[b]Mahaçqalada Mircəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaq[b]
[Bakı.Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Dağıstanın paytaxtı Mahaçqalada yazıçı Mircəlal Paşayevin anadan olmasının 100 illiyi münasibəti ilə yubiley mərasimi keçiriləcək. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə razılıq nümayəndəliyin sədri İsmayıl Ağayev ilə Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Dağıstan Nümayəndəliyinin sədr müavini Əjdər Əsgər arasında aprelin 12-də keçirilən görüşdə əldə edilib. Görüşdə Ə. Əsgər Mahaçqalada Heydər Əliyev və Əziz Əliyev məktəblərinin açılmasının əhəmiyyətini vurğulayıb. O, bu məsələdə dəstək göstərilməsi üçün Azərbaycan Prezidentinin İcra Aparatına, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edildiyini söyləyib. Ə. Əsgər azərbaycanlı uşaqların ana dilində təhsil almaları üçün Mahaçqalada "Bazar günü" məktəbinin açılması istiqamətində işlər aparıldığını da deyib.
Azərbaycan Xəbərləri
Printable View

04-13-2008, 01:06 PMAPAMahaçqalada Mircəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaq

04-14-2008, 11:06 AMAPAÇində 14 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib
[b]Çində 14 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib[b]
[Liaoning-APA. Çinin Liaoning əyalətində mədəndə baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 2 nəfər isə itkin düşüb. APA-nın məlumatına görə, hadisə dünən olub. Hadisənin səbəbləri araşdırılır. -
04-14-2008, 11:11 AMAPASülhəddin Əkbər: "Müsavat seçkilərdə iştirak edən partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər"
[b]Sülhəddin Əkbər: "Müsavat seçkilərdə iştirak edən partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Müsavat Partiyası prezident seçkisində iştirak edən siyasi partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər. İndiki şəraitdə konkret hansı partiyalarla birdə mitinq keçirəcəyimizi demək mümkün deyil". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, hazırda müxalifət düşərgəsində qeyri-müəyyənliklər: "Hesab edirik ki, bu ayın sonuna kimi qeyri-müəyyənliklər mərhələsi başa çatacaq və siyasi mənzərə daha aydın olacaq. O zaman Müsavatın nəzərdə tutduğu mitinqlərdə digər müxalif qüvvələrlə birgə hərəkət etmək strategiyasını hazırlamaq daha asan olacaq. Mitinqlərdə müxalifətin digər partiyalarının iştirak edib-etməyəcəyi isə onların qərarlarından asılı olacaq. Hansı partiyaların seçkidə iştirak, hansıların boykot mövqeyi tutacağı dəqiqləşəndə biz də əməkdaşlıq edəcəyimiz partiyaları müəyyənləşdirəcəyik. Müsavat demokratiya uğrunda aktiv mübarizə aparmaq istəyən partiyalarla birgə hərəkət etməyə üstünlük verəcək". -
04-14-2008, 11:16 AMAPAAbbas Lisaninin həyat yoldaşı sərbəst buraxılıb
[b]Abbas Lisaninin həyat yoldaşı sərbəst buraxılıb[b]
Bakı.Ramil Məmmədli-APA. İran azərbaycanlılarının haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə sərbəst buraxılıb.
[APA-nın məlumatına görə, İranın xüsusi xidmət orqanlarının (ettelaat) əməkdaşları aprelin 11-də saat 01.00 radələrində R. Əlizadənin evində axtarış aparıblar. Bundan sonra onun özünü həbs ediblər, kompüterini isə müsadirə ediblər. R. Əlizadə aprelin 12-də gecə saatlarında sərbəst buraxılıb. R. Əlizadəyə həyat yoldaşının məhkəmə prosesi və ona edilən təzyiqlərlə bağlı məlumatlar yaymaması barədə xəbərdarlıq edilib. Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb. -
04-14-2008, 11:21 AMAPAABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb, dörd nəfər ağır yaralanıb
[b]ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb, dörd nəfər ağır yaralanıb[b]
[Los-Anceles. Turan Hüseynova-APA. ABŞ-ın Los-Anceles şəhərinin yaxınlığında iki motorlu kiçik təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində dörd nəfər ağır yaralanıb. APA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarədə iki nəfər olub. Onların hər ikisi və təyyarənin düşdüyü evdə olan daha iki nəfər ağır bədən xəsarəti alıb. -
04-14-2008, 11:26 AMAPABərdədə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bərdə. Teymur Quliyev-APA. Bu gün Bərdənin Soğanverdilər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bakı şəhəri, Günəşli qəsəbəsi sakini Həsənov Xanlar Hümbət oğlunun idarə etdiyi 10 SO 126 nömrə nişanlı "Mercedes-Benz" markalı mikroavtobus yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 24 yaşlı sürücü hadisə yerində keçinib. -
04-14-2008, 11:31 AMAPAQoşunların təmas xəttində monitorinq keçiriləcək
[b]Qoşunların təmas xəttində monitorinq keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun köməkçiləri Piter Ki və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Jaslan Nurtazin keçirəcəklər. -
04-14-2008, 11:36 AMAPAAzərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər
[b]Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Tiflis şəhərində (Gürcüstan) «İmmediate Response-2008» təliminin Yekun Planlaşdırma konfransı (14 -19 aprel), Lvov şəhərində (Ukrayna) «Sea Breaze-2008» təliminin Əsas Planlaşdırma Konfransı (14 -18 aprel), Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) «Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu» (14 -24 aprel), Bakı şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən «Beynəlxalq humanitar hüquq üzrə təlim» kursu (14 -18 aprel) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-14-2008, 11:41 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Buxarest şəhərində «Avropa Təhlükəsizlik Siyasəti və İnteqrasiya kursu» (14 aprel - 04 iyul), Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Vışkov şəhərində (Çex Respublikası) «Təlimatçı hazırlığı» kursu (14 aprel - 23 may), Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, San Antonio şəhərində "Rabitə zabitinin təməl ixtisas kursu" (16 aprel 2008-13 yanvar 2009) keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-14-2008, 11:46 AMAPATehranda Xəzərin statusu ilə bağlı beştərəfli görüş keçiriləcək
[b]Tehranda Xəzərin statusu ilə bağlı beştərəfli görüş keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. Aprelin 15-16-da İranın paytaxtı Tehran şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə 5 Xəzəryanı dövlətin işçi qruplarının görüşü keçiriləcək.
[Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun rəhbəri Xələf Xələfov başçılıq edəcək. İclasda Xəzərin hüququ statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılmamış müddəaları ətrafında müzakirələr aparılacaq.