<span style="color:#FF0000;font-size:18px;">[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]</span>
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri aprelin 8-də 13.00-dan 13.25-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 12.00-dan 12.10-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 12.45-dən 13.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.30-dan 21.50-dək Füzuli, Qazax və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 9-da saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 04.40-dan 05.00-dək isə Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Azərbaycan Xəbərləri
Printable View
-
04-09-2008, 11:06 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
-
04-09-2008, 11:11 AMAPAAzərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Kəlbəcərin işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Kəlbəcərin işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirib[b]</span>
Los-Anceles. Hüsniyyə Həsənova - APA. Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Kəlbəcər rayonunun işğalının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbiri giriş sözü ilə baş konsul Elin Süleymanov açıb. Sonra çıxış edən Montana Universitetinin professoru Tomas Qolts Kəlbəcərin işğalının şahidi olmuş yeganə xarici jurnalist kimi həmin hadisələrlə bağlı təəssüratlarını bölüşüb. O, işğalın günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi, əmlakın talan edilməsi və sair erməni vəhşilikləri ilə müşayiət olunduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə Kəlbəcərin işğalından dərhal sonra BMT-nin ərazinin boşaldılmasını tələb edən qətnamə qəbul etdiyini, lakin ermənilərin həmin sənədə məhəl qoymadığını xatırladıb. Onun sözlərinə görə, dünya ictimaiyyəti ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə məlumatlıdır və buna görə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O, sözlərinə sübut kimi BMT Baş Assambleyasının qəbul etdiyi son qətnaməni göstərib. Qeyd edək ki, tədbirdə Beverli Hils şəhərinin meri Cimmi Delşad, İran Yəhudiləri Federasiyasının baş katibi Sem Kermanian, "Azerbaijan İnternational" jurnalının baş redaktoru Betti Bleyr, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov, Los-Anceles Konsulluq Korpusunun, Dövlət Departamentinin nümayəndələri də iştirak ediblər. -
04-09-2008, 12:16 PMAPAMəlahət Həsənova: "Əfv üçün əcnəbilərə yalvaranlar, öz ölkəsinin prezidentinə, ya da Əfv Komissiyasına müraciət etsələr, daha yaxşı olar"
<span style="color:#FF0000;font-size:18px;">[b]Məlahət Həsənova: "Əfv üçün əcnəbilərə yalvaranlar, öz ölkəsinin prezidentinə, ya da Əfv Komissiyasına müraciət etsələr, daha yaxşı olar"[b]</span>
"Beynəlxalq təşkilatlardan "Azərbaycanda siyasi məhbus" terminini leksikonundan çıxarmağı tələb etməliyik"Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının, Prezident Yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət Həsənovanın APA-ya müsahibəsi
[- Yeni Azərbaycan Partiyası prezident seçkisinə necə hazırlaşır? - Yeni Azərbaycan Partiyası seçkiyə hazırlığa indi başlamayıb. 2003-cü ildən bu günə kimi görülən bütün işlər prezident seçkisinə hazırlıq hesab oluna bilər. Cənab prezident 2003-cü ilin seçki kampaniyasında xalqa verdiyi vədlərin hamısını reallaşdırıb. Bu illər ərzində görülən bütün işlər onu göstərir ki, bizim qarşıdakı prezident seçkilərində deyəcək sözümüz kifayət qədərdir. Hətta bu illər ərzində heç bir iş görülməsəydi belə, ötən ay "Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətə dair" BMT-də qəbul olunan qətnamə bizim uğurumuz üçün yetərli idi. Çoxu bu qətnamənin maliyyətini anlamır. Amma unutmamalıyıq ki, 1994-cü ildən bu günə kimi BMT-də Qarabağla bağlı nəinki qətnamə qəbul olunmayıb, heç müzakirə belə aparılmayıb. - Bu gün Azərbaycanın siyasi düşərgəsində passivlik hökm sürür. Bu situasiyada kiminsə prezident seçkilərinə hazırlaşdığı görünmür...- Bu passivliyin ən böyük səbəbi müxalifətin iqtidarla müqayisə olunmaz dərəcədə zəifliyidir. Dünyanın inkişaf etmiş bütün ölkələrində sağlam müxalifət cəmiyyətin inkişafına fayda verir. Həmin ölkələrdə iqtidarla müxalifət milli məsələlərdə vahid mövqedən çıxış edə bilir. Məsələn, mən BMT-də məlum qətnamənin qəbulu zamanı bu sənədin əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə müxalifətin çox ciddi və kəskin etiraz edəcəyini gözləyirdim. Amma belə olmadı, bu missiyanı da Azərbaycan hökumətivə iqtidar siyasətçiləri həyata keçirdi. Bu məsələ ilə bağlı Milli Məclisdə də iqtidardan olan millət vəkilləri ilə müqayisədə demək olar ki, müxalifəti təmsil edən deputatlar məsələyə münasibət bildirmədilər. Nəyə görə ölkə müxalifəti çıxış edib Minsk Qrupunun üzvlüyünə Türkiyənin daxil edilməsini ciddi tələb etmir? - Bəzi beynəlxalq təşkilatların Azərbaycanda prezident seçkisinin Ermənistandakı oxşar ssenari əsasında baş tutması istiqamətində müəyyən işlər apardığı haqda məlumatlar yayılıb. Buna Sizin münasibətiniz necədir? - Doğrudan da, Avropa Şurasında keçirilən son iclaslar onu göstərir ki, Cənubi Qafqaz ölkələri arasında kəskin ayrı-seçkiliyə yol verilir, yenə də ikili standartlardan çıxış edirlər. Bir ölkədə keçirilən prezident seçkisi zamanı millət vəkilləri və yüzlərlə müxalifətçi həbs olunduğu, prezidentliyə namizəd ev dustağı edildiyi, deputatın axtarışda olduğu, mətbuata senzura tətbiq olunduğu halda, Avropa Şurası buna göz yumursa, onda baş verənlərə nə ad vermək olar? Bu nəinki ikili standartdır, bu riyakar siyasətdir. Demokratiya Avropada, eləcə də bəzi beynəlxalq təşkilatların öz məqsədlərinə çatması üçün istifadə edilən vasitədir. Beynəlxalq təşkilatlar da digər ölkələrdə keçirilən seçkilərdə baş verənlərə kəskin münasibət bildirmədilər. Yəni bu təşkilatların Ermənistanı nokautdan çıxarmaq üçün Azərbaycanda nəsə hazırlamağa çalışacaqları gözləniləndir. Bir də bu bir reallıqdır ki, bəzi ölkələr və bəzi beynəlxalq təşkilatlar həm də Azərbaycanda gedən sürətli inkişafı, Azərbaycan prezidentinin müstəqil, xalqımızın mənafeyinə uyğun siyasət aparmasını, onların dili ilə desək, region üçün təhlükə hesab edirlər.- YAP-ın Nəsimi rayon təşkilatına sədr seçiləndən sonra Sizdən əvvəl təşkilata rəhbərlik edən sabiq səhiyyə naziri Əli İnsanovun tərəfdarlarının kütləvi şəkildə partiya sıralarını tərk etməsi haqda məlumat yayılmışdı. Bu nə dərəcədə doğrudur?- İnsanlar Yeni Azərbaycan Partiyasına Əli İnsanova görə yox, Heydər Əliyevə və İlham Əliyevə bəslədikləri sevgiyə görə üzv olurlar. Bu partiyada Əli İnsanov kimi adamlar siyasi fiqur, yaxud da kimin üçün isə stimul ola bilməz. YAP-ın Nəsimi rayon təşkilatının 21 min üzvü var və onlar hər an əməli fəaliyyətləri ilə öz sədrlərinin müsəlləh əsgəri olduqlarını sübut etməyə hazırdırlar. - Bu yaxınlarda Murovda yerləşən hərbi hissəyə getmişdiniz. Hərbiçilərimizin vəziyyəti necədir? - Ölkə başçısı gecə-gündüz ordunun maddi texniki bazasının yaxşılaşdırılası üçün bütün imkanlardan istifadə edir, prezidentimiz tez-tez özü hərbi hissələrə, hətta ən çətin mövqelərə səfər edir, zabitlərimizin və əsgərlərimizin vəziyyəti ilə şəxsən tanış olur. Milli Orduya ayrılan büdcə demək olar ki, Ermənistanın büdcəsi qədədir. Lakin düşünürəm ki, orduya diqqət və qayğını təkcə ölkə başçısı göstərməməlidir, bu, ümumxalq işidir və biz bir çox ölkənin müsbət təcrübəsindən öz qanunvericiliyimizdə də istifadə etməliyik. Buna məncə imkanlar da var. Bəzi dövlətlərdə, o cümlədən Rusiyada, İsraildə hərbiçiləri vergidən azad ediblər. Bu, Sovet dövründə də belə idi. Bu güzəşt Azərbaycanda da tətbiq oluna bilər. Ancaq söhbət təkcə dövlətin yox, həm də cəmiyyətin orduya münasibətindən gedir. Murova gedəndə bir neçə orta məktəbdə şagirdlərə əsgərlərin ünvanına məktub yazmağı xahiş etmişdim. Təsəvvür edin, əsgərlərə yazılan 300-dək məktubun mahiyyətini ancaq "sağ-salamat gəl" ifadələri təşkil edirdi. Bu məktublarda vətənpərvərlik hissi aşılanan bir cümləyə belə rast gəlmədim. Bu gün gənclərin hərbi hissələrə müntəzəm səfərləri təşkil olunmalıdır. Murovda səkkiz il xidmət edin bir zabitlə söhbət elədim. O da bu məsələdən çox narazı olduğunu bildirdi. Orada yeni xidmətə başlayan əsgərlərlə də görüşdüm. Onların çoxu bir-iki aydır, xidmət etmələrinə baxmayaraq, evə getmək üçün icazə istəyirdilər. Məncə, burada dövlət yox, Milli Ordunun rəhbərliyi yox, birbaşa özümüz cavabdehlik daşıyırıq. Ailələrin, valideynlərin, Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin ordu ilə bağlı işini yetərli saymıram. Bu günlərdə Azərbaycanda təhsil alan bir türk tələbənin "Salam, Azərbaycan əsgəri" adlı məktubunu oxuyub heyrətə gəlmişəm. Biz ideologiya sahəsində güclü iş qurmalıyıq. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da işini qeyri-qənaətbəxş saymaq olar. Yaxşı olar ki, özlərindən uydurduqları dırnaqarası "siyasi məhbus" məsələləri ilə yox, bir az da Milli Ordumuz qarşısında olan borcları haqqında düşünəydilər. Axı bu, xalqın ordusudur. Bu məsələdə medianın da üzərinə böyük məsuliyyət düşür. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə televiziyaların əksəriyyətində şou-biznes verilişləri yayımlanırdı. - Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?- Müsbət qiymətləndirəm. Bu gün Milli Məclis qəbul olunan qanunların təkmilləşdirilməsi üzərində çox işləyir. Olduqca zəngin milli qanunvericilik bazası yaradılıb və bu istiqamətdə iş davam etdirilir. Ancaq deputatlar cəmiyyətin ictimai-siyasi həyatında da yaxından iştirak etməli, aktiv olmalıdırlar. Deputatın vəzifəsi təkcə parlamentin iclasında iştirak etmək və ya qanun yaradıcılığı ilə məşğul olmaq deyil. - Bəzən Milli Məclisdə kəskin mübahisələrin yaşandığının şahidi oluruq. Xanım deputat kimi bunlar Sizə necə təsir edir? - Parlament siyasi mübarizə meydanıdır. Orada fikir ayrılığının olması təbiidir, normaldır, amma dərəcəsində və müəyyən etik çərçivələrdə... - Cəmiyyətdə parlamentin qəbul etdiyi yazılmış qanunlarla yanaşı, onun qəbul etmədiyi və çox vaxt həlledici rol oynayan, xalqımızın minilliklər boyu yaranan yazılmamış qanunlar da hökm sürür. Maraqlıdır, Siz hansı qanuna daha çox riayət edirsiniz? - Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da yazılmamış qanunlar var. Bəzən yazılmamış qanunlar, yazılmışlardan daha keçərli olur. Mənim üçün də belədir. Azərbaycan qadının yanında söyüş söyülməsinə, təhqiramiz ifadələr işlədilməsinə münasibət bizim yazılmamış qanunlarımızdandır. Bəzən parlamentdə də yazılmış və yazılmamış qanunları pozanlara rast gəlmək olur. - Siz həm də Prezident yanında Əfv Komissiyasının üzvüsünüz... - Mətbuatın Əfv Komissiyasının fəaliyyəti ilə işindən narazıyam. Cəmiyyətdə əfv olunmasına daha çox ehtiyac olan insanlardan daha çox, mətbuat siyasi məhbus şousu yaradanların təbliğat obyektinə çevrilib. Bəzən adı siyasi məhbus kimi çəkilən insanların hansısa ağır cinayət törədikləri tamamilə unudulur, onların azadlığa çıxıb-çıxmayacağı əsas müzakirə obyektinə çevrilir. Əli İnsanov həbs olunana kimi müxalifət mətbuatının "qəhrəman"ı idi. Onun soyadına kimi hər bir addımı müzakirə mövzusu idi. Bu gün isə Əli İnsanov həmin mətbuatda cəngavər kimi qələmə verilir. Nəyə görə, OMON hadisələrində həbs olunan əmrə tabe sıravi əsgərlərin deyil, məhz Elçin Əmiraslanovun adı siyasi məhbus siyahılarına salınır? Bax, bu cür yanaşma dəhşətlidir. Bəzən ən ağır cinayət törədən hansısa şəxs haqqında davamlı olaraq komissiyasına əfv olunmaq üçün müraciət edilir, onun müraciətinə mənfi cavab verildikdə isə özünü siyasi məhbus kimi qələmə verməyə başlayır. Əfv Komissiyasının Əsasnaməsinə görə, hər hansı məhbusu əfv etmək istəyərkən, mütləq qarşı tərəfin, yəni cinayətin qurbanının da mövqeyi nəzərə alınır. Yəni bu cür süni müraciətlər komissiyanın işini ağırlaşdırır. - Əfv Komissiyası həm də hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahılarını müzakirə edir... - Nəyə görə Avropa Şurası siyasi məhbus deyəndə məhz Azərbaycanı yada salır? Axı, bu qurumun həm də Ermənistan və Gürcüstan kimi siyasi hadisələrə görə çoxlu sayda insanların həbs olunduğu üzvləri də var. Biz bir neçə dəfə onlardan, yəni beynəlxalq təşkilatların nümayəndələrindən bunun səbəbini soruşanda deyirlər ki, həmin ölkələrdən onlara şikayətlər daxil olmur. Görünür, bu ölkələrdəki hüquq müdafiəçilərinin vətənə, dövlətə yanaşması bizimkilərdən fərqlidir. Biz hamımız beynəlxalq təşkilatlardan "Azərbaycanda siyasi məhbus" terminini leksikonundan çıxarmağı tələb etməliyik. Bu gün ölkəmizdəki sabitlik, tolerantlıq, söz və mətbuat azadlığı düşmənlərimizi və onların havadarlarını çox narahat edir. Dünyanın hansı ölkəsində məscidlə sinaqoq və ya kilsə eyni küçədə yerləşir? Bu, yalnız Azərbaycanda mövcuddur. Bu gün Azərbaycanda Prezident Aparatının qarşısında avtomobillər, sağdan-sola, soldan-sağa ötüb keçir. Heç kəsə qadağa qoyulmur. Ancaq gedin, ölkəmizdə olan bəzi səfirliklərin nümayəndəliklərinə fikir verin. Bəzi səfirliklərin yerləşən küçədə hər tərəfdən barrikadalar qurulub, ətrafda maşın saxlamağa belə imkan vermirlər. Bəyəm, bu, cəmiyyətdə azadlığın, demokratiyanın, sərbəstliyin fərqini ortaya qoymur?- Əfv olunmaq üçün komissiyasına müraciət hansı formada həyata keçirilməlidir? - Əfv olunmaq istəyən məhkumun müraciəti mütləqdir. Bəzən əfv olunmaq üçün bütün kriteriyaları uyğun gələn məhbus, sadəcə, müraciət etmədiyindən əfv komissiyasında müzakirəyə problem yaradır. Bir də görürsən, əfv olunmaq üçün beynəlxalq təşkilatlara, tanımadıqları əcnəbilərə yalvaranlar, öz ölkəsinin prezidentinə, yaxud Əfv Komissiyasının üzvlərinə müraciət etsələr, daha yaxşı olar. - İngilis dilini bilirsiniz?- Bilirəm. - Musiqiyə münasibətiniz necədir?- Azərbaycanın musiqi sahəsində bəşəriyyətə töhfələri daha çox olub. Soltan Hacıbəyovun "Karvan" simfoniyasına bir dəfə qulaq asan və ömründə heç vaxt dəvə karvanı görməyən istənilən şəxs karvanın nə olduğunu asanlıqla təsəvvür edə bilər. Bu gün dünya Azərbaycan muğamının dili ilə danışır. Və ya Asəf Zeynallının Cəfər Cabbarlının "Ölkəm" şerinə bəstələdiyi musiqini necə dinləməmək olar? Mən indi də Şövkət xanıma, Sara Qədimovaya Bülbülə sevə-sevə qulaq asıram. - Həkim olduğunuz yadınızdan çıxmayıb ki?.. - Təəssüf ki, həkim olduğumu unutmuşam. On ildir, həkimlik etmirəm. Həkimlik gözəl sənətdir. İnsan öz sağlamlığı üçün əvvəl Allaha, sonra həkimə yalvarır. Orta məktəbdə dəftərlərimə ağ xalatlı qız şəkli çəkərdim. Həkim olmaq mənim böyük arzularımdan idi. Ancaq həyatda hər şey heç də sən istədiyin kimi olmur.- Xanım kimi ən böyük uğurunuz nədir?- Tərcümeyi-halımda ən gözəl dəyərlərdən biri də iki oğul anası olmağımdır. Mənim bir oğlum hərbi təhsil alır, ikincisi isə yenicə ailə qurub və Almaniyada təhsilini davam etdirir. -
04-09-2008, 12:21 PMAPAVəkil Aslan İsmayılov Azərbaycan muzeylərindən oğurlanan tarixi əsərlərin tapılması və geri qaytarılması ilə bağlı müraciət edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Vəkil Aslan İsmayılov Azərbaycan muzeylərindən oğurlanan tarixi əsərlərin tapılması və geri qaytarılması ilə bağlı müraciət edib[b]</span>
Bakı. Məhbubə Qasımbəyli - APA. Vəkil Aslan İsmayılov Azərbaycan muzeylərindən oğurlanan tarixi əsərlərin, qiymətli əşyaların tapılması və geri qaytarılması ilə bağlı müraciət hazırlayıb.
[Aslan İsmayılovun APA-ya daxil olan müraciətində bildirilir ki, vaxtilə muzeylərdəki çox qiymətli əsərlərin bəziləri bir çox imkanlı həmyerlilərimiz tərəfindən alınıb və mənzillərində yerləşdirilib: "Bu gün mən həmin şəxslərə, iş adamlarına müraciət edərək, onlardan itirilmək üzrə olan mədəniyyətimizin yenidən bərpa olunmasına yardım etmələrini xahiş edirəm. Əgər imkanlı şəxslərimiz xalqın yaddaşında dövrümüzün Hacı Zeynalabdin Tağıyevi kimi qalmaq istəyirlərsə, bunun ən asan yolu vaxtilə Azərbaycan mədəniyyətindən çalınan əsərlərin muzeylərimizə qaytarılmasıdır". Bu təcrübənin dəfələrlə beynəlxalq aləmdə sınaqdan keçirildiyini xatırladan vəkil bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə təklif də verib: "Nazirlik muzeyə bəxşiş etmiş şəxsin adını əşyalara yazsın ki, həmin muzeyləri ziyarət edənlər mədəniyyətimizə bu əsərləri hədiyyə etmiş şəxsləri tanısınlar". -
04-09-2008, 01:06 PMAPAAzərbaycan paytaxtında ölümlə nəticələnən yanğın baş verib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan paytaxtında ölümlə nəticələnən yanğın baş verib[b]</span>
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gecə Suraxanı rayonunun Hövsan qəsəbəsində ölümlə nəticələnən yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə qəsəbə sakini Eldar Rzayevə məxsus 1 mərtəbəli 5 otaqlı evdə olub. Nəticədə evin yanar konstruksiyaları və içindəki əşyalar 250 kv.m. sahədə yanıb. Yanıq xəsarəti almış E. Rzayev xəstəxanaya aparılarkən yolda ölüb. -
04-09-2008, 03:06 PMAPARusiya tərəfindən Azərbaycanın notasına hələlik reaksiya verilməyib
<span style="color:#FF0000;font-size:18px;">[b]Rusiya tərəfindən Azərbaycanın notasına hələlik reaksiya verilməyib[b]</span>
Bakı. Laçın Sultanova - APA. Rusiya Azərbaycanın notasına hələlik reaksiya verməyib. Bu barədə məlumat verən Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov APA-nın sualının cavabında bildirib ki, sözügedən nota haqqında mətbuatdan xəbər tutub: "Rusiya tərəfinin reaksiyası mənə məlum deyil".
[Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin birinci müavini Konstantin Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutunda «Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda» adlı konfransın keçirilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota verib. Notada həmin tədbirdə Dağlıq Qarabağ separatçılarının iştirakına aydınlıq gətirilməsi istənilir. -
04-09-2008, 03:11 PMAPAAzərbaycan Müdafiə Nazirliyi: "Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib"
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Müdafiə Nazirliyi: "Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib"[b]</span>
Bakı. Rəşad Süleymanov - APA. Son vaxtlar Ermənistanın adı qeyri-leqal silah satışı ilə bağlı fırıldaqlarda tez-tez çəkilir. Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, bununla yanaşı, Ermənistan ərazilərində münaqişə olan ölkələrə muzdluların göndərilməsində də iştirak edir.
[Məlumata görə, 2007-ci il ərzində Ermənistandakı hərbi hissələrdən PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib. PKK sıralarında Türkiyəyə qarşı döyüşən terrorçular arasında Ermənistandan və Yaxın Şərq ölkələrindən olan erməni mənşəli muzdluların olduğu da məlumdur. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində və İraqın şimalında PKK-ya qarşı apardığı antiterror əməliyyatları zamanı öldürülən terrorçular arasında erməni mənşəli muzdluların olduğu üzə çıxıb. Ermənistandan göndərilən silah-sursatın bir hissəsi müxtəlif yollarla İraqdakı koalisiya qüvvələrinə qarşı döyüşən silahlı qrupların da əlinə keçir. Yaxın və Orta Şərqdə fəaliyyət göstərən terrorçu təşkilatlara Ermənistan vasitəsilə silah göndərilməsi faktları məlumdur. Müxtəlif terrorçu qurumlara silah satışında günahlandırılan Rusiya Hərbi Hava Qüvvələrinin sabiq zabiti Viktor Butun və erməni mənşəli Böyük Britaniya vətəndaşı Endryu Smulyanın Tailandda həbsi Ermənistanın qanunsuz silah ticarətində iştirakını bir daha təsdiqləyir. Bu şəxslər Tailandda "Fuerzas Armadas Revolucionarias Columbia" adlı terrorçu qruplaşmaya "Yer-Hava" tipli zenit-raket kompleksinin satışı ilə bağlı danışıqlar aparıblar. Həmin fırıldaqçılar daha əvvəl də silahlı münaqişələrin bürüdüyü Liberiya, Konqo, Anqola, İraq və Kolumbiya kimi üçüncü dünya ölkələrinə qeyri-leqal silah satışında iştirak ediblər. 2005-ci ilin martında silah qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları - Artur və Levon Solomonyan qardaşlarının ABŞ-da həbs olunması da bu baxımdan diqqətçəkəndir. A. Solomonyanın başçılıq etdiyi beynəlxalq cinayət şəbəkəsi Rusiya, Ermənistan və Şimali Qafqazdakı hərbi hissələrdən alınmış silahların satışı ilə məşğul olub. "United Nations Register of Conventional" adlı təşkilatın silah ixracı və idxalına dair illik hesabatında Ermənistan öz ordusu üçün əldə etdiyi silahları sənədlərdə göstərməyən və gizlədən ölkələr sırasında qeyd olunub. 2007-ci ilin yayında rəsmi İrəvanın müxtəlif ölkələrdən gizli şəkildə silah və hərbi texnika alması ilə bağlı bir neçə fakt üzə çıxıb. 2007-ci ilin iyulunda Türkiyənin ərazi sularında Ermənistan Müdafiə Nazirliyinin Albaniyanın "Meiko" firmasından aldığı 60 konteyner qanunsuz silah daşıyan gəmi saxlanılıb. Qaçaqmal silahlar arasında 75 mm-dən 122 mm-ə qədər, müxtəlif kalibrli artilleriya qurğuları da olub. Sonradan müəyyənləşdirilib ki, bu silahlar Tirana ətrafındakı silah anbarlarından qeyri-qanuni əldə edilib. Həmin anbarda cari ilin mart ayında güclü partlayış baş verib. Partlayışın Ermənistana silah satışı ilə bağlı fırıldağı ört-basdır etmək məqsədilə qəsdən törədildiyi istisna edilmir. 2007-ci ilin avqustunda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın maliyyə dəstəyi ilə "Radiotexkomplekt" Qapalı Səhmdar Cəmiyyətindən hərbi təyinatlı rabitə vasitəsi alınaraq qeyri-leqal yolla Ermənistana göndərilib. Elə həmin dövrdə Krasnodar diyarındakı "Qafqaz" dəniz limanında gömrük işçiləri Ermənistan Müdafiə Nazirliyinə məxsus "Faqot" raket kompleksi və BM-21 "Qrad" reaktiv atəş sistemi üçün nəzərdə tutulmuş ehtiyat hissələrin qaçaqmal yolu ilə keçirilməsinin qarşısını alıblar. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına, eyni zamanda qeyri-qanuni silah satışının mərkəzinə çevrilib. -
04-09-2008, 03:16 PMAPADima Bilanın "Eurovision-2008" müsabiqəsində ifa edəcəyi "Believe me" mahnısına çəkilən klipi piratlar oğurlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Dima Bilanın "Eurovision-2008" müsabiqəsində ifa edəcəyi "Believe me" mahnısına çəkilən klipi piratlar oğurlayıb[b]</span>
[Bakı. Ülkər Qasımova - APA. Rusiyanı "Eurovision-2008" müsabiqəsində təmsil edəcək Dima Bilanın yarışda ifa edəcəyi "Believe me" mahnısına çəkilən klip piratlar tərəfindən oğurlanıb. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, tam hazır olmayan klipin DVD versiyası Amerikada bir studiyada unudulub. Nəticədə heç yerdə nümayiş olunmayan klip Rusiyaya çatmamış piratların əlinə keçib. Piratlar həmin klipi bəzi yerlərdə nümayiş etdiriblər. Klipin son variantı isə yaxın vaxtlarda hazır olacaq. Klipdə Dima Bilanla yanaşı, fiqurlu konki sürən Yevgeni Plyuşenko və skripkaçı Edvin Marten çəkilib. "Believe me" mahnısına çəkilən klipdə üç dost xeyriyyə konserti verərək xəstə bir uşağı xilas edir. Qeyd edək ki, klipin çəkilişləri iki həftə əvvəl Moskvada aparılıb. -
04-09-2008, 03:21 PMAPAAzərbaycan xarici işlər nazirinin müavini Küveytdə səfərdə olub
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan xarici işlər nazirinin müavini Küveytdə səfərdə olub[b]</span>
[Bakı. Laçın Sultanova - APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Küveytdə səfərdə olub. Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, X. Xələfov Əl-Küveytdə müxtəlif görüşlər keçirib. Səfərin əsas məqsədi prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə hazırlıqla bağlı müzakirələr aparmaq olub. -
04-09-2008, 03:26 PMAPAAzərbaycanın ilk İnzibati Prosessual Məcəlləsi ikinci oxunuş üçün Milli Məclisə tövsiyə olunub
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın ilk İnzibati Prosessual Məcəlləsi ikinci oxunuş üçün Milli Məclisə tövsiyə olunub[b]</span>
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının bugünkü iclasında İnzibati Prosessual Məcəllənin layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, iclasda komissiya sədri Əli Hüseynov bu sənədin Azərbaycanın ilk İnzibati Prosessual Məcəlləsi olduğunu bildirib. Onun sözlərinə görə, bu məcəllə vətəndaş və dövlət münasibətlərin tənzimlənməsinə xidmət edəcək: "Bu məcəllə həm Məhkəmə Hüquq Şurasında, həm də müxtəlif məhkəmə orqanlarında geniş müzakirə olunmalıdır". Millət vəkili Qüdrət Həsənquliyev məcəlləyə inzibati fəaliyyət haqqında ayrıca fəslin daxil edilməsini təklif edib. Onun sözlərinə görə, həmin fəsildə yoxlama-nəzarət funksiyaları haqqında anlayışlar yer ala bilər. Deputat, həmçinin məhkəmələrinin həddən artıq sıx qrafiklə çalışdıqlarını, inzibati məsələlərə yerli məhkəmələr tərəfindən baxılmasının məqsədəuyğun olduğunu deyib. Müzakirələrdən sonra İnzibati Prosessual Məcəllənin layihəsi ikinci oxunuş üçün parlamentə tövsiyə olunub.
