav Sikorski, Polşa Senatının marşalı Boqdan Boruseviç, Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə də görüşüb. Nazirin Polşaya rəsmi səfəri başa çatıb.
Azərbaycan Xəbərləri
Printable View

06-13-2008, 07:11 PMAPAElmar Məmmədyarov Polşa prezidenti ilə görüşüb

06-14-2008, 12:21 PMAPAAzərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq
[b]Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimdə 9 ölkənin parlament sədri iştirak edəcək.
[APA-nın məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. Parlamentin sədri deyib ki, iyunun 19-da keçiriləcək yubiley iclasına 9 ölkənin parlament sədri, 17 ölkənin parlament sədrinin müavini, 24 beynəlxalq təşkilatın təmsilçisi qatılacaq. Spiker ümumilikdə yubiley mərasiminə 35 ölkədən nümayəndə heyətinin tədbirdə iştirak edəcəyini söyləyib. -
06-14-2008, 12:31 PMAPAAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək
[b]Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi iyunun 23-dən 25-dək Dəvəçi, Xaçmaz və Quba rayonlarına qastrol səfərinə gedəcək. Teatrdan APA-ya bildirilib ki, qastrol zamanı xalq yazıçısı İlyas Əfəndiyevin "Dəlilər və ağıllılar" tamaşasını nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, baş rollarda xalq artistləri Bəsti Cəfərova, Elxan Ağahüseynoğlu, əməkdar artistlər Cəfər Namiq Kamal, Kubrabəyim Əliyeva, Sabir Məmmədov, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Məzahir Cəlilov, Rövşən Kərimduxt və başqaları çıxış edəcəklər. -
06-14-2008, 12:41 PMAPAMədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın "İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə" ordeninə layiq gör
[b]Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın "İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə" ordeninə layiq görülüb[b]
[Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın "İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə" ordeninə layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatında görə, Fransanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Jan-İv Berto ordeni Sevda Məmmədəliyevaya təqdim edib. O, Sevda Məmmədəliyevanın Azərbaycan elminin və mədəniyyətinin inkişafında böyük xidmətləri olduğunu qeyd edib. Diplomat Azərbaycanın mədəni irsinin mühafizəsində də S. Məmmədəliyevanın gərgin fəaliyyətini qeyd edərək, Fransa dövlətinin bu xidmətləri yüksək dəyərləndirdiyini bildirib. -
06-14-2008, 12:51 PMAPAErmənistan ordusu növbəti dəfə atəşkəsi pozub
[b]Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi növbəti dəfə pozublar.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu iyunun 13-də saat 12.35-dən 12.50-dək və saat 14.55-dən 15.35-dək fasilələrlə Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 13.00-dək və saat 18.40-dan 23.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.30-dan 16.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.55-dən iyununun 14-ü saat 00.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. -
06-14-2008, 01:01 PMAPASalyanda baş verən yol qəzalarında iki nəfər ölüb
[b]Salyanda baş verən yol qəzalarında iki nəfər ölüb[b]
Salyan. Əlibəy Zeynalov - APA. İyunun 13-də Salyan rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
[Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Mirzağa Qafarovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Lerik rayonunun Əbilə kənd sakini Arzuman Aslanov KAMAZ markalı, 90-JF-397 dövlət nömrə nişanlı avtomobili idarə edərkən maşının təkəri çıxıb və yoldan keçən Salyan rayonunun Qalalı kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar Rzayevə dəyib. Ağır xəsarət alan V. Rzayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 1973-cü il təvəllüdlü Salyan rayon sakini Fəqan Əliyev isə Neftçala rayon sakini Fikrət Abdullayevə məxsus VAZ 2107 markalı, 90-BE-659 dövlət nömrə nişanlı avtomaşını qaçıraraq "Büllur" şadlıq sarayının yanında Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Asim Səlimovu vurub. A. Səlimov aldığı xəsarətdən hadisə yerində keçinib. Hər iki faktla bağlı Salyan Polis Şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır. -
06-14-2008, 01:11 PMAPAQazaxıstan Milli Bankı Çingiz xan sikkəsi buraxıb
[b]Qazaxıstan Milli Bankı Çingiz xan sikkəsi buraxıb[b]
[Bakı. Laçın Sultanova - APA. Qazaxıstan Milli Bankı "Böyük sərkərdələr" seriyasından Çingiz xan sikkəsi buraxıb. APA-nın Qazaxıstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sikkənin bir tərəfində Çingiz xan qoşunların əhatəsində at üstündə təsvir olunub. Sikkə 925 əyarlı gümüşdən hazırlanıb, çəkisi 31,1 qram, dəyəri 100 təngədir. -
06-14-2008, 01:21 PMAPAÇində kömür mədənində baş verən qəza nəticəsində 27 nəfər ölüb
[b]Çində kömür mədənində baş verən qəza nəticəsində 27 nəfər ölüb[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qəza nəticəsində 27 nəfər ölüb. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Syaoi şəhərində yerləşən mədəndəki partlayışdan sonra 15 fəhlə öz gücünə, 9-u xilasedicilərin köməyi ilə çölə çıxa bilib, 7 nəfərin taleyi isə naməlum olaraq qalır. Qəza zamanı mədəndə ümumilikdə 58 işçi olub. Xilasetmə işləri davam edir. -
06-14-2008, 01:31 PMAPAƏli Həsənov: "Seçki Məcəlləsini yenidən müzakirə etməyə vaxtımız yoxdur"
[b]Əli Həsənov: "Seçki Məcəlləsini yenidən müzakirə etməyə vaxtımız yoxdur"[b]
Bakı. Ramil Məmmədli - APA. "Düşünmürəm ki, Seçki Məcəlləsi ilə bağlı məsləhətləşmələr bundan sonra da davam etdirilə bilər. Məcəlləni yenidən müzakirə etməyə vaxtımız yoxdur".
[APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, artıq seçkilərə hazırlığın startı verilməli və seçki komissiyaları işə başlamalıdır: "Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin layihəsi hələ qəbul olunmamışdan əvvəl Venesiya Komissiyası ilə birlikdə müxalifətin də müzakirələrdə iştirakı təmin olundu. Amma təəssüf ki, layihəyə yeni təkliflər olsa da, müxalifətlə bizim aramızda fikir ayrılığı yarandı, seçki komissiyaların tərkibi ilə bağlı məsələdə razılığa gəlinmədi. Siyasi partiyalar bu məsələdə razılığa gələ bilmədikləri üçün biz hakimiyyət olaraq seçki komissiyaları ilə bağlı mövcud formulun saxlanılmasını təklif etdik. Hazırda bu formul əsasında iş gedir". Ə. Həsənovun fikrincə, Venesiya Komissiyası və AŞ PA-nın bəzi üzvləri Seçki Məcəlləsinə bəzi siyasi qüvvələrin təsiri ilə qiymət verir. -
06-14-2008, 01:41 PMAPAAmerikalı tələbələr Azərbaycanın ABŞ-dakı səfirliyinin keçirdiyi müsabiqənin qalibi olublar
[b]Amerikalı tələbələr Azərbaycanın ABŞ-dakı səfirliyinin keçirdiyi müsabiqənin qalibi olublar[b]
[ABŞ. Hüsniyyə Həsənova-APA. Azərbaycanın ABŞ-dakı səfirliyi "Coğrafi baxımdan uzaq, strateji tərəfdən yaxın: yaxın 10 ildə ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsi və ümumu maraqların qorunmasının perspektivləri" mövzusunda müsabiqə elan edib. APA-nın ABŞ bürosunun məlumatına görə, 7 tələbə Azərbaycan Demokratik Respublikasının qurulmasının 90 illiyi və ABŞ-la diplomatik əlaqələrin yaradılmasının 16-ci ildönümü münasibətilə keçirilən müsabiqənin qalibi olub. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev təqdim olunan araşdırmaların səviyyəsini yüksək qiymətləndirib. Səfir bildirib ki, amerikalı tələbələrin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələr barədə bu qədər mükəmməl biliklərə malik olması onu sevindirib: "Yarışmaya qatılan gənclər iki ölkə arasında daha da dərinləşən münasibətlərin gələcək simalarıdırlar." Qeyd edək ki, bu ilki müsabiqənin qalibləri Corc Vaşinqton Universitetindən (Avropa və Avroasiya Araşdırmaları sahəsi) Stephen Mintz və Jefry Lightfoot, Maryland/Harvard Universitetlərindən (Slavyan dilləri bölməsi) Aleksandr Qrose, Kolumbiya Universitetindən (Tarix bölməsi) Lauren Anquis, Prinston Universitetindən (Yaxın Şərq Araşdırmaları bölməsi) Mary Zenq, Montana Universitetindən (İqtisad bölməsi) Morqan Frederik, Corctaun Universitetindən (Rusiya, Avroasiya, Yaxın Şərq bölməsi) Brianna Tod, Kolumbiya Universitetindən (İqtisad və Siyasi Elimlər bölməsi) Pin Quan Nq seçiliblər.